74
malik olurlar. Bu yalnız bizi əhatə edən maddi aləmdən kənarda.
yəni heç bir xarici və daxili təsirlərə məruz qalmayan bəsit birnöv-
lülərin varlığı mövcud olan şəraitdə mümkündür. Əslində bu var-
lıqla yoxluğun qovuşduğu yerdir. İnsanlar belə bir həyata düşmək
üçün işıq sürətindən böyük sürətlərlə bizi əhatə edən maddi aləmin
sərhədlərini keçib ora düşə bilərlər, ancaq belə mümkün deyil. İşıq
sürətindən böyük sürətlərdə bizi əhatə edən maddiliklər hamısı yal-
nız bir növdən ibarət olan bəsitliyə parçalanır.
Deməli, orada bizim maddiliklə bağlı olan bütün cisimlər par-
çalanıb dağılar. Onda nə etməli? Belə bir halın yeganə yolu var:
ya yalnız özündən başqa heç bir mövcudluqla birləşməyən bəsit-
likdən, yəni ruhdan, ya da bir-biri ilə birləşə bilən, lakin bizim is-
tifadəmizə yararlı olmaq üçün yalnız özü-özü ilə birləşib bir növ
bəsitlikdən ibarət olan mövcudluqdan bir örtük kimi istifadə edib,
o mühitə düşmək olar.
Bu şərait üçün düzələn cihazları da yalnız belə bircinsli bəsitlik-
lərdən istifadə etməklə əldə etmək olar.
İkincisi, bizi əhatə edən maddi aləmdəki hər hansı bir yekcins
olmayan mövcudluq müvəqqəti həyata
malik olduğu və ruh da hə-
min mövcudluqlardan bir vasitə kimi istifadə etdiyi üçün yenə də
qarşıya iki məsələ çıxır. Birincisi, ruh üçün ən yaxşı vasitə kimi
istifadə olunmaq; ikincisi ruh üçün bir vasitə kimi daha uzun müd-
dətə istifadə olunmaq. Birinci hal üçün daha mükəmməl quruluşa
malik olmaq lazımdır. Lakin mükəmməl quruluşa malik olmaq heç
də ikinci şərti, yəni uzun müddətli istifadə olunmaq şərtini. Ancaq
ruh üçün həm mükəmməl quruluşa malik olmaq, həm də öz möv-
cudluğunu daha uzun müddətə qorumaq variantı sərfəlidir. Çünki
belə olan təqdirdə çoxlu sayda daha gözəl məzmun yaratmaq olar.
Bədənin fiziki quruluşundan da çox şey asılıdır. Bədənin fiziki qu-
ruluşu insanın müəyyən xarakter göstəricisi olmaqla yanaşı, hər
hansı bir qüsuru isə müəyyən hərəkət məhdudluğu deməkdir. Qü-
surlu bədənin ümumi halı da qüsurlu formada olur. Bədən müxtəlif
birnövlü bəsitliklərdən təşkil olunduğundan, bu bəsitliklərin başqa
ona oxşar bədəni yaradan bəsitliklərlə nisbi fərqi həmin bədənin