Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə84/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   137

X mühazirə 
 
 
327
Faşist Almaniyasının iştahı daha böyük idi və Hitler 
Çexoslovakiyanın Sudet vilayətini  ələ keçirməyə can atırdı, 
böyük dövlətlərin rəvacı ilə istəyinə nail oldu. 1938-ci ildə 
biabırçı Münhen sövdələşməsinə imza atan Hitler, Mussolini, 
Daladye və Çemberlen Çexoslovakiyanın parçalanmasına 
razılıq verdilər. Ancaq Hitler bununla kifayətlənmədi və 1939-
cu ilin martında bütövlükdə Çexoslovakiyanı işğal etdi. Bundan 
sonra Rumıniyanı özündən asılı vəziyyətə saldı. 
Avropanın mərkəzində siyasi və  hərbi hadisələr sürətlə 
cərəyan edir və anbaan dəyişirdi. 1938-ci ilin sentyabrında 
Almaniya ilə  İngiltərə arasında, dekabrında isə Almaniya ilə 
Fransa arasında hücum etməmək haqqında müqavilələr, həmin 
ilin martında isə  İngiltərə  və Yaponiya arasında saziş 
imzalandı. 1939-cu ilin mayında Fransa ilə Polşa arasında, az 
sonra isə  İngiltərə ilə Polşa arasında hərbi ittifaq müqaviləsi 
imzalandı.1939-cu ilin martında SSRİ ilə  İngiltərə  və Fransa 
arasında danışıqlara başlanıldı. Beş aydan çox davam edən 
danışıqlar heç bir nəticə vermədi,  İngiltərənin və Fransanın 
təqsiri ucbatından danışıqlar dayandırıldı. Beləliklə, Sovet 
İttifaqı  əslində dünya birliyindən təcrid edilmiş  vəziyyətə 
düşdü. Belə bir vaxtda Almaniya höküməti SSRİ-yə hücum 
etməmək haqqında müqavilə bağlamağı  təklif etdi və özünün 
rəsmi nümayəndələrini Moskvaya göndərdi. Avqustun 23-də 
Almaniyanın Xarici İşlər Naziri İ.Fon Ribbertrop Moskvaya 
gəldi. 
Aparılan gərgin danışıqlardan sonra 1939-cu il avqustun 
23-də Almaniya ilə SSRİ arasında hücum etməmək barədə 
Moskva müqaviləsi imzalandı. Müqavilə  10  il  müddətinə 
nəzərdə tutulmuşdu. Yeri gəlmişkən onu da deyək ki, 1939-cu 
il 23 avqust müqaviləsi uzun müddət tənqid obyekti olmuşdur 
və onun alternativinin olub-olmaması barədə, habelə 
müqavilinin imzalanması prosesində Stalinin və Molotovun 
səhvləri geniş müzakirə mövzusu olmuşdur. Zənnimcə, həmin 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
328
vaxt Avropada və dünyada təklənmiş bir dövlət olan Sovet 
İttifaqının müqaviləni imzalamaqdan başqa çarəsi qalmamışdı. 
Hətta Hitler bu təklifi irəli sürərkən Stalinə xəbərdarlıq etmişdi 
ki,  əks təqdirdə SSRİ «Polşa-Almaniya böhranı»na cəlb oluna 
bilər. Stalin müqaviləni imzalamaq məcburiyyətində qalır. 
Lakin müqavilənin imzalamasından təqribən bir həftə sonra 
xalqdan və dövlətdən gizlədilən məxfi protokollar da imzalanır 
ki, həmin sənədlərdə Almaniyanın və SSRİ-nin «nüfuz 
dairələri» öz əksini tapırdı. Digər tərəfdən 1939-cu il sentyabrın 
28-də Almaniya ilə SSRİ arasında bağlanmış «dostluq və 
sərhəd» haqqında müqavilə hələ o zaman da, bu gün də kəskin 
mənfi münasibət doğurmuşdur. Həmin sənədlərdə Stalin və 
Molotov düzgün mövqe tutmamış, ayrı-ayrı xalqların və 
millətlərin mənafeyinə zidd hərəkət etmişlər. Ziddiyyətli 
hadisələrin sonrakı dinamikası deyilənləri təsdiq etdi. 
Sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Bu 
hadisədən az sonra – sentyabrın 3-də  İngiltərə  və Fransa 
hökümətləri imzaladıqları müqaviləyə uyğun olaraq 
Almaniyaya müharibə elan etdilər. Beləliklə,  İkinci dünya 
müharibəsi başlandı. Azərbaycan xalqının ümummilli lideri, 
görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi 
Heydər  Əliyevin dediyi kimi, «... İkinci dünya müharibəsi 
alman faşizminin, Hitler ordusunun dünyaya hakim olmaq 
iddiası ilə başlandı». Müharibə  qızışdı  və hitlerçi qoşunlar 
sürətlə SSRİ  sərhədlərinə yaxınlaşmağa başladılar. Belə bir 
vaxtda SSRİ özünün müdafiə  tədbirlərini görməyə  məcbur 
oldu. 1939-cu ilin sentyabrında Qərbi Ukrayna və  Qərbi 
Belarusiya Sovet Ukraynası  və Sovet Belarusiyası ilə 
birləşdirildi. Bessarabiya və  Şimali Bukovina SSRİ-yə 
birləşdirildi, Rumıniyanın  ərazisi hesabına müstəqil Moldova 
Respublikası yaradıldı. Leninqradın təhlükəsizliyini 
möhkəmləndirmək məqsədilə  mənasız müharibəyə başlanıldı. 
1939-cu ilin noyabrından 1940-cı ilin martına qədər Sovet – Fin 


X mühazirə 
 
 
329
müharibəsi aparıldı. Bu mənasız müharibədə SSRİ-dən 75 min 
adam öldü, 16 min adam itkin düşdü, 170 min adam yaralandı. 
Sovet-Fin müharibəsində Azərbaycandan gedən döyüşçülər də 
iştirak edirdilər. 1940-cı ilin avqustunda Baltikyanı ölkələr «kö-
nüllü» olaraq SSRİ-yə qatıldılar. 
Almaniya Avropanın mərkəzində çox böyük sürətlə hərbi 
əməliyyatlar həyata keçirirdi. Alman-faşist qoşunları 1940-cı 
ilin aprelində Danimarkanı, Norveçi, İsveçi, may-iyun 
aylarında Belçikanı, Lüksenburqu, Hollandiyanı  işğal etdilər, 
iyunun 22-də Fransa biabırcasına təslim oldu. Hitler orduları 
Finlandiya, Rumıniya və Bolqarıstanı, 1941-ci ilin aprelində 
Yuqoslaviyanı, Yunanıstanı, Albaniyanı işğal etdilər. Beləliklə, 
demək olar ki, bütün Avropa hitlerçilər tərəfindən əsarət altına 
alındı. Ümumiyyətlə, 1938-1941-ci illərdə faşist Almaniyası 
Avropanın 12 dövlətini işğal etmiş, Fransanı isə diz 
çökdürmüşdü. 
İkinci dünya müharibəsinin alovları planetə yayılırdı. 
1941-ci il iyunun 22-də gecə saat 4 radələrində faşist 
Almaniyası hücum etməmək haqqında 1939-cu il müqaviləsini 
kobudcasına pozaraq, böyük zərbə qüvvəsi ilə -–190 diviziya, 
5,5 milyon canlı qüvvə, 4300 tank, 4980 döyüş təyyarəsi, 190 
döyüş  gəmisi, 47,2 min müxtəlif silah və minomyot ilə Sovet 
İttifaqına basqın etdi. Güclü döyüş texnikasına və müasir hərbi 
təcrübəyə malik olan alman-faşist orduları, «Barbarossa planı» 
əsasında ildırım sürətilə SSRİ-yə 3 istiqamətdə – «Şimal», 
«Mərkəz» və «Cənub» istiqamətlərdə hücuma keçdi, çox qısa 
zamanda Pribaltikanın, Ukrayna və Belarusiya SSR-nin xeyli 
hissəsini, Krımı  ələ keçirdi, Moskva istiqamətində irəliləməyə 
başladı. Almaniya Barents dənizindən Qara dənizədək 5 min 
kilometrlik cəbhə boyu irəliləyirdi. Beləliklə, SSRİ üçün Böyük 
Vətən Müharibəsi başlandı  və SSRİ xalqları 1418 gün ağır 
sınaqlara, dözülməz məşəqqətlərə, qəhrəmancasına sinə  gərdi, 
ağrılı-acılı günlərə dözdü, bütün qüvvələrini və ehtiyat 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
330
imkanlarını maksimum səfərbəliyə aldı, nəhəng qüvvəyə malik 
olan düşmənlə ölüm-dirim savaşına qatıldı. 
Tarixçilər  İkinci dünya müharibəsinin tarixini 5 dövrə, 
Böyük Vətən müharibəsinin tarixini isə 4 dövrə ayırırlar.  
Birinci dövr – 1939-cu il sentyabrın 1-dən 1941-ci il iyu-
nun 21-dək;  
İkinci dövr – 1941-ci ilin iyunun 22-dən 1942-ci il no-
yabrın 18-dək; 
Üçüncü dövr – 1942-ci il noyabrın 19-dan 1943-cü il 
dekabrın 31-dək; 
Dördücü dövr – 1944-cü il yanvarın 1-dən 1945-ci ilin 
mayın 9-dək; 
Beşinci dövr – 1945-ci il mayın 9-dan sentyabrın 2-dək. 
Uzun müddət sovet tarixşünaslığında faşist 
Almaniyasının SSRİ-yə «qəflətən» hücumu haqqında müddəa 
əsaslanldırılmış müddəa kimi qəbul edilmişdi. Bizcə bu
düzgün müddəa deyil. Ona görə ki, faşist Almaniyasının SSRİ-
yə hücumunun dəqiq vaxtı və günü barədə Stalinin əlində səhih 
məlumatlar var idi. Hətta Hitler 1940-cı il dekabrın 18-də 
«Barbarossa planı» haqqında 21 nömrəli direktivi 
imzalayarkən cəmi 2 gün sonra bu, Moskvaya məlum oldu. 
Bundan başqa SSRİ-nin Avropa və Polşa sərhədlərinə güclü 
alman texnikasının cəmləşdirilməsi, hücum ərəfəsində Qara 
dənizdə Sovet donanmasının almanlar tərəfindən top atəşinə 
tutulması, sovet kəşfiyyatının xaricdən  əldə etdiyi və  mərkəzə 
ötürdüyü dəqiq məlumatlar bir daha onu göstərir ki, artıq 
müharibə labüddür və o qaçılmazdır. Ancaq tarixi faktlar onu 
sübut edir ki, Stalin nə sovet-fin müharibəsində müdriklik 
göstərmədi və nə də Moskvaya məlum olan faktlara inanmadı. 
Beləliklə, fitnələrə uymamağa çalışan Stalin və onun 
komandası  nə  kəşfiyyatın məlumatına inanmır, nə  də sovet 
sərhədlərində 
cəmləşən külli miqdarda düşmən 
qruplaşmalarının və döyüş texnikasının reallığını ya görmür, ya 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə