Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə82/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
319
sosialist  əsasları üzrə yenidən qurulmasını  nəzərdə tuturdu. 
Beşillik  ərzində Azərbaycanda 35 yeni sənaye müəssisəsi işə 
düşdü, bir sıra sənaye müəssisəsi yenidən quruldu və istehsalı 
genişləndirildi. Respublikada kimya, tikinti materialları, 
yüngül, yeyinti və s. sənaye sahələri üzrə yeni obyektlər işə 
salındı. I beşillikdə  nəqliyyat inkişaf etdirildi. Ələt 
stansiyasından Culfaya 409 km uzunluğunda dəmiryol xəttinin 
çəkilişi başa çatdırıldı. Hava yolları, aeroportların tikintisinə 
başlandı. 
Beşillik dövründə Azərbaycanın yeni sənaye mərkəzləri – 
Gəncə, Xankəndi, Nuxa və s. inkişaf etməyə başladı.  
1920-ci illərin sonu 30-cu illərin  əvvəllərində Azərbay-
canın inzibati-ərazi quruluşunda da dəyişikliklər baş verdi. 
1929-cu ilin aprelində keçirilmiş VI Ümumazərbaycan 
Sovetlər qurultayının qərarı ilə respublikada 13 qəza ləğv 
edildi, onun yerinə 8 mahal (Bakı, Quba, Lənkəran,  Şirvan, 
Muğan (Salyan), Zaqatala-Nuxa, Gəncə və Qarabağ) yaradıldı. 
Lakin 1930-cu il iyulun 23-də SSRİ MİK və XKS «Mahalların 
ləğv edilməsi haqqında» qərar qəbul etdiyindən mahallar ləğv 
edildi. Onun yerinə 63 inzibati rayon yaradıldı. Lakin 1932-ci ildə 
rayonlar böyüdüldü və onların sayı 47-ə endirildi. 
Kollektivləşmə:  Azərbaycanda kollektiv təsərrüfat 
formalarının inkişafını şərti olaraq 5 mərhələyə bölmək olar: 
1.
 
1921-1922-ci illər: Bu illərdə kollektiv təsərrüfatlar 
içərisində əsas yeri kommunalar və artellər tuturdu. 
2.
 
1922-1924-cü illər: Yeni iqtisadi siyasət nəticəsində 
əvvəlcədən tələm-tələsik yaradılmış kommunalar dağıldı. 
1924-cü ildə respublikada 1 kommuna və 2 kənd təsərrüfatı 
arteli yaradıldı. 
3.
 
1924-1926-cı illər: Bu illərdə ən çox yoldaşlıq cəmiyyətləri 
və nepmanlar yaranır. 
4.
 
1927-ci il: Kəndə  təsir forması kimi maşın  şirkətlərinin 
fəaliyyətinə geniş yer verilir. 
IX mühazirə 
 
 
320
5.
 
1928-ci il və sonrakı illər: Bu dövrdə  ÜİK(b)P-nin XV 
(1927-ci il) qurultayının kənd təsərrüfatının 
kollektivləşdirilməsi haqqında qərarı qəbul edilir və kolxoz 
hərəkatının inkişafında yeni mərhələ başlayır. Qolçomaqlar 
üzərinə hücum kəndlərdə siyasi vəziyyəti kəskinləşdirir. 
Qolçomaqların bir sinif kimi ləğvi məsələsi  İ.V.Stalinin 
1929-cu ildə Ümumittifaq aqrar-marksistlərin konfransında 
etdiyi «SSRİ-də aqrar siyasət məsələsinə dair» nitqində qəti 
şəkildə irəli sürüldü. 
Qolçomaqların bir sinif kimi ləğvi məsələsi partiya 
qərarlarında ilk dəfə 1930-cu il yanvarın 5-də ÜİK(b)P MK-nın 
«Kollektivləşmənin sürəti və kolxoz quruculuğuna dövlət 
tərəfindən yardım edilməsi tədbirləri haqqında»kı  qərarında 
elan olundu. 
Qolçomaqlar üç kateqoriyaya bölünürdü: 
1.
 
Əksinqilabçı, terror aktlarının təşkilatçısı, kolxoz 
əleyhinə çıxışların təşkilatçısı hesab edilənlərə qarşı 
həbs və sürgün cəzası tətbiq edilirdi; 
2.
 
İkinci kateqoriyaya daxil edilənlər siyasi idarə xətti 
ilə başqa yerlərə köçürülməli; 
3.
 
Kolxozlardan kənarda yeni ərazilərə köçürülməli. 
Tətbiq edilən cəza tədbirləri SSRİ-nin digər yerlərində 
olduğu kimi Azərbaycanda da ciddi əks-səda doğurdu. 
1930-cu ilin yazında Naxçıvan, Nuxa-Zaqatala bölgəsində 
qiyam baş verdi. Lakin bu qiyam amansızlıqla yatırıldı. 
Respublikanın Gəncə, Qarabağ, Quba, Cəbrayıl, Lənkəran, 
Biləsuvar və s. yerlərində müqavimət dəstələri fəaliyyət 
göstərirdi. 
Ölkədə  vəziyyətin ağırlığını görən rəhbərlik çıxış yolu 
axtardı. 1930-cu il martın 17-də «Kolxoz hərəkatında partiya 
xəttini əymək hallarına qarşı mübarizə haqqında» partiya qərarı 
qəbul edildi. 
Artıq bu vaxt Şimali Qafqazın dağlıq rayonlarında 


Azərbaycan 20-30-cu illərdə 
 
 
321
üsyançılar bəzi aulları ələ keçirib Kislovodskiyə çatmışdılar. İş 
o yerə çatmışdı ki, Qazaxstandan Stalinin adına daxil olan 
teleqramda kütləvi çıxışlara qarşı ordu hissələrindən istifadə 
etməyə icazə istənilirdi. 
Belə vəziyyət Azərbaycanda da yarandı. Nuxa-Zaqatalada 
hərbi hissələr üsyançılara qarşı  əməliyyat apardı, 80-ə  qədər 
üsyançı öldürüldü. 
Naxçıvanda  əhali Sovet hakimiyyətini devirib yerli 
hökumət yaratdı. Yalnız Sovet qoşunlarının ciddi təzyiqindən 
sonra Naxçıvanda Sovet hakimiyyəti bərpa edildi. 
1930-cu ildə (mart) Gəncə  qəzasında hökumət qoşunları 
ilə xalq arasında toqquşma baş vermiş, günahsız qanlar 
axıdılmışdı. 
Kollektivləşməyə qarşı xalqın ümumi narazılığı  İttifaq 
miqyasında elə bir vəziyyət yaratdı ki, Sovet hökumətinin taleyi 
hansı  xətti götürəcəyindən asılı idi. Elə bu vaxt – 1930-cu il 
aprelin 2-də MK «Partiya xəttinin əyilməsinə qarşı mübarizə 
ilə əlaqədar olaraq kolxoz hərəkatının vəzifələri» adlı xüsusi 
məktub qəbul etdi. Yeridilən siyasətə  bəraət qazandırılan bu 
məktubda hesab edildi ki, baş verənlər partiya xəttini əyənlərin 
günahı ucbatındandır. 
Miqyasına və sayına görə böyük qurbanlarla nəticələnən 
kollektivləşmə siyasətindən partiya imtina etmədi. 
 
 
4. 30-cu illərin siyasi məhkəmə prosesləri və onun 
Azərbaycan üçün ağır nəticələri 
 
30-cu illərin  əvvəllərindən başlayaraq cəza tədbirləri 
dalğası bütün ölkəni bürüməyə başladı. 1931-32-ci illərdə  və 
1933-cü ilin birinci yarısında bütün partiya üzvlərinin 65 faizini 
əhatə edən 13 diyar təşkilatı üzrə 40 minə qədər adam partiya 
əleyhinə  və opportunist təmayüllər üstündə  məsuliyyətə  cəlb 
IX mühazirə 
 
 
322
edildi. 
Cəza tədbirlərinin yeni dalğası 1934-cü ilin dekabrında 
Kirovun Leninqradda öldürülməsi ilə başladı  və 1937-ci ildə 
özünün kulminasiya nöqtəsinə çatdı. 1938-ci il dekabrın 12-də tək 
bir gecədə Stalin 3187 nəfərin güllələnməsinə aid olan 30 
siyahıya imza etmişdi. 
30-cu illərin siyasi məhkəmə prosesləri və cəza tədbirləri 
Azərbaycanda ağır nəticələr verdi. Azərbaycanın siyasi 
rəhbərliyində və hüquq mühafizə orqanlarında özünə yer tapmış 
Akopov, Yemelyanov, Markaryan, Qriqoryan, Sumbatov-
Topuridze, Bolşov, Asaturov və b. Stalinin və Beriyanın 
göstərişlərini qəddarlıqla yerinə yetirirdilər. 
1937-ci ildə R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, 
Q.Musabəyov, H.Vəzirov, D.Bünyadzadə, H.Səfərov və baş-
qalarından ibarət  «əksinqilabi millətçi mərkəzin işi», yenə 
həmin ildə H.Sultanov, X.Hüseynov, İ.İbrahimov, A.Avalov, 
Ə.Məmmədov, Ə.Əmirov, A.Kələntərov, C.Cəbiyev və b. ibarət 
«əksinqilabçı» cəsus terrorçu, burjua-millətçi təşkilatın işi 
(Şamaxıda), 1938-ci ildə Azərbaycan SSR Xalq Torpaq 
Komissarlığında «əksinqilabçı-burjua millətçi, üsyankar-ter-
rorçu, ziyankar təşkilatın işi Gəncədə, Q.Vəzirov və digər 
hərbçilərin işi, «Azneft işi» ilə əlaqədar məhkəmə proseslərində 
Azərbaycanın dövlət xadimlərinə, alim və yazıçılarına, fəhlə və 
kəndlilərə qarşı əsassız saxta ittihamlar irəli sürülürdü. 
Saxtalaşdırılmış ittihamlar əsasında partiya və dövlət 
xadimləri – Azərbaycan KP MK katibləri  Ə.Qarayev, 
R.Axundov, M.Nərimanov, Zaqfederasiya XKS sədri 
S.M.Əfəndiyev, respublika XKS-nin sədri H.Rəhmanov və 
XKS-nin müavini D.Bünyadzadə, xalq komissarları H.Sul-
tanov, A.Sultanova, Q.Cuvalınski və b. cəza tədbirlərinin 
qurbanı oldular. 
Təkcə bir məhkəmə prosesi – R.Axundov və H.Sultanovla 
bağlı uydurma «əksinqilabçı-üsyançı-terrorçu mərkəzin işi» ilə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə