B I b L i o q r a f I y a 1


B i b l i o q r a f i y a



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

B i b l i o q r a f i y a  
39 
 
romanını  konkrеt  diplom  işi  mövzusu  kimi  sеçərkən  məhz  bu 
məqamları nəzərə almışdır. Bu işdə romanın məzmun və mündə-
ricəsinin son dərəcə müasir və aktual səslənməsi də az rol oyna-
mamışdır. Əsərin mütaliəsindən alınan təəssürat bu baхımdan çoх 
güclüdür. 
(1994-cü  ildə  BDU-nun  filologiya  fakültəsinin  V  kurs  (əya-
ni)  tələbəsi  Kərimli  Firəngiz  Qabil  qızının  “Mustafa  Çəmənlinin 
“Хallı  gürzə” romanı” mövzusunda yazdığı  diplom işinə vеrdiyi 
rəydən) 
C.M.Abdullayеv, 
filologiya еlmləri doktoru, profеssor 
 
Belə  vaxtda,  ilk  kitabın  sevincini  duyan  bəxtəvərlərdən  biri 
kimi  tez-tez  gedib-gəldiyim  “Yazıçı”  nəşriyyatında  Mustafa  adlı 
bir  gənclə  tanış  oldum.  İlk  görüşdən  bu  münasibətə  ciddi  yanaş-
dıq.  Öyrəndim  ki,  “Klassik  ədəbiyyat  və  folklor”  şöbəsində 
redaktordu,  kitabı  nəşr  edilib.  “Mənim  dünyamın  adamları”  adlı 
həmin  kitabı  mənə  də  bağışladı.  Yadımdadı,  oxuyub,  fikrimi  də 
bildirdim. Bir xeyli söhbətimiz oldu. O, öz hekayələr toplusu haq-
qında,  bu  hekayələrin  yaranma  səbəbi  barədə  şişirtməsiz,  hay-
küysüz, deyərdim ki, bir az da utana-utana danışırdı. İlk övladını 
qohum-qonşunun  görməsindən  duyduğu  ata  fərəhi  görürdüm 
onun sifətində. 
Düzdü,  onda  gənc  Mustafanın  həm  dünyası  kiçik  bir  arealı 
əhatə edirdi, həm də o dünyasının adamları tam vətəndaşlıq hüqu-
qu  qazanmamışdı.  Lakin  Mustafa  Çəmənli,  yazda  şuma,  yayda 
biçinə  çıxan  kəndlisayağı  boş-bekar  dayanmırdı  –  hekayələr  ya-
zır,  radio  verilişləri  hazırlayır,  nəşriyyatda  redaktorluq  edir,  ev-
ailə qayğısı çəkirdi.  
Tədricən onun dünyasının sərhədləri üfüqləri aşdı, adamları-
nın ayağı yerə daha bərk dirəndi. Xırda hekayələrlə ədəbi səhnəyə 
qədəm  qoyan  yazıçının  qələmi  povest  və  roman  mövzularıyla 
sabaha  –  günümüzə  doğru  yeriyib  gəlməyə  başladı.  Başına  on 
minlərlə oxucu toplayan “Xallı gürzə”, həmçinin Milli Qəhrəman 
Fred Asifin həyat hekayəti Mustafa Çəmənliyə oxucu  məhəbbəti 


M u s t a f a   Ç ə m ə n l i  
40 
 
qazandırdı. Müharibə mövzusu ona tanış olduğundan atəşkəs illə-
rinin  qəhrəmanı  –  Mübariz  İbrahimov  haqqında  da  səmimi  bir 
əsər yaza bildi. Bura onun Qarabağ müharibəsindən, qaçqın-köç-
kün  həyatından  bəhs  edən  “Ruhların  üsyanı”,  “Üçyaşlı  əsir”  po-
vestlərini də əlavə etmək yerinə düşər. 
Mən hər hansı bir yazıçının bədii əsər yazmasına peşə möv-
qeyindən yanaşıramsa, onun xalqın taleyi, mədəni həyatı haqqın-
da qələmə aldıqlarını xidmət hesab eləyirəm. Bu mövqedən yana-
şanda  aydın  görünür  ki,  görkəmli  yazıçı  Mustafa  Çəmənlinin 
ensiklopedik xarakterli  “Leyli və Məcnun” − 100 il səhnədə” və 
“Sənət  hekayələri”  topluları    məhz  Azərbaycan  xalqına  xidmət 
səviyyəsində  dayanır.  Neyləyə  bilərik  ki,  bu  xidmətin  əvəzini 
qələm dostumuz hələ ki, almayıb.  
Qəşəm İsabəyli, 
Ģair 
 
Mustafa  Çəmənlinin  “Ruhların  üsyanı”  əsəri  də  maraqlı  po-
vestlərdən biridir. Bu əsərdə Azərbaycan tarixinin müxtəlif dövr-
ləri  müəllif  tərəfindən  bədii  sənətkarlıq  baxımından  ustalıqla  qə-
ləmə alınmışdır. Qarabağ xanı İbrahimxəlil xandan, onun sarayın-
dan,  vəziri,  Azərbaycanın  dahi  söz  ustalarından  biri  olan  Molla 
Pənah  Vaqifdən  söz  açan  yazıçı  yüksək  yaradıcılıq  manevri  ilə 
Eldəgizlər dövlətinin, onun başçısı Atabəy Şəmsəddin Eldəgizin, 
bu günümüzün Şəmsəddinin, Mətləbinin canlı obrazını yaratmağa 
müvəffəq olur. Bu əsər şüuraltı axının, assosasiyanın bariz nümu-
nəsidir.  Povestdə  zamansızlıq  mövcuddur  və  müasirliklə  keçmiş 
olaylar ustalıqla uzlaşdırılmışdır. Bugünkü tarixin aktual məsələ-
lərindən  olan  və  tariximizin  qanlı  səhifəsinə  çevrilən  Qarabağ 
faciəsi, bu faciəyə müəllifin özünəməxsus yanaşması da bu əsər-
də  öz  əksini  tapmışdır.  Zaman  kontekstindən  yanaşsaq,  burada 
bir-birindən fərqli üç zaman var: müəllifin yaşadığı zaman, Eldə-
nizlər  dövlətinin  və  Qarabağ  xanlığının  mövcud  olduğu  zaman. 
Təbii ki, bu zaman anlamına görə məkanlar da dəyişir. Bu zaman-
lar arasında isə müəllif çox gözəl bağlantı yarada bilir.
  
Gülnar Qəmbərova, 
filologiya üzrə fəlsəfə doktoru 


B i b l i o q r a f i y a  
41 
 
Mustafa Çəmənli barlı-bəhərli yazıçıdı. Yazdığı kitabların sa-
yı da, sanbalı da ildən ilə artır... Mustafa Çəmənli maraqlı yazıçı-
dı. Hansı janrda, hansı mövzuda yazırsa yazsın, oxunur... Mustafa 
Çəmənli  ürəkli  yazıçıdı,  yazdıqlarını  ürəklə,  sevə-sevə  yazır... 
Mustafa Çəmənli zamansız yazıçıdı. Yazdıqları faktdı, həqiqətdi, 
tarixdi... Mustafa Çəmənli həm də taleli yazıçıdır, ədəbiyyatımıza 
21 yaşında “Ləpirlər” hekayəsi ilə gəlib. 40 ilə yaxındır ki, onun 
ləpirləri ədəbiyyatımızda, publisistikamızda qeyri-adiliyi, yeniliyi 
ilə  seçilir.  Odur  ki,  qismətinə  düşən  yazıçı  taleyini  gileylənə-gi-
leylənə  yox,  sevə-sevə  yaşayır.  Özü  demişkən,  yazıçılıq  adama 
var-dövlət gətirmir, amma elə bilirsən ki, yazmasan bunları daha 
heç kim yazmayacaq. 
Təranə Vahid, 
yazıçı-jurnalist 
 
...Bu gün biz  “Ölüm  mələyi” ilə birgə  keçmişimizə  bir daha 
boylandıq.  Gah  yazıçı  Mustafa  Çəmənlinin,  gah  da  tariximizin 
gözü  ilə.  Zənnimcə,  tarixi  həqiqətlərə  bir  qədər  də  baş  vuraraq 
hadisələrin zaman və məkanını, çərçivəsini genişləndirməklə çox 
cazibəli  və  gərəkli  tarixi  bir  film-serialın  yaradılması  yerinə 
düşərdi.  Bu,  türk  dünyasına,  soykökümüzə,  keçmişimizə,  qədim 
dövlətçilik  ənənələrimizə,  hökmdarlarımıza  böyük  sayğı  və  sev-
gimizin  ifadəsi  olardı.  Qarşımızda  belə  dəyərli  tarixi  roman  var 
ikən, bu işi başlamağa dəyməzmi?  
Reyhan Pirimova, 
Bakı Ģəhər 237 saylı orta məktəbin tarix müəllimi 
 
Yaşayır  kəlmə-kəlmə,  misra-misra,  çəmən-çəmən,  kitab-ki-
tab. Gecələrin gözündə, gündüzlərin işığında par-par yanır. Ağda-
mın  külü  içində  qovrulur.  Şuşada  Bağrı  qan  qayasından  asılır. 
Haray  Vətən-Vətən  deyir.  Sonra  göyüm-göyüm  göynəyir,  yara 
kimi  sızlayır.  Külli-Qarabağın  məlhəmini,  harayını  sinəsinə  çə-
kib, əllərini İmarətə doğru uzadıb damla-damla yaş tökür... 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə