117
və vədə sadiqlik xislətlərinin önəmi daha da aydınlaşır. Belə ki, bir müsəlmanın öz
dinini xoş əxlaqı ilə qeyri-müsəlmanlara gözəl təqdim etdiyi hallara da, əksinə
xoşagəlməz xasiyyət və davranışları ilə mənfi şəkildə təqdim etdiyi hallara da sıx-
sıx rast gəlirik.
Məsələ 307. Əməlisaleh həyat yoldaşının başlıca xüsusiyyətlərindən biri də
öz həyat yoldaşını incitməməsi, onunla pis davranmaması, onu özündən
uzaqlaşdırmamasıdır. Allahın elçisi (s) buyurmuşdu: “Hansı qadın həyat yoldaşını
incidərsə, onun könlünü alaraq razılığını qazanmadıqca hətta hər gün oruc tutub,
bütün gecələrini ibadətlə keçirsə, Allah yolunda saysız-hesabsız kölə azad edərək
böyük bir sərvət xərcləsə belə, Allah (c.c.) onun namazını və heç bir yaxşı əməlini
qəbul etməz və o, cəhənnəmə daxil olan ilk şəxs olacaqdır”. Sonra sözlərinə belə
əlavə etmişdi: “Haqsızlıqla həyat yoldaşını incidən kişini də belə bir aqibət və cəza
gözləyir”.
1
Məsələ 308. Hər bir müsəlman müsəlman olmayanlar insanlarla tanış ola və
dostluq əlaqələri qura bilər. Onların arasında səmimi münasibətlərin, dünyəvi
problemlərinin həllində yardımlaşma və əməkdaşlığın olmasının heç bir zəzəri
yoxdur. Uca Allah Qurani-Kərimdə buyurur:
Dostları ilə paylaş: