32
də dərk edən bir obyektdir. Bu mərhələyə çatmaq üçün isə insan
təkamülün çox uzun bir yolunu keçmişdir.
Qəbuledici olmaq asandır, çünki sənə nüfuz edilir, ötürücü ol-
maq çətindir, çünki sən nüfuz edirsən. Nüfuzedici, yəni ötürücü
olan nüfuz edə bildiklərini həm də dərk etmiş olur. Qəbuledici kimi
isə kiminsə varlığı haqqında məlumata malik olursan. Məsələn,
günəş şüaları daşın da üzərinə düşür, insanın da. Təbiidir ki, ötürü-
cülük, yəni nüfuzedicilik qabiliyyətinin səviyyəsindən asılı olaraq
insan, günəş haqqında məlumata nisbətən daha çox malikdir.
Dərrakə – ən ibtidai mövcudluqlardan ən ali səviyyələrə qədər
mövcudluqların bütün mərhələlərini əhatə edən və hər bir möv-
cudluğun öz səviyyəsində ümumi bir dərk məhsuludur. Ən böyük
dərrakə sahibi ən böyük Yaradandır. Ən böyük Yaradanın şəri-
ki yoxdur. Ən böyük Yaradan əbədidir. Ən böyük Yaradan ulular
ulusudur. İnsan isə Yer kürəsində ən böyük yaradanın varlığını hər
yerdə hiss edən və hiss etdirən ali varlıqdır.
Bədən və ruhdan ibarət olan insanın nəyi isə dərk etmək üçün
hiss və düşüncələri iki cur ötürülür: – fiziki qüvvə ilə (insanın mad-
di varlığının zühuru ilə). Bu halda insan, atılan daş və ya hər hansı
bir təkandan yaranan irəliləyişin məhsulu kimi uzağa gedə bilmir.
Yəni insan öz fiziki qüvvəsinin imkanları daxilində və ya hər hansı
güclü fiziki qüvvələr daxilində nəyinsə varlığını öyrənmək üçün
səy edə bilər. Maddi üsullarla öyrənilənlərə meyil çoxdur ona görə
də, demək olar ki, əksər insanlarda maddiliyə meyil ruhilikdən
daha öndədir. Əgər hər hansı bir şəxsdə ruhilik böyük olsa o insan-
ları heyrətdə
qoyan möcüzələr göstərər;
– ruhi qüvvə ilə (insanın ruhunun gücü ilə) ötürmələrdə məsafə
fərqi yoxdur. İşıq sürəti belə ötürmələr üçün nisbi sükunətdir. Yəni
insanda ruhi qüvvənin maddiliyə nisbəti artdıqca onun dünyanı
dərk etməsində nüfuz dairəsi daha da genişlənir, o şəxs tədricən
daha güclü ötürücü obyektə çevrilir. Güclü ötürücü obyekt olmaq
üçün isə nüfuz edə bildiyin varlıqları özününküləşdirmək, yəni
onların hiss və həyəcanlarını düşüncələrində yaşatmağı bacarmaq
lazımdır. Güclü ötürücü olmaq həm də haradasa daha geniş dairəni