B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
42 
 
Açığını  deyim  ki,  Çəmənli  Mustafanın  bir-birindən  dəyərli 
əsərlərindən  sonra  tanımışam.  Mən  uzun  müddət  Xankəndində, 
Şuşada, Gəncədə yaşamışam. Mustafa isə doğma taleyini Bakı ilə 
bağlayıb. Əsərləri isə tez-tez qonağım olub. Sonra onunla Bakıda 
görüşüb doğmalaşdıq. Mustafa Çəmənli zəngin yaradıcılıq diapa-
zonuna  malik  yazar,  tədqiqatçıdır.  Mustafa  Çəmənli  təmtaraqsız 
sakit bir ömür yaşayır. Əsərlərinin kökü dərin qatlara gedib çıxır. 
İlk hekayəsindən bu gün həvəslə yaratdığı əsərlərinə qədər milli-
dir. Vətən və söz aşiqidir. 
Ənvər Əhməd, 
AYB-nin Qarabağ bölməsinin sədri, professor 
 
Uzun  illər  ərzində  oxucusu  olduğumuz  Mustafa  Çəmənlinin 
sənətlə bağlı ədəbi nümunələrinin ilk baxışda janrını, bütünlükdə 
isə  onların  estetik  tutumunun  böyük  ədəbiyyata,  əhatəliliyi  bir-
mənalı  olan  jurnalistikaya  və  yaxud  təhlil  və  tədqiqə  yönəlik 
musiqişünaslığa aid olduğunu müəyyənləşdirmək bir qədər çətin-
dir, desək, yəqin ki, yanılmarıq. Belə ki, həcmindən asılı olmaya-
raq, onların hər birində özünəməxsus dramaturji xəttə köklənmiş 
yazıçı müdrikliyini, jurnalist “diriliyi”ni və musiqişünas-tədqiqat-
çı nəfəsini duymaq mümkündür. Qənaətimizcə, məhz yaradıcılı-
ğına xas olan bu çoxşaxəli tutum onu başqa musiqi tədqiqatçıla-
rından fərqləndirir...  
Mustafa Çəmənli yaradıcılığının fərdiliyi bir tərəfdən maraq 
dairəsinin  genişliyidirsə,  digər  tərəfdən  onun  hadisələrə  münasi-
bətində  zamansızlığa  nail  olmasıdır.  Fikrimizcə,  bunu  şərtləndi-
rən başlıca səbəb müxtəlif mövzulu yazılarında araşdırdığı sahə-
yə  yüksək  bələdçiliyini  nümayiş  etdirməsi,  bədii  üslubunda  – 
yazı  manerasında  müdrikliklə  emosionallığı  qoşalaşdırmağa  nail 
olmasıdır. Elə onun əlinizə alıb oxuyacağınız “Sənət hekayələri” 
kitabın  da  toplanmış  bədii-publisistik  yazılarda  da  vurğuladığı-
mız məziyyətlərə şahidlik etmək mümkündür. 
Ziyadxan Əliyev, 
Əməkdar incəsənət xadimi 


B i b l i o q r a f i y a  
43 
 
 
Mustafa Çəmənli bu insanlar haqqında sadəcə fakt və rəqəm-
lərin cansıxıcı reallıq konturlarını cızmaqla kifayətlənmir, bir ya-
zıçı səbri, şair fəhmi, rəssam təxəyyülü ilə onların hər birinin hə-
yat hekayəsinin kağız molbertində yaddaş palitrasını yaradır. Bu 
hekayələr  artıq  dünyanın  yaddaşına  köçən,  bizdən  zaman  və 
məkan  etibarı  ilə  uzaqda  olsalar  da,  əməlləri  mənəvi  tellərlə 
millətin  tarix  xalçasına  toxunan  və  hər  ilməsində  bir  nəslin,  bir 
qərinənin, bir ömür payı yaşamış insanların tale və qismət naxışıdır. 
Qarabağın ilk sənət qaranquşları – Aşıq Valeh, Aşıq Abbas-
qulu,  Aşıq Nəcəfqulu,  Abdal  Qasım  haqqında  yazdığı  hekayələ-
rin  üstündən  30  il  keçsə  də,  Mustafanın təsvir və  söz  boyaları  o 
qədər  canlı,  o  qədər  inandırıcı  və  faktla  möhürlüdür  ki,  oxucu 
özünü  əsrlərin  o  üzündə,  o  insanların  yaşayıb-yaratdığı  yerlərdə 
hiss edir, milli mədəniyyətimizin intibahı naminə bütün əzablara, 
təhdid  və  təhqirlərə  dözərək  əsl  sənət  nümunələri  yaradanların 
əhatəsində görür, təəssüf ki, ancaq xalqın yaddaşında yaşayan və 
nəsildən-nəslə  yalnız  sözlə  ötürülən,  bəzən  nə  şəkli,  nə  də  səs 
yazısı  qalan  sənət  fədailərimizin  iştirak  etdiyi  məclislərin  ab-
havasını hiss edir. 
Telli Pənahqızı, 
Ģair, publisist 
 
Hörmətli qələm dostumuz Mustafa. Yeni kitabınızın − “Xallı 
gürzə”nin çapdan çıxması münasibətilə sizi ürəkdən təbrik edirik. 
Bu roman dünənimiz, bu günümüz və sabahımız üçün çox gərəkli 
əsərdir.  Siz  cəfakeş  qələminizlə  böyük  zəhmət  hesabına  möhtə- 
şəm abidə yaratmısınız. Əhsən.  Səmimi salamlarla 
Ağsuda çıxan “Birlik” qəzetinin kollektivi adından  
redaktor Canalı Mirzəliyev 
 
 
 


M u s t a f a   Ç ə m ə n l i  
44 
 
 
 
 
 
Mustafa Çəmənliyə hədiyyə edilən  
kitablardan avtoqraflar
 
 
Gənc jurnalist Mustafa üçün bir хatirə! 
      
 
 
 
           Mir Cəlal 17.01.1973. 
(Cəlal M., Хəlilov P. Ədəbiyyatşünaslığın əsasları.- 
Bakı: Maarif, 1973.)  
 
Əziz və istеdadlı tələbəm Mustafaya müəllimindən yadigar. 
ġamil Qurbanov 27.IХ.1974. 
(Qurbanov Ş. Açılmamış səhifələr.- Bakı: Gənclik, 1974)  
 
Əbdürrəhim  bəy  Haqvеrdiyеvin  möhkəm  azarkеĢi,  istеdadlı 
jurnalist Mustafa Çəmənliyə kiçik hədiyyə. 
      Kamran Məmmədov 02.12.1981. 
(Məmmədov K. Yusif Vəzir Çəmənzəminli.- 
Bakı: Еlm, 1981) 
 
Ədəbiyyat  və  incəsənətimizi  gözəl  bilən  və  sеvən,  kitabımın 
rеdaktoru Mustafaya ən хoĢ arzularla. 
           Cahid Quliyеv 
(Quliyеv C. Böyük humanist  
(Üzеyir bəy Hacıbəyli haqqında).- Bakı: Yazıçı, 1981) 
 
Əziz  dostum,  istеdadlı  gənc  Mustafaya  sənət  zirvələri  fəth 
еtmək arzusu ilə. 
         Bəylər Məmmədov 13.09.1983 
(Məmmədov B. Хurşidbanu Natəvan.-  
Bakı: Yazıçı, 1983) 
 


B i b l i o q r a f i y a  
45 
 
Qələm  dostum,  ilk  sənət  uğurlarına  böyük  ümidlə  baхdığım 
əziz Mustafaya хoĢ-хoĢ diləklərimlə. 
Məmməd Ġsmayıl 22.04.1983 
(İsmayıl M. Bəхtimə düşən gün.- Bakı: Yazıçı, 1980) 
Əzablarımın,  sеvincimin  Ģahidi  və  Ģəriki,  Ģеirlərimin  (əgər 
Ģеir dеmək mümkünsə) ilk tənqidçisi, məni məndən yaхĢı tanıyan 
Mustafa Çəmənliyə. 
     Ağamalı Sadiq 7.02.1983. 
(Sadiq A. Mənə ümid vеrin.- Bakı: Yazıçı, 1982) 
 
Əziz və mehriban, qayğıkeĢ dostum Mustafaya dərin minnət-
darlıqla.  
           Əzizağa Məmmədov 11.05.1983 
(Talıbzadə B. Seçilmiş əsərləri  
/tərt. ed. Ə.Məmmədov.- Bakı: Yazıçı, 1983)  
 
Mustafa müəllimə yaradıcılıq uğurları diləkləri ilə 
 PaĢa Əfəndiyеv 22.11.1983. 
(Molla Cümə. Sеçilmiş əsərləri  
(tərt. еd.: P.Əfəndiyеv, S.İdrisov. Bakı: Yazıçı, 1983) 
 
ġəхsiyyətinə və mədəniyyətinə dərin hörmət bəslədiyim Mus-
tafa Çəmənliyə Ġraqda yaĢayan qardaĢ-bacılarımızın həsrət nəğ-
mələrindən kiçik bir хatirə. 
  Səmimiyyətlə Qəzənfər PaĢayеv 2.07.1994 
(İraq-Kərkük bayatıları /tərt. еd. Q.Paşayеv.-  
Bakı: Yazıçı, 1984) 
 
Ən sеvdiyim Ģairin kitabını ən hörmət еtdiyim dostum Musta-
faya yadigar. 
      Əkrəm Cəfər  02.08.1984   
(Füzuli M. Sеçilmiş əsərləri. Bakı: Yazıçı, 1984) 
 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə