Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 115,3 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü115,3 Kb.
#32314


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 94 (479.24) 

         

FEVRAL İNQİLABI: 

ÇARİZMİN SÜQUTU VƏ SİYASİ PARTİYALAR 

(ikinci m

əqalə) 

 

İ.A.QULİYEV  

Bakı Dövlət Universiteti 

isa.guliev@mail.ru 

 

Fevral inqilabı Rusiyada Romanovlar sülaləsinə son qoydu. Ölkədə hakimiyyət Petro-

qrad Soveti il

ə Müvəqqəti hökumətin əlinə keçdi. İkihakimiyyətlilik yarandı. Milli regionlarda 

yeni hakimiyy

ət orqanları formalaşdı. Partiya və təşkilatlar fəallaşdılar. 

 

Açar sözl



ər:  Fevral  inqilabı,  fəhlə,  əsgər, çar, Petroqrad soveti, Müvəqqəti hökumət, 

siyasi partiyalar, ikihakimiyy

ətlilik 

 

Göründüyü kimi, burjua partiyalarının monarxiyanı xilas etmək cəhdləri 



bir n

əticə vermədi. Milyukov iki il sonra bu haqda belə yazmışdı: «27 fevral 

inqilabı  bizim  tərəfimizdən  deyil,  bizim  idarəmizin  əksinə  baş  verdi».  Müt-

l

əqiyyətin süqutu ilə mülkədar-monarxist partyialar da dağılmalı idi. Bu  belə 



d

ə  oldu.  Belə  ki,  bu  siyasi  təşkilatlar  artıq  dövlət  köməyindən  məhrum  ol-

muşdular.  Eyni  zamanda  onlar  zadəganların  himayəsindən  məhrum  olmuş-

dular.  Çünki, 

onların  əksəriyyəti  həbs  edilmişdi.  Bu  partiyaların  maliyyə  da-

yaqları olmadığına görə öz orqanlarını dərc etdirə bilmirdilər. Nəticədə, mər-

k

əzdə olduğu kimi, yerlərdə də bu tip siyasi təşkilatlar dağılmağa başladı (21, 



231). 

Burjua 


partiyaları  yeni  siyasi  şəraitdən  çıxış  yolu  axtarırdı.  Mövcud 

şəraitə uyğun olaraq yeni partiya və siyasi qruplar yaranmağa başladı. Oktyab-

ristl

ərin  əsasında  başda  A.İ.Quçkov  və  M.V.Rodzyanko  olmaqla  Liberal  res-



publikaçı partiyası, proqressistlərin əsasında Radikal demokratik partiyası yara-

dıldı. Bu partiyaya mülkədar və sənayeçi İ.N.Yefremov və professor D.N.Ruz-

ski 

başçılıq edirdilər. 



İri  kapitalist  və  maliyyəçi  A.İ.Putilov  və  mülkədar  İ.İ.Dmitryukov  De-

mokratik respublika 

partiyasını yaratdılar. Bu partiyaların üçü də burjua cəbhə-

sinin 


sağ  qanadında  yer  almışdılar.  Onlar  azsaylı  idilər,  burjuaziyanın  bir 

hiss


əsini,  burjualaşmış  mülkədarları  və  ali  ziyalı  təbəqəsini  əhatə  edirdi. 

150 



C

əmiyyətdə onların təsiri çox az idi (21, 235-236). 

Fevral 

inqilabından sonra burjuaziyanın hakimiyyətə gəlməsi ilə kadetlər 



iqtidar 

partiyasına  çevrildi.  İnqilabın  ilk  günlərindən  başlayaraq  kadetlər  öz 

sıralarına yeni üzvlər qəbul edir və təşkilatlarının fəaliyyətlərini daha da geniş-

l

əndirməyə  başladılar.  Partiyanın  MK-si  martın  3-də  «Yerli  partiya  komitə-



l

ərinin açılması tədbirləri haqqında» qərar qəbul etdi. Petroqradda, Moskvada, 

Kievd

ə,  Bakıda,  Odessada,  Nijni  Novqoroda  və  digər  yerlərdə  kadetlər  öz 



f

əaliyyətlərini genişləndirdilər. Mart ayının sonuna yaxın 50-dən çox quberniya 

v

ə vilayətlərdə kadet təşkilatları yaradılmışdı. Demokratik küitlələri öz tərəfinə 



ç

əkmək üçün partiyanın orqanı olan  «Reç» qəzetinin səhifələrində  geniş təb-

liğat  kompaniyası  aparılırdı.  Bu  ilk  növbədə  partiyanın  proqramındakı  13-cü 

b

əndlə  bağlı  idi.  Proqramın  bu  bəndində  parlamentli  monarxiya  əvəzinə 



demokratik respublika 

qurulmasının vacibliyi qeyd edilirdi. 

1917-ci  ilin 

martın 25-də Kadetlər partiyasının VII qurultayı açıldı. Qu-

rultay  

Rusiyanın dövlət quruluşu haqqında məsələnin müzakirəsi ilə öz işinə 

başladı.  Partiyanın  proqramının  13-cü  bəndində  dəyişiklik  edilmişdi.  Yeni 

b

ənddə deyilirdi ki, «Rusiya demokratik parlamentli respublika olmalıdır» (8, 



144). 

İnqilabın  ilk  günlərindən  etibarən  burjuaziya  kadetlərin  ətrafında  sıx 

şəkildə  birləşmişdilər.  P.N.Milyukovun  rəhbərlik  etdiyi  Kadetlər  partiyası 

t

əkcə  iqtidar  partiyası  deyil,  eyni  zamanda  burjuaziya  cəbhəsinin  siyasi  rəh-



b

ərliyini ələ keçirmişdi. Ölkənin əksər  yerlərində Müvəqqəti hökumətin təm-

silçil

əri  məhz  kadetlər  partiyasının  üzvləri  idilər.  Moskvada  Müvəqqəti  hö-



kum

ətin  komissarı  N.M.Kişkin,  Don  vilayətində  M.S.Voronkov,  Finlandiya 

üzr

ə F.İ.Rodiçev və s. kadet partiyasının üzvləri kimi komissar vəzifəsini ye-



rin

ə  yetirirdilər.  Vladimir,  Odessa,  Saratov,  Samara,  Omsk  hərbi  dairəsində, 

Tavriçeski 

quberniyasında və s. yerlərdəki komissarlar da kadetlər partiyasının 

üzvl

əri  idilər.  Sədr  V.A.Xarlamov  olmaqla  Xüsusi  Zaqafqaziya  Komitəsinin 



beş üzvündən üçü kadet idi (14, 42). 

Bütün  bu  faktlar  heç  d

ə  o  demək  deyildi  ki,  burjuaziyanın  hakimiyyəti 

möhk


əm dayaqlara söykənmişdi. 1917-ci ilin aprelində inqilabın qələbəsindən 

sonra  Petroqradda 

baş  verən  zəhmətkeşlərin  ilk  kütləvi  çıxışı  burjua  haki-

miyy


ətinin  nə  qədər  zəif  olduğunu  aşkar  etdi.  Nəticədə,  əsas  burjua  partiya-

larının  liderləri-Milyukov  və  Quçkov  Müvəqqəti  hökumətdə  tutduqları  vəzi-

f

ələrindən getməyə məcbur oldular. Quçkov bu hadisəni belə şərh edirdi: «Mən 



hakimiyy

ətdən  ona  görə  getdim  ki,  hakimiyyət  sadəcə  olaraq  yox  idi». 

Kadetl

ərin lideri Milyukov isə etiraf edirdi ki, «mən hakimiyyətdən getmədim, 



m

əni hakimiyyətdən «göndərdilər»» (21, 240). 

İnqilabın  gedişində  ölkənin  ictimai-siyasi  həyatında  xırda  burjuaziyanın 

demokratiyasının  əhəmiyyəti  kəskin  şəkildə  artdı.  Xürda  burjuaziyanın  sosial 

t

ərkibi  həddən  artıq  müxtəlif  idi.  Bura  kəndlilərin  geniş  dairəsi,  şəhər  və 



k

ənddəki ticarət-sənaye müəssisələrinin xırda sahibləri, sənətkarlar, ziyalıların 

əksər hissəsi və s. daxil idi. 

151 



Özl

ərini sosial-demokrat, fəhlə və hətta marksist partiya adlandıran men-

şeviklər  proletariat  uğrunda  mübarizədə  bolşeviklərin  əsas  rəqibi  kimi  çıxış 

edirdil


ər. 

Fevral 


inqilabı ərəfəsində menşevik partiyası ideya və təşkilatı cəhətdən 

dağınıq  halda idi. Partiya bir sıra siyasi cərəyanlara parçalanmış, hətta özünün 

m

ərkəzi komitəsi belə yox idi. Onun əvəzinə 1912-ci ilin avqustunda menşevik 



konfransı  tərəfindən  yaradılmış  Təşkilatı  komitə  fəaliyyət  göstərirdi.  Menşe-

vizmin 


ən  sağ  cinahında  Q.V.Plexanov  başda  olmaqla  «Edinstvo»  müdaviə 

qrupu  yerl

əşirdi ki, formal olaraq menşevik partiyasına daxil deyildi. Bununla 

bel


ə  partiya  ilə  çox  sıx  əlaqəsi  var  idi.  Menşevik  partiyasının  sağ  qanadını 

A.N.Potresovun  qrupu  t

əmsil  edirdi  ki,  onlar  plexanovçulardan  heç  də  fərq-

l

ənmirdilər.  Menşevizmin  əsas  cərəyanı  hesab  edilən  Mərkəzin  liderləri 



F.

İ.Don,  N.S.Çxeidze  və  İ.Q.Sereteli  idilər.  Bu  qrup  «inqilabi  müdafiəçilik» 

mövqeyind

ə  dururdular.  Partiyanın  sol  qanadını  Y.O.Martovun  başçılığı  ilə 

menşevik-beynəlmiləlçi adlanan azsaylı qrup təmsil edirdi (18, 8-9). 

İnqilabın  ilk  günlərindən  etibarən  menşevik  və  eserlər  Sovetlərdə  və 

h

əmkarlar ittifaqlarında üstünlük əldə etmişdilər. İlk növbədə, Petroqraf Sove-



tind

ə, daha sonra isə digər şəhərlərdə yaranan Sovetlərdə menşeviklər və eser-

l

ər  rəhbər  vəzifələri  ələ  keçirməyə  nail  olmuşdular.  Petroqrad  Sovetinin  Rə-



yas

ət heyətinə ilk iclasda seçilən yeddi üzvündən beşini, İcraiyyə Komitəsinin 

36  üzvünd

ən 14-nü menşeviklər təşkil edirdi. Petroqdar Sevetinin sədri, qeyd 

edildiyi kimi 

menşevik N.S.Çxeidze oldu (8, 147). 

Menşeviklər  bu  və  ya  digər  dərəcədə  Müvəqqəti  hökumətin  siyasətinə 

t

əsir  etmək  imkanlarından  imtina  etmək  istəmirdilər.  Bu  işə  onları  kadetlərə 



inanmayan  kütl

ə  təhrik  edirdi. …1917-ci  ilin  mayın  7-də  menşeviklərin  və 

birl

əşmiş  təşkilatların  Ümumrusiya  kofransı  açıldı.  Konfransda  44830  üzvü 



olan  55  t

əşkilatın  nümayəndələri  iştirak  edirdilər.  Konfransın  qarşısında 

müxt

əlif  cərəyanların  birləşməsi  məsələsi  qoyulsada,  buna  nail  olunmadı. 



Partiya r

əhbərliyi menşeviklərin Müvəqqəti hökumətə daxil olmasını konfrans 

t

ərəfindən qəbul edilməsinə nail oldular (8, 148-149). 



Menşevik  partiyasının  filialı  kimi  Zaqafqaziyanın  ən  nüfuzlu  partiya-

larından olan gürcü menşevikləri fəaliyyət göstərirdilər. 1917-ci ilin avqustun 

sonlarında  Zaqayqaziya  menşevik  təşkilatlarında  üzvlərinin  sayı  46022  nəfər 

olmuşdur. Bunların əksəriyyəti Gürcüstan ərazisində qeydə alınmışdır ki, on-

ların sayı 40986 nəfər təşkil edirdi. Bundan başqa Bakıda-2850, Elizavetpolda 

(G

əncədə)-566,  Qarsda-820,  Ərzurumda  isə-800-dən  çox  menşevik  partiya-



sının üzvü fəaliyyət göstərmişdir (10, 109-110). 

Menşeviklərlə  ittifaqda  eserlər  çıxış  edirdilər.  Eserlər  partiyası  da  men-

şeviklər kimi tam deyildi. Hələ birinci rus inqilabı dövründə partiyada ideya və 

t

əşkilatı  baxımdan  dağılma  prosesi  başlamışdı.  Partiya  müxtəlif  cərəyanlara 



parçalanmışdı.  Birinci  Dünya  müharibəsinin  başlanması  ilə  eserlər  partiyası 

müdafi


əçilik mövqeyində durmuşdular. Onların ideoloqları N.D.Avksentyev və 

E.K.


Breşko-Breşkovskayə  idilər.  Eserlərin  az  bir  hissəsi,  başda  V.M.Çernov 

152 



olmaqla özl

ərini beynəlmiləlçi adlandırırdılar. 

Fevral 

inqilabından  sonra  eser  təşkilatları  xeyli  artmağa  başladı.  Bu 



əsasən,  aqrar rayonlarda özünü daha  çox göstərirdi.  Lakin menşeviklər parti-

yasında olduğu kimi, burada da parçalanmalar baş verdi.  Eserlər partiyasının 

sıralarından  M.A.Spiridonova  başda  olmaqla  sol  qanad  ayrıldı  ki,  sonradan 

müst


əqil partiyaya çevrildi (18, 10-11). 

Fevral 


inqilabından  sonra  xırda  burjua  partiyaları  içərisində  ən  böyüyü 

eserl


ər  idi.  Bu  partiyanın  üzvlərinin  sayının  çox  olmasına  səbəb,  inqilabdan 

sonra  zabitl

ərin,  ziyalıların,  məmurların,  xırda  tacirlərin  və  s.  partiyaya  olan 

r

əğbətindən irəli gəlirdi (8, 153). 



Rusiyada Fevral burjua-demokratik 

inqilabının qələbəsindən sonra eserlər 

partiyası  kəndli  hərəkatından  qorxaraq,  özlərinin  aqrar  proqramlarını  həyata 

keçirm


əkdən  imtina  etdilər.  Bu  partiyanın  siyasi  iflasına  və  parçalanmasına 

g

ətirib çıxaran səbəblərdən biri oldu (13, 45). 



K

əndlilər  inqilabdan  sonra  aqrar  islahatın  həyata  keçirilməsini  sə-

birsizlikl

ə gözləyirdilər. Onlar bu islahatın eserlərin proqramı əsasında olaca-

ğını güman edərək həmin partiyanı müdafiə edirdilər. Məhz buna görə də eser-

l

ərin nüfuzu kəndlilər arasında artırdı. Kənd Sovetlərində və digər təşkilatlarda 



eserl

ər  mühüm  rol  oynayırdılar.  Eserlərin  kəndlərdə  nüfuzunun  artmasını 

göst

ərmək üçün kəndli deputatları Sovetinin Birinci Ümumrusiya qurultayının 



t

ərkibinə baxmaq kifayətdir. Belə ki, qurultayın 1115 nümayəndəsindən 537-ni 

eserl

ər təşkil edirdi (13, 51). 



Eserl

ər  partiyasının  üzvlərinin  artması,  əlbəttə  ki,  kortəbii  prosesin  nə-

tic

əsi  deyildi.  Partiya  leqal  fəaliyyətə  başlayandan  sonra  geniş  təbliğat  və 



t

əşviqat  işinə  başlamışdı. 1917-ci  ilin  yazında  eserlər  partiyasının  üzvləri  bir 

neç

ə  yüz  min  nəfər  idi.  Onlar  436  təşkilatda, 312 komitədə  və  124  qrupla 



birl

əşmişdilər. Partiyanın 58 qəzeti nəşr edilirdi (8, 153). 

Göründüyü  kimi,  eser-

menşevik  bloku  böyük  nüfuza  malik  siyasi  qüv-

v

əyə  çevrilmişdi.  Əgər,  Fevral  inqilabına  qədər  liberal  burjuaziya  partiyaları 



hakimiyy

əti  zadəgan-mülkədar  monarxiyası  ilə  bölməyə  nail  olmuşdusa,  indi 

v

əziyyət  dəyişmişdi.  Belə  ki,  inqilabdan  sonra  eser-menşevik  liderləri  haki-



miyy

əti kadetlərlə bölmək istəyirdilər. Eser və menşeviklər kütlə uğrunda fəal 

mübariz

ə aparır və burjuaziya ilə əlaqələri kəsmək istəmirdilər. Digər tərəfdən 



is

ə onlar kütlələr arasında nüfuzlarının azalacağından qorxurdular (8, 138). 

Petroqrad  Soetin

ə rəhbərlik edən eser və menşeviklər hesab edirdilər ki, 

Rusiyada  burjua 

inqilabı  baş  verib  və  ona  görə  də,  hakimiyyət  burjuaziyaya 

m

əxsus olmalıdır. Eser-menşevikli Petroqrad Soveti könüllü şəkildə hakimiy-



y

əti burjuaziya və onun partiyalarına vermək qərarına gəldi (21, 233). 

Martın  1-də  Petroqrad  Sovetinin  əksəriyyəti  menşevik  və  eserlərdən 

ibar


ət  olan  icraiyyə  komitəsi  belə  bir  qərar  qəbul  etdi:  a)  Dövlət  dumasının 

müv


əqqəti  komitəsinə  öz  mülahizəsinə  görə  hökumət  təşkil  etmək  hüququ 

verilsin;  b)  Sovetin  nümay

əndələri  Müvəqqəti  hökumətə  daxil  olmasınlar;  v) 

Müv


əqqəti hökumət aşağıdakı tələbləri yerinə yetirməlidir: bütün siyasi məh-

153 



buslara  tam  amnistiya  versin,  söz,  ittifaqlar, 

yığıncaqlar  və  tətillər  azadlığı 

versin, bütün 

əsas milli və dini məhdudiyyətləri ləğv etsin, polisi milislə əvəz 

etsin,  yerli  özünüidar

ə  orqanlarına  demokratik  seçkilər  keçirsin,  əsgərlərə  və 

matroslara  v

ətəndaşlıq  hüquqları  versin,  bütün  inqilabçı  polkları  Petroqradda 

saxlasın, Rusiyanın dövlət quruluşunun gələcək forması məsələsini həll etməli 

olan Mü


əssislər Məclisini tezliklə çağırsın. 

Lakin, 


əksəriyyəti  menşevik  və  eserlərdən  ibarət  Petroqrad  Soveti  ic-

raiyy


ə  komitəsinin  qəbul  etdiyi  qərarda  dərhal  demokratik  sülh  bağlamaq, 

torpağı əvəzsiz kəndlilərə vermək, 8 saatlıq iş günü tətbiq etmək tələbləri irəli 

sürülmürdü. 

Menşevik və eserlər bu bəndləri proqrama daxil etməkdən imtina 

etdikl

ərini  onunla  əsaslandırırdılar  ki,  bunların  proqrama  daxil  edilməsi uzun 



sür

ən  hakimiyyət  böhranına,  burjuaziyanın  hökumət  təşkil  etməkdən  boyun 

qaçırmasına  gətirib  çıxacaq.  Bütün  bunlar  isə,  onların  iddia  etdikləri  kimi, 

labüd sur

ətdə çar rejiminin bərpasını təmin edər (17, 481-482). 

Burjua 


partiyaları yaranmış vəziyyətdən tam şəkildə istifadə edərək qeyd 

edildiyi kimi Müv

əqqəti hökumət yaratdılar. Lakin bu zaman Petroqrad Soveti 

özünün  q

əbul  etdiyi  qərarın  əleyhinə  olaraq  eser  A.F.Kerenskinin  hökumətə 

daxil 


olmasına  mane  olmadı.  Daha  sonra  Müvəqqəti  hökumətin  tərkibinə 

Kerenskid

ən sonra «sosialist nazirlər» sırasına Sereteli, Avksentyev, Çernov və 

dig


ərləri daxil oldular (13, 62). 

Ölk


ədə  yaranmış  yeni  siyasi  şərait  ona  gətirib  çıxardı  ki,  hakimiyyət 

faktiki olaraq Petroqrad Soveti il

ə burjuaziyanın Müvəqqəti hökuməti arasında 

bölünmüşdü.  İkihakimiyyətliliyin  yaranması  Fevral  burjua  demokratik  inqila-

bının ən başlıca xüsusiyyətlərindən biri idi. Dövlət hakimiyyəti rəsmi şəkildə 

Müv


əqqəti hökumətə məxsus olsa da, Sovetlərin razılığı olmadan heç nə edə 

bilmirdil

ər (21, 234). 

İnqilabın  gedişi zamanı ölkədə xeyli sayda Sovetlər  yaranmağa başladı. 

1917-ci ild

ə  yaranan Sovetlər, birinci rus inqilabı  dövründə  yaranan Sovet-

l

ərdən kəskin  şəkildə  fərqlənirdi.  İndi  Sovetlər təkcə  şəhərlərdə  və  sənaye 



m

ərkəzlərində  deyil, ölkənin bütün ərazilərini  əhatə  edirdi. 1917-ci ilin mar-

tında  Rusiyanın  bütün  quberniya  və  qəzalarında  600-ə  yaxın  Sovetlər yaran-

mışdı  ki,  bu  da  1905-ci illə  müqayisədə  təxminən 12 dəfə  çox  idi.  Bunların 

sırasında  242 fəhlə və 116 əsgər Sovetləri var idi. ...Təkcə mart ayı ərzində 91 

şəhər və yaşayış məntəqələrində fəhlə və əsgər deputatları Sovetlərinin birliyi 

baş verdi. 65 halda fəhlə əsgər deputatları Sovetlərinin birləşməsi başa çatdı. 

İki  şəhərdə  fəhlə  və  kəndli  deputatları,  11  şəhər və  yaşayış  məskənlərində 

f

əhlə, əsgər və kəndli deputatları Sovetləri təşkil edilmişdi (17, 20-21). 



İnqilabın  ilk  günlərində  yaranmış  242  Sovetlərdən  yalnız  27-si bol-

şevikləri dəstəkləyirdi (8,138). Qeyd edildiyi kimi, Sovetlərdə əsasən eser və 

menşeviklər böyük nüfuza malik idilər. Bunun isə  obyektiv və  subyektiv 

s

əbəbləri var idi. Bu ilk növbədə bolşeviklərə qarşı aparılan ağır cəza  tədbir-



l

ərinin nəticəsi idi. Bu proseslər Birinci Dünya müharibəsi illərində  xüsusilə 

gücl

ənmişdi.  Bolşeviklərin nümayəndələri həbslərdə, sürgünlərdə  və  müha-



154 


cir

ətdə idilər. Fevral inqilabı ərəfəsində bolşeviklər partiyasının sıralarında 24 

min

ə yaxın üzv var idi. Fevral inqilabı həbsxanalarda, sürgündə və mühacirətdə 



olan bolşevik partiyasının tanınmış üzvlərinin geri qayıtmaları üçün şərait ya-

ratdı.  Bunların  içərisində  A.S.Bubnov, P.A.Caparidze, S.V.Kosior, V.V.Kuy-

bışev, Q.K.Orjenikidze, O.A.Pyatnitski, Y.M.Sverdlov, İ.V.Stalin və digərləri 

var idi. Fevralın 27-də RSDFP-nin Peterburq komitəsinin üzvləri V.N.Zalejski, 

N.P.Komarov,  F.A.Lemeşov  azadlığa  çıxdılar.  Martın  1-də  fəhlələr həbsxa-

nadan  F.E.Dzerjinskini,  Y.E.Rudzutakı,  Moskva  bolşevik  təşkilatının  fəalları 

N.İ.Şevkovu,  F.Q.Titovu,  İ.A.Popovu,  E.M.Malenkovu  və  digərlərini həbs-

xanadan azad etdil

ər. 

Aprelin 3-d



ə demək olar ki, onillik mühacirətdən sonra V.İ.Lenin Rusi-

yaya    qayıtdı.  Onunla  birlikdə  N.K.Krupskaya,  İ.F.Armand,  Mixa  Sxakaya 

daxil olmaqla 30 siyasi mühacir g

əldi (11, 58). 

Bolşeviklər  partiyasının  sıralarına  qısa  bir  zamanda  xeyli  yeni  qüvvələr 

qoşuldu.  Aprelin  sonuna  yaxın    partiya  sıralarında  100  mindən  artıq  üzv  var 

idis

ə, iyulun sonuna onların sayı 240 minə yaxın, Oktyabr ərəfəsində isə 350 



min

ə yaxın idi (18, 244). 

Martın 5-də 1913-cü ildən çar hakimiyyəti tərəfindən bağlanan “Pravda” 

q

əzeti nəşrini  bərpa  etdi.  “Pravda”nın  ardınca  Moskvada  “Sosial-demokrat”, 



Kievd

ə  “Qolos sosial-demokrata”, Xarkovda “Proletariy”, Samarada “Prifolj-

skaya pravda”, Tiflisd

ə “Kavkazskiy raboçiy”, Bakıda “Bakinskiy raboçiy” və 

s.bolşevik qəzetləri nəşr olunmağa başlandı (11, 58). 

Çarizmin devrilm

əsindən  sonra  menşevik-eser birliyi Rusiya siyasi 

partiyalar sistemind

ə orta mövqedə yer almışdı. Kadetlər və bolşeviklər kənar 

qütbl


ərdə  yer  almışdılar:  birincilər  –  sağda,  ikincilər isə  solda. Bu gərgin 

qarşıdurma  fevraldan Oktyabra qədər olan dövr ərzində saxlanmışdı (12, 60). 

Petroqradda  baş  verən hadisələr milli rayonlarda və  ucqarlarda da öz 

t

əsirini göstərdi. Yaranmış yeni ictimai-siyasi vəziyyətdə milli rayonlarda xeyli 



sayda siyasi partiyalar  yarandı. Milli burjuaziyalar tərəfindən  yaradılan parti-

yaların sayı barədə tarixi ədəbiyyatlarda fərqli məlumatlar vardır. Bu ədəbiy-

yatlardan birind

ə  milli rayonlarda 1917-ci ildə  yaranmış  burjua  partiyaların 

sayı  10  (21,  236),  digərində  isə  20-dən  artıq  olduğu  göstərilir (8, 147). Eyni 

zamanda qeyd edilir ki, bu partiyalardan 18-i h

ətta Müəssislər Məclisinə  

seçkil


ərdə  iştirak  etmişlər. Bu partiyalar Müvəqqəti hökumətin “müharibəni 

q

ələbəyə qədər” siyasətini yekdilliklə müdafiə edir, xüsusi mülkiyyətin toxu-



nulmazlığının  tərəfdarı  idilər.  Onların  həmfikir  olmadığı  məsələlərdən biri - 

aqrar m


əsələsi idi. Bu məsələdə dörd təklif irəli sürülmüşdü: birincisi – mül-

k

ədar torpaqlarının kəndlilərə pulsuz verilməsi; ikincisi - torpağın pulla alınıb 



k

əndlilərə verilməsi; üçüncüsü – mülkədar torpaqlarının müsadirə edilməsinə 

qarşı  çıxır  və  bunun “xüsusi mülkiyyətin  müqəddəs  hüququnun”  pozulması 

kimi t


əqdim edirdilər; dördüncüsü -  bu təklifin tərəfdarları  isə  ümumiyyətlə 

feodal torpaq mülkiyy

ətinin saxlanmasını tələb edirdilər. 

Milli  burjua  partiyalarını  kadetlərdən  ayıran  aqrar  proqram  deyildi.  Bu 

155 



m

əsələdə onlar ortaq məxrəcə gələ bilirdilər. Onlar arasında fikir ayrılığı ya-

radan milli m

əsələ idi. Millətçilər inqilabla mübarizədə Müvəqqəti hökumətə 

mütt

əfiq kimi baxırdılar  və olduqca  mülayim tələblərində  “vahid və bölün-



m

əz”  Rusiyanın  tərkibindən  çıxmayacaqlarını  bildirirdilər.  Bütün  partiyaların 

dem

ək olar ki, hamısı federativ Rusiya dövlətinin tərkibində siyasi muxtariyyət 



uğrunda çıxışlar edirdilər. Hətta bu xırda tələblərin yerinə yetirilməsini Müəs-

sisl


ər Məclisinə qədər təxirə salınmasına etiraz etmirdilər. Rusiyadan ayrılma 

layih


ələri  yalnız  inqilabi  hadisələrin yüksəlişi  dövrü,  yəni, 1917-ci  ilin  payı-

zında yaranmağa başladı (8, 147). 

Fevral  inqilabından  sonra  çoxsaylı  partiyaların  yaranmasına  bir  sıra 

s

əbəblər  imkan  yaratdı  ki,  onlardan  milli-özünədərkin yüksəlişi,  itaət  altında 



olan  xalqlarda  nisbi  siyasi  azadlıqların  genişlənməsi, mərkəzi ümumrusiya 

hakimiyy


ətinin zəifləməsi və ucqarlarda mərkəzdənqaçan qüvvələrin inkişafını 

göst


ərmək olar. İstər əvvəl fəaliyyət göstərən, istərsə də yeni yaranmış burjua 

partiyaları Müvəqqəti hökuməti müdafiə edirdilər (21, 236). 

M

ərkəzdə baş verən hadisələrin mahiyyəti Bakıda dərhal qiymətləndiril-



m

əsə  də,  artıq  martın  3-də  Bakı  fəhlələri  Petroqrad  inqilabçılarını  birgünlük 

t

ətil keçirməklə  salamladılar.  Elə  həmin  gün  Bakıda  keçirilən  yığıncaqlarda 



Müv

əqqəti hökumətə sədaqət andları və əmin - amanlığın qorunmasını, ordu-

nun v

ə  əhalinin bütün zəruri mallarla təchiz edilməsi öhdəliyi barədə  bəya-



natlar s

əsləndi (4, 292). Bütün ölkədə vəziyyət belə idi. Müvəqqəti  hökumətin 

s

ərəncamı ilə bütün siyasi məhbuslar azad edilirdi (3, 29). 



Müv

əqqəti  hökumət  başa  düşürdü  ki,  inqilab  Zaqafqaziyanı  nəzarətsiz 

qoymuşdur. Ona görə də hökumətin ilk addımlarından biri bu bölgədə  sabit-

liyin yaradılması cəhdi idi (12, 35). 1917-ci ilin martın 6-da Müvəqqəti  höku-

m

ətin sədri knyaz Lvovun və Hərbi və Dəniz naziri Quçkovun imzası ilə müha-



rib

ənin davam etdirilməsinin  vacibliyi  haqqında  döyüşən orduya ünvanlanan 

müraci

əti  yayıldı.  Qafqaz  Ordusunun  qərargahına,  general  Bolxovitinovun 



adına göndərilən müraciət “Rus ordusunun şanlı zabit və əsgərlərinə” adlanırdı. 

Müraci


ətdə əsgər və zabitlərə inamı bir daha ifadə edilir, müharibənin qələbəyə 

q

ədər başa çatdırılması üçün Müvəqqəti  hökumətin ordunu hər bir şeylə təchiz 



etm

əyi boynuna götürürdü (1). Bu müraciətnamə  Müvəqqəti  hökumətin Za-

qafqaziyada baş verən hadisələrə ordu vasitəsi ilə nəzarət etdiyini deməyə əsas 

verir. Bununla bel

ə, digər milli rayonlarda və ucqarlarda olduğu kimi Zaqaf-

qaziyada mülki hakimiyy

ətin  yaradılması  Müvəqqəti  hökumətin  qarşısında 

duran 


əsas vəzifələrdən biri idi. 

1917-


ci  ilin  martın  9-da Dövlət  Dumasının  Müvəqqəti  Komitəsi və 

Müv


əqqəti  hökumət tərəfindən Zaqafqaziya diyarında mülki idarəçiliyi təşkil 

etm


ək üçün Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı (2). 

Xüsusi Zaqafqaziya Komit

əsi (OZAKOM) idarə  orqanı  kimi  Qafqaz 

canişinliyini əvəz etdi (6, 32). OZAKOM  regionun əsas millətlərini IV Dövlət 

Dumasında  təmsil edən deputatlardan ibarət  idi. Komitənin sədri rus kadeti  

V.A.Xarlamov, üzvl

əri – azərbaycanlı kadet, sonralar müsavatçı M.Y.Cəfərov, 

156 



gürcü federal-

sosialisti  K.Abaşidze,  erməni kadeti M.Papacanov, rus kadeti 

P.Pereverzev idil

ər. İki gündən sonra  nazirlər şurasının sədri Lvovun əmri ilə  

P.Pereverzev  gürcü  menşeviki  A.Çxenkeli  ilə  əvəz edildi (4, 293). Lap əv-

v

əldən OZAKOM burada Cənubi Qafqaz millətlərinin qeyri-bərabər təmsil 



olunma

sı,  həm də  aqrar məsələdə  müəyyən  mövqe  tutmadığına  görə  xalq 

kütl

ələrinin ona etibar etməməsi üzündən tənqid hədəfinə çevrildi (3, 30). 



Qafqaz canişinliyində fərqli olaraq OZAKOM yerli əhalinin mənafeyinə 

uyğun gəlirdi, çünki bu orqanın üzvləri Dövlət Dumasının Qafqazdan seçilmiş 

deputatları idi. Onların hər biri eyni zamanda üç milləti təmsil edirdi. Bu cəhət 

C

ənubi Qafqazın idarə edilməsində milli mənafelərin nəzərə alınmasına diqqət 



yetirildiyini göst

ərirdi (6, 32-33). 

Xüsusi komit

ə  bilavasitə  Müvəqqəti  hökumətə  tabe  idi.  Bu  mülki  işləri 

nizama salmaq üçün t

əşkil  edilmiş  və  qanunvericiliklə  məşğul  olmurdu.  Bir 

sıra xarakterik cizgilərinə görə Xüsusi komitə kollektiv canişinliyi xatırladırdı. 

Lakin çar canişinliyi ilə müqayisədə komitə daha zəif və az nüfuzu olan idarə 

idi (12, 35). 

Müv


əqqəti hökumətin 1917-ci il 20 mart tarixli “Dini və  milli məhdu-

diyy


ətlərin ləğvi haqqında” qərarı ilə  “Rusiya vətəndaşlarının bu və  ya digər 

dini etiqad, dini t

əlim və  ya millətə  məxsusluğu  ilə  şərtlənən bütün hüquqi 

m

əhdudiyyətlər”  aradan  qaldırılırdı.  Bundan  əlavə,  milli  azlıqların  nümayən-



d

ələri üçün ordu, dövlət idarələri, məhkəmə orqanları və s. sahələrdə qüvvədə 

olan m

əhdudiyyətlər, habelə təhsil müəssisələrinə qəbul zamanı tətbiq olunan 



faiz  norması    ləğv  edildi.  Mülkiyyətin  alınması,  yaşayış  yerinin  seçilməsi və 

h

ərəkət azadlığı ilə bağlı milli və dini azlıqların nümayəndələri üçün qoyulmuş 



qadağalar da aradan qaldırıldı.  

H

əmin qərar,  şübhəsiz  ki,  Rusiyanın  milli  azlıqlarını  tam  təmin edə 



bilm

əzdi, çünki orada imperiyanın məhkum xalqlarının öz müqəddəratını təyin 

etm

ək hüququ, milli dillərin təhsil sistemində  tətbiqi  üçün  lazımi  şəraitin 



yaradılması  və  s.  haqqında  heç  nə  deyilmirdi. Buna baxmayaraq, Müvəqqəti 

hökum


ətin  yarımçıq  addımları  belə  siyasi fəaliyyət üçün minimal  şəraitin 

yaranmasını və imperiyanın müstəmləkə ucqarlarında etnik proseslərin siyasi-

l

əşməsinə təkan vermiş oldu.  



M

əhz etnik proseslərin siyasiləşməsi  Fevral  inqilabından  sonra  keçmiş 

Rusiya  imperiyasının  müstəmləkə  ucqarlarında,  o  cümlədən Azərbaycanda 

milli h


ərəkatın  görünməmiş  yüksəlişinə  səbəb oldu. Müvəqqəti hökumətin 

“Yığıncaqlar və ittifaqlar haqqında” dekretinin vətəndaşlara sərbəst toplaşmaq 

v

ə  təşkilatlar  yaratmaq  hüququ  verməsi həmin prosesləri bir qədər də  sürət-



l

əndirmiş oldu (5, 48-49). 

Fevral  inqilabı  Azərbaycanda mövcud olan siyasi partiya və  təşkilatlar 

üçün çox gözl

ənilməz  olsa  da  onların  fəaliyyətini  canlandırmış  oldu.  İnqilab 

Az

ərbaycanda  baş  verən ictimai-siyasi proseslərə  yeni məna verdi. Bununla 



yanaşı,  Azərbaycanın  ictimai-siyasi həyatında  mühüm  amil  olan  müxtəlif 

c

ərəyanlar, partiyalar və təşkilatlarda meydana gəldi (6, 49). 



157 


İnqilabdan sonra Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları aşa-

ğıdakı qruplara bölmək olar: 1) mərkəzdəki partiyanın komitələri və ya şöbə-

l

əri; 2) gizli fəaliyyətdən  leqallığa keçənlər; 3) yenidən bərpa olanlar; 4) yeni 



yaranan  partiyalar.  Artıq  siyasi  partiyaların  fəaliyyətlərinin yeni mərhələsi 

başladı.  



 

ƏDƏBİYYAT 

1.

 



AR SPİHMDA, fond 276, siyahı 7, iş 216 

2.

 



AR SPİHMDA, fond 276, siyahı 7, iş 272 

3.

 



Az

ərbaycan Cümhuriyyəti (1918-1920). Bakı: 1998. 

4.

 

Az



ərbaycan tarixi. 7 cilddə. V c. Bakı: 2008. 

5.

 



Balayev Aydın. Məmməd Əmin Rəsulzadə (1884-1955), Bakı: 2011. 

6.

 



İbrahimova  A.Z.  Azərbaycanda ictimai-siyasi qüvvələrin mübarizəsi /1917-1918-ci illər/. 

Bakı: 2010. 

7.

 

SSRİ tarixi. Ikinci hissə. 1861-1917. Bakı:1982. 



8.

 

Басманов М.И., Гусев К.В., Полушкина В.А. Сотрудничество и борьба. М.: 1998. 



9.

 

Бурджалов Э.Н. Вторая русская революция. Восстание в Петрограде. М.: 1967. 



10.

 

Буржуазные  и  мелкобуржуазные  партии  России  в  Октябрьской  революции  и  граж-



данской войне. М., 1980. 

11.


 

Великий Октябрь и защита его завоеваний. Т.1., М., 1987. 

12.

 

Гасанлы Дж.П. Русская революция  и  Азербайджан: трудный  путь  к независимости. 



1917-

1920. М.: 2011. 

13.

 

Гусев К. Крах партии левых эсеров. М.: 1963. 



14.

 

Думова Н.Г. Кончилось ваше время… М.: 1990. 



15.

 

Знаменский О.Н. Всероссийское Учредительное собрание. Л.: 1976. 



16.

 

Иоффе Г.З. Великий Октябрь и эпилог царизма. М.: 1987. 



17.

 

Ирошников М.П. Рожденное Октябрем. Л.: 1987. 



18.

 

История КПСС. Том третий, книга первая. М.: 1967. 



19.

 

Рабинович  А.  Большевики    приходят  к  власти:  Революция  1917  года  в  Петрограде. 



М.: 1989. 

20.


 

Соболев Г.Л. Петроградский гарнизон в борьбе за победу Октября. Л.: 1985. 

21.

 

Спирин  Л.М.  Крушение  помещичьих  и  буржуазных  партий  в  России  (нач.  ХХ  в.  - 



1920). М.: 1977. 

 

ФЕВРАЛЬСКАЯ РЕВОЛЮЦИЯ:  



ПАДЕНИЕ ЦАРИЗМА И ПОЛИТИЧЕСКИЕ ПАРТИИ 

 

И.А.ГУЛИЕВ 

 

 



РЕЗЮМЕ 

 

Февральская  революция  покончила  в  России  династию  Романовых.  В  стране 

власть  перешла  в  руки  Петроградского  Совета  и  Временного  Правительства.  Образо-

валось двоевластие. В национальных  регионах созданы органы местной власти. Активи-

зировались партии и организации. 

 

Ключевые слова: февральская революция, рабочий, солдат, царь, Петроградский 

Совет, Временное правительство, политические партии, двоевластие  

 

 



158 


FEBRUARY REVOLUTION: 

THE FALL OF THE TSARISM AND POLITICAL PARTIES 

 

I.A.GULIYEV 

 

SUMMARY 

 

The February Revolution put an end to the Russian Romanov dynasty. The power 

passed into the  hands of the Petrograd Soviet and the provisional Government. There was 

formed a  diarchy.  There were established local authorities  in the ethnic regions. Parties and 

organizations became active. 

 

Key words:  February revolution,  working, soldier, Tsar, Petrograd Soviet, provisional 

government, political parties, diarchy 



 

 

 



159 

Yüklə 115,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə