85
malılar insanlar arasında ən müxtəlif sahələrdə düzgün istiqamətli
iş aparmaq üçün müəyyən nüfuza malik şəxsləri özləri tərəfindən
bir nümayəndə kimi seçib belə bir fəaliyyətə istiqamətləndirirlər.
Seçilən şəxs hökmən müəyyən tələblərə cavab verməlidir: 1) hara-
dasa başqalarından müəyyən dərəcədə üstün nüfuzedicilik qabiliy-
yətinə malik olmalıdır; 2) ədalət prinsipini gözləməyə çalışmalıdır;
3) zəhməti sevməlidir; 4) öz tutacağı yolda müəyyən üstün biliyə
malik olmalıdır. Bütün bunlardan başqa seçilmiş şəxs daim səmalı-
ların nəzarəti altında olur.
Ancaq ümumi kainat miqyasında götürüləndə ən ali varlı-
ğın ən zəif növ üzərində nəzarəti hiss olunur. Çünki haradasa ən
zəif bir növün taleyi ümumi kainatın səbəb-nəticə ardıcıllığında
özünəməxsus bir yer tutur. Ən ali varlıq ümumi kainatda aparıcı bir
qüvvədir. Onun nüfuzu elə istiqamətlənmiş bir formada qurulmuş-
dur ki, bu nüfuz yalnız müsbətə aparan yaradıcı qüvvə olar. Hara-
dasa bizə ağrılı görünən hallar, məsələn, dünyanı bürüyən müha-
ribələr, xəstəliklər və sairə ümumi kainat miqyasında daha böyük
səbəblərin daha böyük maddilik üçün yaradıcı hallardır ki, yaşanır
və yaşandıqca aradan qaldırılır. İnsanın xəstəliyi onun hər hansı bir
daxili orqanı ilə bağlı ola bilər. Yer kürəsinin xəstəliyi onu təşkil
edib yaşadan quruluşun hansınınsa öz funksiyasını düzgün yerinə
yetirməməsi ilə bağlı ola bilər. Ümumi kainatın ağrılı halı onun
daxilində ulduz partlayışları və sair nəticə ilə yaranır. Ən böyük
ali varlıq isə ümumi kainatın halını yaşaya-yaşaya ən ağrılı halları
ümumi inkişafı doğuran səbəb kimi nizamlayır və
əminlik hissi ilə
bildirir ki, belə hallar müvəqqətidir, lakin bu hallardan doğan sə-
bəblər hökmən daha çox təkamülə səbəb olan amillərdir. Ona görə
də ən ali varlıq ən böyük səbəblərdən tutmuş ən kiçik səbəblərə
qədər ümumi kainatın nizamına nüfuzedici bir qüvvədir.
Yer kürəsində həyatın müəyyən sahmanda saxlanılması üçün
yad planetlilər maraqlıdırlar. Çünki bu sahmanın pozulması ha-
radasa onların həyat şəraitinin dəyişməsi demək olar. Yad planet-
lilər bir də ona görə maraqlıdırlar ki, Yer kürəsindəki ümumi həyat
prosesinin yaratdığı vəziyyət, yəni bütün atmosferi ilə birlikdə Yer
86
kürəsi bir canlı orqanizm kimi götürüldükdə, o ümumi kainatda bir
növ təbii seçmə iştirakçısıdır. Düzdür, son zamanlar Yer kürəsində
insanlar arasında süni seçmə ilə bağlı bir sıra xəstəliklər meydana
çıxması Yer kürəsinin özündə ümumi ekoloji böhranın yaranması
səbəblərindən biri kimi müşahidə olunur. Lakin bu süni seçmə heç
vaxt kainat miqyasında əsaslı dəyişikliklər faktoru kimi yer tuta
bilməz. Çünki insanların yaratdığı süni seçmə yalnız kiçik səbəblər
qrupu üçün müəyyən dəyişikliklər yaradan haldır. Elə ki bu halın
böyük səbəblər qrupuna tədricən dəyişiklik yarada bilmək ehtimalı
artdı əhali varlıq birmənalı şəkildə
bu süni seçmənin lüzumsuz qə-
rarlaşma yaradan hissəsini lazımi istiqamətə yönəldir. Kainat yal-
nız və yalnız ən böyük yaradanın qanunlarına tabedir. Ən böyük
yaradanın qanunları isə mükəmməldir, yerində və vaxtında veril-
mişdir.
Kainatın gələcək təkamülü yolunda ən ali varlığın verdiyi qa-
nunlar ən düzgün yolların seçilməsinə müəyyən mərhələdir. Hər
kəs yalnız öz yaxşı halını yaşasa, onda ən ali varlığın qoyduğu qa-
nunlara düzgün riayət etmiş olar. Bu həm də insanların özü üçün
bir tapıntıdır. Belə olan təqdirdə insanlar öz həyatlarının qayğıdan
doğan bir arzu ilə yaşanmasına nail olarlar. Çünki qayğıdan doğan
arzu ilə yaşayan kəslər sadə xoşbəxt bir həyatın təminatçısıdırlar
ki, bu da onların yaşanan halının rahatlıq mənbəyidir. Ekstrasenslər
insanları, əsasən belə bir istiqamətə duyğulandırmalıdırlar. Çünki
ekstrasenslər daha şüurlu varlıqların Yer kürəsində seçilmiş nü-
mayəndələri kimi belə bir vəziyyətin yaradılmasına bir növ təb-
liğatçıdırlar. Nə qədər ki bəşəriyyət mövcuddur, onun ayrı-ayrı
fərdlərinin şüur səviyyəsi eyni ola bilməz. Ona görə də onları ən
müxtəlif sahələrdə, ən düzgün yola istiqamətləndirmək üçün hök-
mən müəyyən təhrikedici qüvvə lazımdır. Bu təhrikedici qüvvə də
yalnız daha ali varlıqlar tərəfindən ekstrasenslər vasitəsilə ümumi
kütləyə edilən təsirlər ola bilər. Ekstrasenslər bir növ daha ali var-
lıqlarla insanlar arasında vasitəçidirlər. Ona görə də ekstrasenslər
heç cür düşünülməmiş addım atmamalıdır. Əks təqdirdə onların
aqibəti sonsuz bir iztirab içərisində bitər. Bu iztirab ən ali varlığın