İKİNCİ FƏSİL
TƏQLİD
Təqlid hər hansı bir işin icrasında camiüş-şərait (bütün şərtlərə cavab verən)
fəqihin fətvasına müvafiq qaydada – hətta icra əsnasında məhz onun fətvasına
istinad edilməsə belə - hərəkət etmək deməkdir. Beləliklə, araşdırma aparmadan
(verilən fətvanın nəyə əsaslandığını öyrənmək zərurəti duymadan
tərc.
) icra
edilməli olanları icra etmək və qadağan olunanlardan uzaq durmaqla təqlid
gerçəkləşmiş olur, müqəllid (təqlid edən) Allah qarşısında öz əməlinin
məsuliyyətini təqlid etdiyi fəqihin öhdəsinə buraxır.
Təqlid olunma səlahiyyətinə malik olmaq üçün fəqihin sahib olmalı olduğu
keyfiyətlərdən biri də dövrünün ən biliklisi (fiqh və əlaqədar elmlər sahəsində)
olması, nəzərdə tutulmuş mənbələrinə istinad etməklə şəriət qanunvericliyində
başqalarından daha mükəmməl olması şərtidir.
Bu xüsusda aşağıdakı şəriət hökmlərinə diqqət yetirməyi məqsədəuyğun
hesab edirik:
Məsələ 24. Şəriət hökmlərini aydınlaşdırmaq (mənbələrinə istinad etməklə
öyrənmək) iqtidarında olmayan mükəlləf bu səlahiyyətə malik olan ələm
müctəhidə təqlid etməlidir. Beləliklə, müctəhid olmayan bir mükəlləfin təqlidə və
ya ehtiyata əsaslanmayan əməli batil sayılır.
Məsələ 25. “Ələm müctəhid” şəriət hökmlərini mənbələrinə istinad etməklə
öyrənmək və aydınlaşdırmaq işində başqalarından daha bacarıqlı olan müctəhiddir.
35
Məsələ 26. Ələm müctəhidi tanımaq üçün mütəxəssislərə müraciət etmək
lazımdır və bu işdə mütəxəssis olmayanların rəyinə istinad etmək doğru deyil.
Məsələ 27. Mükəlləf təqlid etdiyi müctəhidin fətvalarını aşağıdakı üç yoldan
biri ilə əldə edə bilər:
1 – hər hansı bir məsələ ilə bağlı müctəhidin fətvasını onun özündən
eşitməklə;
2 – iki adil (burada: mötəbər, sözünə, şahidliyinə etibar edilən) şəxsin, yaxud
qeydsiz-şərtsiz etimad edilə biləcək bir şəxsdən öyrənməklə;
3 – mötəbərliyinə əmin olmaq şərtilə əməliyyə (praktiki) risaləsinə, yaxud
risalə hökmündə olan yazılı əsərlərinə müraciət etməklə.
Məsələ 28. Əgər müqəllidin ehtiyac duyduğu hər hansı bir məsələ ilə bağlı
ələm müctəhidin bir fətvası olmazsa, yaxud müqəllid ehtiyac duyduğu zaman onun
fətvasını öyrənə bilməzsə, ələmlik sırasına riayət etməklə başqa müctəhidlərə
müraciət etməsinə icazə verilir.
Hörmətli oxucular, indi isə gəlin, təqlidlə bağlı Ayətullah əl-uzma Sistaniyə
ünvanlanan bir sıra suallar və onlara verilən cavablarla tanış olaq:
Məsələ 29. Fəqihlər bizə ələm müctəhidə təqlid etməli olduğumuzu
söyləyirlər. Tanıdığımız bir sıra dinşünas alimlərdən ələm müctəhidin kim
olduğunu soruşduqda isə konkret bir cavab ala bilmirik ki, həmin müctəhidə təqlid
edərək və özümüzü bu məsələdə rahat hiss edək. Belə qeyri-konkret cavabların
səbəbini soruşduqda isə təvazökarlıqla: “biz bu sahədə səlahiyyətli mütəxəssis
deyilik” – deyir, bəzən isə sözlərinə belə əlavə edirlər: “biz özümüz də bir sıra
mütəxəssislərdən bu məsələni soruşmuş və belə cavab almışıq ki, ələm müctəhidin
təyin edilməsi üçün bütün müctəhid fəqihlərin əsərlərini araşdırmaq lazımdır. Bu
isə olduqca uzun zaman tələb edən, çətin və məuliyyətli bir işdir. Bir sözlə yaxşı
olar ki, başqalarına müraciət edəsiniz”.
Beləliklə, ələm müctəhidin müəyyən edilməsi dini tədqiqat mərkəzlərində bu
qədər mürəkkəb bir məsələ kimi qəbul edilirsə, bəs qərb ölkələrində, o cümlədən
ABŞ kimi uzaq ölkələrdə yaşayanlar nə etməlidir? Biz həmin ölkələrdə yaşayan
gəncləri uzun səylərdən sonra şəriətin göstərişlərinin icrasına, yasaqlarından uzaq
36
durmağa təşviq edərkən “kimə təqlid etməliyik?” sualına çatdıqda bu sualın
qarşısında aciz qalırıq. Bu problemin həlli üçün bir yol varmı?
Cavab: Əgər ələmliyi ayırd edə biləcək bəzi mütəxəssislər bu və ya digər bir
səbəblə ələm müctəhidin təyin edilməsi məsələsində rəy bildirməkdən imtina
edirsə, bunu bütün mütəxəssislərin imtinası kimi qiymətləndirmək olmaz.
Beləliklə, ələm müctəhidi bu xüsusda rəy bildirməkdən imtina etməyən
mütəxəssislərin və ya elmiyyə hövzələri (dini tədqiqat mərkəzləri) ilə əlaqəsi olan
və etibar edilə biləcək şəxslərin, habelə digər ölkələrdə yaşayan alimlərin köməyi
ilə tanıya bilərsiniz. Ələm müctəhidi tanımaq bir sıra çətinliklərdən xali olmayan
bir məsələ olsa da, həlli olmayan mürəkkəb bir problem sayıla bilməz.
Məsələ 30. ƏƏləm müctəhidin kimliyini öyrənmək üçün müraciət
edəcəyimiz mütəxəssislərin özlərini necə tanıyacağıq? Bəs tanıdıqdan sonra onlarla
necə əlaqə saxlayacağıq? Nəzərə almaq lazımdır ki, biz elmiyyə hövzələrindən,
ümumiyyətlə şərq (müsəlman) ölkələrindən olduqca uzaqda yaşayırıq. Məsələnin
daha asan bir həlli yolu varmı ki, həmin yola baş vurmaqla kimə təqlid etməli
olduğumuzu öyrənə bilək?
Cavab: Ələm müctəhidi təyin edə biləcək mütəxəssislər özləri də elmi
səviyyəsi ona yaxın olan və başlıca meyarlar əsasında ələmliyin ehtimal dairəsinə
daxil olan fəqihlərin müvafiq bilik və bacarıqlarının səviyyəsindən xəbərdar olan
müctəhidlərdir. Sözügedən meyarlar aşağıdakılardan ibarətdir:
1 – rəvayətlərin (burada: yazılı hədis nümunələrinin) doğruluğunun və
etibarlılığının isbatı yollarını bilmək; bu xüsusda biblioqrafiya (mənbəşünaslıq),
saxta hədislər və onların yaranma səbəblərinin araşdırılması, fərqli nüsxələrin
tədqiqi, ən mötəbər olanının müəyyən edilməsi, bəzən müəllifin (ravinin) sözləri
ilə qarışdırılan hədisin orijinal mətninin tanınması kimi mövzuları əhatə edən rical
və dirayə (hədisşünaslıq) elmlərini mükəmməl şəkildə mənimsəməlidir.
2 – ümumi qaydalar əsasında hədis mətninin məzmununu anlamaq; bu
xüsusda imamların (ə) şəriət hökmlərini bəyan etmə üslübu, habelə üsul elminin və
ərəb dilinin qayda-qanunları, o cümlədən dövrün digər fiqh məzhəblərinin
fəqihlərinin rəyi ilə tanışlıq danılmaz önəm kəsb edir.
37
3 – ayrı-ayrı məsələlərlə bağlı ümumi qayda-qanunlar əsasında hökm
çıxarmaq məhələsində və eləcə də ələmliyin ehtimal dairəsinə daxil olan fəqihlərilə
bilavasitə müzakirə, yaxud fiqh və üsul elmləri sahəsində əsərlərinin və
mühazirələrinin yazılı mətnlərinin tədqiqi əsasında onların rəylərini öyrənmək
xüsusunda özünəməxsus sabit bir üsluba sahib olmaq.
Ələm müctəhidin kim olduğunu öyrənmək istəyən mükəlləf özü onu təyin
edə biləcək mütəxəssisləri tanımaq imkanına sahib olmadığı təqdirdə etibarlı
dindarlar kimi tanıdığı insanlar vasitəsilə onları tanıya və sözügedən məsələ ilə
bağlı onlara müraciət edə bilər. Asan və sürətli kommunikasiya vasitələrinin
günbəgün inkişaf etdiyi informasiya əsrində coğrafi uzaqlıq həmin mütəxəssislərlə
əlaqə üçün ciddi əngəl sayıla bilməz.
Məsələ 31. Mütəxəssislərin ələm müctəhidin təyini ilə bağlı fikir ayrılığında
olmasına rəğmən, mükəlləf müctəhidlərdən birinə qarşı arxayınlıq (etimad) hiss
edərsə, bu ona təqlid etməsi üçün kifayətdirmi?
Cavab: Ələm müctəhidin təyin edilməsi ilə bağlı mütəxəssislər arasında fikir
ayrılığı mövcud olarsa, bütün belə hallarda olduğu kimi onların arasından daha
yetərli və səlahiyyətli (bu xüsusda daha bilikli və bacarıqlı) olan mütəxəssisin
rəyini tərcih etmək lazımdır.
Məsələn 32. Mütəxəssislər ələm müctəhidin təyini mövzusunda fikir
ayrılığına düşərək bir neçə müctəhidə təqlid edilə biləcəyini açıqlayarsa, mükəlləf
hansısa bir məsələdə bir müctəhidin, başqa bir məsələdə isə digər müctəhidin
fətvasına uyğun əməl edə, ələm müctəhidin müəyyənləşməsinədək bu qaydada
davam edərək onu tanıdıqdan sonra isə ona təqlid edə bilərmi?
Cavab: Burada üç ehtimal mövcud ola bilər:
1 – bəzi mütəxəssislər bir və ya bir qrup müctəhidə təqlid etməyin kafi
olduğunu elan edərsə, bu rəy heç bir şəri məsuliyyət doğurmur;
2 – mütəxəssilər iki və ya daha artıq şəxsin elm və təqva (burada: şəriət
hökmlərinin öyrənilməsi və işıqlandırılması) etibarilə eyni səviyyədə olduğunu
açıqlayarsa, mükəlləf bütün məsələlərdə şəxsi seçim əsasında onlardan hər hansı
birinin fətvalarına müvafiq qaydada hərəkət edə bilər. Lakin vacib ehtiyata əsasən,
38
namazın bütöv və ya qısa qılınmalı olduğu kimi bir sıra ixtilafli məqamlarda
onların hamısının fətvalarını nəzərə almalıdır (məsələn, örnək olaraq göstərilən
halda namazlarını həm qısa, həm də bütöv qılmalıdır);
3 – mütəxəssislərdən bəziləri bir müctəhidi, başqa bir qismi isə digər bir
müctəhidi ələm elan edərsə. Bu ehtimalın özü də iki fərzi özündə ehtiva edir:
a) mükəlləf onlardan birinin digərlərindən daha ələm olduğunu bilir, lakin
onun məhz hansı olduğunu müəyyən edə bilmir; bu nadir rastlana biləcək bir
ehtimaldır və bu ehimalla bağlı hökm “Minhac əs-salihin” risaləsində təfsilatı ilə
öz əksini tapmışdır;
b) mükəlləf onlardan birinin daha ələm olduğuna dair məlumata sahib deyil;
bu isə o deməkdir ki, onların elm və təqva etibarilə bərabərsəviyyəli müctəhidlər
olduğu ehtimal olunur və bu halda 2-ci ehtimalla bağlı hökmə müvafiq qaydada
hərəkət etmək lazımdır.
Məsələ 33. Mükəlləf yeni bir məsələ ilə qarşılaşarsa və həmin məsələ ilə
bağlı təqlid etdiyi müctəhidin rəyini bilməzsə, onun rəyini öyrənməsi,
vəkillərindən (nümayəndələrindən) soruşması bu iş ödənişli telefon əlaqəsi kimi
kifayət qədər xərc tələb etdiyi halda belə vacibdirmi? Yoxsa təqlid etdiyi
müctəhidin fətvasını öyrənənədək rəyini asanlıqla öyrənə biləcəyi başqa bir
müctəhidin fətvasına əməl edə bilərmi? Bu halda fətvasına müvafiq surətdə hərəkət
etdiyi başqa müctəhidin rəyi mükəlləfin təqlid etdiyi müctəhidin rəyi ilə üst-üstə
düşməzsə, onun artıq gördüyü əməlləri ilə bağlı hökm nədir?
Cavab: Təqlid etdiyi ələm müctəhidin rəyini öyrənmək onu ciddi bir zərərə
məruz qoymadığı halda telefon əlaqəsi vasitəsi ilə də olsa, onun fətvasını
öyrənməlidir. Öz mərcəi-təqlidinin fətvasını öyrənməsi mümknü olmadığı təqdirdə
isə ələmlik məsələsində ardıcıllığa riayət etməklə digər müctəhidlərə müraciət edə
bilər. Bu zaman qarşısına çıxan həmin yeni məsələdə hətta sonradan öz mərcəi-
təqlidinin fətvası ilə üst-üstə düşmədiyi aydın olsa belə, ikinci müctəhidin
fətvasına uyğun qaydada etdiyi hərəkətlər doğru və kafi sayılır.
Dostları ilə paylaş: |