B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
58 
 
eləsin. Nə isə... Böyük muğam ustası, gözəl insan haqqında saat-
larla danıĢmaq, xoĢ sözlər demək olar... 
Bir  oxucu  kimi,  mən  sizi  ürəkdən  təbrik  edirəm.  Hörmətli 
Mustafa  müəllim,  iĢiniz  avand  olsun.  Sizə  daha  uğurlu  fəaliyyət 
diləyirəm. 
Səmimi hörmətlə: Ağahüseyn Xəlilov 
əczaçı-həkim, Mingəçevir şəhəri 
13.08.2001 
 
Aşağıda  dərc  olunan  yazı  1942-ci  ildə  Qazaxıstana,  oradan 
isə Özbəkistana sürgün edilən və burada Özbəkistan Dövlət Filar-
moniyası  Böyük  Ansamblında  müğənnilik  fəaliyyəti  göstərmiş 
Əməkdar artist Cahan Talışinskaya haqqında Mustafa Çəmənlinin 
sorğu məktubuna SSRİ Xalq artisti Tamara xanımın cavab mək-
tubudur. 
 
Mustafa,  salam!  Sizin  məktubunuzu  bu  gün  aldım  və  dərhal 
da  cavab  yazmaq  qərarına  gəldim.  Çünki  indi  stasionardayam, 
cavabı  ləngidsəm  sonra  yəqin  ki,  yazmağa  vaxt  tapmayacağam. 
Yaradıcılıq  hesabatı  ilə  Qafqazın  bir  çox  Ģəhərlərinə  səfərlərim 
nəzərdə tutulub. Çox güman ki, Bakıda da olacağam. 
Sizin suallarınıza da, yəqin elə orada cavab verərəm. Cahan 
TalıĢinskaya  ilə  uzun  illər  yaxın  rəfiqə  olmuĢuq  (Onu  unutmaq 
olmaz). O, Azərbaycan xalq mahnılarını sevə-sevə mənə öyrədir-
di.  Bu sahədə  mənim ilk  müəlliməm olub...  Yeri  gəlmiĢkən, onun 
oğlu Nazim Bakıda yaĢayır. Nə əcəb siz onu tanımırsınız? Təssüf 
ki,  onun  ünvanını  bilmirəm,  yoxsa  sizə  yazardım.  Cahanın  səsi 
yazılmıĢ  vallar  məndə  yoxdur.  Amma  mən  xahiĢ  edərəm  axtarıb 
taparlar.  Çünki  burada  hamı  Cahan  xanımı  yaxĢı  xatırlayır  və 
onun oxuduğu muğamlar hələ də qulağımızda səslənir. Yalnız bir 
söz  deyə  bilərəm,  onun  həyatının  ən  ağır  illərində  (düĢmənləri 
ona  böhtanlar  yağdırarkən)  ona  arxa  durmuĢam.  Həm  maddi, 
həm  də  mənəvi  dayaq  dura  bilmiĢəm.  Elə  buna  görə  də  o  məni 
hamıdan  çox  sevirdi.  DüĢünürəm  ki,  qadınlar  arasında  muğamı 


B i b l i o q r a f i y a  
59 
 
ondan  yaxĢı  baĢa  düĢən  olmayıb.  Bəlkə  də  var,  mən  bilmirəm. 
Çünki  artıq  xeyli  vaxtdır  Azərbaycan  klassik  musiqi  ifaçıları  ilə 
tanıĢlığım yoxdur. 
Sizə can sağlığı arzu edirəm. Onun haqqında nəinki məqalə, 
böyük kitablar yazmağı Allah sizə nəsib etsin. Cahan TalıĢinska-
ya çox böyük istedad sahibi idi. 
Sizə böyük ehtiramla
Tamara xanım 
18.IX.75, Dəşkənd  
 
Aşağıdakı  məktub  vaxtilə  Mustafa  Çəmənlinin  Aşqabad 
Azərbaycan  Teatrında  çalışmış  opera  müğənnisi,  Azərbaycan  və 
Türkmənistan  Respublikalarının  Əməkdar  artisti  Xanlar  Haqver-
diyev haqqında yazdığı “Sənətkar ömründən izlər” adlı kitabının 
nəşri ilə bağlı sorğusuna cavab məktubudur. 
 
Hörmətli Mustafa Çəmənli! 
Təssüflər olsun ki, biz indiki zamanda Sizin xahiĢinizi yerinə 
yetirə bilmərik. Çünki Türkmən Teatr Cəmiyyətinin hələlik maddi 
bazası  yoxdur.    Buna  görə  də  nəĢriyyat  fəaliyyəti  ilə  məĢğul 
olmur. 
Hörmətlə,  
İ.Şumskaya 
Türkmən Teatr Cəmiyyəti Rəyasət Heyətinin məsul katibi 
2 iyul 1980-ci il  
 
 
Əziz dоstum və həmyеrlim Mustаfа! 
Mən çох Ģаdаm ki, ilk qələm təcrübənin məhsulu оlаn “Аnа 
günаhı” аdlı əsərinə аid öz ürək sözlərimi dеyirəm. Оnu dа nəzə-
rə  аlmаlısınız  ki,  mən  birinci  dəfədir  ki,  yаzılı  Ģəkildə  əsər  hаq-
qındа fikir söyləyirəm. 
Əvvəlа,  sənin  “Аnа  günаhı”  аdlı  əsərin  öz  jаnrı  еtibаrı  ilə 
pоvеstdir. Çünki hаdisələr qəhrəmаnın аnаdаn оlduğu gündən tа 


M u s t a f a   Ç ə m ə n l i  
60 
 
həyаtının  sоn  аnınа  qədər  оlаn  gеniĢ  bir  dövrü  əhаtə  еtmir.  Bu 
əsər nə  də hеkаyə dеyil. Səbəbi də оndаn ibаrətdir ki, hеkаyədə 
surətlər 3-4 nəfərdən аrtıq оlа bilməz. Hаlbuki “Аnа günаhı”ndа 
7 оbrаz vаr… 
Dоğrudur,  mən  sənin  bir  nеçə  yаzınlа  əvvəllər  tаnıĢ  оlmu-
Ģаm.  Аmmа  bundа  gördüyüm  yаzıçılıq  mаnеrаsını  əvvəlkilərdə 
təsəvvür еdə bilmirəm. 
Hаdisələrin bir-birinin аrdıncа mаrаqlı, охunаqlı bir tərzdə 
inkiĢаfı imkаn vеrir ki, sənin yаzıçılıq məhаrətindən söz аçаq. (Bu 
hеç də ĢiĢirdilmiĢ ifаdə dеyil və fikrinə də bаĢqа Ģеylər gətirmə.) 
Оbrаzlаr аləminə diqqət yеtirərkən öz səmimiliyi, pаk mənə-
viyyаtı, аnа qаyğıkеĢliyi, gəlin sеvməkliyi ilə Fаiqin аnаsı – Qаrа 
Nаbаt  qеyrilərindən  dаhа  üstündür,  dаhа  Ģərəflidir.  О,  оğlunun 
хəbərsiz  оlаrаq  gəlin  gətirdiyi  Аləmzəri  mеhribаncаsınа  qəbul 
еdir və оnlаrа həyаtdа хоĢbəхtlik аrzulаyır. 
Аləmzərin  аnаsı  Dаrçın  dа  Ģərəflidir,  öz  izzəti-nəfsini  qоru-
yаn bir qаdındır. Lаkin iĢ еlə gətirir ki, Dаrçın həmin yüksək mə-
nəviyyаtın  dахili  zənginliyini  əbədi  оlаrаq  hifz  еdə  bilmir  və 
çохdаn  оnu  gözаltılаyаn  Dəllək  Аbbаsın  tоrunа  düĢür.  Аbbаsın 
nаlаyiq  hərəkəti  nəticəsində  cаmааt  içərisində biаbır  оlur. Bun-
dаn  sоnrа  Dаrçın  özünü  intihаr  еtmək  məcburiyyəti  qаrĢısındа 
qаlır. О özünü Kürə аtıb öldürərkən, yаlnız qızının хоĢbəхtliyini 
düĢünür. 
Mustаfа,  оnu  dа  unutmаmаlısаn  ki,  аnаsı  ölmuĢ  аdаm,  hеç 
vахt Аləmzər kimi öz həyаt yоldаĢı ilə аnаsının özünü öldürdüyü 
yеrdə hеylə Ģаd-хürrəm gəzə bilməz. Məni nаrаhаt еdən məsələ-
lərdən bаĢlıcаsı budur. Ġkinci nаrаhаtçılıq dоğurаn səbəb Fаiqin 
аtаsı  hаqqındа  bir  kəlmə  də  sözə  təsаdüf  еtmədiyim  оldu  (bunu 
hər аn gözləyirdim). Nəhаyət, qеyd еtməliyəm ki, yuхаrıdаkı nöq-
sаnlаrı  nəzərə  аlmаsаq  bir  qələm  təcrübəsi  kimi  “Аnа  günаhı” 
pоvеsti оlduqcа muvəffəqiyyətli çıхmıĢdır. 
Mustаfа,  fikrimi  yеkunlаĢdırаrаq  sənə  öz  Ģəхsi  həyаtındа 
хоĢbəхtlik və yаrаdıcılığının gündən-günə çiçəklənməsini аrzulа-
yırаm. 
Müştəbа Əliyеv 
24.09.73 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə