B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə35/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   31   32   33   34   35   36   37   38   ...   131

 

102 


 

 

 



 

Yoxlama-test suallar 

 

 

1.Görkəmli pedaqoqlar oyunlar haqqında  

2.Mütəhərrik oyunların pedaqoji xarakter xüsusiyyətləri 

3.Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti 

4.Mütəhərrik oyunların hərbi-tətbiqi əhəmiyyəti 

5.Mütəhərrik oyunların sağlamlıq əhəmiyyəti 

6.Mütəhərrik oyunların təhsil əhəmiyyəti 

7.Mütəhərrik oyunların növləri 

8.Oyun fiziki tərbiyənin mühüm vasitəsidir 

9.Oyun milli mədəniyyətimizin tərkib hissəsi kimi 

10.Oyunların seçilməsi şərtləri 

11.Oyunun keçirilməsi üçün görülən hazırlıq işləri 

12.Oyunun təşkili və keçirilməsi üçün lazım olan işlər 

13.Mütəhərrik oyunların təlim prinsipləri 

14.Mütəhərrik oyunların məzmununun şərhi 

 

 



 

Yaradıcılıq işi üçün təxmini mövzular 

 

1.Mütəhərrik oyunlar fiziki tərbiyənin vasitəsidir 

2.Oyunların sağlamlığın möhkəmləndirilməsində əhəmiyyəti 

3.Xalq oyunları milli mədəniyyətimizin tərkib hissəsi kimi 

4.Klassiklərin əsərlərində milli oyunların yeri 

 

 



 

 

 



 

 

 




 

103 


5.11. İbtidai təhsil pilləsi üçün mütəhərrik oyunlar 

 

I   S İ N İ F 

 

Kosmonavtlar 

 

Uşaqlar  əl-ələ  tutaraq  dairə  boyunca  gedirlər  və  aşağıdakı 

misraları oxuyurlar: 

                    Sürətli raketlər gözləyir bizi 

                    Uçub planetdə gəzməyimizi. 

                    Biz hansını istəsək, 

                    Onunla da uçarıq. 

                    Oyunda bir sirr var: 

                    Gecikənə yoxdur yer. 

 Axırıncı  söz  deyilən  kimi,  bütün  uşaqlar  raketdroma  tərəf 

qaçırlar  və  çalışırlar  ki,    raketlərin  birində  öz  yerlərini  tutsunlar. 

Raketlərin  şəkilləri,  əvvəlcədən  meydançanın  müxtəlif  səmtlərinə 

çəkilir  və  hər  raketin  içərisində  2-dən  5-ə  qədər  kiçik  dairələr  olur. 

Uşaqlar  bunların  içərisinə  girib  dayanırlar.  Raketlərin  yanlarında 

həmin raketin hara uçacağı yazılır. Məsələn: 

              Y A Y: «Yer-Ay-Yer» 

              Y M Y: «Yer-Mars-Yer» 

              Y N Y: «Yer-Neptun-Yer» 

              Y V Y: «Yer-Venera-Yer» 

              Y C Y: «Yer-Saturn-Yer» 

Raketlərdə  uşaqların  bir  qisminə  yer  çatışmır.  Yer  tuta 

bilməyənlər  meydançanın  mərkəzindəki  böyük  dairələrin  ortasında 

toplaşırlar.  Yer  tutanlar  isə  uçuş  yollarını  elan  etməklə  özlərini  guya 

kosmosda gəzən kimi təsəvvür edirlər. Sonra uşaqlar yenidən bir yerə 

yığışır və əl-ələ tutub dairə boyunca gedərək oyunu davam etdirirlər. 

Oyunda  o  uşaqlar  qalib  gəlir  ki,  keçirilmiş  uçuşların  hamısında 

özlərinə yer tutmuş və daha çox «uçmuşlar» (mümkün olan üç uçuşda). 

 

 

 

 

 

 



 

104 


 

 

 

 

 

 

 

                          Şəkil 1. 

«Kosmonavtlar» 

oyunu 

keçirilən 

zaman 

şagirdlərin 

yerləşdirilməsi sxemi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                           Şəkil 2. 

«Atlı idmançılar» oyununda şagirdlərin bölüşdürülməsi sxemi 

Metodik 

göstərişlər:  Oxunan  misraların  axırıncı  sözü 

deyilməmişdən  əvvəl  qaçmaq  olmaz.  Raketlərin  içərisində  özünə  yer 

tutmuş yoldaşı itələmək qadağandır. 

 

 



Atlı idmançılar (qaçış üçün) 

 

Uşaqlar  meydançada  çəkilmiş  böyük  dairə  boyunca  düzülürlər. 

Bu «Manej» (meydança) hesab olunur. 



 

105 


Uşaqlar «at sürən idmançı»nın vəziyyətini alırlar. «At addımları» 

atmaq üçün qollar dirsəkdən bükülür, əllərin içi aşağıya baxır, uşaqlar 

dairə  boyunca  gedərək  çalışırlar  ki,  dizlərini  əllərinin  içərisinə 

çatdırsınlar. 



Dönmələr:  Müəllimin  əl  çalması  ilə  uşaqlar  hərəkətin 

istiqamətini dəyişirlər (dairə boyunca hərəkət başqa istiqamətdə davam 

edir). 

 «Sürətlə  çapmağa»  keçmək  və  yenidən  «addımlamaq»  üçün 



uşaqlar əllərində guya cilov tutduqları vəziyyət kimi, dizlərini yüksəyə 

qaldırmaqla  qaçışa  başlayırlar.  Müəllimin  şərti  işarəsi  ilə  yenidən 

yerişə  keçirlər.  Sonra  atlılar  «atla  oyunda»  iştirak    edirlər. 

Meydançanın  kənar  tərəfində  xətlərlə  atların  dayanmaları  üçün 

«arakəsmələr» çəkilir. Arakəsmələrin sayı uşaqların sayından üç-dörd 

dəfə  az  olur.  Uşaqlar  çapan  atın  vəziyyətini  alaraq  arakəsmələrin 

qarşısına çatan kimi dağılışıb yanlarına qaçırlar.  Müəllimin işarəsi ilə 

idmançı-atlılar  (dizləri  yüksəyə  qaldırmaqla)  arakəsmələrin  yanına 

gəlir  və  hərə  çalışır  ki,  boş  olan  arakəsmələrin  birini  tutsun.  Yersiz 

qalan  oyunçular  uduzurlar.  Oyun  3-4  dəfə  keçirilir.  Hər  dəfə  özündə 

yer tutan atlılar qalib sayılırlar.  

 Metodik  göstəriş:  Oyunda  hamı  dizləri  yuksəyə  qaldırmaqla 

qaçır.  Bu  qaydanı  pozanı  iki  dəfə  uduzmuş  hesab  edirlər.  Özünə  yer 

tutmuş atlını itələməyə icazə verilmir. 



 

 

 

Bayquş 

 

Uşaqlar  əllərində  qum  doldurulmuş  kisə  tutaraq  meydançada 

sərbəst  gəzişirlər.  «Gecə»  komandası  verilən  zaman  onlar  əllərindəki 

kisələri  başlarına  qoyub,  qollarını  yanlara  açaraq  pəncələr  üzərində 

meydançanın  ətrafında  gəzişirlər.  «Bayquş»  (aparıcı) onların arasında 

gəzişir və nəzarət edir. Əgər kim kisəni yerə salsa və ya düşməkdə olan 

kisəni  əl  ilə    tutsa,  «bayquş»  onu  yuvasına  aparır.  «Gündüz» 

komandası  verilərkən  «Bayquş»  öz  yuvasına  çəkilir,  oyunçular  isə 

sərbəst olaraq qaçışır, rəqs edir, vəhşi heyvanları, quşları yamsılayırlar. 

Uşaqlar bu hərəkətləri bir də «Gecə» komandası verilənə qədər təkrar 

edirlər.  «Gecə»  komandası  veriləndən  sonra  «Bayquş»  yenə  də  öz 

yuvasından çıxır və vəzifəsini yerinə yetirir. Oyun belə davam edir. 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə