69
cələrinin güzgüsüdür. Yəni yenə də sənin hərəkətlərin nə qədər giz-
lədilmiş olsa belə sənin daxili istəklərinin məhsulu kimi formalaşır.
Ey insan öz hərəkətlərinlə ruhunun təmizliyini (o mənada bütövlü-
yünü qoru), yoxsa xırdalanıb daha aşağı pillələrə düşərsən.
Əgər insan öz hərəkətlərində yaşadığı müddət ərzində daha çox
öz hissiyyatının qulu olarsa, imkanı ola-ola ədalətlilik prinsipinə
əməl etməzsə, onun ruhu öz yanlış əməllərinin
nəticəsindən doğan
birnövlü bəsit qaralıqla, yəni zülmətlə sıxılar ki, nəticədə həmin
şəxs hissi ləzzətlərdən sonra töhmət sahibi olar. Həm də nəhayət,
ölüm həddi çatanda, ruh bədəni tərk edib gedəndə, ruhu bürümüş
qara halə onu sıxıb bizim maddi aləmin daha aşağı pillələrinə çəkə-
cəkdir. Cəhənnəm deyilən yerə yol bu aşağı pillələrə düşməkdən
başlanır. Ruhu bürüyən qara halənin gücündən asılı olaraq ruh
müəyyən səviyyələrdə qərarlaşar. Məsələn, hər hansı bir heyvanın,
bitkinin və ya mineralın halında qərarlaşmağa qədər. Cəhənnəm
iztirabları da elə buradan başlayar. Hər hansı bir heyvanın halında
yaşayan ruh hər gün alçaldığını hiss edər. Hər hansı bir bitkinin
halında yaşayan ruh susuzluğa məruz qala bilər ki, elə bunun özü
cəhənnəm odunda yanmaq deməkdir. Mineralların halını yaşayan
ruh demək olar ki, öz imkanlarını tamamilə itirər. Heç bir həyat
hadisəsinə öz mövqeyindən yanaşmaq imkanı olmaz.
Əgər ruhda nurla qaranlığın nisbətləri təxminən eynidirsə, ruh
insan həyatında ikinci dəfə sınağa çəkilər. Ən ali varlığa qovuşmaq
üçün isə yeganə yol öz içində əsil insana xas olan sevgi ilə yaşa-
maqdır. Sən imkan daxilində ədalətlisənsə, sən öz ağılınla öz his-
siyyatın üzərində hökmranlıq edə bilirsənsə, deməli, ruhunu parlaq
nur şəklində halə bürüyəcək və ölüm həddi yetişəndə, bədənindən
çıxan ruh öz nuru ilə birlikdə (nur ən ali ruha meyillidir) bizi əhatə
edən maddi aləmi tərk edəcəkdir. Digər tərəfdən, ruh öz böyüklük
və kiçiklik dərəcəsindən asılı olaraq, səviyyəsinə uyğun müəyyən
mövqe tutacaqdır. Orada ruhlar bu maddi aləmdən apardıqları ru-
hun ləzzət və rahatlığı və ya mələklər halında ləzzət və rahatlıq
içərisində yaşayacaqlar.