Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə22/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu . 15 Suyun qorunması

Plan:
1. Suyun məişətdə və sənayedə istifadəsi
2. Suyun qlobal dövranı və hidroloji tsikli
3. İçməli suyun təmizlənməsi

Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil edən maddələr mübadiləsi proseslərində çox mühüm rol oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Su təbiətdə dövran edərək Yer səthinin formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi maddələri dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur. Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O, həm də mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı qandır». Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola bilməz. Su da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır».


Suyun kommunal - məişətdə istifadəsi. Su ehtiyatlarının sərfinin bu növündə şəhər və kənd əhalisinin sudan istifadəsi nəzərdə tutular. Bu zaman suyun keyfiyyətinə xüsusi tələbat sürülür.
Suyun sənayedə və energetikada istifadəsi. Bu məqsədlə sudan iş prosesində qızmış aqreqat , mexanizm , alətlər və s. – nin soyudulması , istehsal tullantılarının kənarlaşdırılması, maşın detal və hissələrinin yuyulmasında istifadə edilir. Sənayedə sudan həlledici kimi də istifadə olunur, hazır məhsulun tərkibinə daxil olur.
Suyun qlobal dövranı və ya hidroloji tsikl . Suyun qlobal dövranının təbiətdə əsas mənbəyi Günəş sayılır. Günəş enerjisinin təsiri ilə okeanın və qurunun səthindən su buxarlanaraq atmosferə qalxır. Su buxarları havaya qalxaraq soyuyur, kondensasiya olunaraq buludlar əmələ gətirir. Buludlar kifayət qədər soyuduqdan sonra yağış və qar şəklində okeanın və qurunun səthinə düşür. Düşən yağıntılar yenidən buxarlanaraq atmosfer yağıntıları şəklində yenidən qayıdır. Quruya düşən yağmurların bir hissəsi torpağa hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara tökülür və yenidən okeanlara qayıdır. Qrunt suları isə bulaqlar şəkilində Yer səthinə çıxır və ya bitki örtüyünün fəaliyyəti nəticəsində transpirasiya olunur. Materik və okeanlar daxilində su dövranı bu cür gedir.

Azərbaycanda səth sularının çirklənməsində bir çox sənaye və kənd təsərrüfatı iştirak edir. Əsas su anbarları qonşu dövlətlərdə güclü çirklənməyə məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində yaradılmışdır.Kür , Araz çaylarının və onların qollarının çirklənməsi haqda məlumat yuxarıda müvafiq fəsildə verilmişdir. Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı respublikamızın ərazisinə daxil olarkən sürəti azaldığından daha iri və ağır asılı hissəciklər zibil halında çayın dibinə çökmüş , qalanları isə Şəmkir su anbarına keçir.Bunun nəticəsində çöküntülərin və su anbarının dibi çirklənir, suda həll olan zərərli maddələr , xüsusilə biogen elementlər bütün su hövzələri kaskadında su anbarının antropogen evtrofikasiyaına səbəb olur. Bununla yanaşı Mingəçevir və Şəmkir su anbarının dibi bitki örtüyündən ( meşə, kol ,lianlar və s,) təmizlənmiş və onların tədricən çürüməsi suyun keyfiyyətinə , oksigen rejiminə və su hövzəsinin heyvanat aləminə (balıqlara) mənfi təsir göstərir.


Təbii suların çirklənməsinin əsas mənbələri – qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş kömür, sellüloz-kağız sənayeləri, kənd təsərrüfatı (əkinçilik və intensiv heyvandarlıq) və kommunal təsərrüfatı hesab olunur. Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıdakılardır: − Həll olmuş oksigen. Onun miqdarı nə qədər yüksəkdirsə, suyun keyfiyyəti bir o qədər yaxşı olur. − Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqca çirkləndirici maddələr də çox olur və suyun keyfiyyəti bir o qədər pisləşir. − Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaların (kalitr) miqdarıdır. − Suda amonyakın (NH4), nitratların (NO3), nitritlərin (NO2), neft və neft məhsullarının, fenolun, sintetik səthi-aktiv maddələrin, ağır metalların miqdarı.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə