91
ən müxtəlif vasitələrlə ödənilməsi bədənin rahatlığını yaradır, an-
caq bu tələbatın ödənilməsi üçün tutulan əməl, görülən iş, ruhun
rahatlığı baxımından olmur. Məsələn, alçaldılmış şəkildə səni ən
yaxşı nahara qonaq etmək və sairə. Belə olan vəziyyətdə bədənin
tələbatı ödəndiyi üçün ağıla, hissi rahatlığın müsbət emosiyaları
gedir, ruhun tələbatı ödənmədiyi üçün mənfi emosiyalar gedir. Bu
zaman ağılın daha düzgün yol seçməsində ruhun əsas rola malik
olduğu üzə çıxır. Çünki bədən öz tələbatını ödəyərkən əldə etdiyi
ləzzəti uzun müddət yaşaya bilmir, deməli, ruh artıq müqavimət
göstərsə, yəni düşdüyü vəziyyətin sıxıntılı halın daha çox yaşasay-
dı, əgər ruh bilərəkdən mənfiliklərə meyil etməsə, daha çox düzgün
qərar çıxarmağa məcbur edər.
Əgər ruh mənfiliklərə meyl etsə, yəni sıxıntılı halı daha az ya-
şasa, bir sözlə, unutqan olsa, hissiyyatın bir neçə anlıq bədənə ver-
diyi rahatlıq halı ilə kifayətlənib, öz əbədi rahatlığını yalnız müəy-
yən müddətlərə qazanıla bilən hissi rahatlıqlara qurban versə, bu
bilərəkdən özünü daha aşağı səviyyələrə salmaq deməkdir.
İradə ruhla bədən arasındakı daxili mübarizənin məhsuludur.
İnsanın hökmən iradəyə malik olması söhbəti də məhz buradan
yaranır. Demək olar ki, insan bütün ömrü boyu ruhla bədən, bun-
lardan törəmə olan ağılla hissiyyat arasındakı mübarizədə forma-
laşır. Hissiyyatın ardınca getmək bədənə, ağılın ardınca getmək
ruha xidmət edir. İnsanda bu ikilik demək olar ki, nisbətən bəra-
bərdir. İradəliliyin özünün də müəyyən əhatə dairəsi var. Ruhun
bədən nisbətində artıqlığının, yəni hissiyyatın üzərində ağalığın
hökmranlığının müəyyən mərhələsində artıq iradədən söhbət gedə
bilməz. Çünki iki əks qüvvənin birinin digərini həmişə üstələyə
biləcəyi vəziyyətdə digərinin müqavimət göstərmək imkanı sıfıra
yaxınlaşır. Əslində bu halda göstərilən müqavimət faydasızdır. İra-
dəsiz insanlarda heyvanlara xas əlamətlər özünü daha çox büruzə
verir, iradəli insanlarda insandan daha çox ali varlıqlara bənzərlik
hiss olunur.
Bəzən insan hər hansı bir işi görməyə tərəddüd edir. Belə hal-
larda ağılla hiss arasında müəyyən zaman ərzində tam bərabərlik
92
yaranır. Belə hallarda kənar bir təkan öz işini görür, yəni kiminsə
məsləhəti əsas rol oynayır. Tərəddüd edənlərə düzgün yol göstər-
mək ən ali varlığın birbaşa ilahi sevgisini qazanmaq deməkdir.
Çünki tərəddüd edənlərə bircə kəlmə söz onların fikrinin ən müxtə-
lif istiqamətlərə yönəlməsinə təkan verə bilər. İnsanların iradəsi
ilə oynamaq da düzgün deyildir. Daha güclü təhrik müqaviməti ilə
qarşılaşmış iradə, əlbəttə, burada müsbət meyillərin sınmasından
söhbət gedir, itmiş inam deməkdir. Ən ali varlıq belə təhrik sahib-
lərini öz bəlaları ilə izləyir.
Ekstrasens olmaq üçün güclü iradə hökmən lazımdır. Əgər sən
güclü iradəyə malik deyilsənsə, demək qarşına çıxacaq bir çox ma-
neəni dəf etmək imkanından məhrumsan. İradəsiz insanları ən ali
varlıq da sevməz. Özü də iradə ilə höcətliyi qarışdırmaq olmaz.
İradə ədalətli bir işin həyata keçirilməsində qarşıya çıxan maneələ-
ri dəf etməyə xidmət edir. Höcətlik – haradasa təsdiqini doğrult-
mayan bir işin həyata keçməsinə çalışmaq deməkdir. Ekstrasenslər
səbirlə, yeri gələndə kimsələrin ağılsızlıqdan yaranan höcətlikləri-
nin qarşısını mümkün qədər almağa çalışmalıdırlar. Çünki bir çox
sonu kədər və iztirab gətirən işlərin başlanğıcı höcətlikdən yaranır.
Ən ali varlıq insanlara kədər və iztirab gətirən bütün səbəblərin
yaradıcılarını sevməz.
Dünyaya insan kimi gəlmisənsə, bu ada hörmət et. Çünki bu ad
altında daha ali varlıqlar səviyyəsinə yüksəlmisən. Dünyaya insan
kimi gəlmisənsə, sənin daha ali pillələrə çıxmaq imkanın var. Ey
insan, taleyə bel bağlama, taleyini özün yarat. Çünki qarşına hər
an üçün çıxan milyonlarla səbəblərdən birini seçmək imkanı sənin
əlindədir. Dünyaya insan kimi gəlmisənsə, deməli, ən böyük yara-
dıcı olan ən ali varlığı dərk etmək imkanın var. Bu imkanı əldən
vermə. İnsana qədərki varlıqlar içərisində yalnız insandır öz daxili
hissiyyatını boğmaq imkanı əldə edən. Ağılla hissin mübarizəsidir
insan həyatı. Bu həyatdan düzgün, qaydasınca istifadə edilsə, ağıla
üstünlük versən ən ali varlığa bir pillə də yaxınlaşmaq olar. Bu hə-
yatdan düzgün istifadə edilməsə, hissiyyata üstünlük verilsə, insan-
dan aşağı pillələrdə qərarlaşacaqsan. Belə bir sual meydana çıxa
93
bilər, insan həyatdan köçəndən sonra onun ruhu təkrar, insan kimi
həyata gələ bilərmi və gələrsə nə vaxtdan sonra? Ümumiyyətlə,
əgər insanın ruhu həyata insan kimi təkrar qayıda bilərsə, burada
dövriliyə əməl olunur, yoxsa başqa bir prinsip var? Bu suala belə
cavab vermək olar, bəli, insan ruhu təkrar insan kimi həyata gələ
bilər, lakin həm də bir daha gəlməyə bilər. Əgər gələrsə, burada
dövriliyə əməl olunmur. İndi aydınlaşdıraq görək hansı şəraitlərdə
insanın ruhu yenidən insan kimi, özü də hansı ardıcıllıqla həyata
gələ bilər. Əgər hər hansı bir kəs həyatdan köçürsə, o öz əməlləri
müqabilində ruhunu bürüyən ya parlaq nur, ya da zülmət qaralıqla
bu dünyanı tərk edir. Əgər bu dünyanı tərk edən ruhun parlaqlığı
daha çoxsa, onda o, ən ali varlığa bir pillə də yaxınlaşar və orada
onun qarşısında öz istəyindən asılı olaraq iki yoldan birini seçmək
imkanı yaranar. Birinci yol bu olur ki, ruh insan həyatı keçirdiyi
müddətdə əldə etdiyi yaxşılıqlardan yaranan parlaq nurunun ləzzə-
tini əbədilik yaşasın. İkinci yol budur ki, əgər özünü təzədən sınağa
çəkmək istəyirsə, mələk həyatı yaşaya bilər. Birinci yol seçən ruh-
lar bir daha insan həyatı yaşamaqdan məhrum olurlar.
İkinci yol seçən ruhlar isə ola bilsin əgər yalnız ağıla xidmət
etsələr, bir daha insan həyatı yaşamasınlar. Lakin bəzən mələklə-
rin içərisində də bilərəkdən müəyyən hallarda hissiyyata xidmət
edənlər olur. Bu meyil müəyyən həddi keçdikdə və o mələk nəf-
sini bilərəkdən boğmadıqda, maddiliyə meyil yaranır və aşağı pil-
lələrə keçilir, yəni yekcinslik daha çox pozulur. Belə olan hallarda
o mələk ruhu həyata insan kimi gələ bilər. Məsələnin başqa bir
tərəfinə nəzər salaq. İnsan dünyadan köçəndə onun ruhunu bürüyən
qara halə çoxsa, yəni həmin şəxs bəd əməllər sahibiymişsə, onun
ruhu daha aşağı pillələrə düşür və belə olan təqdirdə ruhu bürüyən
qaranlığın miqdarından asılı olaraq aşağı pillələrdə cəza kimi ən ali
varlıq tərəfindən təyin olunan vaxta kimi qalmaq qərarlaşdırılır. Bu
məcburidir, lakin əbədi cəza yoxdur. Nə vaxtsa cəza müddəti qur-
tardıqdan sonra həmin ruh bir daha təkrar insan həyatı keçirə bilər.
Deməli, insanın yaşadığı müddət və onun ölümdən sonrakı hə-
yatı üçün, insanın ağlı ilə hissiyyatının mübarizəsindəki qalibiyyət
Dostları ilə paylaş: |