Baki universitetiNİn xəBƏRLƏRİ №3 Təbiət elmləri seriyası



Yüklə 31,87 Kb.

tarix21.04.2018
ölçüsü31,87 Kb.
növüDərs


 

158 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Təbiət elmləri seriyası 

 

 

2012 

 

 

 

UOT 911.2. 911.52 

 



COĞRAFİ EKOLOGİYANIN ƏSASLARI” DƏRSLİYİ HAQQINDA 

 

Y.Ə.QƏRİBOV 

Bakı Dövlət Universiteti 

qaribov.yaqub@gmail.com 

 

Məqalədə prof. Ş.Göyçaylının “Coğrafi ekologiyanın əsasları” kitabının müasir ekoloji 



təfəkkürünün  formalaşmasında,  inkişafında,  tələbələrin  və  geniş  oxucu  kütləsinin maariflən-

diril

məsində rolu işıqlandırılır. Kitabın elmi, praktiki və metodiki əhəmiyyəti şərh edilir. 

   


 

Açar sözlər: geoekologiya, ekosistemlər, tarazlı inkişaf, antropogen landşaftlar, geo-

sis


temlər, modelləşdirmə, ekocoğrafiya, qlobal istiləşmə. 

 

Bəşər cəmiyyəti inkişaf etdikcə insanların ətraf mühitə və onun ayrı-ayrı 



komponentlərinə  təsiri  də  müvafiq  olaraq  artır.  İnsan  sistemli  şəkildə  təbii 

prosesləri idarə  etsə  də bir  sıra  nəzarətsiz,  təbii  potensiala müvafiq  olmayan 

fəaliyyəti  ilə  istər-istəməz  təbiətin  “nəhəng  laboratoriyasının”  ahəngdarlığını 

pozur, nəticədə landşaftların müvazinəti, dayanıqlığı da zəifləyir. Təbiəti ram 

edən insan problemlərlə qarşılaşır. İnsanların yaşadığı, planlı şəkildə istifadə 

etdiyi,  funksional  proseslərini  tənzimlədiyi  antropogen  landşaftlar  tədricən 

çirklənir,  ekoloji  tarazlığını  itirir.  Ona  görə  də  XXI  əsrin  qlobal  problemləri 

içərisində ekoloji problemlər daha aktuallığı və qabarıqlığı ilə seçilir. 

Ekologiya çoxaspektli, sintetik elm sahəsidir. Onun bütün sahələri təbii 

komplekslərin tarazlı inkişafının təmin edilməsinə xidmət edir. Lakin coğrafi 

ekologiya məzmununa, əhatə dairəsinə, tədqiqat üsullarına görə ekologiyanın 

digər  sahələrindən  fərqlənir.  Coğrafi  ekologiyanın  əsasını  nəzəri  coğrafi 

biliklər sistemi təşkil etdiyi üçün, onun köməyilə ətraf geosistemlərin qiymət-

ləndirilməsi, tənzimlənməsi, idarə edilməsi, modelləşdirilməsi mümkündür. 

Qeyd  edilən  ekoloji  problemlərin  ali  və  orta  ixtisas  məktəblərində 

düzgün  tədrisi  əhalinin  maariflənməsində  böyük  rol  oynayır.  Ona  görə  də 

ekoloji  biliklərin  sistemləşdirilməsi,  təbiət-insan-istehsal  kontekstində  dərin-

dən təhlil edilməsi və müasir tələblərə cavab verən dərslik şəklində nəşr edil-

məsi  mühüm  elmi  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  BDU-nun  Coğrafi 

ekologiya  kafedrasının  müdiri,  əməkdar  müəllim,  coğrafiya  elmləri  doktoru, 

professor Şövqi Göyçaylının yazdığı “Coğrafi ekologiyanın əsasları” dərsliyi 

elmi, praktiki və metodiki əhəmiyyəti ilə əvvəlki dərsliklərdən çox-çox fərqlə-

nir.  Dərin,  fəlsəfi  məzmunlu,  22,5  ç/v  həcmində  nəşr  olunan  dərslik  (Bakı, 

2010-


cu il) giriş, 19 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. 


 

159 


Dərslikdə coğrafi ekologiyanın bütün aspektləri ardıcıllıqla, sistemli şəkildə 

şərh edilmişdir. Kitab bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün 

nəzərdə tutulsa da, onun zəngin materialları, dərin fəlsəfi məzmunu ekologiyanın 

müxtəlif sahələrində çalışan mütəxəssisləri də maraqlandıra bilər. 

Tədris  proqramına  müvafiq  tərtib  olunan  dərslik  ekologiya  ixtisaslı  ali 

məktəblərdə I-III semestrlər üçün nəzərdə tutulmuşdur. Proqrama uyğun ola-

raq  ek

oloji məsələlərin təhlili sadədən mürəkkəbə doğru, xüsusi mərhələlərlə 



(məhəlli, regional, qlobal, planetar, kosmik və s.) aparılmışdır. 

Müasir dövrün elmi-

texniki nailiyyətlərinə baxmayaraq insan sağlamlığı 

hələ  də  əsaslı  şəkildə  təbii  amillərdən  asılıdır.  Bu  amillər  içərisində  iqlim 

dəyişmələri insan sağlamlığına daha çox təsir edir. Xüsusilə qlobal istiləşmə, 

istixana effektinin yaranması həm birbaşa, həm də ekstremal təbiət hadisələri 

(daşqın,  quraqlıq,  qasırğa,  şüalanma  və  s.)  vasitəsilə  insanların  xəsarət 

almasına, ölümünə səbəb olur. 

Bütün  bu  problemlərin  coğrafi  ekoloji  məsələlərinə  diqqət  yetirilərək 

kitabın VI və VII fəsillərində Günəşin və planetar amillərin coğrafi təbəqəyə, 

Günəş fəallığının Yer kürəsinin qlobal ekoloji problemlərinə, iqlim dəyişmələ-

ri

nə  və  s.  təsiri  geniş  şərh  edilir.  Qlobal  istiləşmədə  antropogen  amilin  rolu, 



sənaye və nəqliyyat vasitəsilə atmosferin çirklənməsi, CO

2

 



qazının konsentra-

si

yasının artması, xüsusilə geniş işıqlandırılır. 



Dərslikdə  antropoekosistemlərin  yaranması,  strukturu,  yerli  mühitə 

uyğunlaşması  (XV),  insanların  ekosistemlərdəki  rolu,  onun  ətraf  mühitdə 

yarat

dığı ziddiyyətlər, əhali artımının ekocoğrafi məsələləri (XIV fəsil), noos-



fe

rin  (texnosferanın)  ekoloji  problemləri  (XVI  fəsil),  təbiətin  və  cəmiyyətin 

tarazlı inkişafının ətraf mühitin mühafizəsində rolu (XVII fəsil) araşdırılır. 

Müəllif  ekologiyanın  predmetinə  özünəməxsus  yanaşaraq  təbiət-əhali-

istehsal  sistemində  onların  qarşılıqlı  əlaqəsini  və  ziddiyyətlərini  şərh  edir, 

ekologiyanın tədqiqat obyektinə müasir baxışları təhlil edir, ekoloji biliklərin 

yaranma mərhələlərini işıqlandırır. 

Kitabda  torpaq  örtüyü  həm  təbii-tarixi  məhsuldar  qat  kimi,  həm  də 

maddi nemətlər mənbəyi, insan fəaliyyətinin əsas əmək cismi kimi qiymətlən-

di

rilir. (X fəsil). Torpaqların biosferdə yeri, fiziki-kimyəvi, bioloji xüsusiyyət-



ləri,  yayılma  qanunauyğunluqlarını  şərh  etməklə  göstərir  ki,  müasir  dövrdə 

torpaqların məhsuldarlığının bərpası, mühafizəsi və onlardan səmərəli istifadə 

edilməsi qənaətbəxş səviyyədə deyil. Torpaq resursları təbii yolla bərpa olunsa 

da, onun məhsuldarlığı və bərpası demoqrafik artımdan və insanların tələbatın-

dan geri qalır. Ona görə də torpaq resursunun mühafizəsi qlobal problem kimi 

bəşəriyyətin qarşısında daima durmalıdır. 

Su  resurslarının  ekoloji  problemləri,  suyun  biosferdəki  əhəmiyyəti, 

suyun  təbiətdəki  dövranı,  coğrafi  təbəqənin  ayrı-ayrı  sferalarının  qarşılıqlı 

əlaqəsində suyun və onun böyük dövranının (qlobal dövranının) rolu dərslikdə 

(XI  fəsil)  geniş  işıqlandırılır.  Bəşəriyyətin  içməli  su  probleminin  real  həlli 

üçün alternativ mənbələrdən istifadə edilməsi (şirinləşdirici qurğular, aysberq 

suları, yeraltı sular və s.), su mənbələrinin qorunması, ekoloji gərgin regionlar-

da təmizləyici qurğuların qoyulması və s. məsələlər təhlil edilir. 



 

160 


Müəllif quru və okean sularının qarşılıqlı təsirinin ekoloji problemlərinə 

də diqqət yetirir. Dünya okeanının və iri su obyektlərinin ətrafında məskunlaş-

ma

nın sürətli artımının nizamlanması zəruriyyəti qeyd edilir. Dünya okeanının 



su  resurslarının  mühafizəsi  ilə  yanaşı,  onun  mineral,  bioloji,  enerji  ehtiyat-

larından da səmərəli istifadə edilməsini təxirəsalınmaz məsələlər hesab edilir. 

Dərsliyin ən əhəmiyyətli bölmələrindən biri də (litosferin və onun ayrı-

ayrı ünsürlərinin ekocoğrafi problemləridir (VIII fəsil). Yer qabığının struktu-

ru, tarixi-

geoloji  inkişafı,  paleocoğrafi,  paleoekoloji  proseslər,  Yer  qabığının 

geokimyəvi xüsusiyyətləri, mineral resursların paylanma qanunauyğunluqları, 

bir sıra ekoloji problemlər geniş şərh olunur. 

Dərsliyin bütün bölmələrində proses və hadisələrə, onların mahiyyətinə, 

səbəb və nəticələrinə fəlsəfi yanaşma tərzi diqqəti cəlb edir. Ekoloji proseslə-

rin inkişaf strategiyasının düzgün istiqamətləndirilməsi və qiymətləndirilməsi, 

konstruktiv yanaşma tərzi dərsliyin əsas mahiyyətini təşkil edir. 

Professor  Şövqi  Göyçaylının  “Coğrafi  ekologiyanın  əsasları”  dərsliyi 

ilin mühüm elmi-

tədqiqat əsəri kimi də qiymətləndirilə bilər. 

 

OC



НОВЫ ГЕОГРАФИЧЕСКОЙ ЭКОЛОГИИ 

 

Я.А.ГАРИБОВ 

 

РЕЗЮМЕ 

 

 



Статья посвящена вопросам формирования и развития современных экологичес-

ких  мыслей,  также  роли  читателей  в  просвещении  книги  «Основы  экологической 

географии»,  автором  которой  является  профессор  Ш.Гейчайлы.  В  статье  также  изло-

жено научно-практическое и методическое значение данной книги. 

 

Ключевые  слова:  геоэкология,  экосистемы,  антропогенные  ландшафты,  гео-

системы, моделирование, экогеография, глобальное потепление. 

 

FUNDAMENTALS OF ENVIRONMENTAL GEOGRAPHY 

 

Y.A.GARIBOV 

 

SUMMARY 

 

The article deals with the formation and development of modern ecological thinking



the role of enlightened readers of the book "Fundamentals of Environmental Geography" 

authored by prof. S. Goychayli. The scientific-practical and methodological value of this book 

is outlined as well. 

 

Key words: geoecology, ecosystem, anthropogenic landscape, geosystems, modernize, 

ecogeography, global heating. 



 

 

Redaksiyaya daxil oldu: 03.09.2012-ci il. 



Çapa imzalandı: 23.10.2012-ci il. 

: Xeberler%20Jurnali -> Tebiet%20%202012%203
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Tebiet%20%202012%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 T
Tebiet%20%202012%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 T


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə