64
lərimiz vasitəsi ilə dərk edirik. Bu bizim bədənimizə aid olan üzv-
lərdir. Lakin insan öz ruhunun nüfuzetmə gücündən demək olar ki,
tam istifadə etmir. Çünki insanda maddilik çox olduğu üçün o, hər
şeyə öz münasibətini maddiliklə bağlı hissiyyatından doğan həyat
təcrübəsi və ya öyrəndiyi biliklərlə bildirir. Lakin ruhun gücündən
istifadə etdikdə sən qarşındakı obyektə nüfuz edirsən, onun halını
yaşayırsan və o halda müəyyən məlumatları özününküləşdirirsən.
Soruşula bilər, axı bunu necə etmək mümkündür? Ancaq bunun
üçün insanları qınamaq olmaz. Təbiət insanları yaradanda nisbətən
onların ruhilikləri arasında fərq qoymuşdur ki, bu da özünü həyat-
da göstərir. Lakin ən ali varlıq insanlara öz ruhiliklərini inkişaf et-
dirmək üçün də imkan vermişdir. Bu zəhmətlə qazanılan düzgün
istiqamətdə bilikləri öyrənməkdir ki, nəticəsi ağılı artırır və ağılla
öz hissiyyatı üzərində hökmranlıq edən şəxs üçün ruhun parlaqlı-
ğını və gücünü artıran, nur əldə etmək imkanı olur. Nəticədə həmin
şəxs öz zəhməti hesabına qarşısındakı obyektə nüfuz etmək imka-
nı qazanır. İnsanlarda hələlik maddilik ruhilikdən üstündür. Lakin
bəşəriyyət tarixində tək-tək şəxsiyyətlər olub ki, onlar ən ali varlı-
ğın sevimli bəndələri olublar və onlarda ruhilik maddilikdən üstün
olub. Onların müəyyən hərəkətləri bizim materiya qanunlarına tabe
olmayıb. Məsələn, həmin şəxslər başqa bir məkanda olduğu halda,
başqa bir məkanda onu görənlər olub və sairə. Deməli, insanlar
ruhun gücündən istifadə etməklə daha çox bilik və qabiliyyət əldə
etmək imkanına malik ola bilərlər. Bəzən belə düşünürlər ki, in-
sanlar haradasa altıncı, yeddinci, lap səkkizinci duyğu orqanlarına
malikdirlər. Əslində bunu başqa cür qəbul etmək daha yaxşı olar:
insanın bədəni beş duyğu üzvünə malikdir. İnsanın ruhu isə nüfuz
edərək hər bir maddi varlıq haqqında bütün məlumatları özünün-
küləşdirmək imkanına malikdir.
Varlığın məlumatını özününküləşdirmək isə onu təhrik etmək
deməkdir. Ona görə də hər kəs çalışmalıdır ki, ən müxtəlif səviy-
yələrdə öz ruhunun gücündən istifadə etsin: ya təbiətin verdiyi pay
kimi, ya da özü həyatda zəhməti hesabına qazandığı yaxşılıqlardan
yaranan parlaq nur kimi.
65
İnsanın fiziki quruluşu elə qurulub ki, o, müəyyən hədd daxilin-
də dünyaya nüfuz edə bilər. Lakin nə etmək olar ki, biz dünyaya
belə labüdlük formasında gəlmişik, əslində xoşbəxtik ki, beləyik.
Bir halda ki belədir, insan öz məsuliyyətini hiss etməlidir. Yəni ona
müəyyən sərhədlər daxilində olsa da müəyyən üstünlüklər verilib.
Ən ali varlıq tərəfindən göstərilən etimadın da məsuliyyəti böyük
olmalıdır. İnsan bu məsuliyyəti yaşadığı müddət ərzində dərk et-
məli və öz əməllərində nümayiş etdirməlidir. Yalnız yaxşı əməl sa-
hibləri və ən ədalətli olan kəslər son nəticədə ən ali varlığın daha
böyük mükafatına layiq ola bilərlər. Öz hissiyyatının qulu olub
maddi nemətlərə özünü və nəfsini qurban edənlər üçün isə cəza la-
büddür. Həyatda ən ali varlığın etimadını doğrultmamaqdan böyük
yanlışlıq yoxdur, belə olan təqdirdə özün öz gələcəyini zərbə altına
qoymuş olursan. Ancaq yanlış yoldan qayıdan hər kəsi ən ali varlıq
həmişə bağışlayar.
Təbiətin verdiyi paydan və ya öz zəhmətinlə, ağlının gücü ilə
əldə etdiyin üstünlüklərlə heç vaxt sadəlikdən uzaq olma. Ekstra-
senslər ümumi kütlənin şüur səviyyəsindən bir az fərqli xüsusiy-
yətlərə malik olduqları üçün daha çox diqqət altında olurlar. Ona
görə də onların hər bir hərəkətinə müəyyən qiymət verirlər. Əlbəttə,
onların da müxtəlif səviyyəliləri var və bəzən öz səviyyəsini düz-
gün qiymətləndirməyən bir ekstrasens haradasa həyata keçirə bil-
məyəcəyi və ya isbat edə bilməyəcəyi bir haldan çıxış edir. Belə bir
vəziyyət isə gec tez ona qarşı olan inamı itirir. Həm də bu, üstəlik
ondan səviyyəli ekstrasenslərə qarşı inamsız bir fikir formalaşdırır.
Ekstrasens çalışmalıdır ki, mənfi mənada bir insan kimi ümumi
kütlədən seçilməsin. Ekstrasens öz bacarığının imkanlarını mənfi
işlər üçün istiqamətləndirməməlidir. Çünki hər bir kəsin fəaliyyə-
tinə ümumi kütlə tərəfindən rəy verilir. Ekstrasensin əməlləri prak-
tikada özünü doğrultmasına rəğmən, əgər ümumi kütlənin mənfi
rəyini qazanırsa, o ekstrasensin hörməti olmaz. Əslində ümumi küt-
lədən müsbət mənada seçilmək yaxşı mənada qiymətləndirilən hal-
dır. Ancaq ümumi kütlədən mənfi mənada seçilmək cəmiyyət üçün
zərərlidir.
66
Hər bir kəs, o cümlədən ekstrasenslər də görəcəyi hər bir işin fay-
dalılığını nəzərə almalıdır ki, son nəticədə nüfuzuna xələl gəlməsin.
Bütün insanların arasında təbiət müəyyən nisbi fərqlər yarat-
mışdır. O cümlədən də ekstrasenslərin arasında müəyyən nisbi
fərqlərin olması qanunauyğun haldır. Ancaq çox yaxşı olardı ki,
hər bir ekstrasens öz səviyyəsinə uyğun hərəkət etsin. Onsuz da
səviyyəsini bilməyənləri həyat öz sərt sınaqları ilə cəzalandırır. Hə-
yatın yanlış yola düşənlərə, öz həddini bilməyənlərə verdiyi dərs
amansız və sərt olur.
Təbiidir ki, təbiət ekstrasenslərə başqalarından xeyli dərəcədə
kəskin seçilən qabiliyyət vermişdir. Ekstrasenslər öz qabiliyyətlə-
ri ilə başqalarının edə bilmədiyi nəyi isə nümayiş etdirə bilirlər.
Deməli, ekstrasenslər öz qabiliyyətlərini praktikada tətbiq etmək
imkanına malikdirlər. Lakin bütün ekstrasensor qabiliyyəti olan
kəslər öz biliklərini faydalı işlərəmi yönəldirlər? Bax, əsas məsələ
bundadır. Hər kəsdə öz xarakterindən yaranan müəyyən xüsusiy-
yətlər vardır ki, onlar insanların müəyyən hərəkətlərini instinktiv
istiqamətləndirir. Yalnız ağılla belə instinktiv istiqamətlərin qarşı-
sını müəyyən şəkildə alıb, ədalət prinsipinə əməl etmək olar və ya
öz qabiliyyətlərini ədalətsizliklərə qarşı yönəltmək mümkündür.
Ekstrasens hər hansı bir sahədə öz biliyindən yalnız faydalı bir
tərzdə istifadə etməlidir. Öz biliyini xalq üçün faydalı bir tərzdə
istifadə etməyən ekstrasensin həyatını faciəli bir sonluq gözləyir.
Bu sonluq ən ali bir varlığın etimadını doğrultmayan bir kəsin öz
əməllərinə uyğun labüd faciəsidir. Ekstrasensor qabiliyyətinə ma-
lik olan kəslər haradasa öz işinin faydalılığına əmin olmayınca nə-
ticə göstərməməlidir. Çünki xalq üçün faydalı olmayan bir iş ya
özünü, ya da kimsənin mənafeyinə xidmət etmək deməkdir ki, nə-
ticəsi xalq içərisində itəcək bir nüfuz sahibi olmağınla yekunlaşır.
Xalqına, insanlığa xidmət edən ekstrasenslərin nüfuzu isə həm
xalq içərisində artar, həm də ən ali varlıq tərəfindən qiymətləndi-
rilər. Ekstrasenslər öz hərəkətləri ilə ümumi insanlara bir nümunə
olmalıdır. Əks təqdirdə xalqın ürəyində sən özünə yer tapa bil-
məzsən, bu mütləq belə olmalıdır. Xalq içərisində nümunəvi qəbul
Dostları ilə paylaş: |