100
səmərəsiz olar. İnsanlarda onların istək və arzularını işıqlandıran
ümid və inam yaratmaq ekstrasenslərin ən ümdə vəzifəsidir. Eks-
trasenslik qabiliyyəti olan şəxs hər bir halı başqalarında yaratmağı
bacarmalıdır. Əgər sən başqalarına nüfuz edib onun halını yaşaya
bilirsənsə, onda başqalarında da istədiyin halı yaşada bilərsən. An-
caq məsələ bununla bitmir.
İnsanlarda xəstə orqanları fəallaşdırmaqla xəstəliyi geri çəkil-
məyə məcbur etmək, xaricdən gələn hər hansı fiziki təsirlərin is-
tiqamətini dəyişmək və sairə işləri görməyi də bacarmaq lazımdır.
Ekstrasenslik adını üzərinə götürmüş hər bir kəs bütün qabiliyyə-
tini, səyini, bacarığını insanların xoşbəxtliyinə həsr etməlidir. Eks-
trasens kimi yaşamaq da taleyin bir qismətidir, özü də ən ali varlıq
tərəfindən təyin olunmuş bir qismət. Belə bir qisməti yaşamaq özü
də bir xoşbəxtlikdir. Dünyada insan həyatına səadət gətirməkdən
də böyük xoşbəxtlik yoxdur. Ekstrasenslər bütün həyatı boyu belə
bir halı yaşamalıdırlar. Əks təqdirdə öz xoşbəxtliklərini də itirmiş
olarlar. İtirilmiş səadətdən də böyük bədbəxtlik yoxdur.
Kainatda baş verən səbəb-nəticə ardıcıllığı hər anın təzahürlə-
rində müəyyən varlıqların yaranmasına səbəb olur ki, bu varlıqlar
da labüd mövcudluq kimi qəbul olunur. Bütün labüd varlıqların isə
yaradıcısı birdir. Ən ali varlığın nüfuzu ilə nizamlanmış məqsədli
bir hərəkət təkamülə doğru aparır. Hər hansı bir varlığın labüd ya-
şantısında ən ali varlığın nüfuzu hiss olunur. Ən ali varlıq bütün
mövcudluqların halını yaşayır. Əslində ruh ən ali varlığın öz zər-
rəciklərindəndir. Ruh bütün maddiliklərin halını yaşamaqla onları
nizamlı, məqsədli təkamül yolunda fəaliyyətləndirir. Əgər hər han-
sı bir maddilikdə ruhun mayasının heç bir zərrəciyi yoxsa o varlıq
deyil, mövcudluqdur və heç bir müqavimətsiz təsirlərə məruzdur.
Ruhsuz maddiliyin halı yaşanmır və əksinə təsirlərə məruz qaldı-
ğından dağılandır, deməli, ruhsuz maddilik ən ali varlığın nüfuzuna
möhtacdır.
Hər hansı bir mövcudluğun halının yaşanması onun varlıq kimi
inkişaf etməsi deməkdir. Hər hansı bir mövcudluğun halının ya-
şanması ən ali bir varlığın nüfuzuna möhtac olduğu üçün varlığın
101
yaşanan halı – nizamlı, məqsədli və təkamülə doğrudur. Ona görə
də labüd varlıqların yeganə yaradıcısı ən ali varlıqdır. İnsan ruhla
bədənin daha sıx təmasda olduğu bir varlıqdır ki, burada məqsəd
insanın mövcudluğuna qədərki hallardan bir səbəb kimi istifadə et-
məklə insandan başlayaraq ruh vasitəsi ilə bədənin maddiliyinin
yaşantısında əbədi rahatlıq halı, yəni parlaq nur almaqdır ki, bu da
maddiliyin son nəhayətdə ən müxtəlif, lakin məqsədli səbəb-nəticə
ardıcıllığı nəticəsində parlaq nura çevrilməsi prosesinin başlanğı-
cıdır. Parlaq nur isə ruhu qüvvətləndirən halədir və mövcudluğun
yaşantısından alınan rahatlıq halıdır.
Təkamül prosesi mövcudluqları tədricən nəhayətdə yaşantıla-
rından alınan, yalnız rahatlıq halında qərarlaşdıracaq. Bu bir qayı-
dışdır, öz dünyasına qayıdış, lakin əsrlərin süzgəcindən keçən bu
inkişaf əvvəlki hədd deyil, ən ali varlığa daha yaxın bir haldır. Həm
də bu hal inkişafdan dayanmayan bir təkamül yoludur. Lakin hər
hansı bir mövcudluq hər hansı bir mərhələyə gələnə qədər hansı
halı yaşasa da hər an üçün hər hansı bir varlığın mövcudluğunda
labüdlük var.
Zaman su kimi axır, hər bir varlığın bu günü dünəninə oxşayır,
lakin onlar da eyni olmayacaq. Bu proses, nəhayət, o qədər davam
edir ki, müəyyən mərhələdə artıq mövcudluğun varlığı müəyyən
vaxtdakı əvvəlki halıyla öz arasında artıq heç bir oxşarlıq tapmır.
Bu köhnənin ölüb getməsi, yeninin yaranması deməkdir. Bu zaman
müddəti arasındakı vaxt hər hansı bir varlığın doğumla ölüm ara-
sındakı sərhədidir, yəni həyatıdır.
Ölüm də, doğum da labüddür. Varlıq kimi mövcudsansa doğul-
musan, varlıq kimi mövcudsansa, yaşayırsan, varlıq kimi mövcu-
dsansa öləcəksən. Bu bizi əhatə edən maddi aləmin pozulmayan
qanunudur. İnsan həyatı da bu pozulmayan qanunla sərhədlənmiş
bir yaşantıdır. Mövcud olan varlıqlar bir-biri ilə sıx əlaqəlidir. Bu
maddiliyin hökmən ən mümkün halıdır. Ən ali varlıq bütün səbəblər
qrupu ilə mövcudluqlar arasında ümumi bir əlaqə yaratmışdır. Bö-
yük səbəblər qrupu ilə yaranan əlaqəni ən ali varlığın özündən başqa
heç kəs poza bilməz. Bu ən böyük ruhun nüfuzunun yaşantısıdır.
102
Bunlardan başqa, mövcudluqlar arasındakı əlaqələrdə kiçik
səbəblər qrupu da iştirak edir ki, bu səbəblərin yaradıcıları bütün
canlı varlıqlardır. Lakin insan və ondan daha aliləri kiçik səbəblər
qrupunun daha hökmlü halını yaradanlardır. Qeyd etmək lazımdır
ki, kiçik səbəblər qrupunu dəyişmək onu yaradandan asılıdır. Elə
insanın özü hər an üçün qarşısına çıxan milyonlarla səbəblərdən
birini seçmək imkanına malikdir ki, bu da onun istədiyi variantda
kiçik səbəblər qrupunun istiqamətlənməsi deməkdir. Düzdür, ən ali
varlıq istəsə hər hansı kiçik səbəblər qrupunu da özü bildiyi kimi
istiqamətləndirər, lakin o bu işlərə çox da müdaxilə etmir, sanki
istəyir ki, insan öz əməllərinin öz taleyində oynadığı rolu dərk etsin.
Ən ali varlıq səbirli, təmkinli və rəhmlidir. Kim ki öz əməllə-
rinin nəticələrini dərk edir, o, müsbət işlər görməyə çalışacaqdır.
Kim ki öz əməllərinin nəticələrini düşünmür, o, şər işlərin kömək-
çisidir. Ən ali varlıq insanı hadisələr seyrçisi gözü ilə deyil, mü-
daxilə edə bilmək imkanlı yaratmışdır. İnsan gərək öz mövqeyini,
məsuliyyətini hiss etsin ki, onu yaradanın etimadını doğrultsun Hər
bir insan öz taleyi ilə bərabər bəşəriyyətin də taleyini düşünməlidir.
Ey insan, bəşəriyyətə xidmət et. Bəşəriyyətin gələcək təkamül
yolu hər bir kəsin əməlindən başlanır. Bəşəriyyətin hər bir fərdi
üzvi onun taleyinin yaradıcısıdır. Bəşəriyyətin təkamülü – ha-
radasa öyrənilən yeni həyat təcrübəsi ilə formalaşır. Bu isə həm
də ümumi şüur səviyyəsində yeni təfəkkür tərzinin formalaşması
deməkdir. Həyat hər bir canlının doğumla ölüm arasındakı sərhə-
dini müəyyənləşdirdiyi kimi, bəşəriyyətin mövcudluğu da hələ ki,
xeyrin şərdən üstün olduğuna sübutdur. Uzun əsrlərin həyat təc-
rübəsi göstərir ki, insanlar bəşəriyyətin təkamül prosesini irəliyə
doğru inkişafında çox böyük rol oynamışlar. Məhz bu rolun nə-
ticəsidir ki, indi bəşəriyyətin ayrı-ayrı üzvlərinin həyat səviyyəsi
əvvəlkilərə nisbətən ölçüyəgəlməz dərəcədə yüksəlmiş, insanların
ümumi dünyagörüşü xeyli dərəcədə formalaşmışdır. İllər keçsə də
bəşəriyyətin təkamülü onun ayrı-ayrı üzvlərini daimi düşündürmə-
lidir. Çünki insanların gələcək taleyi bəşəriyyətin inkişaf səviyyə-
Dostları ilə paylaş: |