63
qeyd edilməlidir ki, müasir insanlar elm öyrənmək üçün bir sıra
qayğılarla əhatə olunmuşlar. Məsələn, onların ixtiyarına geniş ki-
tabxanalar verilmiş, məktəblər və universitetlər fəaliyyət göstərir
və sairə. Ancaq bir qeyd olunmalı cəhət də maraq doğurur ki, Yer
kürəsində uzun müddət ən ali varlıq olaraq qalmaq mümkün olma-
yacaq.
Bunun bir neçə səbəbi var. Birincisi və ən böyük səbəb odur
ki, kainatda irəliyə doğru daimi təkamül prosesi gedir. Bu proses
haradasa ən müxtəlif tərzlərdə Yer kürəsinə təsir edir ki, bunun nə-
ticəsində də Yer kürəsində ardıcıl bir təkamül prosesi gedir və bu
prosesin nəticəsi bizi ən ilkin varlıqlardan
tutmuş insana kimi olan
varlıqları müəyyən qruplara bölməyə məcbur etmişdir. Nəhayət,
Yer kürəsi elə anlar yaşayacaqdır ki, o anlarda meydana gələn var-
lıqlar insandan əmələ gəlməsinə baxmayaraq, tədricən öz mühiti-
nin məhsulu olmağı ilə insandan daha mükəmməlliyi ilə seçiləcək-
dir. Yeni yaranan daha mükəmməl varlıq
isə öz mühitinin məhsulu
olacaqdır və həmin yeni yaranan varlıq haradasa öz duyum qabi-
liyyətinin üstünlükləri ilə insandan seçiləcəkdir. İnsanla insandan
yaranan o varlıq arasında fərq ondan ibarət olacaq ki, insan öz nəsil
mövcudluğunu qorumaq üçün mühitə uyğunlaşma və digər yollar
seçəcəkdir.
Yeni yaranıb öz mühitinin məhsulu olan varlıq isə materiyanın
bizə aid olan növünün ən sonuncu pillələrində dayanacaqdır. Yəni
o varlıqlarda insandan fərqli olaraq maddilik az, ruhilik çox ola-
caqdır. Qeyd etmək lazımdır ki, bu proses artıq müəyyən şəkildə
canlı varlıqların yaşaması üçün şərait olan bir çox planetlərdə baş
vermişdir. Onlar Yer kürəsinə uçan boşqablar dediyimiz cihazlarda
gələn varlıqlardır, onlarda ruhilik daha böyük, maddilik isə azdır.
Ona görə də onların daha az maddi olanları ən müxtəlif formalara
düşə bilir, sanki bizim hava okeanından seçilən bir qaz topasıdır,
axın halında uzanır, sıxılır, seyrəkləşir və sairə.
İnsanlarda intuisiya ən aşağı səviyyədə özünü göstərir, onlar-
da isə daha güclüdür, lakin tam intuisiyaya malik deyillər. Əsasən
insanlarda beş duyğu üzvi vardır ki, biz ətraf aləmi bu duyğu üzv-