B I b L i o q r a f I y a 1


B i b l i o q r a f i y a



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

B i b l i o q r a f i y a  
33 
 
nun”  haqqında  salnamədir.  Bu  əsər  gərgin  əməyin,  məhəbbətin 
bəhrəsidir. Belə bir əsəri elə Mustafa Çəmənli yarada bilərdi. Bu 
işin  öhdəsindən  Xan  Şuşinskiyə,  Şövkət  Ələkbərovaya,  Əbülfət 
Əliyevə,  Xanlar  Haqverdiyevə,  Səxavət  Məmmədova  “Muğam 
dünyasının  Xanı”,  “Oxu,  gözəl”,  “Nəğməli  xatirələr”,  “Sənətkar 
ömrünün  izləri”,  “Səsin  ruhu”  kimi  maraqla  oxunan,  sanballı 
əsərlər yazan qələm sahibi gələ bilərdi.  
Ağlayanın  göz  yaşının  nə  olduğunu  əvvəl  ağlamış  adam 
bilər. Adicə bir kitabı tərtib edib hasilə gətirmək aylarla vaxt apa-
rır. Görün Mustafa Çəmənli nə böyük işlər görüb. Onun  çox qiy-
mətli  və  nadir  faktları  arxivlərdən,  mədəni  irsimizə  qayğı  göstə-
rən insanlardan əldə edərək “Leyli və Məcnun” – 100 il səhnədə” 
əsərində  çap  etdirməsi,  oxucu  və  mütəxəssislərə  təqdim  etməsi, 
Üzeyir  bəyə  layiq  belə  bir  əsər  yazması  təqdirəlayiqdir  demək 
azdır. Bu, misilsiz bir iş, təkrarsız bir əsərdir.  
Qəzənfər Paşayev, 
professor 
 
 “Gəncəli müdrik” romanımı yenicə bitirib “Yazıçı” nəşriyya-
tına  təqdim  etmişdim.  Ona  görə  tez-tez  Bakıya  gəlir,  bir  gecə 
mehmanxanada qalıb qayıdırdım. Əsəri o dövrdə tanınmış nəşriy-
yat redaktoru, yazıçı Mustafa Çəmənli redaktə etmişdi. Yadımda-
dır o, romanı ciddi şəkildə oxuyub əsərə qətiyyən müdaxilə etmə-
dən  onu  çapa  imzaladı.  Mustafa  həm  də  nəsr  şöbəsinin  müdiri 
olduğuna görə, həlledici söz onun idi. 
Nəhayət roman çap olundu və biz bir müddət də rayonda ya-
şadıq.  Ancaq  az  sonra  məcbur  olub  Lənkərandakı  həyət  evimizi 
dəyər-dəyməzinə  sataraq  Bakıya  qayıtmalı  olduq.  Mustafa  Çə-
mənli  o  vaxt  ayrı-ayrı  müğənnilər  haqqında  oçerk  və  hekayələr 
yazıb  radioda  səsləndirirdi.  Özüm  də  musiqi  ilə  bağlı  bir  adam 
olduğum  üçün  onlara  məmnuniyyətlə  qulaq  asırdım.  Bu  əsərlər 
ilə o, qarabağlı olduğunu və musiqini, ifaçılığı dərindən duyduğu-
nu  sübut  edirdi.  Həm  də  xeyirxah  bir  iş  görüb  çox  vaxt  unudul-
muş müğənniləri yad edirdi. Lakin Mustafa Çəmənli yazıçı idi. O 


M u s t a f a   Ç ə m ə n l i  
34 
 
zamana qədər onun “Mənim dünyamın adamları”, “İtirilmiş səs” 
adlı  hekayə  və  povestlər  kitabları  nəşr  olunmuşdu.  Ancaq  onun 
bir  yazıçı  olaraq  istedadı  “Xallı  gürzə”  tarixi-vətənpərvərlik  ro-
manının  nəşri  ilə  özünü  təsdiq  etdi.  Bu  roman  ona  ümumxalq 
rəğbəti qazandırdı.  
Əlisa Nicat, 
yazıçı 
 
Yazıçı Mustafa Çəmənli ötən əsrin səksəninci illərinin əvvəl-
lərindən  başlayaraq  mütəmadi  olaraq  ədəbi  mətbuatda  çap  olu-
nub, hekayə və povestləri oxucuların diqqətinə çatdırılıb. Ancaq, 
zənnimcə, ən böyük yazıçı şöhrətini ona 90-cı illərin əvvəllərində 
çap  olunmuş  “Xallı  gürzə”  romanı  gətirib.  Geniş    oxucu  kütləsi 
məhz bu romandan sonra Mustafa Çəmənlinin qələmini sevdi və 
mən böyük məsuliyyətlə deyərdim ki, bu roman Azərbaycan ədə-
biyyatında ən zirvədə duran tarixi romanların sırasına qatıldı. 
Xatirimdədi,  Məmməd  Səid  Ordubadinin,  Fərman  Kərimza-
dənin,    Mahmud  İsmaylovun  tarixi  romanlarını  sevən  oxucular 
Mustafa  Çəmənlinin  məhz  bu  aktual  mövzuda  yazılan  yüksək 
səviyyəli yeni tarixi romanını çox böyük coşquyla qarşıladılar, ən 
çox da  yeniyetmələr  və gənclər  bu əsəri  sevə-sevə  oxuyurdular. 
Çünki bütün siyasi-ictimai aktuallığı ilə bərabər, əsər həm də çox 
dinamik, hərəkətli, axıcı bir üslubda yazılmışdı, çox oxunaqlı idi, 
elə ilk səhifələrdən rəmzi xallı güzənin təsvirindən  başlayan əsər 
oxucunu tarixi atmosferin içinə salır və sona qədər də darıxmağa 
qoymurdu, gərgin hadisələr dinamik şəkildə bir-birin əvəz edirdi. 
İxtisasca  jurnalist  olan  və  uzun  illər  nəşriyyatlarda  redaktor 
kimi çalışan Mustafa Çəmənlinin yaradıcılıq fəaliyyətinin önəmli 
bir hissəsi də,  bədii-sənədli romanlar və povestlərdir ki, bunların 
da  əksəriyyəti  Azərbaycan  muğam  sənəti  ifaçıları  haqqındadır. 
Bu silsiləyə Xan Şuşinski, Şövkət Ələkbərova, Səxavət Məmmə-
dov, Mənsum İbrahimov haqqında kitablar, “Leyli və Məcnun” –
100  il  səhnədə”  kimi  sənədli-bədii  ensiklopediyası,  ayrı-ayrı  sənət-
karlarımız haqqında tərtib elədiyi yubiley albomları və s. daxildir. 


B i b l i o q r a f i y a  
35 
 
Mustafa  Çəmənlini  həm  oxuculara,  həm  də  həmkarlarına 
sevdirən sadəcə ədəbi istedadı yox, həm də insan olaraq səmimiy-
yəti, sadəliyidir. Əslində bu səmimiyyət elə əsərlərində də təzahür 
edir.  Yaratdığı  qəhrəmanlar  da  bütün  ziddiyyət  və  təzadlarına 
baxmayaraq,  əllaməçilikdən,  süni  fəlsəfəçilikdən  uzaqdırlar, 
təbiidirlər, canlıdırlar.  Eynən Mustafa müəllimin özü kimi. Sadə, 
səmimi, təbii və canlı... 
Və əminəm ki, Mustafa Çəmənli bundan sonra da yazdığı bü-
tün  əsərlərdə  bizim  gözümüzün  qarşısında  məhz  bu  cür  canlana-
caq.  Çünki  süniliyin  ömrü  qısadı,  təbiilik  isə  əbədidi...  Həqiqi 
gözəlliklər kimi. 
İlqar Fəhmi, 
Azərbaycan Yazıçılar Birliyinin katibi 
 
Yazıçı üçün ən dəyərli keyfiyyət onun həssas qəlbə, ülvü mə-
nəvi  aləmə  malik  olması,  dərin  müşahidə  qabiliyyətinə,  nəhayət, 
mükəmməl biliklər toplusuna yiyələnməsidir. Bu cəhətlər yazıçı-
nın qələminə rövnəq verir, qəlbinə dərin müşahidəsindən süzülüb 
gələn musiqi ladları hopdurur, nəsrinə poeziya ətri, lirika təravəti 
gətirir. Mustafa Çəmənli məhz bu keyfiyyətlərə malik yazıçıdır. 
Şahin Səfərov, 
filologiya elmləri doktoru, professor 
 
Mustafa  Çəmənli  maraqlı  hekayə  və  povestlərin,  “Xallı  gür-
zə” romanının müəllifidir. Qarabağ haqqında, onun tarixi keçmişi 
barədə bədii əsərlər çox yazılıb. Zənnimizcə, “Xallı gürzə” Qara-
bağ  tarixinə  yeni  bədii  baxışdır.  Yazıçının  “Yaddaş”  və  “Halal-
lıq”  povestləri  keçmiş  əyyam  haqqında  ibrətamiz  əsərlərdir. 
“Yaddaş” yaxın keçmişdən, “Halallıq” isə nisbətən uzaq keçmiş-
dən danışır. Bu əsərlərdə müəllif öz əxlaqi düşüncələrində təmiz, 
saf,  halal,  xeyirxah,  namuslu  bir  həyat  tərzini  öz  qəhrəmanları 
üçün nümunə və örnək seçir. 
Nazif Qəhrəmanlı, 
filologiya elmləri doktoru 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə