Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə27/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

82
Bu səbəbdən səmalılar Yer kürəsində həmişə yaxşı qarşılanmırlar. 
Üstəlik onlar nəzərə alırlar ki, öz məkanlarında olmayan viruslar-
la yoluxa və ya onlardan daha az dərkə malik olan yerlilərin qəfil 
hücumlarına məruz qala bilərlər. Bütün bunlardan başqa, səmalılar 
yerliləri öz texnologiyaları ilə də mümkün qədər tanış etmək istə-
mirlər. Onların yerlilərə bildirdiyi elmi sirlər yalnız yerlilərin dərk 
səviyyəsində  olur.  Çünki  elm  həmişə  insanların  düşüncə  tərzi  ilə 
ayaqlaşmalıdır. Əks təqdirdə güclü elmi nəzəriyyə ilə silahlanmış 
barbarlıq əlində silah olan ağılsız ölüm mənbəyi olduğu kimi, çox 
böyük dağıntılar törədə bilər. Səmalılar yerlilərin səviyyəsini çox 
yaxşı bilirlər və düşünmürlər ki, yerlilər onlardan əldə etdiyi bilik-
lərdən bəşəriyyətin yalnız faydalılığı üçün istifadə edəcəklər. Əgər 
belə olardısa, səmalılar bizimlə çox yaxşı ünsiyyətdə olardılar. Çün-
ki Yer kürəsində həyatın inkişafı haradasa kainatın ümumi inkişa-
fına bir təkandır. Lakin insanlar haradasa kainatın ümumi inkişafı 
haqqında bir düşünürlərmi, onların gündəlik güzəranları, daha çox 
maddi rahatlıq əldə etmək imkanı cəlb etmirmi? Belə olan təqdirdə 
səmalılar yerlilərdən hər vəchlə uzaq olmağa çalışırlar. Çünki onlar-
la əlaqə bir çox lüzumsuz əlaqələrə başlanğıc ola bilər. Səmalıların 
müəyyən qrupu, maddiliklə bağlı olanlar, yalnız öz formalarında və 
uyğun robotlarla peyda olurlar. Onların gəlişi, əsasən tədqiqat xa-
rakterli olur. 
Onların gəlişinin ilk təzahürləri haradasa müəyyən hündürlük-
lərdə uçan qəribə, bizim üçün qeyri adi cihazların görünməsi ilə 
müşahidə olunur. 
Səmalılar torpağa enəndə bəzən onların ucan obyektləri hava-
dan asılı da qalır, çox vaxt özləri yerə enmir, robotları torpaqda ilk 
müşahidələr aparmağa göndərirlər. Bəzənsə birbaşa özləri torpağa 
enirlər. Onların bir çoxu öz şəkillərini dəyişmək qabiliyyətinə ma-
likdirlər. Bəziləri isə demək olar ki, insana çox oxşardırlar. Onla-
rın bədən quruluşlarının insana oxşarlıqları mənəviyyatlarına dair 
bir yaxınlıq yaradır. Belələri öz formalarını dəyişmək imkanından 
məhrumdurlar  və  onlarda  bir  az  təcavüzkarlıq  meyilləri  də  hiss 
olunur.  Özləri  də  insanlara  məlum  olmayan  silahlarla  silahlanır-


83
lar. Bəzən bu silahdan hər hansı hücum təhlükəsinin qarşısını al-
maq üçün istifadə edirlər. Onların bizə təcavüzkarlıq kimi görünən 
cəhəti bir də insan, heyvan və sairə cinslərdən eksperiment kimi öz 
məkanlarına  aparmaları  olur.  Düzdür,  bəzi  hallarda  apardıqlarını 
qaytarırlar, lakin əksər hallarda bu belə olmur. 
Səmalıların daha mükəmməlləri öz formalarını dəyişmək qabi-
liyyətinə malikdirlər. Onların bədənlərində bizim maddiliklə bağlı 
sıxlıq  azdır.  Onlar  qaz  şırnağı  halında  nazilib,  istədikləri  yerdən 
keçə bilərlər, kiçilib çox böyük sıxlıqda haradasa daldalana bilərlər. 
Onların silahı, çox vaxt baş verəcək təhlükəli səbəblərin, özlərinə 
qarşı olan istiqamətini dəyişmək və ya daha yumşaq hala salmaq-
dır. Çox vaxt baş verəcək səbəblərin qarşısını almaq üçün, əlbəttə 
canlı varlıqlarda təhrik üsulundan istifadə edirlər. Belə səmalılarda 
adətən təcavüzkarlığa meyil az olur. Ancaq müəyyən qrup səmalı-
lar da vardır ki, öz formalarını dəyişə bilmək qabiliyyətindən başqa 
gözə görünməmək xüsusiyyətlərinə də malikdirlər. Əslində onlar 
bizim maddilikdən kənarda olan mövcudluqlardır. 
Bizim  maddiliklə  bağlı  mövcudluqlar  bizim  maddilikdən  kə-
nara çıxmaq üçün hökmən hər hansı bir cihazdan, özü də bizim 
maddiliyin qanunlarına tabe olmayan materialdan hazırlanmış ci-
hazdan istifadə etməlidirlər. Lakin bizim maddilikdən qıraqda olan 
varlıqlar üçün bizim maddi aləmə gəlmək elə də çətin deyildir. Heç 
onlar istəməsələr bizim maddi aləmdə onların mövcudluğu haqqın-
da bir xəbər öyrənmək mümkün deyildir. Biz onları o zaman görə 
bilirik ki, onlar bizi əhatə edən maddi aləmin hər hansı bir mate-
riya növündən örtük kimi istifadə etsinlər. Bizim maddi, aləmdən 
qıraqda mövcud olan, yəni yekcins bəsitlikdən təşkil olunan səma-
lılar, ancaq intuisiya ilə hərəkət edirlər. Onlar öz təhlükəsizliklərini 
intuitivlikləri vasitəsi ilə qoruyurlar. Məqsədlərini yalnız yaxşı və 
xeyirxah işlərə yönəldirlər. Çox nadir hallarda hissiyyata uyurlar 
ki, bu da ən ali varlıq tərəfindən bağışlanılmazdır. Bu qrup səmalı-
lar əsasən insanla əlaqə yaratmaq üçün insan cildində zühur olurlar. 
Yalnız belə hallarda insanlar heç bir şey hiss etmədən, sərbəst şə-
kildə onlarla münasibət yaradırlar. Bu növ səmalılarla qarşılaşan-


84
lar ən çox hallarda yaranma səbəbləri hələlik bizə məlum olmayan 
bəzi qabiliyyətlər qazanırlar. Ən çox xeyirxahlıqla məşğul olan bu 
növ səmalılar ən ali varlığa daha yaxın olanlardır. Həm də bəzən 
onlar ən ali varlığın nüfuzu ilə bizi əhatə edən maddi aləmdə hər 
hansı bir varlığın müdafiəçisi və ittiham edəni rolunda çıxış edir-
lər. İnsanlarla münasibət yaratmaq istəyən belə səmalılar, adətən, 
istədikləri şəxslərlə tənhalıqda qarşılaşır və onlarda heç bir təhlükə 
meyli oyatmadan münasibət göstəriləsi bir şəxs kimi yanaşırlar. 
Ən ali varlığa daha sadiq olan insanlar, əsasən, çətinə düşəndə 
özləri də hiss etmədən insan cildinə düşmüş belə kəslərin məsləhə-
tindən və ya hər hansı bir vasitə ilə köməyindən istifadə edirlər. İn-
sana xas ədalət yolundan çıxmış, ən ali varlığın qanunlarına məhəl 
qoymayanlar isə bəlalara düçar olanda səmalıların bu qrupu onla-
rın müdafiəçiləri olmurlar. Ən ağır müsibətlərlə tək tənha qalan öz 
yolunu azmışlar, ədalətin bu cür təntənəsi qarşısında aciz olurlar. 
Onlar başa düşürlər ki, ən ali varlıqdır bütün varlıqların ən nüfuz-
lusudur. 
Ən  ali  varlığın  qoyduğu  qanunlara  əməl  etməyənləri  amansız 
cəza gözləyir. Haradasa ən müxtəlif sahələrdə müəyyən nüfuza ma-
lik olan adamlar bəzən səmalıların nəzarəti altında olurlar. Bu nə 
üçün  belədir?  Əslində  səmalılar  sanki  öz  nümayəndələrini  yerdə 
seçirlər. 
Yer kürəsi ümumi kainatın kiçik bir hissəsi olsa da yerdə ge-
dən hər hansı proses ümumi kainatda az çox, əvvəl axır öz təsirini 
göstərir. Yer  kürəsində  gedən  proseslər  isə  təkcə  təbiətin  təbiətə 
təsiri  ilə  bağlı  deyildir.  Kürəmizdə  sayca  müəyyən  çoxluq  təşkil 
edən insan öz əməlləri ilə Yer kürəsində müəyyən dəyişikliklərin 
səbəbkarlarıdırlar. Ancaq insan bir səbəb kimi heç də həmişə yaxşı 
səbəblərin yaradıcısı deyildir. Öz zəruri ehtiyaclarını və müəyyən 
tələbatını Ümumi təbiətdən hazır şəkildə mənimsəyən insan ekolo-
ji tarazlığın pozulmasının mühüm iştirakçısıdır. 
Ona görə də səmalılar ümumi kainata xələl gətirə biləcək sə-
bəblərdən birini də bəzən düzgün yol seçməkdə hər hansı bir məs-
ləhətçiyə ehtiyacı olan insanların simasında görürlər. Odur ki, sə-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə