46
daha zəngin biliyə və həyat təcrübəsinə malik olmaq lazımdır ki,
sənin dahiliyinin təsdiqi üçün, hər bir kəsin eyni iş üçün əldə etdiyi
nəticələrdən daha yaxşı nəticələr əldə edəsən. Bir sözlə, dahi adına
sahiblənmək üçün bəşəriyyətin bilik xəzinəsinə haradasa bir neçə
sahədə müəyyən əlavələr edilməlidir. Bununsa bir sıra şərtləri var
ki, bu şərtlər daxilində dahiliyin imkanları daha geniş olur.
Bu şərtlərə aiddir: sağlam bədən və sağlam ruh, xarakterdən ya-
ranan güclü həyat eşqi, şərait, səbirlə zəhmətə qatlaşa bilmək im-
kanı və sair. Bu şərtlər hamıda eyni səviyyədə olmadığından, ən
müxtəlif insanlar adi bir insanın zəruri bilik səviyyəsindən tutmuş
dahiliyə qədər yüksələn sonsuz pillələrdə ən müxtəlif şəkillərdə qə-
rarlaşmışlar.
Dahi olmaq üçün daha köklü biliyə malik olmaq lazımdır ki,
bir neçə sahədə başqalarından daha mükəmməl nəticələr əldə edə
biləsən. Dahilik bir neçə sahədə insanların ümumi şüur səviyyəsini
qabaqlamaq deməkdir. Dahi, eyni zamanda, insanların ümumi şüur
səviyyəsindən xeyli yuxarı olan rəssam, bəstəkar, şair, fizik, riya-
ziyyatçı və s. ola bilər.
Dahi olmaq üçün ki, haradasa bəşəriyyətin biliklər toplusuna
müxtəlif əlavələr edilməsi hökmən lazımdır. Əks təqdirdə sən in-
sanların ümumi şüur səviyyəsindən yüksək ağıla malik olan şəxs-
dən başqa bir kəs deyilsən. Yaşadığı müddət ərzində ağıllı adamlar
özlərinə müəyyən mövqe tuta bilərlər, dahilər isə əbədiyyətə qo-
vuşurlar.
İnsan əldə etdiyi bütün maddilikləri nə vaxtsa müəyyən zaman
həddində itirə bilər, lakin bilik itməyən xəzinədir. Bilik nəsillərin
varisliyidir. Ey insan övladı öz biliyinə güvən. Ən böyük bilik sahi-
bi isə ən ali varlıqdır. Ən ali varlıq dahilər dahisidir. Dahi adamlar
ən ali varlığın
sevimli bəndələridir, çünki onlar zəhməti sevirlər.
Dahi ola biləcək kəslərdə ilk əvvəl təbiətin verdiyi payın ilk tə-
zahürləri hiss olunur. Yəni həmin kəslərdən təbiət ilk andan bədən
quruluşu imkanlarını və güclü enerjini əsirgəmir. Bütün bunlarla
yanaşı, xarakterdə yaranan spesifiklik də özünü tədricən göstərir.
Hiss olunur ki, həmin şəxs başqalarından maraq dairəsinə görə se-
48
nı dağıdan bir ideyanın yaranması ilə nəticələnərdi. Ən ali varlıqdır
hər şeyin nizamını bilən. Ən ali varlığa aydındır dahilərin əldə et-
diyi həyat təcrübəsi də.
İnsan bədəni dəqiq qurulmuş bir cihaza bənzəyir. Bu cihazın
özünəməxsus təsir dairəsi var və o əhatə etdiyi dairədə müəyyən
fəaliyyətə malikdir. Normal insan bədəninin ən müxtəlif spesifik-
likləri ola bilər, bu təbiidir. Çünki hər bir mövcudluq özünə məx-
sus bir anın məhsuludur. Həmçinin, hər bir insanın düşdüyü şərait
bir-birindən fərqli xarakterlər toplusunun yaranması deməkdir. İn-
sanın normal bədən quruluşunun yaranma anından asılılığı onda
elə bir kəskin fərq yarada bilməz. Çünki hər hansı optimal şəraitdə
zədəsiz dünyaya gələn insan normaldır. Özü də bütün normal in-
sanların arasındakı fərq onların yarandığı anın xüsusiliyindən yara-
nan xarakter toplularından başqa bir şey deyildir. Lakin insanın bə-
dəninin fiziki cəhətdən formalaşdığı dövrdən, mövcudluğunun son
anına qədər onun xüsusilə beynində iz qoyan hər hansı bir zədələn-
mələr və ya təsirlər insanın normal vəziyyətdən çıxması deməkdir.
Özü də qeyd etmək lazımdır ki, müxtəlif zədələnmələrdən beyində
yaranan fiziki təsirlər bir çox hallarda həmin şəxsin düşüncələrinin
insanların ümumi şüur səviyyəsindən aşağı olmasına şərait yaradır
(Düzdür, elə hallar ola bilər ki, bu zədələnmələr beynin fəallığını
artırar,
lakin bu, hədsiz cüzi bir halın məhsuludur).
Həm də müəyyən hallarda beyin zədələnmələri həyat təcrübəsi-
nin yanlış qavranılmasına gətirib çıxarır ki, bu da səviyyəsindən ası-
lı olaraq müxtəlif dərəcəli dəlilikdir. Ona görə də dəliyə gülməzlər,
çünki bu cür dəlilik onlardan asılı deyil. Lakin dəlilik təkcə həyat
təcrübəsinin yanlış qavranılmasının nəticəsi kimi meydana çıxmır.
Həyat təcrübəsinin yanlış qavranılmasının nəticəsi kimi meydana
çıxan dəlilik bəzən beyində müxtəlif zədələnmələrin nəticəsi kimi
yaranır ki, bu da hər hansı bir səbəbdən bədən quruluşunda yara-
nan qüsurun nəticəsi kimi, bir növ məcburiyyət qarşısında yaranan
haldır.
Dəliliyin ikinci bir növü də vardır ki, burada bədən quruluşu
tam sağlam vəziyyətdə olur, beyində heç bir zədələnmə halları