Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə29/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

88
rağı ilə üst-üstə düşməyən qabiliyyəti haradasa kəsirli olacaqdır. 
İnsan özünü elə fəaliyyətə cəlb etməlidir ki, onun qabiliyyəti ilə 
marağı üst-üstə düşsün. Hətta belə hallar üçün dövlət səviyyəli xü-
susi məktəblərin olması faydalıdır. Çünki uşaqlarda kiçik yaşların-
dan müəyyənləşdirilmiş qabiliyyətlərə məktəblərdə xüsusi maraq 
oyadıb onları gələcəyin ən gözəl mütəxəssisləri etmək olar. Həm 
də belə dövlət səviyyəli məktəblərdə xüsusi qabiliyyəti olan uşaq-
ların öz qabiliyyətlərini inkişaf etdirməsi üçün şərait yaranır. 
Demək olar ki, hər kəsdə hər hansı bir sahədə qabiliyyət var. 
Özü də bu qabiliyyət təbiətin verdiyi paydır. O sənin xarakterində 
artıq özünə müəyyən yer tutmuşdur. İndi o qabiliyyəti inkişaf etdir-
mək səndən asılıdır və ya əksinə. Əgər sən öz qabiliyyətini inkişaf 
etdirirsənsə, bir az da həyatdan qazanılmış vərdişlər sənin xarakte-
rində möhkəmlənir və sənin sonrakı nəsillərində bu vərdişlər artıq 
xarakterə çevrilir. Deməli, sən öz qabiliyyətini daha təkmilləşdiril-
miş formada öz sonrakı nəsillərinə ötürürsən. Belə bir məsələnin 
bir xüsusi əhəmiyyəti də vardır ki, bu işlərlə xüsusilə dövlət səviy-
yəli məşğul olunanda bəşəriyyətin gələcək inkişafını daha çox irəli 
aparmaq qabiliyyəti olan kəslərin bazisi yaranır. 
İnsan gərək yeri gələndə heyrətləndirici, təəccüb doğurucu ha-
disələrə  soyuqqanlılıqla  yanaşa  bilsin.  Əks  təqdirdə  baş  vermiş 
müəyyən hadisə qarşısında özünü ələ ala bilməyən kəs özü taleyin 
əlində  bir  oyuncağa  çevrilər.  İnsan  daha  yetkin  dərrakəyə  malik 
olduğu üçün o, hadisələrə öz münasibətini heç bir hissiyyata qapıl-
madan bildirib müəyyən nəticə çıxarmalıdır. Baş verən hadisələri 
törədən səbəblər aydın deyilsə, səbəblər öyrənilməli və mümkünsə 
aradan qaldırılmalıdır. Həyatda təəccüb və heyrət doğuran heç nə 
olmamalıdır, çünki hər hadisənin bir səbəbi var. Ona görə də hər 
bir  insan  qarşılaşdığı  hər  bir  hadisənin  bir  səbəbi  olduğunu  an-
lamalıdır.  Əgər  hadisə  bədbəxtlik  gətiribsə,  daha  neyləmək  olar, 
daha  sonrakı  bəlalardan  qorunmağa  çalışmaq  lazımdır.  Əgər  ha-
disənin nəticəsi uğurludursa, bu uğuru daha da inkişaf elətdirmək 
lazımdır. Ancaq bütün bunlarla yanaşı, hər an üçün baş verə biləcək 
hadisələrə həmişə hazır olmaq lazımdır və hər an üçün ehtiyat təd-


89
birləri görməyə qabil olmalısan. İnsan elə bir məxluqdur ki, onun 
üçün yaşamaq nəyəsə ümid etmək deməkdir. Ona görə də hər an 
ən ali varlığın, haqqın və ədalətin tərəfində olduğuna ümid et. Ən 
ali varlıq özü də ədalətin tərəfində olub ona ümid edənləri heç vaxt 
naümid qoymur. 
Ədalətin tərəfində olmaq xüsusilə ekstrasenslərə vacibdir. Ümu-
miyyətlə, ekstrasens olmaq üçün insanın daxili imkanları haradasa 
ekstrasenslik üçün qəbul olunmuş göstəriciyə uyğun gəlməlidir. 
Ekstrasenslik üçün ən başlıca şərtlər bunlardır: 1) təbiətin verdi-
yi müəyyən qabiliyyət; 2) təbiətin verdiyi payla həyatda qazandığın 
biliklər nəticəsində səndə yaranan müəyyən səviyyəli təhrik etmək 
bacarığı; 3) zəhməti sevmək, güclü iradə və bunun da nəticəsində 
müəyyən həyat təcrübəsi və biliklər əldə etmək; 4) ədalətli olmaq 
və daxilində tamah, paxıllıq hissinin olmadığına əmin olmaq; 5) ən 
ali varlığın yəqinliyinə şübhəsiz inanmaq. Hər hansı bir kəsdə bu 
şərtlərə əməl olunursa, o, ibtidai bir formada ekstrasensdir və ən ali 
varlıq yəqin ki, onu nə vaxtsa mükafatlandıracaqdır. Deməli, eks-
trasens olmaq üçün əvvəl sayılan beş şərtdən başqa ən ali varlığın 
hər hansı bir və ya bir neçə sahədə qabiliyyətini artıran mükafatı da 
hökmən olmalıdır. 
Qeyd edilən beş şərti özündə tapan şəxs ən ali varlığın ona verə-
cəyi mükafata əmin ola bilər. Ekstrasens olmaq ən ali varlığa yaxın 
olanlar cərgəsinə daxil olmaq deməkdir, yəni sənə etimad göstə-
rilib. Ekstrasens olmaq çox böyük məsuliyyət daşımaq deməkdir. 
Çünki sənə göstərilən etimaddan sui-istifadə etsən, bu etimadı doğ-
rultmasan, ən böyük bəlalar səni izləyər. Çünki ən ali varlıq onun 
etimadını doğrultmayanları sevməz. 
İnsan  doğulubsa,  yaşamaq  uğrunda  mübarizə  aparmağa  məc-
burdur. Yaşamaq uğrunda mübarizə mövcudluğu labüd olan hər bir 
varlığın xarakterik xüsusiyyətidir. Lakin varlıqların dərk qabiliyyə-
ti artdıqca bu xarakterik xüsusiyyətlərin forma və məzmunu tədri-
cən dəyişir. Xüsusilə insanda bu xüsusiyyət daha dolğun və yetkin 
hala çevrilir. Çünki insan həyat təcrübəsini və biliklər toplusunu 
öyrənmək və əldə etmək imkanına malikdir. İnsan maddi varlıqlar 


90
içərisində demək olar ki, orta yer tutur. İnsanda nisbi götürdükdə 
demək  olar  ki,  ağılla  hissin  mübarizəsində  müəyyən  bir  tarazlıq 
şərti ödənir. İnsandan dərk qabiliyyəti aşağı olan varlıqlarda his-
siyyat üstünlük təşkil edir. İnsandan dərk qabiliyyəti yuxarı olan 
varlıqlarda ağıl üstünlük təşkil edir. Deməli, insan maddi varlıqlar 
içərisində sınağa çəkilənlərdəndir. Həm də insan maddi varlıqlar 
içərisində yeganəsidir ki, iradəyə malikdir. Əslində iradə məfhu-
mu yalnız insan mövcudluğundan yaranan haldır. Belə qəbul edək 
ki, insandan ibtidai varlıqlarda hissiyyat daha üstün olduğu üçün 
hissiyyatla mübarizə apara biləcək ikinci bir qüvvə yoxdur ki, ira-
dəlilik  yaransın  və  ya  əksinə,  insandan  daha  ali  varlıqlarda  ağıl 
daha çox üstünlük təşkil edir və ona müqavimət göstərə biləcək 
ikinci daha ciddi bir qüvvə yoxdur ki, yenə də iradəlilik yaransın. 
İnsanda isə ağılla hissin arasındakı tarazlıq, insanın səviyyəsindən 
asılı olaraq bir-birindən çox az fərqli olduğu üçün onların arasın-
da gərgin mübarizə gedir. Bu mübarizə insanın yaşadığı müddət 
ərzindəki  və  ölümündən  sonrakı  taleyini  həll  edir.  İradəsizlik  ən 
böyük mənfilikdir. Ağıl hissiyyatı üstələyəndə görülən işin, tutulan 
əməlin  nəticəsində  insanda  daxili  bir  rahatlıq  halı  yaranır  və  bu 
hal ruhu halə kimi bürüyüb onu qüvvətləndirir, yəni inkişaf etdirir. 
Hissiyyat ağılı üstələyəndə daxilən keçirdiyi narahat hal ruhu bir 
halə kimi sıxır, yəni onu zəiflədir. 
Ruh  daim  inkişafda  olmasaydı,  yəni  özü  üçün  həyat  təcrübə-
si  toplamasaydı  insan  heyvandan  fərqlənməzdi.  Ağılın  hərəkətə 
gəlməsində ruhun mayasının, yəni insan bədənində formalaşaraq 
şəxsiləşən ruhun rolu çox böyükdür, çünki ruh bədəndə yaşanan 
halın rahatlığını da, narahatlığını da yaşayır və bu vəziyyətə mü-
vafiq  də  ağılla  əlaqəyə  girir. Ağıl  bu  vəziyyətdə  öz  dərkinə  mü-
vafiq qərar çıxarır. Ağılla gedilən yolda rahatlıq və təhlükəsizlik 
meyilləri  nəzərə  alınır  və  ruha  rahatlıq  gəlir.  Bunun  ardınca  ruh 
yenidən  öz  yaşadığı  halı  ağılla  bölüşür. Ağılla  ruh  arasında  belə 
bir dövriyyə gedir və ağılla hərəkət edən insanın əməlinin nəticəsi 
kimi ruhun rahatlığı artır, yəni onu bürüyən parlaq nur halə, ruhu 
qüvvətləndirib daha da inkişaf etdirir. Bəzən bu dövriyyə, bədəndə 
hissiyyatın tələbatının artıqlığı ilə pozulur. Hissiyyatın tələblərinin 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə