55
Özündən başqa heç bir növlə birləşmək imkanı olmayan bə-
sit birnövlü ən böyük parlaq nur şəklində təzahür edir, yəni çoxlu
öz-özü ilə birləşir. Digər bir-biri ilə birləşən birnövlülər isə daxili
tələbatlarından doğan ilk iki və ya daha çoxcinsliliyi yaradırlar.
Ən böyük parlaq nur ən böyük nüfuz edən, təhrik edən və dərk
edəndir. Çünki o bütün çoxcinslilərə nüfuz edib, onların halını ya-
şayıb, ən müxtəlif səbəblər toplusunu ardıcıl təhriklə maddi aləmin
təkamül prosesini və tarazlığını nizamlayır. Ən böyük parlaq nur
bütün mövcud maddi aləmin halını yaşayır.
Yəni bizi əhatə edən maddi aləm ayrı-ayrı mövcudluqlardan
ibarətdir ki, bu mövcudluqların ayrılıqda halını yaşayan ruhlar
əslində ən böyük parlaq ruhun öz xırda bölükləridir və ən böyük
parlaq ruh bütövlükdə götürdükdə maddi aləmin ruhudur və onun
halını yaşayır.
Özündən başqa birləşmək imkanı olmayan bəsit birnövlü ruhun
mayası, bizim maddi aləmə nüfuz edəndə o, mövcud varlıqların
halını yaşayır, həm də halı bu vasitəsilə mövcud varlığın mövcud-
luğunun qorunub saxlanılmasına imkanı daxilində xidmət edir. La-
kin onlar ən böyük parlaq ruhun – ən ali varlığın, yaradıcı böyük
səbəblərin qarşısını almaqda acizdirlər. Kiçik ruhlar yalnız kiçik
səbəblər yarada bilərlər. Ən böyük parlaq ruh həyatın nizamına
istiqamət vermək və hər bir müəyyən imkana malik varlığın öz
həyatını müəyyən qədər öz istədiyi kimi qurması üçün özü belə
istəmişdir.
Mövcudluq ikidir həyatda: sahələrə bölünməyən mövcudluq,
yəni öz-özü ilə birləşib parlaq nur şəklində təcəssüm olunan müt-
ləq ali ruh və bir də sahələrə bölünən mövcudluq, yəni bizi əhatə
edən yekcins olmayan aləm, əgər onların üzərindən parlaq nurun
və ruhların
nüfuzu götürülsə, onda qatı zülmətlə müşahidə olunar.
Ruhlar ona görə bizim halımıza təsir edə bilir ki, halımız bizdən
ən müxtəlif səbəblər nəticəsində hər an ayrılan, bir-birilə birləşmək
imkanı olan birnövlü bəsitliklərdəndir və ruhumuzla oxşar hala
malikdir, yəni bizim materiya qanunlarına tabe deyil, ruhumuz bu
hal vasitəsilə bizə dolayısı təsir edir. Biz ona görə hər an itirdiyimiz
57
birnövlü bəsitliklər. İnsan hər iki qrup mövcudluğunun məhsulu-
dur, o, bədən və ruhdan ibarətdir. İnsan bədəni yekcins olmayan
birnövlü bir-biri ilə birləşmək imkanı olan bəsitliklərdən təşkil
olunmuşdur.
Bir-biri ilə birləşmək imkanı olan bəsitliklərin daxili tələbatla-
rında bir-birinə meyil olduğu üçün birləşməyə can atmaları mə-
lumdur. Birləşmə nəticəsində əldə olunan rahatlıq onların istəyinin
ödənməsidir. Ən müxtəlif şəkildə ilkin birləşmələr, daha yeni ən
müxtəlif
şəkildə tələbatlar doğurur ki,
hər bir mövcudluğun labüd-
lüyündə tapılan rahatlıq, bu mövcudluğun ilkin birləşmədən yara-
nan təkamülünün nəticəsidir və hər bir mövcudluq yaşadığı an da
daxil olmaqla təkamül prosesi keçirir.
Deməli, hər bir mövcudluğun hər an üçün öz daxili tələbatı var.
İnsan da beləcə, insanlar quruluşca bir-birlərinə oxşadıqları üçün
onların ümumi daxili tələbatları eynidir, lakin onların xarakterlə-
rində haradasa bir xüsusilik olduğu üçün, yəni bir biri ilə birləş-
mək imkanı olan birnövlü bəsitliklərin hansı səviyyələrdəsə insan
xarakterlərində, hər bir fərd arasında müəyyən nisbilikləri hər bir
şəxsin müəyyən sahədə daxili istəyinin artıq və ya əskik olmasına
təsir edir.
İnsan və ya hər hansı bir varlıq öz mövcudluğunu qoruduqca
həm xarici təsirlərə müqavimət göstərir, həm də öz daxili tələba-
tının istəklərini yerinə yetirməyə çalışır. Bundan da insanda və ya
hər hansı bir mövcudluqda ümumi bir hal yaranır. Özündən başqa
heç bir bəsit birnövlülərlə birləşmək imkanı olmayan ruhun mayası
isə yeni formalaşan hər hansı bir mövcudluğa nüfuz edir və nüfuze-
diləndən bir vasitə kimi istifadə, onun hər an üçün ümumi halının
yaşanması, nüfuz edilənin mövcudluğunun qorunması üçün çalış-
maq deməkdir. Ruh həm də varlığın mövcudluğunun qorunması
üçün ümumi halın normal rahatlığına çalışır.
Ümumiyyətlə, ruhsuz heç bir varlığın həzz və iztirabları duyul-
mur. Ruh varlığı duyğusal yaşadır. Ruhun böyüklüyü və kiçikliyi
isə həzz və iztirabların hansı səviyyədə yaşanmasına təsirlidir. Ruh
bədəndən örtük kimi istifadə edib onu öz vasitəsinə çevirir. Bədən-