i.e.n. Adilə TAHİROVA
74
ƏDƏBİYYAT
1.
Ethem Ruhi Fığlalı, Çağımızda itikadi İslam mezhepleri, İstanbul,
Şa-to ilahiyat, 2001.
2.
Əbu Mənsur Əbdülkərim əl-Bağdadi, əl-Fərq beynə-l firaq
(Mezhepler arasındakı farklar), tərcümə edən: Ethem Ruhi Fığlalı, Ankara,
TDV yayınları, 1991.
3.
Əbu-l Həsən əl-Əşəri, Məqalatu-l İslamiyyin və-xtilafu-l musallin
(İlk dönem İslam mezhepleri), tərcümə edənlər: Mehmet Dalkılıç və Ömer
Aydın, İstanbul, Kabalcı yayınevi, 2005.
4.
http://www.sonmezkutlu.com
5.
Qummi, Növbəxti, Kitabu-l maqalat və-l firaq, Firaqu-ş Şia (Şii
fırkalar), Ankara, Ankara okulu yayınları, 2004.
6.
Muhəmməd Əbdülkərim əş-Şəhristani, əl-Miləl və-n nihal (İslam
mezhepleri), tərcümə edən: Mustafa Öz, İstanbul, Ənsar nəşriyyat, 2005.
7.
Mustafa Öz, İlyas Üzüm, İslam məzhəbləri tarixi, tərcümə edənlər:
Adilə Tahirova və Mehriban Qasımova, Bakı, Nurlar, 2008.
8.
Adilə Tahirova, Klassik İslam düşüncəsində təkfir// BDU-nun
İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 11, Bakı: Nurlar, 2009 (aprel), s.
121-134.
İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları
75
РЕЗЮМЕ
В статье исследуются некоторые проблемы в методе и источниках в
области истории Исламских мазхабов. В первой части статьи имеются
терминологические объяснения, информация об источниках этой
области. В статье также исследуются основные проблемы в этих
источниках. Во второй части статьи исследуются некоторые проблемы
в методе. Метод в этой области должен быть дескриптивным, чтобы
избежать субъективности. В статье автор старается найти ответы и
решения этих вопросов и проблем.
Ключевые слова: История Исламских мазхабов, дескриптивный
метод, источники, объективность.
SUMMARY
This article discusses the questions about the method and sources of the
history of Islamic Sects (Mazhab) . The part one begins with a rewiew of the
terminology and information about sources on this branch. The article also
elucidates the basic questions to reach the objective information on any sect
(mazhab). The part two analyses the methodical problems of the history of
Islamic Sects. As a branch of history this branch uses the descriptive
method. This article tries to find the answers to these questions.
Keywords: The history of Islamic Sects ( mazhabs), descriptive method,
sources, objectivity.
i.e.n. Adilə TAHİROVA
76
Hz. Ömər Dövründə Azərbaycan
77
HZ. ÖMƏR DÖVRÜNDƏ AZƏRBAYCAN
i.e.n. Qoşqar SƏLİMLİ
Giriş
Dünyada baş verən İslami fəth hərəkətlərinin əsasında, regionların içində
olduğu siyasi və ictimai vəziyyətlə bərabər, Hz. Peyğəmbərin bu xüsusdakı
bəyanları da əhəmiyyətli rol oynamışdır. Bizans və Sasani İmperatorluqla-
rıyla əlaqədar olanlar isə bunların başında gəlməkdədir. Müsəlmanların hə-
yata keçirdikləri ilk fətih hərəkətləri dövründə, Azərbaycandakı siyasi-dini
hakimiyyət yuxarıda da söylədiyimiz kimi, əsasən Sasanilərin əlində olmaqla
bərabər, bu iki ölkənin əlində idi.
Miladi VI. əsrin sonları və VII. əsrin əvvəllərində baş vermiş Sasani-
Bizans müharibələri, bu ölkələri zəiflədərək, İslami fəthlərə zəmin
hazırlamışdır. Bu dövrdə Ərəbistan Yarımadasının şimal-şərqində yaşayan
Bəkr İbn Vail qəbiləsi ilə Sasanilər arasında baş verən müharibə, istər
ərəblər, istərsə bütün müsəlmanların gələcəyi yönündən əhəmiyyətli bir
hadisə idi. Bu müharibə, Hz. Əbu Bəkir tərəfindən başladılacaq İraq, daha
sonra Hz. Ömər dövründə davam edəcək İran və Xəzər ətrafı fəthlərlə
yaxından bağlı idi.
1
Bütün bunlardan əldə ediləcək müştərək nöqtə, İran, Xəzər və Araz
hövzələriylə, Qafqaz yollarının Müsəlmanlara açılacağı, buralarda həyata
keçiriləcək fəthlərlə İslamın yayılacağı və bu dinin bütün dinlərə qalib
gələcəyinə, Hz. Peyğəmbərin işarə etməsidir. İslam idarə sistemi hələ dörd
xəlifə və Əməvilər dövründə bir dünya dövləti halına gəlmişdir. Bu dövlət
şərqdə Sind və Mavəraünnəhrdən, qərbdə Əndəlüsə qədər yayılan bir sahəni
əhatə edirdi. Bütün bunlar nəzərə alındıqda, bir ovuc olan İslam ordularının,
saysız düşman qarşısına çıxmağa necə cəsarət etdiyi daha yaxşı anlaşılır.
Bununla bərabər, xüsusilə Sasani dövlətində meydana gələn siyasi qarışıqlıq,
1
əl-Hindi, Əlauddin Əli, Kənzul-Ümmal fi sünənil-əqval vəl əfal, Beyrut, 1413, I-XVI, X, s.
601.
i.e.n. Qoşqar SƏLİMLİ
78
iqtisadi zəiflik, əxlaqi və dini həyatdakı pozğunluq fətihləri daha da
asanlaşdırmışdır.
2
İslam orduları tərəfindən fəth edilən ölkələrin əhalisi, onların buralara
gəlməsini Sasani zülmündən xilas kimi qəbul etməkdə idi. Çünki bu
imperatorluq, onların üzərinə çox ağır vergilər qoymuş və onları dinləri
səbəbilə təqib etmişdir. Müsəlmanlar isə gəldikləri yerlərdə məbədlərə
toxunmur, insanların dini həyatlarına qarışmırdılar. Hələ ilk dövr fəth
hərəkatları zamanında xəlifə Əbu Bəkir (r.a.), İslam ordularını hərbi səfərə
göndərərkən, onlara belə deyirdi: “Düşmanlarınızı şikəst etməyin, balaca
uşaqları, yaşlı qocaları və qadınları öldürməyin; xurma ağaclarını
qırmayın; meyvə ağaclarını tələf etməyin, yemək ehtiyacı xaricində qoyun,
inək və dəvələri kəsməyin. Siz, hücrələrində öz dinləri ilə məşğul olan
insanların yanlarından keçəcəksiniz, onları narahat etməyin və ibadətlərinə
qarışmayın.”
3
A. Hz. Ömər dövründəki birinci fəth hərəkatları
Müsəlmanların Azərbaycanla ilk təmasları Hz. Ömər dövründə
başlamışdır. Xəlifənin ilk işi Əbu Ubeyd İbn Məsud əs-Səqəfi başçılığındakı
bir ordunun İraqa göndərilməsi (M. 634-635) oldu. Bu əsnada Qədisiyə
Müharibəsində məğlub olan Sasani ordularının hərbi birləşmələrinin
daxilində Azərbaycanlı döyüşçülər də var idi. Ancaq bu müharibədəki
məğlubiyyətdən sonra, onlar öz vətənlərinə geri qayıtmışdılar.
4
əl-Mədaininin rəvayətinə görə, bu müharibədə azərbaycanlıların
komandanı olan Mehranın qarşısında məşhur səhabə Cərir İbn Abdullah əl-
Bəcəli (r. a.) var idi.
5
İran komandanlarından olan Şəhrək, Osman İbn Əbül
As əs-Səqəfi, Hörmüzan isə Əbu Musa əl-Əşəri ilə döyüşmüşdü. Sonrakı
dövrlərdə Azərbaycanın fəthində iştirak edən ordu komandanlarının
içərisində Hüzeyfə İbn Yəman (r. a.) və Əşas İbn Qeys (r. a.) kimi səhabələr
də var idi.
6
2
M. Kmosko, Araplar ve Hazarlar, (trc: Cemal Köprülü), İstanbul, Türkiyat Mecmuası, 1935,
III, s. 133.
3
ət-Təbəri, Əbu Cəfər Muhəmməd İbn Cərir, Tarixul Uməm vəl müluk, Qahirə, tarixsiz, I-
XII, I, s. 1850.
4
Себеос, История императора Иракла, (пер: К. Патканова), Санкт-Петербург, 1862, с. 119.
5
əl-İsfahani, Həmzə İbn əl-Həsən, Tərixu sini mülukil-ərz vəl Ənbiya, Berlin, 1340, s. 100.
6
əs-Səalibi, Əbu Mansur Əbdülməlik İbn Muhəmməd, Qurəru əxbar müluki Fars və
siyərihim, (nəşr: H. Zotenberq), Paris, 1900, s. 739-740.
Dostları ilə paylaş: |