Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə23/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Evtrofikasiya yunan sözü olub qida (trofe) deməkdir. O, su hövzələrində biogen elementlərin toplanması nəticəsində onun bioloji məhsuldarlığının güclənməsi deməkdir. Biogen maddələrin,yəni fosfor və azot birləşmələrinin həddindən çox gölə, su anbarına, çay mənsəbinə, həmçinin dəniz sahilyanı suyuna daxil olması su bitkilərinin, xüsusən mikroskopik yosunların və makrofitlərin güclü böyüməsinə səbəb olur. Dövri olaraq yosunların güclü inkişafı («çiçəkləmə») baş verərək hətta sahəcə böyük olan su anbarlarını əhatə edə bilər. «Çiçəkləmədən» sonra mikroskopik yosunlar quruyur və çox vaxt kütlənin oksidləşməsi üçün həll olmuş oksigenin hamısını sudan çəkir (alır). Həm «çiçəkləmə», həm də yosunların destruksiyası (parçalanması) zamanı suyun keyfiyyəti pisləşir. Evtrofikasiya bir sıra əlverişsiz siyasi nəticələr verir. Suyun keyfiyyəti pisləşir, gölün rekreasiya qiyməti aşağı düşür, balıq populyasiyası azalır, suaşıranları, kanalları, hətta gəmilərin hərəkət yollarını təcrid edir.
Suyun minerallaşması dedikdə onun tərkibində olan həll olmuş maddələr başa düşülür. İnsan fəaliyyəti gücləndikdə təbiətdə rast gəlinən ionların miqdarı iqlim şəraitindən asılı olaraq suda artır (xloridlər, sulfatlar, hidrokarbonatlar, kalsium, natrium, kalium). Xüsusən arid regionlarında çay hövzələrində suvarmanın inkişafı nəticəsində minerallaşmış sular və torpaq horizotlarından yuyulmuş bir çox maddələr yenidən çaya qayıdır, məsələn, Sırdərya, Amurdərya və Kolorada çaylarının minerallaşma dərəcəsi 2-3 dəfə artıb, 2-3 q/l-ə çatmışdır. Dünyanın bir çox su obyektlərində ağır metallar və arsen suyun keyfiyyətində ciddi problem yaradır. Yer qabığında müəyyn edilmiş 100 kimyəvi elementdən nəzərə çarpacaq dərəcədə canlı maddələrin tərkibinə 22 daha yüngül element daxil olur. Sənayedə suyun tərkibinə, həmçinin orqanizmə yad olan çox vaxt zəhərli ağır metallar (kadmium, qurğuşun, civə, sink, xrom, mis və s.) daxil olur. Bir çox kommunal təmizləyici qurğular da tərkibinə ağır metallar olan sənaye çirkabları qəbul edir.
İçməli suyun təmizlənməsi. Su kəməri stansiyalarında içməli su almaq üçün bir sıra proseslərdən istifadə olunur. Onlar aşağıdakılardan ibarətdir: 1. Mikroələklərdən istifadə edərək yosunları və digər orqanizmləri kənarlaşdırmaq; 2. Durulducu hovuzlarda suyu kobud asılı maddələrdən təmizləmək və durultmaq; 3. Koaqulyasiya – suyun kimyəvi işlənməsi (emalı), adətən kükürd oksidi alüminiumla aparılır, onun təsiri nəticəsində asılı hissəciklər bərkiyərək bir-birinə yapışır və iri lopa (yumaq) şəklində çökür; 4. Sücgəcdən keçirmək – adətən kvars qumu layından keçirilir, bunun nəticəsində asılı hissəciklər və mikrobların 70-80%- tutulur; 5. Zərərsizləşdirmə (dezinfikasiya etmək): a) suyun xlorlanması – bəzən dixlorlanma da aparılaraq qalıq xloru və onun xoşagəlməz iyi kənarlaşdırıllır; b) ozanlaşdırmaq; v) Suyun ultrabənövşəyi şualarla işlənməsi, 254-257 mmk uzunluqda dalğalı işıq spektri bakteriyaları məhv edir. Rio-de-Janeyroda (iyun,1992) BMT-nın konfransında əhalinin keyfiyyətli içməli su ilə təmin olunması problemi bəşəriyyətin dayanaqlı inkişaf strategiyasında hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi strategiyasında qeyd edilir ki, planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin suyun keyfiyyətindən asılıdır.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə