kil 5.50. Calendula officinalis
kil 5.51. Hieracium umbellatum
kil 5.52. Fragopogon orientalis
kil 5.53-5.59. razid rast g l n müxt lif efemer bitkil r
kil 5.60.Torpaq qalaqlar n n üz rind bitmi
Cirsium echinus
kil 5.61. razinin bitki örtüyünd n ümumi görüntü
kil 5.62-5.63. Ad Q rm z kitabda qeyd olunmu Avena ventricosa
( i kin v l mir)
kil 5.64. Ad Q rm z kitabda qeyd olunmu Stipa pellita (tükcüklü iyav)
Şəkil 5.65. Torpağın külək eroziyasından müdafiəsində bitki köklərinin rolu
5.7. HEYVANAT ALƏMİ
Tədqiq olunan ərazi ekoloji-landşaft xüsusiyyətlərinə görə arid ekosisteminə aid
yarımsəhra ərazilərə daxildir. Ətraf ərazidə bir sıra sənaye-texnoloji sahələrin, məsələn, asfalt-
beton zavodlarının, müxtəlif tipli kommunikasiya vasitələrinin – torpaq yollar, elektrik xətləri və s.
inkişafı canlıların yayıldığı təbii arealların dağılmasına və kiçilməsinə səbəb olmuşdur. Burada
yayılmış heyvanat aləmi haqqında aşağıda məlumat verilir.
Ərazidə məskunlaşmış 100-dən artıq onurğasız növü məlumdur ki, bunların da əksəriyyəti
həşəratlar (əsasən, buğumayaqlılar) və hörümcəkkimilərdən ibarətdir. Burada xırda qaramtıl sarı
əqrəblər rast gəlir, yerdə qum üstündə müxtəlif böyüklükdə olan qarışqalar qaçışırlar. Çox yerdə,
əsasən, bitkilərin üzərində xırda çanaqlı ilbizlər rast gəlir.
Əraziyə xas olan həşərat növləri aşağıdakılardan ibarətdir:
Arıkimilər Düzqanadlılar
Hylacus annulata Dericorys tibialis
Sphcodes fuscipennis Anacridium aegyptium
Nomia rufiocornis Dociostaurus maroccanus
Megachile pilidens Tmethis bilobus
Megachile argentata Drymadusa magnifica
Tetralonia dentata və s.
Amegila quadrifasciata albigena
Anthophora acervorum erschowi və s.
Hörümçəkkimilər Qanadıpulcuqlular
Spinibdella cronini Pontia bellicidae
Spinibdella rapida Daphnis nerii
Biscirus silvaticus Pieris rapae
Bdella muscorum Manduca atropos
Bdelloides montanus Chasara anthe
Araneus angulatus Plebecus argyrognomon
Hypsosinga pygmaea Plebecus surypilus
Pardosa italica Polyommatus agestis
Zelotes caucasius və s Polyommatus icarus və s
.
Sərtqanadlılar
Smaragdina limbata
Chrysolina chaleites
Polyphylla oliveri
Antherenus scrophularia
Epicauta erythrocephala
Megacephalus euphraticus
Mylabris cincta
Dorcadion beckleri
Coccinella septempunktata
Cleonus piger
Upis ceramvoides
Opatrum sabulosum və s.
Sərtqanadlıların Megacephalus euphraticus (Fərat çapağanı) növü, pulcuqqanadlıların isə
Manduca atropos (kəllə şəkilli haf) və Daphnis nerii (Oleandr hafı) növləri Azərbaycanın Qırmızı
Kitabında azsaylı və yoxa çıxmaqda olan növlər kimi qeyd olunmaqla, xüsusi qorunma statusuna
malikdirlər.
Suda-quruda yaşayanlar. Azərbaycanda qeydə alınmış 10 növdən (Qəniyev, Nuriyev,
2000) tədqiqat aparılan ərazidə bir növünə Bufo viridis - yaşıl quru qurbağası təsadüf edilir. Onlar,
adətən, gecə həyat tərzi keçirən və yarımsəhra zona üçün xarakterik və geniş yayılmış texnogen
xarakterli çirklənmələrə qarşı həssas növdür.
Dostları ilə paylaş: |