70
Mələklərin yaşadığı yerdə də maddiliyin müəyyən növü möv-
cuddur, yəni orada maddiliyin bir-biri ilə birləşmək imkanı olan
bəsitliyinin yalnız özü-özü ilə birləşən ən müxtəlif növündə möv-
cudluqlar var. Əslində cənnət burada yerləşir, lakin cəhənnəmdə
olduğu kimi burada da həyat əbədi deyil. Ya ruhlar maddi aləm-
dən gətirdikləri nurla, az-çox qane olub əbədi həyat seçə bilər, ya
da mələk həyatı yaşayıb yenidən özlərini sınaq meydanına atarlar.
Heç də təsadüfü deyil ki, mələklərin də içərisində hissiyyat və ağı-
la xidmət edənlər var. Lakin burada bir şeyi qeyd etmək lazımdır,
insanlar sınaq meydanına məcburən düşürlər, mələklər isə istəsələr
mələk həyatı yaşayarlar. Ən ali varlıq hər yerdə öz böyüklüyünü və
ədalətliliyini nümayiş etdirir.
Ey insan, başqalarının dərdinə şərik ol, özünə qarşı tələbkar ol,
onda başqaları tərəfindən, ən başlıcası isə ən alı varlıq tərəfindən
hörmətə layiq olarsan. Bu şərtə isə ekstrasenslər əməl etməlidirlər.
Əgər hər hansı bir ekstrasens ona müraciət edənin sevincini və kə-
dərini özününkü hesab etməsə, onun təsiri o qədər böyük olmaz.
Böyük nüfuzetmə qabiliyyətinə təsirinə malik olmaq üçün başqa-
larının sevincinə və kədərinə şərik olmaq lazımdır. Əks təqdirdə
tədricən öz nəfsinin quluna çevrilərsən ki, bu da sənin mövcud
həyatının puçluqla sonluğuna, ölümdən sonrakı həyatının isə daha
aşağı pillələrdə qərarlaşmasına səbəb olar.
Həm də burada ən çox nəzərə alınmalı bir hal var, o da ən ali
varlığın etimadını doğrultmamaqdır. Ekstrasens hər an ağılı ilə
hissiyyatı üzərində hökmranlıq etməyi bacarmalıdır. Çünki insan-
ların taleyinin müəyyən qərarlaşmaları ekstrasensin rolundan çox
asılıdır. Kiməsə doğru yol göstərməyən ekstrasensə həmin kəsin
hərəkətlərinin yanlış cəhətlərindən gələn qaralıqdan o miqdarda
da həmin yol göstərən ekstrasensə gəlir. İnsanların taleyi ilə oyun
oynamaq olmaz. Ən ali varlıq sənin haqsız əməllərini puç edər.
Bütün mövcudluqlar yaşamaq uğrunda mübarizə aparır. Bu mü-
barizə həyatın xarakterik qanunudur. Yaşamaq uğrunda mübarizə
aparmağa hamı məcburdur, lakin bəşəriyyətə faydalılığı ilə ölçülən
zəhmətin və səyinlə əldə olunan müvəffəqiyyətlər üçün çalışmaq
insanın özünə qarşı olan tələbkarlığı ilə bağlıdır.
71
Hər şey insanın özü-özünə qarşı nə cür tələbkar olmasından baş-
lanır. Özünə qarşı tələbkar olmaq, özünü təhrik etməyi bacarmaq
deməkdir. Özünü təhrik etməyi bacaran isə başqalarının da üzərin-
də müəyyən nüfuza malik olar. Lakin bu təhriklər, bu tələbkarlıqlar
hökmən faydalı olmalıdır. Bəşəriyyət üçün faydalı olmaq, hörmət
sahibi olmaq, böyük şəxsiyyət olmaq deməkdir. Əgər insan heç bir
zəhmətə qatlaşmasa, daim öz hisslərinin ardınca getsə, əldə etdiyi
müsbət həyat təcrübələrinə laqeyd yanaşsa, onda deməli, tutduğu
yol mümkün olan yollardan yaxşısı deyil. Yaxşı olmayan yolun isə
sonu uğurlu olmaz. İnsan əldə etdiyi və öyrəndiyi həyat təcrübələ-
rinə qarşı heç vaxt biganə qalmamalıdır. Çünki həyat təcrübəsinin
bir növü qanundur.
Sən öz həyat təcrübənlə əldə etdiklərindən və öyrəndiyin yaxşı
biliklərdən faydalan, o zaman hər hansı bir sahədə əldə edə biləcə-
yin müvəffəqiyyətə və nüfuza malik olacağına inan.
İnsan təfəkkürü daim ən yaxşı və mükəmməl formalar almağa
hazır olan bir şəkildədir. Təfəkkür – hadisələrə münasibətdə düşün-
cə həddidir. İnsanın hadisələrə münasibəti isə hökmən nəticəni öz
əməllərində göstərir. Hər kim ki özünə qarşı hədsiz tələbkardır, o
şəxsin görəcəyi işin son nəticəsindən hər hansı bir müvəffəqiyyət
gözləmək olar. İnsanın həyatdakı mövqeyi isə çox zaman onun hə-
yatdakı müvəffəqiyyətləri ilə ölçülür. Zəhmət və özü-özünə qarşı
tələbkarlıq yalnız və yalnız sənin xoşbəxtliyini artırar.
İnsanın potensial imkanları çox genişdir, bu imkanları reallaş-
dırmağın isə sənin həyatdakı mövqeyindir. İnsan elə mükəmməl
bədən quruluşuna malikdir ki, onun potensial imkanlarından tam
istifadə edilsə, bəşəriyyət arzuedilən bir şəraitdə yaşayar. İnsanla-
rın öz potensial imkanlarından daha dolğun istifadə etməyə mane
olan qüvvə həmişə onun öz hissiyyatı üçün müəyyən dərəcədə
rahatlığa meyl etməsi olmuşdur. İnsan öz hissiyyatının rahatlığı
üçün çalışanda, bütün qalan şeylər hamısı arxa plana keçir. Hər
kəs müəyyən əndazələr daxilində öz rahatlığı üçün çalışmalıdır. hər
şey öz orta həddini keçəndə haradasa mənfiyə meyilli olur. Hər kəs
öz potensial imkanlarından daha çox istifadə etmirsə, həyata keç-
72
məyən bir çox arzuları üçün günahkar özüdür. Hər kəs öz hissiyyatı
üçün yaşayırsa, öz kiçik maddiliklə bağlı dünyasına qapılıb qalır.
Ən ali varlıq insanlara geniş imkanları ondan ötrü vermişdir ki,
o, kainatı dərk etsin və nəticə çıxarsın. Çünki düzgün çıxarılan nə-
ticələr ən ali varlığa yaxınlaşmaq yolunda atılan ilk addımlardır.
Öz potensial imkanından istifadə etməyənlər, yəni öz maddilikdən
ibarət kiçik dünyasına qapılıb qalanlar ən ali varlığın sevimli bən-
dələri ola bilməzlər. Maddilik bizə yalnız ruhumuzun bədəndən
vasitə kimi istifadə etməsi üçün, bədənimizin mövcudluğunu sağ-
lam və işə yararlı vəziyyətdə saxlamaq və nəsil artımını qorumaq
üçün lazımdır. İnsanın potensial imkanları isə təkcə maddiliklə
bağlı deyildir. Potensial imkanlarımız kainat miqyaslıdır. İnsanla-
rın həyatdakı mövqeyi əsasən onların özündən asılıdır. Çünki in-
san sonrakı taleyini yalnız öz əməlləri ilə qazanır. Bir az xarakterik
xüsusiyyətlər, bir az düşdüyü mühit, bir az da hər an qarşılaşdığı
milyonlarla səbəblərdən nəticə çıxarıb düzgün yol seçmək imkanı
onun mövqeyini təyin edir. İnsanların taleləri onların vəziyyətlərilə
bağlıdır. Sən hansı niyyətlə işə başlamısansa, nəticə də o olmalı-
dır. Sən hər şeyə münasibətdə yaxşı niyyətdə ol, o münasibətdən
sənə əsasən yaxşı hal keçməlidir. Məlumdur ki, hər hansı bir möv-
cudluqda, o cümlədən də insanda xarici fiziki təsirlərin nəticəsində
və bədənin daxili tələbatlarından doğan ümumi bir hal yaranır. Bu
hal insanı, ruhunun gücü ilə istiqamətləndirilən ağılla ən rahatlıq
vəziyyətinə gətirə bilər. Rahatlıq vəziyyətində olan insan ən yax-
şı əhvali-ruhiyyəlidir. Burası da məlumdur ki, hallar bir mövcud-
luqdan digər mövcudluğa və ya bir insandan digərinə keçir. Ona
görə də başqaları ilə münasibətdə olanda mümkün qədər onlara xoş
niyyətlə yanaş ki, onların halı da səndə xoş rahatlıq yaratsın. Yəni
sən başqalarına mənfi münasibətlə yanaşsan, onların halı da mən-
filəşəcək və təmasda olan hallar da bir-birinə keçici olduğundan
sənin halın da mənfiləşəcək. Nəticədə öz bəd niyyətin ucundan öz
rahatlığını itirəcəksən. Bu həyatda hər kəsə aiddir. Azərbaycanda
çox gözəl bir atalar sözü işlədilir: “Niyyətin hara, mənzilin də ora”.
Deməli, bəşəriyyətin taleyi onun ayrı-ayrı üzvlərinin niyyətləri ilə
Dostları ilə paylaş: |