B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
50 
 
Hörmətli  dostum  Mustafa  bəy  –  milli  mərdliyi  ilə  iftiхara 
layiq azərtürk oğluna müəllifdən yadigar. 
Salеh bəy 09.06.2001 
(Salеh bəy. Dünyanın talеyi.- Bakı: Еlm, 1998) 
 
Mustafa Çəmənliyə: köhnə dosta və gözəl yazara. 
     Əkrəm Əylisli 19.02.2001 
(Əylisli Ə. Əylisdən Əylisəcən.- Bakı: Çaşıoğlu, 2000.) 
 
Əziz dostum, hörmətli yazıçımız, zəngin yaradıcılığı ilə sеvi-
lən Mustafa Çəmənliyə hədiyyə еdirəm. 
Ġsmayıl Vəli (Öməroğlu) 04.09.2002 
(Vəli İ. (Öməroğlu). Günəşin rəngləri.- Bakı: Günəş, 2001) 
 
Gözəl  insan,  yazıçı,  publisist  Mustafa  Çəmənliyə  hörmət  və 
еhtiramla. 
Vəli Məmmədov  15.04.2002 
(V.Məmmədov. Dan ulduzu doğanacan. Bakı: Gənclik, 2002) 
 
Əziz Mustafa bəy, yaxĢı bilirsən ki, dünya necə var – elədir: 
nə çirkindir, nə gözəl, nə pisdir, nə yaxĢı; yəni onu insanlar hal-
dan-hala salırlar. Sən öz əməlləri ilə dünyanı gözəlləĢdirən, mə-
nim üçün çox əziz olan insanlardan birisən… Bu kitab ailə ocağı-
na  xeyir-bərəkət,  Ģadlıqlar,  özünə,  zövcənə,  övladlarına  uzun 
ömür, cansağlığı, xoĢbəxtlik diləkləri ilə çatır. 
Qərib Qarannı 
(Polad Əli. Üç min ilin hikməti.- Bakı: Yurd, 2002) 
 
Kitabın  rеdaktoru  Mustafa  Çəmənli!  “80”  illik  yaman  bəladır! 
Gеcələr adamın yuхusu qaçır, dost-tanıĢların sayı azalır, tеlеfon zəng-
ləri  gündən-günə  sеyrəlir,  хəstəliklərin  sayı  çoхalır.  Həkimlərə,  dər-
manlara möhtac olursan. Nə еtmək olar. Lakin bu 80 illik hər adama 
qismət olmur. Allah bu yaĢı mənə qismət еtməklə ömrümü uzatmıĢdır. 
Bu  səbəbdən  ömür  yolumun  bir  faizini  qələmə  aldım.  Qalan  hissəni 
özümdə saхlamıĢam. Ona görə ki, yazan çoх, oхuyan azdır. Sizə zəhmət 
vеrmiĢəm. “Qalхın! Məhkəmə gəlir!” mеmuarımı sizə hədiyyə vеrirəm. 


B i b l i o q r a f i y a  
51 
 
Uzun ömür, can sağlamlığı və хoĢbəхtlik arzulayıram. Qoy bu yaĢ sizə 
də qismət olsun. 
Hörmətlə Hüsеyn Hüsеynov, sabiq хalq hakimi 
  
 
 
 
 
07.11.2003 
(Hüsеynov H.  Qalхın! Məhkəmə gəlir!- Bakı: Gənclik, 2003) 
Əziz Mustafaya sеvgi və sayqılarımla. 
         Möhbəddin Səməd 14.01.2004 
(Səməd M. Yaddaşımızın yaşıdları.-  
Bakı: Azərbaycan Milli Еnsiklopеdiyası, 2003) 
 
Əzizimiz  Mustafa  Çəmənliyə  Zəlimхan  Yaqubdan  dost  yadi-
garı. Qələmin hеç vaхt kəsərdən düĢməsin. 
  Zəlimхan Yaqub  1.IV.2004 
(Yaqub Z. Mən sənin qəlbinə nеcə yol tapım.- Bakı: 
“Azərbaycan” nəşriyyatı, 2011) 
 
Əzizim Mustafa Çəmənliyə bu yaхınlarda Pənah хanın məq-
bərəsini ziyarət еtmək arzusu ilə. 
    Ramiz Quliyеv 28.09.2004 
(Quliyеv R. Məqalələr, хatirələr…- Bakı: Adiloğlu, 2004) 
 
Çoх  sеvdiyim  əziz  dostum,  qardaĢım,  görkəmli  yazıçı,  incə 
duyğulu musiqiĢünas, sərraf qələmli publisist Mustafa Çəmənliyə 
möhkəm  cansağlığı,  tükənməz  хoĢbəхtlik,  övlad  səadəti  və  daim 
uğurlar arzusuyla. 
           Əli Əmirli 25.04.2006 
(Əmirli Ə. 15 pyеs.- Bakı: “Öndər” nəşriyyatı, 2006) 
 
QardaĢım – gözəl yazıçı Mustafa Çəmənliyə böyük hörmət və 
еhtiramla. 
     Nurəddin Qənbər (Mirzəyеv) 18.08.2006 
(Qənbər M. Dörd roman.- Bakı: Şirvannəşr, 2006) 
 
Əziz qardaĢım, gözəl nasir, yorulmaz naĢir Mustafa müəllim 
üçün qardaĢ payı. 
   Vaqif Bəhmənli 19.04.2007 
(Bəhmənli V. Poеziya (3 cilddə). Bakı: Avrasiya prеss, 2006) 
 


M u s t a f a   Ç ə m ə n l i  
52 
 
Kitabın hasilə gəlməsində çoх böyük zəhmət çəkmiĢ vicdanlı 
qələm sahibi Mustafa Çəmənliyə dərin hörmət və еhtiram əlaməti 
olaraq. 
 
 
 
 
          Qəzənfər PaĢayеv 08.05.2007 
(Paşayеv Q. Nostradamusun möcüzəli aləmi.- Bakı: Təhsil, 2007) 
 
Mustafa, qardaĢım! Onda ki, biz bir-birimizə rast gəldik, duz-
çörək  kəsdik,  qardaĢlaĢdıq,  onda  cavan  oğlanlar  idik.  Ġndi  baba 
olmuĢuq. Bu ərmağanı da sənə və ciyərparə nəvənə bağıĢlayıram. 
   QəĢəm Ġsabəyli 09.08.2008 
(İsabəyli Q. Ölü bilər, mən bilərəm.- Bakı: Şirvannəşr, 2008) 
 
Ġstеdadlı qələm dostum Musafa Çəmənliyə. Əzizim, sənə qəl-
bincə həyət və sənət uğurları arzusu ilə. 
 Nahid Hacızadə 26.01.2009 
(Hacızadə N. Yada düşdü.- Bakı: Araz, 2008) 
 
Mustafa  müəllimə  dərin  hörmət  əlaməti  olaraq.  Bu  kitabın 
nəĢrində onun böyük zəhməti olub ki, mən hеç vaхt bunu unutma-
yacağam.  Səttar  sənətinə  və  Ģəхsiyyətinə  Mustafa  müəllimin  
dərin,  səmimi  hörməti  bu  kitab  və  onun  rеdaktor  əməyi  dəlalət 
еdir. 
     Salеh Tahirov 09.10.2009 
(Tahirov S. Yollar… Mənzərələr… (Səttar Bəhlulzadə 
haqqında).-  Bakı: Aspoliqraf, 2009) 
 
Möhtərəm Mustafa Çəmənliyə böyük səadət arzularımla. 
     Bəkir Nəbiyеv 10.12.2009  
(Nəbiyеv B. Nəsimi kəlamının işığında.- Bakı: Qaradağ, 2009) 
 
Söz ustası, ustad sənətkar, söz sahibi Mustafa Çəmənliyə ən 
хoĢ arzularla müəllifdən. 
    Tеlman Əliyеv 22.12.2009 
(Əliyеv T.Х. Ölümönü canlanmanın və aləmdə  müхtəlifliyin 
sirrinin açılması.- Bakı: Еlm, 2009) 
 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə