40
almaq üçün həmin varlığın o anını, təzahürünü və mahiyyətini bil-
məlisən. Belə olan təqdirdə sən o varlığa nüfuz edə bilərsən.
Nüfuz edəni həm də təqlid edirlər. Çünki nüfuz edən kəs həmişə
başqalarından üstün kəs kimi təsdiq edilir. Nüfuz edən kəsin hök-
mən müəyyən xarakterik xüsusiyyətləri olur və o öz xüsusiyyətlə-
rinə rəğmən hərəkət edir. Lakin belə də ola bilər ki, heç özünün də
hiss etmədiyin elə xüsusiyyətlərin ortaya çıxar ki, məhz sən o xü-
susiyyətlərinə görə nüfuz edə bilərsən. Düzdür, insan öz xüsusiy-
yətlərini özü daha dərindən bilməlidir, lakin bəzən kənardan baxan
hər hansı diqqətli bir şəxs sənin xüsusiyyətlərini çox aydınlığı ilə
hiss edir.
Nüfuz edən şəxsin nüfuz etdiyi şəxsə hansı mənada müdaxilə
etməyi özündən asılıdır. Odur ki, başqasına edilən təsirlər də iki
cür olur: müsbət və mənfi. Hamı çalışır ki, daha çox müsbət məna-
da nüfuz sahibi olsun. Lakin həyatda mənfi meyilli nüfuzedicilərə
oxşar olmaq istəyənlər də var.
Təsir etmək üçün iki şərt xüsusilə lazımdır. Birincisi, sənin xa-
rakterində haradasa nüfuzedici xüsusiyyətlər olsun, ikincisi, sən öz
zəhmətinlə öz tələbatını ödəməyə çalış ki, kimlərinsə təsiri altına
düşməyəsən, yəni özün təsir edən şəxs olasan, təqlid ediləsən. Səni
təqlid edirlərsə, deməli, səndə bildiyin və bilmədiyin elə xüsusiy-
yətlər var ki, təsir edirsən. Təsir etmək isə nüfuz sahibi olmaqdır,
yəni nüfuz etməkdir, başqalarının halını özününküləşdirməyi ba-
carmaqdır.
Özü də əslində həyatda təsir altına
düşən kəs yoxdur,
təsir edən
kəs var həyatda. Çünki bu bir qanundur ki, güclü nüfuz edən hə-
mişə özündən zəif nüfuz edəni təsir altına sala bilər. Deməli, bu
qayda ilə zəiflər də özündən zəifi təsir altına salır. Bu bir silsilə təş-
kil edir. Buradan belə nəticə çıxır ki, təsir altına düşən kəs yoxdur,
əslində təsir edən var.
Təsirlər hər fərdə münasibətdə müxtəlif ola bilər: bir və ya çox-
sahəli. Ola bilsin ki, bir sahədə güclü təsir gücünə malik olan kəs,
digər sahədə çox zəif nüfuzedicidir və təsirə məruz qalar. Ən böyük
təsir edənsə ən böyük nüfuz sahibi, ən ali varlıqdır. Ən ali varlıq ən
41
güclü təsir edəndir. Təsir gücünə görə hər varlığın müxtəlif xüsu-
siyyətləri olduğundan, kainatda bütün varlıqların ən müxtəlif qar-
şılıqlı təsirlərindən ümumi bir zaman axını yaranmışdır.
Bu zaman
axınında hər bir varlıq hər an üçün öz labüd mövcudluğunda olur
və sabit olmayan bu mövcudluğu yaradan səbəblər toplusunda özü
də bir səbəbə çevrilir.
Mövcudluqların nisbi dəyişkənliyində zaman axan çayı xatırla-
dır. Ümumi aləmdə ən müxtəlif səbəblərdən yaranan və ən müxtəlif
səbəblərə çevrilən təsir qüvvələri isə mövcudluqların daxili xarak-
terinin tələbatından doğan labüdlükdür. Çünki hər hansı mövcud-
luq hər hansı bir daxili tələbata malikdir ki, bu da reallaşan nisbi
hərəkət deməkdir. İnsan da maddi aləmdə olan bir mövcudluqdur
və deməli, insan da daxili tələbata malikdir. İnsanın daxili tələbatı
onun istəyidir. İnsan öz mövcudluğunu qorumaq üçün xarici mü-
hitin fiziki təsirlərinə müəyyən müqavimət göstərir, həm də insan
öz daxili tələbatına doğru can atır, bu hərəkətdir – həyatla istəyin
uğrunda mübarizədir.
İnsan öz istəyini həmişə hiss edir. Lakin əksər insanlar ümumi
şüur səviyyəsinə uyğun istəklərin nədən ibarət olduğunu həmişə
dərk etmir. Nüfuz sahibi olmaq üçün özü öz istəyini dərk edən in-
san istəklərini ümumi şüur səviyyəsinə uyğunlaşdırmalıdır. Demə-
li, öz hissiyyatına ağlının gücü ilə hökmranlıq etməlidir. Bir sözlə
özü-özünü dərk etməlidir insan. Özünü dərk etmək isə özündən do-
ğan səbəbləri bilib onu istiqamətləndirməyi bacarmaqdır. Həm də
başqalarına təsir edə bilmək, yəni daimi təsir obyektinə çevrilmək
üçün insan özü-özünü dərk etməlidir.
Taleyin acı sınaqlarından saf çıxa bilmək, ömrün xoş keçən
çağlarından feyzyab olmaq üçün insan həmişə özünü dərklə öz sa-
bitliyini qorumalıdır. Öz sabitliyini, təmkinini qoruya bilən kəslər
nüfuz sahibləridir. Həm də özünü dərklə bir növ bu fəaliyyətinlə
başqa insanların yaşanan anlarına nüfuz etmək üçün özündə bir
məşq prosesi keçirirsən.
İnsan mürəkkəb varlıqdır. Onun daxili aləmi böyük bir dünya-
dır. Sən başqa insanların daxili dünyaları ilə tanış olmaq istəyir-