B I b L i o q r a f I y a 1


B i b l i o q r a f i y a



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

B i b l i o q r a f i y a  
67 
 
tаr-çаtmаz üç nəfər аdаmın tələsik gəldiklərini gördük. Аtаn Əvəz 
оnlаrdаn  hаrа  gеtdiklərini,  nə  pеĢənin  sаhibi  оlduqlаrını  sоruĢ-
du.  Оnlаr  “Pəhləvаn”  оlduqlаrını  və  Çəmənliyə  gеdəcəklərini 
bildirdilər. Əvəz dеdi ki, hаnsınız dаhа güclüdürsə gəlsin mənim-
lə  güləĢək!  Əgər  məni  yıхsа,  Çəmənliyə  gеdin,  yох,  yıхılsа,  еlə 
burdаn gеri qаyıdın. Nə isə, pəhləvаnlаrdаn biri Əvəzlə güləĢəsi 
оldu. Аtаn оnu аyağının ucundа nə təhər tullаdı və bir аndа sinə-
sinə nеcə çökdüsə, еlə mən özüm də məəttəl qаldım! Pəhləvаnlаr 
gеri qаyıdаsı оldulаr… 
Məhəmməd əmi mənə kеçmiĢdə kənd tоylаrının nеcə kеçiril-
diyindən də dаnıĢırdı. Dеyirdi ki, məhlədə Ġbаd kiĢi dеyilən аdа-
mın tоyundа yаrı qаrаnlıq ахĢаm məclisində qаb-qаcаq çаtıĢmа-
mаzlığındаn iki аdаmа bir qаbdа yеmək (аz miqdаrda) vеrirdilər. 
Əvəzlə mənə bir qаbdа “yеmək” gəldi. Əvəz qulаğımа pıçıldаdı 
ki, Məhəmməd, əvvəlcə biĢmiĢin suyunu yеyək, sоnrа ətin yеyərik. 
Mən də inаndım – biĢmiĢin suyunа çörək tikələrimi bаtırıb yеyir-
dim. Sən dеməynən Əvəz biĢmiĢin ətini yеyirmiĢ!!! – Bunun хаtır-
lаnmаsı dа bir оvqаtdır!!! Аllаh ruhlаrın Ģаd еləsin… 
YахĢı  yаdımdаdı,  sən  lаp  bаlаcа  оlаndа  аtаnı  itirmiĢdin. 
Rəhmətlik bаbаn Məhəmməd sənə аtа əvəzi оlmuĢdu. О, səni hər 
cür  bəlаlаrdаn,  sıхıntılаrdаn  qоruyаrdı.  Sən  çох  tərbiyəli  bir 
uĢаq  idin.  Cаmааtımız  sənin  əsgərlikdə  dünyаsını  dəyiĢmiĢ  аtаn 
ġurаnın аdını çох əziz tutаrdı. Sən ilk əlifbаnı Çəmənli məktəbin-
də  öyrəndin,  еlmlərin  əsаslаrını  аnlаmаğа  bаĢlаdın,  ədəbiyyаtа, 
tаriхə хüsusi fikir yеtirirdin. Sоnrа özünə yоl sеçib, yоlunu qоcа-
mаn təhsil оcаğınа – Bаkı Dövlət Univеrsitеtinə sаldın, аli təhsil 
аldın.  YеtkinləĢmiĢ,  fоrmаlаĢmıĢ  Mustаfа  ġurа  оğlu  Mustаfаyеv 
hеç kimin аğlınа gəlməyən bir yükü dаĢımаqdаn dа çəkinmədi… 
Mustаfа Çəmənli!!! Məhz sən dоğulduğun kəndin аdını dаĢımаğı 
özünə  Ģərəf  sаydın…  Ġndi  Çəmənli  аdı  yüksək  ədəbi  məclislərdə 
səslənir,  bu аdın  sаnbаllı  pоvеst  və rоmаnlаrın,  bədii-publisistik 
kitаblаrın üstünə yаzılmаsı isə, bir sоyаd kimi biz fikirləĢdiyimiz-
dən də yüksək düĢüncələrin nəticəsidir… 


M u s t a f a   Ç ə m ə n l i  
68 
 
Mustаfа müəllim, еkrаndа fikrim səndə idi. Хаnəndə Sərdаr 
Əvəzоğlunа  yаmаn  bахırdın.  Musiqi  yаrаdаnlаr  –  Ü.Hаcıbəyli, 
muğаmın хаnı – Хаn əmi, ustаd охuyаnlаr – Ə.Əliyеv, ġ.Ələkbə-
rоv, Y.Məmmədоv, S.Məmmədоv və bir çохlаrı hаqqındа hеç kim 
tərəfindən dеyilməmiĢ sözlər dеyən Mustаfа Çəmənli Sərdаrа dа 
çох məhəbbətlə qulаq аsırdı… 
Kənd öz ахаrı ilə yаĢаyır. Kimi bu il sоğаnın bоl, mеyvələrin 
qıt  оlаcаğının  qiymətə  təsirindən  dаnıĢır,  kimi  də  tахılın  bоl 
оlаcаğını prоqnоzlаĢdırmаqlа ümüdlə yаĢаyırlаr… 
Qəlbimdə  böyük  hörmət  bəslədiyim Mustаfа  Çəmənli  –  sənə 
хоĢ niyyətli, gül çələngli kənd sаlаmlаrımı yеtirməyi özümə Ģərəf 
sаyırаm! Sаğ оl dеyirəm, cаn sаğlığı аrzulаyırаm. 
Hörmətlə Хоsrоv Quliyеv 
kimya müəllimi, Çəmənli kəndi, 6.06.2010 
 
 
 


B i b l i o q r a f i y a  
69 
 
 
 
ƏSƏRLƏRİ 
 
Kitabları 
 
1982 
1.
 
Mənim  dünyamın  adamları...:  hekayələr  /Mustafa  Çə-
mənli; red. C.Zeynal.- Bakı: Yazıçı, 1982.- 114, [2] s. 
Kitabın içindəkilər: Nişanə;  Ləpirlər; Tütək;  Meşə yeri;  Səs 
qərib  olmur;  Şəkil  Süleymanın  fotoaparatı;  Toy;  Baş  tutmadı; 
Dəhliz; Əks-səda.  
 
1985 
2.
 
İtirilmiş  səs:  (povest  və  hekayələr)  /Mustafa  Çəmənli; 
red. C.Zeynal; rəssamı Ə.Məmmədov.- Bakı: Yazıçı, 1985.- 150, 
[2] s. 
Kitabın içindəkilər: Yaddaş (povest); İstək; Bir yaz səhərin-
də;  Qəbir;  Qatırçı  Muradın  nağılı;  İtirilmiş  səs;  Halallıq;  Borc; 
Yarpız (hekayələr). 
 
1989 
3.
 
Şövkət  Ələkbərova  /Mustafa  Çəmənli;  rəyçi  T.Quliyev; 
red. S.İsmayılova.- Bakı: İşıq, 1989.- 76, [2] s. 
Kitabın  içindəkilər:  Yaddaşımda  qalan  səs;  Nəğməli  ev;  O 
illərin  nəğmələri;  Ötən  günlər,  ötən  çağlar;  Qastrollar...  Qastrol-
lar...; Səsin sirri, səsin sehri; Bələdçi taleli mahnılar; Səsin vəsfi; 
Müəllim; Ana; Son söz.  
 
1991 
4.
 
Xallı  gürzə:  roman  /Mustafa  Çəmənli.-  Bakı:  Yazıçı, 
1991.- H.I.- 318 s. 
Əsər Azərbaycan tarixində parlaq iz qoymuş şəxsiyyət Pənah 
xan haqqındadır. O, XVIII əsrin əvvəllərində Nadir şahın sarayın-


M u s t a f a   Ç ə m ə n l i  
70 
 
dan qaçaraq bir müddət Qəbələ, Şəki, Qarabağ dağlarında dalda-
lanmış, az sonra Qarabağ xanlığını yaratmış, öz hakimiyyəti döv-
ründə  Bayat,  Şahbulaq,  Pənahabad  (Şuşa)  şəhər-qalaların  əsasını 
qoymuşdur. 
Tarixi  qaynaqları  bədii  təxəyyülünə  söykək  seçən  müəllif 
görkəmli sərkərdə, müdrik dövlət  xadimi  Pənah  xanın  zəmanəyə 
diz  çökməyən  obrazını  yaratmışdır.  Xalqın  dövranı  qara  gələndə 
Zaman  onun  böyük  oğullarını  xallı  gürzə timsalında  udub məhv 
edir. Roman bu qayə ilə − zaman və şəxsiyyətin faciəsi fonunda 
oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşama-
ğa sövq edir. 
 
1993 
5.
 
Səs  qərib  olmur:  Povest,  hekayələr,  xatirələr,  portretlər 
/Mustafa Çəmənli.- Bakı: Şərq-Qərb, 1993.- 216 s. 
Kitabın  içindəkilər:  Povestlər:  Yaddaş;  Halallıq.  Nəğməli 
ömürlər: Səs qərib olmur; Məcnunun Məcnunu; Elə bir oğul ki...; 
Nəğməli xatirələr; Sənətkar ömrünün izləri; Hanı o günlərim; Bir 
adın ünvanı ilə; Oxu, gözəl; Nəğməli ömürdən xatirə; Şəlalə kimi 
çağlayan səs; Adil Gəray; Gülağa Məmmədov; Xatirələrdə yaşa-
yır; Elman Bədəlov; Qədir Rüstəmova açıq məktub; “Segah” nə-
fəsli; Azad bir quş idi o...; Nəğməkar; Simuzər; Oxuyan barmaq-
lar; Muğamlardan “xınalanmış” barmaqlar.  
 
1996 
6.
 
Fred  Asif:  sənədli  povest  /Mustafa  Çəmənli;  red.: 
G.Ələkbərqızı.- Bakı: Gənclik, 1996.- 172 s. 
Kitab  Azərbaycanın  Milli  Qəhrəmanı,  “General  Məhəmməd 
Əsədov mükafatı” laureatı Fred Asifin (Asif Məhərrəmov) həya-
tından bəhs edir. 
 
1997 
7.
 
Nəğməli  xatirələr:  [xatirə  povest]  /Mustafa  Çəmənli; 
rəssam E.Lazımov.- Bakı: Gənclik, 1997.- 148 s. 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə