ÜÇÜNCÜ FƏSİL
39
TƏHARƏT VƏ NƏCASƏT
Hər bir müsəlman hər zaman bədəninin, paltarlarının və digər əşyalarının
təmiz olmasına və onları çirkləndirə biləcək nəcasətdən uzaq tutmağa çalışır.
Qeyri-müsəlman ölkələrində yaşamaq bəzi müsəlmanlar üçün nəcasətdən
qorunmaq xüsusunda ciddi sıxıntılar yaradır. Belə ki, onlar həmin ölkələrin
müsəlman olmayan əhalisi ilə eyni restoran və kafelərin, bərbərxanaların,
paltaryuma servislərinin xidmətlərindən istifadə edir, sidik kimi nəcasətlərlə
çirklənən döşəmələrin üzərində hərəkət etməli, ümumi ayaqyolundan və s. istifadə
etməli olurlar.
Bütün bunları nəzərə alaraq öncə əziz oxucuları təharət və nəcasətlə bağlı
aşağıdakı hökmlərlə tanış etməyi məqsədəuyğun hesab edirik:
Məsələ 34. Artıq qeyd edilən şəriət hökmünə əsasən, bütün əşyalar nəcis
olduğu təsbit edilənədək pakdır.
Məsələ 35. Kitab əhli, o cümlədən yəhudilər, xristianlar və məcusilər pak
hesab edilirlər və müsəlman onların bədənlərinin nəcisə bulaşdığına əmin
olmayınca onlarla ünsiyyətdə bu qaydanı əsas tuta bilər.
Məsələ 36. Nəcasət rütubətin sirayət etməsinə səbəb olan nəmlik sayəsində
keçir. Quru halda, yaxud rütubət sirayətedici olmadıqda isə nəcasət keçici sayılmır.
Beləliklə, quru əllə quru nəcisə toxunduqda əl nəcisə bulaşmış sayılmır.
Məsələ 37. Müsəlman qarşılaşdığı, əl sıxaraq görüşdüyü hər bir şəxsin dini
etiqadından xəbərdar olmadığı halda onun müsəlman və ya kitab əhli olduğunu
ehtimal edərsə, əli rütubətli olsa belə onu pak hesab edə bilər. Bu zaman ondan
dini etiqadını öyrənmək - hətta bu sual sizə və ya ona heç bir problem yaratmasa
belə - vacib deyil.
Məsələ 38. Bədən və ya paltara tökülən mayelər nəcis olduğu sübuta
yetməyincə pak hesab edilir.
Məsələ 39. Odun
1
və ya başqa bir nəsnədən alınmasından asılı olmayaraq
spirt pakdır. Beləliklə, tərkibində spirt olan bütün dərman, ətriyyat və yeyinti
1
İlk dəfə 1661-ci ildə quru odunun yüksək hərarətdə qızdırılması nəticəsində alınan metanol, metil, yaxud karbinol
ən bəsit tərkibli spirt hesab olunur və sənayedə karbonmonooksid ilə hidrogenin reaksiyasından alınır.
40
məhsulları da pak hesab edilir və onlardan istifadə edə, hətta miqdarı olduqca az,
məsələn 2% həcmində olduğu hallarda hətta həmin qida məhsulları ilə qidalana da
bilərsiniz.
Məsələ 40. Daha öncə istifadə edilən əşyalardan nəcasətə bulaşdıqlarına
əmin olmadıqca paklamağa ehtiyac duymadan yenidən istifadə etmək olar.
Məsələ 41. Xalçalar və digər döşəmə örtükləri üzərində bir qismi, yaxud
təsiri qalmayan müxtəlif nəcasətlərə bulaşarsa, qəlil (kür miqdarından az) suyu
onların üzərinə bir dəfə axıtmaqla yuyula bilər. Bu məqsədlə nəcisə bulaşan hissəni
tamamilə isladacaq (yuyacaq) şəkildə həmin hissənin üzərinə su tökmək, sonra əllə
sıxmaqla, yaxud quruducu cihazla, yaxud da üzərinə suyu özünə çəkəcək bir parça
qoymaqla qüsalə suyundan təmizləmək lazımdır. Beləliklə, xalça və ya döşəmə
örtüyü pak olur, qüsalə suyu isə vacib ehtiyata əsasən nəcis hökmünü daşıyır. Bu
hökm sidikdən başqa nəcasətlərə bulaşan bütün libaslara da şamil olunur. Sidiyə
bulaşan paltarlara, eləcə də südəmər oğlan və qızların sidiyinə tətbiq olunan
özünəməxsus hökmlərə isə qarşıdakı məsələlərdə aydınlıq gətiriləcəkdir.
Məsələ 42. Öncəki məsələdə sözügedən əşyaları kürr miqdarından artıq olan
su mənbəyinə qoşulmuş krant suyu ilə paklamaq istədikdə isə onları əllə sıxmaq,
quruducu cihazla qurutmaq, yaxud baqa bir yolla qüsalə suyunu çıxarmağa ehtiyac
yoxdur. Kürr suyun həmin əşyaların üzərinə axıdılması ilə onlar pak olur.
Məsələ 43. Libas, xalça və s. qan və məni (sperma) kimi üzərində təsir
(rəngini, dadını yaxud qoxusunu) buraxan hər hansı bir nəcislə bulaşarsa, onları
41-ci məsələdə öz əksini tapan qaydada yumaq olar. Bu şərtlə ki, nəcasətin özü
(təsiri) bu yumadan öncə suya çəkilərək, yaxud başqa bir vasitə ilə aradan
qaldırılmalıdır. Həmçinin, bu halda 41-ci məsələdən fərqli olaraq nəcasətin özünü
yuyub aparan su vacib ehtiyata əsasən deyil, birbaşa fətvaya əsasən nəcis sayılır.
Məsələ 44. Müstəsna halları çıxmaqla əsasən südlə qidalanan südəmər oğlan
və qız uşaqlarının sidiyi ilə nəcis olan xalçaları, paltarları və s. paklamaq üçün
həmin əşyanın sidiyə bulaşan hissəsini tamamilə əhatə edəcək qaydada üzərinə bir
dəfə su tökmək kifayətdir və həmin suyu sıxaraq (qurudaraq) çıxarmağa da ehtiyac
yoxdur.
41
Məsələ 45. Böyüklərin sidiyi ilə nəcis olan libasları da su ilə pak etmək olar.
Bu məqsədlə kür həcmindən az su ilə yuduqda həmin paltarların üzərinə nəcisə
bulaşan hissəni tamamilə əhatə edəcək şəkildə su axıtmaq, sonra həmin suyu əllə
sıxaraq, yaxud başqa bir yolla çıxarmaq, ardınca bunu bir dəfə də təkrarlamaq
lazımdır. Sidiyin özü ilə qarışmamış olduğu halda hər iki yumada sıxılan su vacib
ehtiyata əsasən, nəcis sayılır. Sidiyin özünün də sıxılan suya qarışdığı halda isə
birinci yumadan sonra sıxılan su birbaşa fətvaya əsasən nəcis sayılır.
Məsələ 46. Böyüklərin sidiyi ilə nəcis olan libasları kürr həcmində olan su
mənbəyinə bağlı krantın suyu ilə yumaq üçün də onları iki dəfə suya çəkmək
lazımdır, yalnız bu fərqlə ki, bu halda yuduqdan sonra sıxaraq, yaxud başqa bir
yolla suyunu çıxarmağa ehtiyac yoxdur. Eləcə də bədən sidiyə bulaşdıqda onu
(sidiyə bulaşan hissəsini) istər kürr həcmində, istərsə daha az miqdarda olan su ilə
iki dəfə yumaq lazımdır.
Məsələ 47. Şərabla nəcis olan əl və libaslar bir dəfə yumaqla pak olur. Lakin
libasları qəlil su ilə yuduqda yumadan sonra həmin suyu sıxmaq lazımdır.
Məsələ 48. Şərab, yaxud hər hansı başqa bir nəcasətlə bulaşan qabları qəlil
su ilə paklamaq üçün onları üç dəfə yumaq lazımdır. Həmçinin, kürr həcmində
mənbəyə bağlı krant suyu ilə paklayarkən də vacib ehtiyata əsasən, üç dəfə yumaq
lazımdır.
Məsələ 49. İtin ağzının suyu (seliyi, yaxud tüpürcəyi) ilə nəcis olan əl və
paltarlar bir dəfə yumaqla pak olur. Lakin qəlil su ilə yuyarkən paltarları yuduqdan
sonra sıxmaq lazımdır.
Məsələ 50. İtin ağzı ilə toxunması, yaxud su içməsi nəticəsində nəcis olan
qabları paklaşdırmaq üçün onları birinci dəfə torpağa sürtdükdən sonra olmaqla üç
dəfə yumaq lazımdır.
İndi isə gəlin təharət və nəcasət mövzusu ilə bağlı tez-tez soruşulan bir sıra
suallar və onların cavabları ilə tanış olaq:
Məsələ 51. Pakedicilərdən biri də yerdir. Bəs yer örtüyü ayaqqabıların altı
kimi onun üzrənidə hərəkət edən avtomobillərin təkərlərini də pak edirmi?
Cavab: Xeyr, pak etmir.
42
Məsələ 52. Nəcasətə bulaşan əşyalar maye halında olmadığı halda nə qədər
bulaşdırıcı hesab olunur?
Cavab: Nəcasətə bulaşan ilk əşya toxunduğu əşyanı (öncəki məsələlərdə də
öz əksini tapdığı kimi təmasda olan əşyalardan ən azı biri keçirici dərəcədə
rutubətli olduğu halda
tərc.
) nəcis edir. İkinci əşya da eyni qayda ilə üçüncünü
nəcasətə bulaşdırmış hesab edilir. Lakin üçüncü əşya maye olub-olmamasından
asılı olmayaraq təmasda olduğu əşyaları nəcasətə bulaşdırmış sayılmır.
Məsələ 53. İtin ağzı bədənimizə, yaxud libaslarımıza toxunduğu halda necə
paklanmalıyıq?
Cavab: Bir dəfə su ilə yumaq kifayətdir. Qəlil su ilə yuduqda isə qüsalə suyu
ayrılmalıdır ki, bunun üçün də yuyulan paltarları yumadan sonra möhkəmcə
sıxmaq lazımdır.
Məsələ 54. Sihlər (siqhizm dininin ardıcılları) də yəhudilər və xristianlar
kimi səmavi dinlərin nümayəndələri sayılırmı?
Cavab: Sihlər kitab əhli sayılmır.
Məsələ 55. Buddistlər kitab əhli sayılırmı?
Cavab: Onlar kitab əhli deyil.
Məsələ 56. Bir müsəlman qərb ölkələrindən birində mebel və avadanlıqlarla
təmin edilmiş ev kirayələyərsə, hər hansı bir nəcasət izinə rast gəlmədiyi halda
evdəki bütün əşyaları pak hesab edə bilərmi? Bəs ondan öncə həmin evdə
məskunlaşan kitab əhli – yəhudi və ya xristian, yaxud hətta buddist və ya Allahı,
onun elçilərini inkar edən bir şəxs olsa necə?
Cavab: Bəli, nəcasətə bulaşmış olduğunu bilmədikcə, buna əmin olmadıqca
evdəki bütün əşyaları pak hesab edə bilər. Bu xüsusda şəkk-şübhəyə isə məhəl
qoyulmamalıdır.
Məsələ 57. Qərb ölkələrində kirayəyə verilən evlərin əksəriyyəti otaqların
döşəməsinə bitişdirilən və qaldırılaraq altına bir qab qoyulması belə mümkün
olmayan döşəmə örtüyü ilə örtülmüşdür. Sidik, yaxud qan kimi nəcasətlərə
bulaşdığı halda onları kürr həddindən az və çox su ilə necə yumaq lazımdır?
43
Cavab: Əgər yumadan sonra parça, yaxud hansısa bir alətlə həmin suyu sıxıb
çıxarmaq (yuyulan hissəni qurutmaq) mümkün olarsa, bu qaydada kürr həcmindən
az su ilə də yumaq olar. Əks təqdirdə isə yalnız kürr normasından artıq su ilə pak
edilə bilər.
Məsələ 58. Qərb ölkələrində paltaryuma xidməti göstərən servislər geniş
yayılmışdır və həmin paltaryuyan maşınlarda müsəlmanlarla qeyri-müsəlmanların
libasları pak və ya nəcis olmasından asılı olmayaraq birlikdə yuyulur. Həmin
maşınlarda yuyulan geyimlərimizlə namaz qıla bilərikmi? Nəzərə almaq lazımdır
ki, biz həmin paltaryuyan maşınların yuma əsnasında lazımı qaydada kürr suya
qoşulmuş olub-olmadığını, eləcə də libasları təmizlədiyi kimi nəcasətdən də pak
edib-etmədiyini bilmirik.
Cavab: Yuyulmadan öncə pak olan və sonradan nəcasətə bulaşdığına əmin
olmadığınız paltarla namaz qıla bilərsiniz. Həmçinin, üzərindəki nəcasətin - varsa -
aradan qaldırıldığına əmin olduğunuz libaslar sidiklə nəcis olduğu halda pak və
mütləq suyun bütün nəcasətə bulaşan (toxunan) hissələrini əhatə edəcəyi şəkildə
iki dəfə (vacib ehtiyata əsasən, hətta kürr su ilə yuyulduqda belə), başqa
nəcasətlərə bulaşdığı (toxunduğu) halda isə bir dəfə yuduqdan və eləcə də qəlil su
ilə yuyulduğu halda ardınca qüsalə suyunu sıxmaq, yaxud başqa bir yolla
ayırdıqdan sonra pak hesab olunur. Lakin şəriətdə nəzərdə tutulan qaydada
paklandığına şəkk etdiyiniz libasların isə nəcis olaraq qaldığına hökm olunur və
onlarla namaz qılmaq düzgün deyil.
Məsələ 59. Qeyri-müsəlmanlar tərəfindən işlədilən, müsəlmanlarla yanaşı
qeyri-müsəlmanların da libaslarını yudurtduğu servislərdəki paltaryuyan
maşınlarda yuyucu mayelər qatılaraq yuyulan geyimlər pak hesab olunurmu?
Cavab: Həmin paltarların nəcasətlə təmas nəticəsində nəcasətə bulaşdıqlarını
bildiyiniz hal istisna olmaqla, onlar pak hökmündədir.
Məsələ 60. Bəzi sabunların üzərində onların hazırlanmasında donuz
piyindən, yaxud İslam şəriətinin normalarına müvafiq qaydada kəsilməyən heyvan
mənşəli maddələrdən istifadə olunduğu yazılır və biz həmin maddələrin istihalə
44
yolu ilə başqa bir maddəyə çevrilib-çevrilmədiyini bilmirik. Həmin sabunları pak
saya bilərikmi?
Cavab: Tərkibində sözügedən maddələr mövcuddursa, onların istihaləsi
gerçəkləşdiyi hallar istisna olmaqla, həmin sabunlar nəcis sayılır. Qeyd etmək
lazımdır ki, sabun istehsalı prosesində sözügedən istihalə halınının gerçəkləşməsi
təsbit (müşahidə) edilməmişdir.
Məsələ 61. Donuz tukundən hazırlanan diş fırçalarının alqı-satqısı və
istifadəsi doğrudurmu və istifadə edildiyi halda ağız nəcasətə bulaşmış sayılırmı?
Cavab: Alqı-satqısı və istifadəsi haram deyil. Lakin istifadə edildiyi halda
ağız nəcasətə bulaşmış hesab olunur. Fırçanı ağızdan çıxardıqdan sonra ağız
boşluğunda qalan diş məcununun təmizlənməsi ilə isə pak olur.
Məsələ 62. Yumurtanın sarısında, yaxud ağında müşahidə olunan qan onu
nəcis etmiş sayılırmı? Belə yumurtaları yeyə bilmərikmi? Bu məsələnin bir həlli
yolu varmı?
Cavab: Yumurtanın ağında müşahidə edilən qan pak sayılır, lakin yeyilməsi
haramdır. Bununla belə həmin qanı təmizləyərək yumurtanı yemək olar. Qan ləkəsi
yumurtadan ayrılmayacaq dərəcədə cüzi miqdarda olduğu halda isə yumurta pak
və yeyilməsi halal hesab edilir.
Məsələ 63. Şərab və pivə pak sayılırmı?
Cavab: Şərabın nəcis olduğu şübhəsizdir. Pivəyə (qaynadılmış, məstedici
arpa suyuna) gəlincə, içilməsi qəti şəkildə haram olsa da, nəcis hesab olunması
hökmü vacib ehtiyata əsaslanır.
Məsələ 64. Avropada fərqli dinlərin, irqlərin və millətlərin nümayəndələri
bir arada yaşayırlar. Belə bir cəmiyyətdə hansı dinin mənsubu olduğunu
bilmədiyimiz bir satıcıdan aldığımız və onun çılpaq əli ilə toxunduğu rütubətli (ələ
rütubət keçirə biləcək dərəcədə) qida məhsullarını pak saya bilərikmi?
Cavab: Toxunan əlin nəcis olduğunu bilmədiyiniz (əmin olmadığınız) halda
qida məhsulları pak hesab olunur.
Məsələ 65. Avropa ölkələrində harada istehsal olunduğunu bilmədiyimiz
süni dəri məhsulları satılır. Deyilənlərə əsasən, bir sıra Avropa ölkələri müsəlman
45
dövlətlərindən ucuz qiymətə dəri xammalı alaraq süni dəri məhsulları istehsal
edirlər. Həmin məhsulları pak hesab edə bilərikmi? Belə dəri geyimlərlə namaz
qıla bilərikmi? Ümumiyyətlə, belə zəif bir ehtimala əsaslanmaq olarmı?
Cavab: Həmin dərilərin şəriət normalarına müvafiq surətdə kəsilən
heyvanlardan alınması ehtimalı sağlam ağıl sahiblərinin etimad göstərməyəcəyi
qədər az, məsələn 2% olarsa, sözügedən məhsullar nəcis hökmünü daşıyır və
namaz qılarkən onları geyinmək olmaz. Əks təqdirdə isə həmin məhsullar pak
sayılır və onlarla namaz qılmaq olar.
Dostları ilə paylaş: |