3
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
TÜRKOLOGİYA KAFEDRASI
Bakalavr hazırlığı üçün
TÜRK DİLLƏRİNİN
MÜQAYİSƏLİ QRAMMATİKASI
fənnindən
P R O Q R A M
Bakı – 2013
4
Tərtib edən: filologiya üzrə fəlsəfə doktoru
Gülnarə Fəxrəddin qızı Əliyeva
Elmi redaktor: AMEA-
nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor
Kamal Mehdi oğlu Abdullayev
Rəyçilər: filologiya elmləri doktoru
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva
filologiya elmləri doktoru
Roza
Hüseyn qızı Eyvazova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Dürdanə Tofiq qızı Əliyeva
filologiya üzrə fəlsəfə doktoru, dosent
Şəkər Əbdülkərim qızı Orucova
5
1.
Kurs haqqında ümumi məlumat
«TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ QRAMMATİKASI»
FƏNNİNƏ DAİR İZAHAT
“Türk dillərinin müqayisəli qrammatikası” fənni filologiya
fakültəsinin bakalavr pilləsində tədris olunur. Bunun üçün 60 saat
vaxt (30 saat mühazirə, 30 saat məşğələ) ayrılır.
Eyni bir Türkcədən törəyən müasir türk dilləri uzun tarixi bir
inkişaf yolu keçmişdir. Müasir türk dilləri qədim dil
xüsusiyyətlərini qorumaqla bərabər, bir sıra yeni fonetik, leksik,
qra
mmatik özəlliklər əldə etmişlər. Bu baxımdan “Türk dillərinin
müqayisəli qrammatikası” kursu xüsusi əhəmiyyətə malikdir.
“Türk dillərinin müqayisəli qrammatikası” fənni türk
dillərinin ayrı-ayrı qruplar üzrə fonetik tərkibini, müasir aspektdə
kəmiyyət və keyfiyyət dəyişmələrini, səs əvəzlənmələrinin
müxtəlifliyini və rəngarəngliyini, leksik cəhətdən türk dillərinin
zənginliyini və bununla yanaşı, türk dillərinin lüğət tərkibində baş
vermiş dəyişiklikləri, türk dillərində nitq hissələri problemini,
onların ənənəvi bölgüsü məsələsini araşdırır, oğuz, qıpçaq, bulqar,
qarluq, uyğur-oğuz qrupları üzrə dillərin morfoloji və sintaktik
quruluşundan bəhs edir.
Fonetika və leksika bölmələrinin “Türk dillərinin müqayisəli
qrammatikası” proqramına daxil edilməsi şərti xarakter daşıyır.
Türk dillərinin fonetikası və leksikasını tədris edən xüsusi kurs
olmadığından, bu bölmələrin də burada öyrənilməsi məqsədəuyğun
hesab edilir.
2.
Kursun məqsədləri. Tələbələrin əldə edəcəyi bilik
və bacarıqlar
Fənnin tədrisində məqsəd türk dillərinin müasir dil
vəziyyətini, onun fonetik, leksik, morfoloji və sintaktik quruluşunu,
6
müasir türk dillərinin oxşar və fərqli xüsusiyyətlərini müqayisəli
şəkildə əhatə edə bilmək və tələbələrə bu bilikləri ətraflı öyrədə
bilməkdir. Kursun tədrisində türk dillərinin sinxron planda
araşdırılmasına geniş yer verilsə də, yeri gəldikcə müəyyən
məqamlarda diaxron planda da müqayisələr öz əksini tapmışdır.
“
Türk dillərinin müqayisəli qrammatikası” kursunun tədrisi
tələbələrdə aşağıda sadalanan bilik və bacarıqların formalaşmasına
imkan yaradacaq:
1.
Tədris prosesində tələbələr mövcud materiallar və vəsaitlər
əsasında türk dillərinin fonetik, leksik, qrammatik quruluşları ilə
tanış olacaqlar.
2.
Tələbələr bu dillərin oxşar və fərqli dil xüsusiyyətləri
haqqında əsaslı biliklər əldə edəcəklər ki, bu da onlarda türk dilləri
haqqında dolğun fikir formalaşdıracaqdır.
3.
Bu fənnin tədrisində tələbələrə tarixi-müqayisəli, tarixi-
tutuşdurma metodlarından istifadə olunmaqla ayrı-ayrı qruplar üzrə
türk dillərinin ümumi cəhətləri ilə yanaşı, hər bir türk dilinin
özünəməxsus xüsusiyyətləri haqqında da biliklər veriləcəkdir.
4.
Bu fənnin tədrisi tələbələrdə müstəqil mənbələrlə və
ədəbiyyatlarla işləmək, diskussiyalar aparmaq, türk dilləri ilə bağlı
müstəqil fikirlərini söyləmək bacarıqlarının formalaşmasına kömək
edəcəkdir.
5.
Öyrənilən kurs tələbələrin gələcək peşə fəaliyyətləri üçün
zəruri olan nəzəri və praktik biliklərinin zənginləşməsinə yardımçı
olacaqdır.
3. Kursun mənimsənilməsi üçün qoyulan tələblər
Tələbə kursu tam mənimsəmək üçün aşağıdakı tələbləri
yerinə yetirə bilməlidir:
•
Aşağıda göstərilən mövzular üzrə Azərbaycan, rus, türk və
digər türk dillərində (yaxud bu dillərin birində) olan mövcud
ədəbiyyatla, habelə internet materialları ilə müstəqil işləməyi
bacarmalı;
7
•
Ku
rsu tədris edən müəllimin mühazirələrini tənqidi təhlil
etməyi və əldə etdiyi bilikləri verilmiş ədəbiyyatları öyrənməklə
inkişaf etdirməyi bacarmalı;
•
Tələbə tədris prosesinə ciddi yanaşmalı, intizamlı olmalı,
fənnə ayrılmış saatların ən azı 2/3-də iştirak etməlidir;
•
Tələbələr seminar məşğələlərində fəallıq göstərməli və
müzakirə edilən problemlərə yaradıcılıqla yanaşmağı bacarmalıdır.
4. Tədris metodu
Kursun tədrisi üçün 60 saat ayrılmışdır. Aktiv mühazirələrdə
tədris olunan mövzunu təşkil edən problemlər qoyulur, onlar
müxtəlif tərəflərdən xarakterizə olunur, problemlərin həlli yolları
araşdırılır, tələbələrin bununla bağlı mühazirələri və müvafiq
qiymətləndirmələri diskurs edilir.
Konkret olaraq tədris zamanı aşağıdakı metodlardan istifadə
ediləcəkdir:
a)
İnteraktiv;
b)
Şərh;
c)
Təhlil;
d)
Müqayisə;
e)
Tənqid;
f)
Ümumiləşdirmə və s.
5. T
ələbələrin biliyinin qiymətləndirilməsi
Tələbələrin
biliyi
aşağıdakı
meyarlar
əsasında
müəyyənləşdirilir:
1.
Davamiyyət – 10 bal.
2.
Tədris prosesində aktiv iştirak – 30 bal.
3.
Müstəqil iş – 10 bal.
4.
İmtahan – 50 bal.
8
6. Fənnin tədrisinə ayrılan saatların mövzular üzrə
paylanması
№
Mövzular
Cəmi
O cümlədən
Mühazirə Seminar
məşğələsi
1
Müasir türk dillərinin fonetik
sisteminə ümumi baxış
4 saat
2 saat
2 saat
2
Türk dillərinin vokal sistemi 4 saat 2 saat
2 saat
3
Türk dillərinin konsonant
sistemi
4 saat
2 saat
2 saat
4
Türk dillərində ahəng
qanunu və fonetik hadisələr
4 saat
2 saat
2 saat
5
Türk dillərinin müqayisəli
leksikası
4 saat
2 saat
2 saat
6
Türk dillərinin müqayisəli
mo
rfologiyası. Türkoloji
dilçilikdə nitq hissələrinin
təsnifi prinsipi
4 saat
2 saat
2 saat
7
Türksistemli dillərdə isim
4 saat
2 saat
2 saat
8
Türkologiyada ismin
qrammatik kateqoriyaları
məsələsinin qoyuluşu
4 saat
2 saat
2 saat
9
Türk dillərində sifət, say,
əvəzlik əsas nitq hissəsi kimi
4 saat
2 saat
2 saat
10
Türk
dillərinin
lüğət
tərkibində fellərin yeri və
rolu
4 saat
2 saat
2 saat
11
Türkoloji dilçilikdə felin
kateqoriyaları
4 saat
2 saat
2 saat
12
Türk dillərində zərf və
köməkçi nitq hissələri
4 saat
2 saat
2 saat
13
Türk dillərində sadə cümlə
sintaksisi
4 saat
2 saat
2 saat
14
Türk dillərində mürəkkəb
4 saat
2 saat
2 saat
9
cümlə sintaksisi
15
Türkoloji dilçilikdə
mürəkkəb sintaktik bütövlər
4 saat
2 saat
2 saat
60
saat
30 saat
30 saat
7.
Mövzuların məzmunu
GİRİŞ
TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ FONETİKASI
Türk dillərinin fonetik quruluşunun müqayisəli şəkildə
tədqiqi.
Türk dillərində fonemlər sistemi.
Türk dillərinin vokal sistemi. Türk vokalizminin tarixi
inkişafı. Saitlər sistemində özünü göstərən dəyişikliklər. Sait
tərkibinin müəyyənləşməsində türkoloqların mübahisəli fikirləri.
Yeni saitlərin yaranması məsələsi. Ulu türk dilində qapalı [e]
saitinin olub-
olmaması fikri. Qalın və incə, dodaqlanan və
dodaqlanmayan, açıq və qapalı saitlər.
Türk dillərində saitlər sistemində kəmiyyət əlamətləri. İlkin
uzanma və sonrakı uzanma məsələsi. Türk dillərinin əksəriyyətində
uzun saitlərin itməsi hadisəsi. İlkin uzanmanın daha çox yakut və
türkmən dillərində, Azərbaycan dilinin Xalac dialektində
müşahidəsi. Ərəb-fars dillərindən alınmış sözlərdə özünü göstərən
sait uzanmaları. Sonrakı uzanma hadisəsinin, adətən, alınma
sözlərdə müşahidəsi.
Müasir türk dillərində saitlərin sözün əvvəlində, ortasında və
sonunda işlənməsi. Ancaq ilk hecada müşahidə olunan saitlər.
Saitlərin bir-birini əvəz etməsi halları.
A
saitinin müasir özbək, türk, çuvaş, tatar və başqırd
dillərində spesifik əlamətləri. A saitinin dodaqlanması. Xalis qısa ə
saitinin yalnız Azərbaycan və uyğur dillərində mühafizəsi. E
10
saitinin
tatar və çuvaş dillərində müşahidə olunmaması. Türk
dillərində ı saitinin söz əvvəlində mövqeyi.
Türk dillərinin konsonant sistemi. Müasir türk dillərində
samitlər sisteminin tərkibinin müəyyənləşməsi. Kar və cingiltili
samitlər. Ulu türk samitləri və onların işlənməsində baş verən
dəyişikliklər. Türk dillərində sonradan meydana çıxan samitlər.
Sonor samitlər. Türk dillərində kar və cingiltili samitlərin anlautda,
inlautda, auslautda işlənmə mövqeləri.
Türk dillərində protetik samitlər. Yakut dilində konsonant
sisteminin kökündən dəyişməsi. Ulu türkcədə ç samitinin yeganə
affrikat olması.
Sağır nun samiti və onun müasir türk dillərində işlənmə
tezliyi. Əksər türk dillərində ğ foneminin xüsusi işarəsinin
olmaması. Söz əvvəlində ğ samitinin işlənə bilmə halları. Alınma
sözlərdəki samitlər və onların türk dillərində işlənmə mövqeləri.
Türk dillərində samitlərin qoşalaşması. Çuvaş dilində
geminatların daha çox müşahidə olunması.
Türk dillərində Ahəng qanunu. Saitlərin ahəngi. Dodaq və
damaq ahəngi. Ahəng qanununun pozulma halları. Müasir türk
dillərində qədim damaq ahənginin mühafizəsi. Özbək dilində
sinharmoniya, damaq ahənginin bir qayda olaraq gözlənilməməsi.
Müasir türk dillərində dodaq ahənginin məhdudluğu. Yakut və
qırğız dillərində dodaq ahənginin qüvvətli şəkildə özünü
göstərməsi.
Samitlərin ahəngi. Türk dillərində kar samitlərin
cingiltililəşməsi hadisəsi.
Türk dillərində fonetik hadisələr. Türk dillərində
assimilyasiya (uyuşma), dissimilyasiya (səs fərqlənməsi), proteza
(səs artımı), eliziya (səs düşümü), metateza (səs yerdəyişməsi)
hadisələri.
Türk dillərində vurğu. Türk mənşəli sözlərdə vurğunun
mövqeyi. Ulu türkcədə güc vurğusu. Müasir türk dilləri və ulu
türkcənin müqayisəsində vurğu yerinin müxtəlif olması. Sonradan
türk dillərində vurğunun ilk hecadan sonuncu hecaya yerdəyişməsi.
11
Türk dillərində vurğu qəbul etməyən şəkilçilər. Alınma sözlərdə
vurğunun yeri. Türk dillərində məntiqi vurğu.
Türk dillərində heca. Xalis türk mənşəli sözlərdə altı-səkkiz
heca tipinin fərqləndirilməsi. Hecaların tipləri. Türk dillərində daha
çox müşahidə olunan heca tipləri. Türk dillərində açıq və qapalı,
örtülü və örtüsüz heca növləri. Saf və qovuşuq hecalar.
TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ LEKSİKASI
Türk dillərinin leksik tərkibində fonetik quruluşa nisbətən
daha
çox fərqlənmələrin və dəyişikliyin olması və bu dəyişkənliyin
səbəbləri. Türk dillərinin leksik tərkibinin 2 cəhətdən nəzərdən
keçirilməsi: 1. Orxon-Yenisey və Talas abidələri əsasında qədim
türk dili leksikası; 2. Müasir türk dillərinin leksik tərkibi.
M
üasir türk dillərinin türk mənşəli leksikası. Lüğət
tərkibindəki bəzi sözlərin müxtəlif türk dillərində müxtəlif
mənalarda işlənməsi, məna dəyişikliyinə uğraması. Arxaik sözlərin
müasir türk dillərində işlənmə mövqeyi və onların türk dillərinin
dialekt və şivələrində izləri.
Türk dillərinin lüğət tərkibində özünü göstərən alınma sözlər
təbəqəsi. Lüğət tərkibinin təşəkkül tapmasında monqol, Çin,
sanskrit, fars, ərəb, rus və Avropa dillərindən alınmış sözlərin rolu.
Monqol dil elementləri və türkologiyada buna ikili münasibət.
Qərbi və Şərqi hun qrupu dillərində alınma sözlərin mahiyyəti.
XX əsr müasir türk dillərinin leksik tərkibinin
müəyyənləşməsi. Xalis türk mənşəli sözlər.
a)
Ad bildirən sözlər
Qohumluq münasibəti bildirən sözlər
Bitki adlarını bildirən sözlər
Heyvan adlarını bildirən sözlər
İl, ay və gün adlarını bildirən sözlər
b)
Əlamət və keyfiyyət bildirən sözlər
c)
Hərəkət bildirən sözlər.
12
Müasir Türkiyə türkcəsində XX əsrdə aparılan özləşmə
siyasəti. Əksər alınma sözlərin qədim türk sözləri ilə əvəz olunması,
eyni zamanda türkcənin daxili imkanları hesabına zənginləşməsi.
Türk dillərinin leksik cəhətdən müqayisəsi zamanı meydana
çıxan semantik xüsusiyyətlər.
Türk dillərində cins kateqoriyasının olmamasına rəğmən bu
dillərdə ancaq bioloji cins anlayışının ifadəsi. Türk dillərinin leksik
tərkibində heç bir morfoloji əlamət olmadan da öz daxili
məzmunlarında cins anlayışı olan sozlərdən bəhs edilməsi.
TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ
MORFOLOGİYASI
Türk dillərində sözün morfoloji quruluşu. Türk dillərində
sözün
tərkibi. Kök və şəkilçi. Türkologiyada morfem anlayışı.
Aqlütinativlik və ya iltisaqilik. Aqlütinativ formaların struktur
cəhətdən fərqləndirilməsi.
Türk dillərində morfologiyanın tədqiqat obyekti və vəzifəsi.
Türk dillərində nitq hissələrinin təsnifi prinsipləri. Nitq
hissələrini şərtləndirən əsas meyarlar. Leksik-semantik, morfoloji,
sintaktik meyarlar.
Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü. Əsas nitq
hissələri. Köməkçi nitq hissələri. Onların bənzər və fərqli
xüsusiyyətləri.
İsim. İsimləri digər nitq hissələrindən fərqləndirən spesifik
əlamətlər. Türk sistemli dillərdə isimlərin semantik məna qrupları.
Türk dillərində başqa nitq hissələrinin substantivləşməsi
(isimləşməsi) prosesi.
İsmin quruluşca növləri:
Sadə isimlər.
Düzəltmə isimlər. İsimlərdə söz yaradıcılığı prosesi.
Morfoloji yolla sözyaratma prosesi. Adlardan isim əmələ gətirən
şəkilçilər. Fellərdən düzələn isimlər, isim düzəldən şəkilçilər.
Sintaktik yolla sözyaratma prosesi.
13
Mürəkkəb isimlər. Türkologiyada mürəkkəb isim məsələsi, bu
barədə mövcud olan fikir müxtəlifliyi.
Qrammatik kateqoriyalar.
Kəmiyyət kateqoriyası. Kəmiyyət kateqoriyası ümumi
qrammatik kateqoriya kimi. Onun əsas morfoloji göstəricisi. -lar
şəkilçisinin müasir türk dillərində fonetik variantlılığı. Bütün türk
dillərində müştərək olan -lar şəkilçisinin yalnız çuvaş dilində -sem
şəkilçisi ilə ifadəsi və bunun səbəbi. Kəmiyyət anlayışının leksik,
morfoloji, sintaktik üsulla ifadəsi.
Mənsubiyyət kateqoriyası. Türk dillərində mənsubiyyət
kateqoriyası ümumi qrammatik kateqoriya kimi. Mənsubiyyət
şəkilçiləri. Mənsubiyyət şəkilçilərinin fonetik variantlılığı. Müasir
türk dillərində mənsubiyyət anlayışının meydanaçıxma yolları.
Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərin hallanması zamanı
özünü göstərən dəyişikliklər. II şəxs tək və cəm mənsubiyyət
şəkilçilərinin əksər türk dillərində sağır nun (ŋ) ilə meydana
çıxması. Qıpçaq qrupu türk dillərində mənsubiyyət kateqoriyası
şəkilçisinin ifadəsində dodaq ahənginin qorunmaması və
mənsubiyyət şəkilçisinin iki variantda ifadəsi. Mənsubiyyət
kateqoriyasının məna xüsusiyyətləri. Türk dillərində mənsubiyyət
kateqoriyasında mövcud olan termin müxtəlifliyi.
Hal kateqoriyası. Türk dillərinin hal sisteminin inkişaf tarixi.
Hal sistemi ilə bağlı məsələlər. Halların inkişafı. Halların müasir
türk dillərində sayı və müxtəlif terminlərlə adlandırılması. Termin
müxtəlifliyinin səbəbi. Mənasına və sintaktik vəzifəsinə görə ismin
halları. Qrammatik və məkani-qrammatik hallar. Halların
funksional əvəzlənməsi. Ayrı-ayrı halların əsas məzmunu və
qrammatik göstəriciləri. Tam və reduksiya olunmuş hal şəkilçiləri.
Adlıq hal. Adlıq halın subyekt hal kimi səciyyələndirilməsi.
Yiyəlik hal. Yiyəlik halın tam və reduksiya olunmuş
formaları. Hər iki formanın yalnız oğuz qrupu türk dillərində
işlənməsi. Əksər türk dillərində yalnız tam formanın müşahidəsi.
Altay, noqay, qaraqalpaq, xakas dillərində şəkilçinin yalnız
dodaqlanmayan variantlarının işlənməsi. Müasir qumuq və qaraçay-
14
balkar dillərində yiyəlik və təsirlik hal şəkilçilərinin sinonimliyi və
onların cümlədə fərqləndirilməsi. Qarluq qrupu türk dillərində
ahəng qanununun zəifləməsinin nəticəsi olaraq yiyəlik halın -nın
şəklində rastlanması. Yakut dilində yiyəlik halın olmaması və
səbəbi.
Yönlük hal.
Oğuz qrupu türk dillərində yönlük halda
cingi
ltililəşmə. Qıpçaq və qarluq qrupu türk dillərində yönlük halın
-qa, -
kə, -ğa, -gə şəklində ifadəsi. Türk dillərində -ra, -rə, -ça, -çə, -
n
şəkilçili yönlük hal.
Təsirlik hal. Təsirlik halda müəyyənlik və qeyri-müəyyənlik.
Türk dillərində təsirlik hal şəkilçisinin -ı, -nı, -yı, -tı, -dı
variantlarında rastlanması. Təsirlik halla yiyəlik hal formalarının
bir-
birini əvəzetməsi halları.
Yerlik hal. Yerlik hal
şəkilçiləri və türk dillərində onun
fonetik variantlılığı. Yerlik halın ifadə etdiyi vəzifələr. Müasir türk
dillərinin əksəriyyətində yerlik halın “orun” sözü ilə ifadəsi. Müasir
türk dillərindən yalnız yakut dilində yerlik halın olmaması.
Çıxışlıq hal. Türk dillərində çıxışlıq halın morfoloji
əlamətləri. Uyğur dilində çıxışlıq halda qədim -dın, -tin şəkilçisinin
qorunub saxlanması.
Sifət. Sifətin leksik-semantik, morfoloji əlamətləri və
sintaktik xüsusiyyətləri. Türkoloji ədəbiyyatda sifətin müxtəlif
sözlərlə adlandırılması. Sifətin quruluşca növləri: a) sadə sifətlər; b)
düzəltmə sifətlər. Sifətlərdə söz yaradıcılığı: 1. adlardan sifət əmələ
gətirən şəkilçilər; 2. fellərdən sifət əmələ gətirən şəkilçilər. Türk
dillərinin ayrı-ayrı qrupları üzrə məhsuldar və qeyri-məhsuldar sifət
düzəldən şəkilçilər. Alınma sifətlər. Ərəb, fars, monqol, rus dili və
Avropa
dillərindən türk dillərinə keçən alınma sifətlər və alınma
sifət düzəldən şəkilçilər; c) mürəkkəb sifətlər. Müxtəlif türk
dillərində mürəkkəb sifətlərin müxtəlif əmələgəlmə yolları. Sifətin
substantivləşməsi. Sifətin adverbiallaşması.
Sifətin dərəcələri. Adi, müqayisə, üstünlük, kiçiltmə (qıpçaq
və qarluq qrupu türk dillərində kiçiltmə dərəcəsinin spesifik
15
şəkilçilərlə meydana çıxması), çoxaltma dərəcələri. Sifətlərin
intensiv forması.
Say.
Türk dillərində işlənən saylar və onların saflığının
mühafizəsi. Türk say sistemi və onun transformasiyası. Onluq,
iyirmilik və qarışıq say sistemi. Sayların quruluşca növləri: sadə,
düzəltmə və mürəkkəb saylar. Sayların etimologiyası məsələsi.
Türk dillərində sayların məna növləri: miqdar sayları, müəyyən və
qeyri-
müəyyən miqdar sayları, kəsr sayları, sıra sayları, bölgü
sayları. Türk dillərində numerativ sözlər. Çuvaş dilində kəsr
saylarının fərqli ifadəsi. Bəzi türk dillərində kəsr saylarının -lık, -lik
şəkilçisi ilə formalaşması. Bəzi türk dillərində sayın xüsusi nitq
hissəsi kimi fərqləndirilməməsi.
Əvəzlik. Türk dillərində bu nitq hissəsinin termin müxtəlifliyi
məsələsi. Türkologiyada əvəzliklərin quruluşca növləri məsələsi.
Türk dillərində əvəzliklərin məna qrupları.
1.
Şəxs əvəzlikləri. Şəxs əvəzliklərinin kiçik fonetik
müxtəlifliklə bütün türksistemli dillərdə uyğunluğu. Çuvaş və yakut
dillərində şəxs əvəzliklərinin fərqli ifadəsi.
Birinci şəxsin təkini ifadə edən ən qədim forma olan ben, bän
formalarının yalnız türk və qaqauz dillərində mühafizəsi.
Türk dillərində şəxs əvəzliklərinin hallanması.
2.
İşarə əvəzlikləri. Qədim formaların mühafizəsi və bütün
türk dillərində işarə əvəzliklərinin uyğun gəlməsi. İşarə
əvəzliklərinin müxtəlif şəkilçilər qəbul edərək müxtəlif məna
çalarlıqları əmələ gətirməsi. Türk dillərində “o” işarə əvəzliyi ilə III
şəxs əvəzliyinin uyğun gəlməsi və onların fərqləndirilməsi. “Uşbu”
işarə əvəzliyi və onun etimologiyası ilə bağlı fikirlər.
3.
Sual əvəzlikləri. Qıpçaq və qarluq qrupu türk dillərində
sual əvəzliklərinin oğuz qrupu türk dillərindən fərqli sual əvəzlikləri
ilə meydana çıxması.
4.
Təyini əvəzliklər. Bu əvəzliklərin əksər türk dillərində
topluluq
əvəzlikləri,
təyini
bölgülü
əvəzliklər
kimi
səciyyələndirilməsi. “Öz” və “kendi” təyini əvəzliklərinin türk
dillərində işlənmə mövqeləri.
16
5. Qeyri-
müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklərin
əksəriyyətinin sual əvəzliklərindən əmələ gəlməsi.
Fel.
Fel haqqında ümumi məlumat. Türk dillərinin lüğət
tərkibində fellərin saflığının mühafizəsi. Felin leksik-semantik
məna qrupları. Qıpçaq qrupu türk dillərində fellərin digər nitq
hissələrini əvəz edə bilməsi məsələsi. Felin quruluşca növləri. Türk
dillərinin lüğət tərkibində fellərin yeri və rolu.
Sadə fellər. Bəzi türk dillərində arxaikləşən fellərin digər türk
dillərində sadə fellər kimi işləkliyi.
Düzəltmə fellər. Fellərdə söz yaradıcılığı prosesi: 1.
morfoloji; 2. sintaktik; 3. analitik. Adlardan əmələ gələn düzəltmə
fellər. Fellərdən əmələ gələn düzəltmə fellər. Təqlidi sözlərdən
əmələ gələn düzəltmə fellər.
Mürəkkəb fellər. Türkologiyada mürəkkəb fel məsələsi.
Tərkibi fellər. Türk dillərində mürəkkəb fellərin ifadə etdiyi məna
çalarlıqları.
Felin perifrastik formaları. Türk dillərində yarımçıq fellər.
Felin qrammatik kateqoriyaları.
Felin təsirlilik və təsirsizlik kateqoriyası.
Türk dillərində fellərin obyektə münasibətinə görə üç qrupa
ayrılması. 1. Hər zaman təsirli olanlar, 2. Hər zaman təsirsiz olanlar,
3. Həm təsirli, həm təsirsiz olanlar. Təsirsiz fellərdən təsirli fellər
yaradan xüsusi morfoloji əlamətlər. Təsirli və təsirsiz fellərin türk
dillərində müxtəlif terminlərlə adlandırılması.
Felin inkarlıq kateqoriyası. İnkarlıq kateqoriyası feli digər
nitq hissələrindən fərqləndirən əlamətlərdən biri kimi. Türk
dillərində inkarlığın yaranma üsulları: leksik yolla yaranan inkarlıq,
morfoloji yolla yaranan inkarlıq, sintaktik yolla yaranan inkarlıq. -
ma, -me
inkar şəkilçisi və onun türk dillərində müxtəlif fonetik
variantları. Çuvaş dilində -ma, -me inkar şəkilçisinin olmaması və
inkarlığın -an şəkilçisi ilə meydana çıxması. Bəzi türk dillərində
inkarlığın deyil, yox sözləri ilə ifadəsi. İnkarlıq anlayışının nə, nə də
bağlayıcısı ilə yaranma yolları.
17
Felin şəxs kateqoriyası. Şəxs şəkilçilərinin müasir türk
dillərində müxtəlif ifadə formaları. Qısa və tam formalı şəxs
sonluqları. Şəxs əvəzliklərinin şəxs şəkilçiləri yerində işlənməsi.
Şəxs sonluqsuz işlənən fel formaları və bunun səbəbləri. Uyğur-
oğuz qrupu türk dillərində bu xüsusiyyətin aparıcılığı.
Felin növ kateqoriyası. Felin məna növləri. Türk dillərində
növ
kateqoriyasının və məna növlərinin adlarının müxtəlif
terminlərlə adlandırılması məsələsi. Məlum növ, məchul növ,
qayıdış növ, qarşılıq-birgəlik növ, icbar növ. Onların ifadə
vasitələri. -ıl
4
, -
ın
4
, -n
məchul növ və qayıdış növ şəkilçilərinin
eyniliyi və bütün türk dillərində mövcudluğu. -ıl
4
, -
ın
4
, -n
şəkilçiləri
türk dillərində məchul növ, qayıdış növ və feldən fel düzəldən
omonim şəkilçi kimi. Qarşılıq növ şəkilçisinin türk dillərində
sabitliyi. Felin məna növ şəkilçilərinin digər morfoloji
funksiyalard
a işlənməsi.
Felin təsriflənən formaları.
Felin şəkil və ya forma kateqoriyası.
Əmr şəkli. Xüsusi qrammatik göstəricisinin olmaması.
Semantik-
üslubi xüsusiyyətləri. Əmr şəklinin ifadəsində şəxs
sonluqlarının rolu. Əmr şəklinin tarixi ifadə formasını (şəxs
sonluqlarını) qoruyub saxlayan müasir türk dilləri. Müasir
Azərbaycan dili üçün dialekt xüsusiyyəti hesab olunan ikinci şəxsin
tək və cəmində istifadə olunan -qınan, -ginən, -gil, -gilən
şəkilçisinin ədəbi dil səciyyəsi daşıyan türk dilləri.
Xəbər şəkli. Bu şəklin xüsusi morfoloji əlamətinin olmaması.
Felin xəbər şəklinin zaman və şəxsləri əhatə etməsi. Xəbər şəklinin
zaman və şəxs kateqoriyası ilə birlikdə səciyyələndirilməsi. Sadə və
mürəkkəb formaları.
Vacib şəkli. Felin vacib şəklinin türk dillərində müxtəlif
morfoloji göstəricilərlə ifadəsi. Məna xüsusiyyətləri. -malı, -məli
şəkilçisinin yalnız oğuz qrupu türk dillərində, çuvaş və Krım
tatarlarının dilində müşahidəsi. Vacib şəklinin qaqauz, türkmən və
çuvaş dillərində şəxs sonluqsuz işlənməsi. Türk dillərində vacib
şəklinin analitik forması. Analitik formanın qədimliyi və müasir
18
türk dillərində izləri. “maq, mək + gərək” formasının müasir türk,
özbək, uyğur, krım-tatar, başqırd, qumuq, noqay, qaraqalpaq
dillərində müşahidə olunması. Müasir Altay, xakas, tuva, qaraçay-
balkar, başqırd, tatar dillərində vacib şəklinin “ırga + kerek (tiyiş)”
formasında özünü göstərməsi.
Arzu şəkli. Felin arzu şəklinin xüsusi morfoloji əlamətlərlə
əmələ gəlməsi: -a, -e, -ə, -ay, -ğay, -ğı, -ası, -sın və s. Arzu şəklinin
ədatlarla birlikdə işlənməsi və bu xüsusiyyətin Azərbaycan dilində
daha geniş yayılması. Türk, qazax, qırğız, uyğur və s. dillərdə arzu
şəklinin eyni zamanda sintaktik yolla meydana çıxması. Oğuz qrupu
türk dilləri istisna olmaqla, digər türk dllərində arzu şəklinin -ğay, -
qay, -kay, -ay
şəkilçiləri ilə ifadə olunması.
Lazım şəkli. Morfoloji əlaməti. Məna xüsusiyyətləri. Bəzi
türk dillərində -ası, -əsi şəkilçisi ilə əmələ gələn formaların hərəkət
adları kimi səciyyələndirilməsi. Azərbaycan dili istisna olunmaqla,
müasir türk dillərində lazım şəklinin müstəqil fel şəkli kimi
fərqləndirilməməsi. Lazım şəklinin inkar formasının “deyil” sözü
ilə əmələ gəlməsi.
Şərt şəkli. Morfoloji əlaməti. Məna xüsusiyyətləri. Üslubi
özəlliklər. -sa, -se şəkilçisinin müasir türk dillərində sabitliyi.
Başqırd, altay, xakas, tuva, yakut dillərində şəkilçinin fonetik
variantları.
Felin zaman kateqoriyası. Felin zamanlarının tədqiqi tarixi.
Keçmiş zaman. Şühudi keçmiş zaman. Nəqli keçmiş zaman.
Bu zaman formalarının türk dillərində termin müxtəlifliyi məsələsi.
Onların qrammatik göstəriciləri. Şühudi keçmiş zamanın qrammatik
əlaməti olan -dı, -tı şəkilçisinin müxtəlif fonetik variantları. Nəqli
keçmiş zamanın morfoloji göstəriciləri olan -mış
və -qan
şəkilçilərinin türk dillərində mövqeyi. Türk dillərində -ıb şəkilçili
keçmiş zaman forması, şəkilçinin fonetik variantlılığı. -ıb
şəkilçisinin Azərbaycan dilində -mış şəkilçisi ilə sinonimliyi.
Azərbaycan dilindən fərqli olaraq qazax, qırğız, qaraqalpaq, özbək,
uyğur, xakas dillərində -ıb şəkilçisinin müstəqil zaman forması
əmələ gətirməsi. Məna və qrammatik xüsusiyyətləri. Üslubi
19
məqamlar. Türk dillərində keçmiş zaman formalarının məna və
üslubi cəhətdən oxşar və fərqli xüsusiyyətləri.
Salar dilində -mış və -dı şəkilçilərinin sinonimliyi və hər iki
şəkilçinin şühudi keçmiş zamanı bildirməsi. Türk dillərində -an, -
en; -
çaŋ, -çeŋ; -çu, -çü; -atın, -etin; -çık, -çik; -çuk, -çük
şəkilçilərilə düzələn digər keçmiş zaman formaları və onların türk
dillərində məhdudluğu.
Türk dillərində felin keçmiş zamanının mürəkkəb forması
məsələsi.
İndiki zaman. Türk dilləri üçün müştərək və fərqli olan
indiki zaman şəkilçiləri. Oğuz qrupu türk dillərinin hər birində
indiki zaman formasının özünəməxsus şəkilçilərlə meydana
gəlməsi. Qıpçaq, bulqar, uyğur-oğuz qrupu türk dillərində indiki
zamanın -a, -e, -y şəkilçisilə ifadəsi. Türkmən, qazax, qırğız, altay,
noqay, uyğur, xakas, tofalar və s. türk dillərində indiki zamanın
analitik formaları. Məna və qrammatik xüsusiyyətləri. Üslubi
xüsusiyyətləri. -maqda, -məkdə forması haqqında türkoloqların
fərqli mövqeləri.
Gələcək zaman. Qəti gələcək zaman. -acaq şəkilçisinin qəti
gələcək zamanın morfoloji göstəricisi kimi yalnız Azərbaycan, türk,
türkmən, qaqauz, noqay, qumuq, özbək, başqırd, krım-tatar,
qaraqalpaq, kazan-
tatar, yakut dillərində özünü göstərməsi. Qeyri-
qəti gələcək zaman. Müasir Azərbaycan dilində indiki zamanı ifadə
edən -ır şəkilçisinin əksər türk dillərində qeyri-qəti gələcək zamanı
ifadə etməsi. Gələcək zaman formalarının semantik-üslubi
xüsusiyyətləri. Felin qeyri-qəti gələcək zamanının inkar formasının
variantlılığı, müasir və tarixi müqayisəsi.
İndiki-gələcək zaman və geniş zaman anlayışları.
Türkoloqların bu barədə fikir və mülahizələri.
-
arlık, -erlik; -γyr, -qyr, -gyr, -kyr; -γy, -qy, -yo, -go, -yu, -gu;
-
qadıq, -qediq; -qalak, -kalak, -qelek kimi şəkilçilərin müxtəlif türk
dillərində gələcək zamanı ifadə etməsi.
Türk dillərində şəxs sonluğu olan və şəxs sonluqsuz zaman
formaları.
20
Felin təsriflənməyən formaları.
Məsdər. Türk dillərində məsdər və hərəkət adları məsələsi.
Əksər türk dillərində məsdərin əsas morfoloji göstəricisi olan -
maq/-
mək şəkilçisi və onun fonetik variantlılığı. Son samitinin
düşmə halları. Məsdərin qıpçaq qrupu türk dillərində “-u” şəkilçisi
ilə meydana çıxması. -ırqa/-erqə məsdər şəkilçisi və mövcud
olduğu türk dilləri (tatar və s.). -v, -uv, -ğalı, -ğanı, -as, -es, -ğu, -ku,
-qu, -kü
şəkilçilərinin məsdər şəkilçisi kimi istifadəsi.
Feli sifət. Türkologiyada feli sifətin tədqiqi məsələsi. İfadə
vasitələri. Feli sifətin fellik xüsusiyyətləri. Feli sifətlərdə zaman
anlayışı məsələsi. 1. -qan, -kən, -mış, -dık keçmiş zaman feli sifət
şəkilçiləri, 2. -ər, -an, -diqan, -ıuçu indiki zaman feli sifət
şəkilçiləri, 3. -ar, -acaq, -ası, -malı gələcək zaman feli sifət
şəkilçiləri. Feli sifətin sifətlik xüsusiyyətləri. Feli sifət şəkilçilərinin
omonimliyi.
Feli bağlama. Türkologiyada feli bağlamanın tədqiqi tarixi
haqqında. Türk dilləri üçün müştərək olan feli bağlamalar. -ıb
şəkilçili feli bağlamalar. -ıp qədim formanın türk, türkmən, qaqauz,
qazax, uyğur, tatar, başqırd dillərində qorunması. Şəkilçinin çuvaş
dilində -sa, -se, yakut dilində -an, -en, -on, -ön şəklində ifadəsi. -a, -
ə, -e, -y şəkilçili feli bağlamalar. Şəkilçinin türk dillərində tək və
qoşa şəkildə müşahidə olunması. Konkret müəyyən bir türk dili
üçün səciyyəvi olan feli bağlama şəkilçiləri. Feli bağlamanın fellik
xüsusiyyətləri. Feli bağlamanın zərflə ümumi cəhətləri.
Zərf. Türkologiyada zərf məsələsi: türkoloqların müxtəlif
baxışları və fikirləri. Türk dillərində zərfin semantik, morfoloji və
sintaktik xüsusiyyətlərinə görə digər nitq hissələrindən
fərqləndirilməsi. Zərflərin dərəcələri. Zərfin məna növləri. Tərzi-
hərəkət, zaman, yer, miqdar zərfləri və s. Zərfin morfoloji
xüsusiyyətləri. Türk dillərində zərfin quruluşca növləri. Sadə,
düzəltmə, mürəkkəb zərflər. Zərfin sintaktik xüsusiyyətləri.
Köməkçi nitq hissələri. Əsas nitq hissələrindən köməkçi nitq
hissələrinə keçid prosesi. Türk dillərində köməkçi nitq hissələrinin
təşəkkül prosesi. Qoşma, bağlayıcı, ədat, modal sözlər. Köməkçi
21
nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən əlamətlər.
Köməkçi nitq hissələrinin quruluşu. Köməkçi nitq hissələrinin
leksik-
semantik əlamətləri. Türkologiyada köməkçi nitq hissələrinin
tərkibinə hansı kateqoriyaların daxil olması məsələsi.
Qoşma. Türk dillərinin qrammatik quruluşunda qoşmaların
yeri. Qoşmaların keçdiyi tarixi inkişaf yolu. Əsl qoşmalar və onların
müasir türk dillərində işlənmə tezliyi. Qoşmalar leksik-qrammatik
kateqoriya kimi. Qoşmaların məna qrupları. Qoşmaların hallarla
işlənməsi məsələsi.
Türkoloji ədəbiyyatda qoşmaların bölgüsü məsələsi: 1. Sabit
qoşmalar, 2. Müxtəlif nitq hissələrindən təcrid olunan qoşmalar.
Köməkçi adlar.
Bağlayıcı. Türk dillərində bağlayıcılar köməkçi nitq hissəsi
kimi. Bağlayıcıların spesifik leksik-qramatik xüsusiyyətləri. Türk
sistemli dillərdə bağlayıcıların meydana çıxma səbəbləri.
Bağlayıcıların quruluşca növləri. M. Kazım bəyin təsnifi.
Türkologiyda bağlayıcıların quruluşca qruplaşdırılması zamanı
yaranan fikir ayrılığı və mübahisələr.
Bağlayıcıların məna qrupları. Tabesiz bağlayıcılar və onların
məna növləri. Tabeli bağlayıcılar və onların məna növləri.
Xalis bağlayıcılar və bağlayıcı sözlər.
Qədim türk yazılı abidələrinə nisbətən müasir türk dillərində
bağlayıcıların çoxluğu. Türk dillərində bağlayıcıların inkişaf xətti.
1. Türk dillərinin öz daxili imkanları vasitəsilə bağlayıcıların
yaranması, 2. Ərəb-fars dillərindən hazır şəkildə bağlayıcıların
alınması.
Ədat. Müasir türk dillərində ədatın spesifik xüsusiyyətləri.
Ədatların cümlədəki mövqeyi. Türkoloji ədəbiyyatda ədatların
məna növləri və onların sayının müəyyənləşməsi. Türkologiyada
ədatların fonetik tərkibi və leksik-qrammatik məzmunu baxımından
qruplaşması. Xalis ədatlar və modal ədatlar. Xalis ədatların
qədimliyi. Müasir dilimiz üçün arxaikləşmiş bəzi ədatların digər
müasir türk dillərində işləkliyi. Türk dillərində ədat və modal
sözlərin müqayisəsi və fərqləndirici xüsusiyyətləri.
22
Modal sözlər. Müasir türk dillərində modal sözlər və spesifik
xüsusiyyətləri. Dilçilikdə modallıq kateqoriyası və modallığı
meydana çıxaran vasitələr. Türkologiyada modal sözlər məsələsi.
Digər nitq hissələrindən təcrid olunan modal sözlər. Modal sözlərin
cümlədə daşıdığı sintaktik vəzifə. Türkologiyada semantik cəhətdən
modal sözlərin növləri və bununla bağlı türkoloqların fikir
müxtəlifliyi. Modal sözlərin qrammatik omonimliyi. Modal sözlər
və ara sözlərin fərqi məsələsi. Dilimizdə modal sözlər kimi çıxış
edən bəzi sözlərin digər türk dillərində müstəqil nitq hissəsi kimi
fərqləndirilməsi.
Nida.
Türkologiyada nida xüsusi nitq hissəsi kimi. Türk
dillərində nidaların fonetik tərkibcə müxtəlifliyi. Nidaların əks
etdirdiyi məna çalarlıqları, üslubi işlənmə məqamları. Türk
dillərində nidaların mənşəyi. Xalis türk mənşəli nidalar. Alınma
nidalar.
Təqlidi sözlər. Mimemlər. Leksik-semantik əlamətlərinə görə
təqlidi sözlərin qrupları: a) Səs təqlidi sözlər, b) Obraz təqlidi
sözlər. Təqlidi sözlərin quruluşca növləri. Təqlidi sözlərin iştirakı
ilə əmələ gələn ad və fellər.
TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ SİNTAKSİSİ
Sintaktik vahidlərin tarixi aspektdə öyrənilmə metodları
haqqında. Türk dillərində sintaktik əlaqələrin 3 əsas tipi. 1. Uzlaşma
əlaqəsi, 2. İdarə əlaqəsi, 3. Yanaşma əlaqəsi.
Türk dillərində söz birləşmələri və onların inkişaf tarixi.
Türk
dillərində ismi birləşmələr, feli birləşmələr və zərf
birləşmələri .
İsmi birləşmələrin növləri:
1.
Təyini söz birləşmələri.
2.
Təyini söz birləşmələrinə daxil olmayan ismi
birləşmələr.
I növ təyini söz birləşmələri. Oğuz qrupu türk dillərində I növ
təyini söz birləşmələrinin məna əlaqələri.
23
II növ təyini söz birləşmələri.
III növ təyini söz birləşmələri.
Türk dillərində izafət anlayışı, onun növləri. Təyini söz
birləşmələri ilə izafətin türk dillərində qarşılaşdırılması.
Türk dillərində sadə cümlə sintaksisi.
Cümlənin məqsəd və intonasiyaya görə növləri: nəqli, sual,
əmr, nida cümlələri.
Cümlənin quruluşu haqqında. Türk dillərində sadə cümlənin
quruluşunun müqayisəli-tarixi analizi. Cümlənin səciyyəvi
əlamətləri. Bitmiş fikir ifadə etməsi, predikativlik, intonasiya,
modallıq.
Türk dillərində cümlənin baş üzvləri. Türk dillərində cümlə
üzvlərinin müxtəlif terminlərlə adlandırılması. Cümlə üzvlərinin
ifadə imkanları. Mübtəda və onun ifadə vasitələri. Xəbər və onun
əsas ifadə vasitələri. Baş üzvlərin quruluşu. Feli xəbər və ismi
xəbər. Mübtəda ilə xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması.
Türk dillərində cümlənin ikinci dərəcəli üzvləri. Tamamlıq.
Tamamlığın quruluşu və ifadə vasitələri. Vasitəli və vasitəsiz
tamamlıqlar. Müəyyənlik və qeyri-müəyyənlik bildirən vasitəsiz
tamamlıqlar. Təyin. Quruluşu və ifadə vasitələri. Zərflik. Zərfliyin
məna növləri. Tərzi-hərəkət, zaman, yer, səbəb, məqsəd, kəmiyyət,
şərt, qarşılaşdırma zərflikləri. Quruluşu. İfadə vasitələri. Vasitəli
tamamlıqlarla yer, səbəb, məqsəd zərfliklərinin fərqləndirilməsi.
Türk dillərində baş üzvlərin iştirakına görə sadə cümlənin
növləri: təktərkibli və cüttərkibli cümlələr. Təktərkibli cümlənin
növləri: ümumi şəxsli cümlə, qeyri-müəyyən şəxsli cümlə, şəxssiz
cümlə, adlıq cümlə. Müxtəsər və geniş cümlələr, bütöv və yarımçıq
cümlələr.
Türk dillərində cümlə üzvlərinin sırası. Bəzi türk dillərində
(qaqauz) cümlə üzvlərinin sırasına flektiv dillərin təsiri.
Türk dillərində mürəkkəb cümlə sintaksisi. Türkologiyada
mürəkkəb cümlənin tədqiqi tarixi. Mürəkkəb cümlənin növləri.
Tabesiz mürəkkəb cümlələr. Bağlayıcısız tabesiz mürəkkəb
cümlələr. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini
24
əlaqələndirən bağlayıcılar. Bağlayıcılı tabesiz mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında məna
əlaqələri.
Tabeli mürəkkəb cümlələr. Baş və budaq cümlə. Budaq
cümlə anlayışı. Budaq cümləni baş cümləyə bağlayan vasitələr.
Qarışıq tipli mürəkkəb cümlələr. Qarışıq tipli tabesiz
mürəkkəb cümlələr. Qarışıq tipli tabeli mürəkkəb cümlələr.
Mürəkkəb sintaktik bütövlər və onların tədqiqi. Türkoloji
dilçilikdə mürəkkəb sintaktik bütövlərin öyrənilməsi.
ƏDƏBİYYAT
Azərbaycan dilində
Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri
problemləri. Bakı, Maarif, 1998, 281 s.
Axundov A. A.
Azərbaycan dilinin fonemlər sistemi. Bakı,
1973.
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137
s.
Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər (Dərs
vəsaiti). Bakı, Mütərcim, 2012, 608 s.
Cəfərov N. Türkologiya tarixinə ümumi bir baxış. Bakı, 2000.
Fəxrəddinqızı G. Türk dillərində zaman kateqoriyası. Bakı,
“Nurlan”, 264 s.
Hacıyev T.İ. Türk dillərində sözün morfoloji inkişafı. “Türk
dillərinin leksik-morfoloji quruluşu” məcmuəsi. Bakı, 1981.
Hacıyev T.İ. Azərbaycan dilində qeyri-oğuz elementləri.
“Tü
rk dillərinin quruluşu və tarixi” məcmuəsi. Bakı, 1983.
Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı,
Nurlan, 2004, 280 s.
Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1983,
319 s.
İslamov M.İ. Türk dillərində əvəzliklər. Bakı, Elm, 1986, 204
s.
25
Mirzəliyeva M.M. Məna növ şəkilçili bəzi fellərin etimoloji
təhlili./Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I
cild. Bakı, Kitab aləmi, 2004, s. 172-181.
Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriyyatı, 1980,
510 s.
Qıpçaq M. Kəmiyyət kateqoriyasının dildə ifadəsi. Bakı, Elm,
2000. 453 s.
Dəmirçizadə Ə. Müasir Azərbaycan dili (fonetika, orfoepiya,
orfoqrafiya), Bakı, 1972.
Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000.
Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. II hissə.
Morfologiya. Bakı, 1986.
Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. III hissə.
Sintaksis. Bakı, BSU nəşriyyatı, 2002, 192 s.
Orucova Ş. Türk dillərində xitab. Bakı, Nurlan, 2007, 200 s.
Serebrennikov B.A., Hacıyeva N.Z. Türk dillərinin
müqayisəli tarixi qrammatikası. Bakı, Səda nəşriyyatı, 2002, 380 s.
Seyidov Y.M.
Azərbaycan
dilinin
qrammatikası
(morfologiya). Bakı, 2000.
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri.
Qarluq qrupu türk dillərinin leksikası. II cild. Bakı, Nurlan, 2008,
368 s.
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində keçmiş
zamanın ifadə formaları. Bakı, Elm və təhsil, 2009, 213 s.
Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. I. Bakı,
ADU nəşriyyatı, 1974.
Zeyna
lov F. Türk dillərinin müqayisəli qrammatikası. II.
Bakı, ADU nəşriyyatı, 1975, 130 s.
Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, 347
s.
Zeynalov F. Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü.
Bakı, 1957.
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. II
cild. Bakı, Nurlan, 2008, 366 s.
26
Yusifov M.İ. Oğuz qrupu türk dillərinin müqayisəli
fonetikası. Bakı, Elm, 1984, 152 s.
Rus dilində
Баскаков Н.А. Историко-типологическая морфология
тюркских языков. Москва, «Наука», 1979, 274 с.
Грамматика современного башкирского литеpатурного
языка. Москва, «Наука», 1981, 494 с.
Грамматика
туркменского
языка.
Ашхабад,
“Ылым”,1970,503с.
Грамматика тюркских языков. Москва, АН СССР Ин-т
Языкознания, 1988, 560 с.
Грамматика хакасского языка. Москва, «Наука», 1975,
418 с.
Дмитриев Н.К. Грамматика кумыкского языка. М.-Л.,
Изд. АН СССР, 1940, 205 с.
Исследования по сравнительной грамматике тюркских
языков, (фонетика). I. Москва, 1955.
Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского
языка. Фонетика и морфология. Москва, ИВЛ, 1961, 471 с.
Кононов А.Н. Грамматика современного турецкого
литературного языка. М.-Л., Изд. АН СССР, 1956, 569 с.
Кононов А.Н. Грамматика современного узбекского
литературного языка. М.-Л., Изд. АН. СССР, 1960, 446 с.
Мешадиева А.Э. Формальное описание закона гармонии в
тюркских языках. Элм, 2004, 240 c.
Мусаев К.М. Краткий грамматический очерк караимского
языка. Москва, «Наука», 1977, 100 с.
Мусаев К.М. Лексика тюркских языков в сравнительном
освещении. Москва, 1975.
Наджип Э.Н. Современный уйгурский язык. Москва,
ИВЛ, 1960, 133 с.
Покровская Л.А. Грамматика гагаузского языка.
Фонетика и морфология. Москва, «Наука», 1964, 297 с.
27
Сравнительно -историческая грамматика тюркских языков
(фонетика). Москва, 1984.
Сравнительно-историческая грамматика тюркских языков
(морфология). Москва, 1988.
Щербак А.М. Очерки по сравнительной морфологии
тюркских языков (глагол). Ленинград, «Наука», 1981, 182 с.
Юлдашев А.А. Аналитические формы глагола в тюркских
языках. Москва, «Наука», 1965, 271 с.
Türk dilində
Banguoğlu T. Türkcenin Grameri. Ankara, Türk Dil Kurumu
Yayınları, 2007, 628 s.
Ergin M.Türk dil bilgisi.Sofya,“Narodna prosveta”, 1967, 386
s.
Gencan T.N.
Dilbilgisi. İstanbul, 1975.
Hatiboğlu V. Türkcenin sözdizimi. Ankara, 1972.
Karşılaştırmalı Türk Lehçeleri Grameri. Fiil. Basit çekim.
Ankara, Türk Dil Kurumu Yayınları, 2006, 802 s.
Öner M. Bugünkü
Kıpçak Türkçesi. Ankara. Türk Dili
Kurumu Yayınları, 1998, 270 s.
Dostları ilə paylaş: |