Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə21/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 14. Iqlim dəyişkənliyi

Plan:
1. İqlim dəyişmələri
2. İstilik effekti yaradan Qaz Emissiyalarının ölkə üzrə miqdarı
3. İqlim dəyişmələrinin təsirinin azaldılması tədbirləri.
İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri Yerli dövlət tədbirləri beynəlxaq tədbirlərlə birgə həyata keçrilməlidir. Hər iki səviyyədə keçrilən tədbirlər sistemində aşağıdakılar nəzərə alınmalıdır: 1) mütərəqqi, qabaqcıl texnologiyadan istifadə 2) enerjiyə qənaət olunması 3) kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi. Bu tədbirlərin həyata keçrilməsində əsas məqsəd atmosferə buraxılan parnik qazlarının miqdarının, ilk növbədə CO2 – nin azaldılması sayılır. Son zamanlar istehsalın müxtəlif sahələrində kabon qazından istifadə olunması üzrə yeni texnologiyalar hazırlanır. Yalnız ABŞ – da 60-a qədər belə layihələr hazırlanmışdır. Bu layihələr içərisində artıq işi dayandırılmış quyulardan yenidən neft istehsalında CO2- dən istifadə olunması texnologiyası layihələrinə xüsusi qiymət verilir. Bu texnologiyaya əsasən CO2 quruya daxil olunaraq neftdə həll edilir.Onun həcmini genişləndirərək özlülüyunü, suvaşqanlığını azaldır və bununla da neftin yuxarı qalxmasını təmin edir. Hesablamalar göstərir ki, bu metod quruya qalan neftin 10 -15 % -ni çıxarmağa imkan verir. Bir sıra beynəlxalq sənədlərdə CO2-nin atmosferdə azaldılması göstərilmişdir: 1) Alternativ energetikanın inkişafı və İES – dən çıxan tüstü qazlarını və CO2 –ni tutub saxlamaq. 2) Enerjiyə qənaət edilməsi. Əgər bütün sənaye ölkələri öz istehsalı və məişətində enerji həcmini Yaponiya səviyyəsinə qədər endirsə enerjinin dünya təlabatı 36 % - ə qədər aşağı düşər. 3) Meşələrin qırılmasının və yanğınların qarşısını almaq və yeni meşəliklərin salınması. Göstərilən tədbirlərlə yanaşı tullantıların azaldılması haqda beynəlxalq razılaşmalar da böyük əhəmiyyət daşıyır. Belə öhdəliklər 1988- ci ildə Toronto (Kanada) şəhərində keçirilmiş Beynəlxalq konfransda irəli sürülərək 2005-ci ilədək 1988- ci ilə nisbətən atmosferə buraxılan CO2- in təxminən 20 % azaldılması nəzərdə tutulur.
Son dövrdə Yer atmosferində antropogen mənşəli parnik effekti yaradan qazların artması nəticəsində iqlimdə baş verən dəyişmələr həyatın bütün sahələrində öz mənfi təsirini göstərir.Bunun nəticəsində Yer kürəsində insanlar bir sıra ekoloji problemlərlə üzləşmişdir.Alimlərin hesablamalarına görə baş verən fəlakətlərin (sel hadisələri, daşqınlar, quraqlıq, qasırğalar, meşə yanğınları və s.) 70 faizə qədəri məhz hidrometeoroloji və iqlim şəraitinin dəyişməsilə əlaqədardır, 1963 – cü ildən bəri təbii fəlakətlərdən 2 milyarddan artıq adam zərər çəkmişdir.Ümumittifaq Meteorologiya Təşkilatının (ÜMT) məlumatlarına görə təbii fəlakətlərin birbaşa və dolayısı ilə göstərdiyi təsir ildə 250000 insan itkisinə səbəb olmaqla dünya iqtisadiyyatına hər il 50 – 100 mld. ABŞ dolları həcmində ziyan vurur.2002 – ci il avqustun ortalarından başlayaraq təbii fəlakət Avropanın bir çox ölkələrində (Almaniya, Avstriya, Çexiya, İspaniya, İtaliya, Macarıstan, Rumıniya və s.) yerli əhali və kurort şəhərlərində dincələn turistlər ziyan çəkmişlər.Bu ölkələrdə güclü daşqınlar yollarda hərəkəti iflic vəziyyətə salmış, dəmir yollarında hərəkət dayanmışdır.Baş vermiş dəhşətli daşqınlar nəticəsində minlərlə insan evsiz – eşiksiz qalmış, bir çox yaşayış məntəqələrini su basmışdır.Avstriyada xilasetmə xidmətinin vertalyotları adamları daşğın basmış evlərin damlarından götürmüşlər.Bir çox ölkələrdə fövqaladə vəziyyət elan olunmuşdur.Fəlakət zonalarında tikintilər tamamilə su altında qalmışdır.Ölənlər və İtkin düşənlər var , 4 ölkə – Çexiya, Slovakiya, Avstriya və Almaniyaya təbii fəlakətdən dəymiş ziyan 20 milyard avro ilə ölçülür. Son illərin hadisələrindən, daşqınlar və quraqlıqdan Asiya və Afrika əhalisi daha faciəli fəlakətlərlə üzləşmişdir.



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə