49
olmur. Bu ruhi dəlilikdir, yəni bədənin istək və tələbatı bir və ya
bir neçə sahədə həddi keçir və bunun nəticəsində hissiyyat ağılı
üstələyir, ruhun bədəni bu bəladan qurtarmaq üçün müqaviməti az
olur və nəticədə ümumi şüur və əxlaq normalarına heç cür uyğun
gəlməyən vəziyyət yaranır, yəni bədənin tarazlığı nəzarətdən çıxır.
Belə bir vəziyyətə bəzən spirtli içkilərdən və narkotik maddələr-
dən istifadə edərək düşənlər də olur ki, buna könüllü dəlilik deyir-
lər. Lakin könüllü dəliliyə özünü düçar etməyin son aqibəti çox
acınacaqlı olur. Çünki bədənin tez-tez öz normal tarazlıq halından
çıxarılması, bədənin ayrı-ayrı orqanlarının fəaliyyətinə təsir edir,
yəni onlardan bəzilərinin işini ləngidir, bəzilərinin də işini buna
müqabil gərginləşdirir ki, bu da ayrı-ayrı orqanların tez sıradan
çıxmasına, bunun nəticəsində isə həmin insanın mövcudluğunu
qoruyub saxlamaq üçün xarici fiziki təsirlərə müqavimət gücünün
azalmasına
səbəb olur, bu da son nəticədə ölüm deməkdir.
Deməli, könüllü dəlilik bilərəkdən ölümə ciddi cəhdlə can at-
maq deməkdir. Ağıllıdan soruşublar ki, ağlı kimdən öyrəndin deyib
dəlidən, çünki onun etdiklərini etmədim. Doğurdan da bu sözlərdə
bir həqiqət var. Yanlış yola düşən adamın aqibətini görən kəs axı nə
üçün də bir nəticə çıxarmasın.
Müəyyən yaş dövründən sonra (təxminən 10-15 yaşlarından)
normal insanın əldə etdiyi həyat təcrübəsi və öyrəndiyi müəyyən
biliklər toplusu bir başqaları tərəfindən də düzgün istiqamət ve-
rildikdə hadisələrdən düzgün nəticə çıxarmağa imkan verir. Yəni
müəyyən baş verə biləcək qəzadan, müəyyən dərəcədə qurtulmaq
mümkündür, bu insanla bağlı olan xətaları müəyyən qədər aradan
qaldırmağa imkan verər. Məsələn, yeraltı keçid ola-ola avtomobil
yolunu keçmək ehtimala görə xətaya yaxınlaşmaq deməkdir, axı nə
üçün də yeraltı keçiddən keçməyəsən. Digər tərəfdən isə bədənin
istək və tələbatının öz həddini keçməsinə də şəraiti yenə insan özü
yaradır. Məsələn, həddindən çox yemək, nəyə isə hədsiz dərəcədə
meyl salmaq və sairə. Üçüncüsü könüllü dəliliyə salınan meyillər
isə bütünlüklə insanların özü tərəfindən yaradılan hallardır.
Kim ki, öz nəfsinin qulu oldu, başqalarının da qulu olacaq, kim
ki, öz nəfsinin ağası oldu, başqalarının da ağası olacaq.