Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 94,17 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü94,17 Kb.
#1720


 

 

64 



 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2012 

 

 



 

 

FƏLSƏFƏ 

 

 

UOT 101.1 

 

ÖZGƏLƏŞMƏNİN İQTİSADİ VƏ SOSİAL  

FORMALARININ QARŞILIQLI ƏLAQƏSİ 

 

H.Q.MƏMMƏDOV*, H.M.MƏMMƏDOV** 

Bakı Dövlət Universiteti 

ho2039@mail.ru*, elmaddin@baghlangroup.com** 

 

Məqalədə özgələşmənin iqtisadi və sosial formalarının mahiyyəti təhlil olunur, müasitr 



cəmiyyətdə onların qarşılıqlı  əlaqələrinin spesifikliyi aşkara çıxarılır. 

Milli müstəqillik dövründə ölkəmizdə həyata keçirilən transformasiya proseslərinin iqti-

sadi və sosial özgələşmənin yumşaldılması üçün əhəmiyyətinin açılmasına xüsusi diqqət yetirilir. 

 

Açar sözlər: iqtisadi özgələşmə sosial özgələşmə, suverenliyin iqtisadi-fəlsəfi mahiy-

yəti, özgələşmənin yumşaldılması 

 

Özgələşmə  çoxtərəfli  və  mürəkkəb  sosial  fenomen  olmaqla,  müxtəlif 



formalarda  (iqtisadi,  sosial,  siyasi,  mənəvi  və  s.)  çıxış  edir.  Bu  yazıda  əsas 

diqqət onun birinci  iki növü arasındakı əlaqələrin təhlilinə yönəldilir. 

Əvvəla onu qeyd edək ki, müasir fəlsəfi ədəbiyyatda özgələşmənin məz-

mu

nu  və  təzahür  formaları  haqqında  müxtəlif  fikirlər  söylənilir.  Fikrimizcə, 



özgələşmənin  mahiyyətinə  dair  zəmanəmizin  tanınmış  filosofu  E.Fromun 

mövqeyi  daha  məqbuldur.  Onun  nəzərincə,  “özgələşmə  anlayışı  altında  elə 

davranış və qavrayış üsulu başa düşülür ki, insan özünü nə isə yad hiss edir, 

özü-


özündən kənarlaşmış olur, hərəkət və əməllərinin nəticələri onun üzərində 

hökmranlıq edir” (11, 396). 

Özgələşmənin mürəkkəb məzmun kəsb etdiyi ona verilən təriflərin rənga-

rəngliyində ifadə olunur. Ümumilikdə götürdükdə onun aşağıdakı tərifi öz dol-

ğunluğu ilə seçilir: “özgələşmə insan fəaliyyətinin nəticələrinin ona yad olan və 

onun üzərində hökmranlıq edən nə isə bir şeyə çevrilməsi deməkdir” (1, 201). 

Qeyd  etmək  lazımdır  ki,  fəlsəfi  ədəbiyyatda  özgələşmənin  cəmiyyətin 

bütün 


tərəflərini əhatə edən proses olduğu vurğulanır  və göstərilir ki, o, insa-


 

 

65 



nın  mahiyyəti  ilə  mövcudluğunun  uyğunsuzluğunda  onun  maddiləşmiş  qabi-

liy


yətləri  üzərində  nəzarətinin  itirilməsində  və  sonuncuların  ona  qarşı  duran 

düşmən qüvvəyə çevrilməsində ifadə olunur (7, 13). 

Özgələşmənin  müxtəlif  formalarının  əlaqəli  şəkildə  öyrənilməsi  ona 

vahid  sistem  kimi  yanaşaraq  dərindən  təhlil  etmək  imkanı  verir.  Bu  mənada 

onun iqtisadi və sosial növlərinin münasibətləri və əlaqələri daha səciyyəvidir. 

Söhbət həm də onların obyektiv və subyektiv səpkilərinin, yəni real  iqtisadi 

və  sosial  münasibətlərdə  təzahür  edən  tərəfləri  ilə  insanın  şüurunda  (həqiqi 

insani  normalardan  kənara  çıxan  təzahürlərdə)  olan  məqamlarını  vəhdətdə 

götürməyi vacibdir (6, 28). Ümumi mənada iqtisadi özgələşmə dedikdə, insan-

ların  maddi  istehsalda  yaratdıqları  məhsulların  və  xidmət  növlərinin  onların 

üzərində ağalıq etməsi başa düşülür. Bu, əmtəə fetişizmi adlanan hadisə ilə sıx 

bağlıdır.  Sosial  özgələşmə  insanın  mövcud  sosial  institutlardan  yadlaşması 

fərdin iradəsinin sosial birliklərə və qruplara tabe vəziyyətə düşməsində ifadə 

olunur. Fəlsəfi fikir tarixində ilk dəfə Hegel özgələşmənin iqtisadi və digər for-

ma

ları arasında əlaqəni açmağa cəhd göstərmişdir. O əmək prosesinin, ictimai 



əmək bölgüsünün cəmiyyətdə müsbət cəhətləri ilə yanaşı inkari nəticələrini də 

göstərmiş və qeyd etmişdir ki, bu amillər insanın fərdiliyini mücərrədləşdirir və 

bununla da özgələşməyə şərait yaradır (3, 324, 344).  

Hegelin özgələşmənin iqtisadi və fəlsəfi aspektlərini vəhdətdə götürmək 

ənənəsini  davam  etdirən  K.Marks  bu  fenomenin  daha  dərin  təhlilini  vermiş, 

onun  haqqında  bütöv  bir  təlim  yaratmışdır.  Bu  təlimin  mərkəzi  müddəasını 

özgələşmiş əmək ilə xüsusi mülkiyyətin ayrılmaz əlaqəliliyi təşkil edir (5, 98). 

Yeri gəlmişkən, qeyd edək ki, Marksın özgələşmənin yaranmasını bütünlükdə 

və tamamilə xüsusi mülkiyyət ilə bağlaması fikri həm nəzəri, həm də praktiki 

cəhətdən  özünü  doğrultmadı.  Lakin  bu  faktdan  heç  də  belə  nəticə  çıxarmaq 

olmaz ki, özgələşmənin xüsusi mülkiyyət ilə əlaqəsi yox olur. əslində xüsusi 

özünün  funksional  roluna  görə  özgələşdirilə  bilən  mülkiyyətdir,  yəni  onu 

satmaq,  başqasına  hədiyyə  etmək  və  icarəyə  vermək  mümkündür.  Müxtəlif 

mülkiyyət  formalarının  bərabərhüquqlu  fəaliyyətinin  təmin  olunduğu, bazar 

iqtisadi  mexanizminin  mühüm  əsaslarından  biri  kimi  xüsusi  mülkiyyətin 

rolundan  artdığı  və  təsir  dairəsinin  durmadan  genişləndiyi  indiki  dövrdə  bu 

məqamı lazımi qiymətləndirməmək doğru olmazdı. Deməli, özgələşmə təkcə 

keçmiş cəmiyyətlərin  yaratdığı nə isə təsadüfi və  ya müvəqqəti bir fenomen 

deyildir. Onu bugünkü ictimai münasibətlər sistemi, onun tərkib hissəsi olan 

xüsusi  mülkiyyət  institutu  yaradır.  Özgələşmənin  iqtisadi  və  sosial  forma-

larının  əlaqəliliyi  hər  şeydən  əvvəl  onları  yaradan  səbəblər  müstəvisində  aş-

kara  çıxır.  Belə  ki,  hər  iki  növ,  xüsusi  mülkiyyət  və  əmək  bölgüsünün 

bilavasitə təsiri altında formalaşır. Onların ayrılmaz əlaqəsi bunda görünür ki, 

xüsusi mülkiy

yətdən  əsaslanan  iqtisadi  əmək  bölgüsü  özünün  müvafiq 

davamını  konkret  sosial  formalarda  tapır  (4,  173).  Özgələşmə  fenomeninə 

dərindən  nəzər  yetirdikdə  görünür  ki,  onun  mənbəyi  iqtisadi  həyatda, maddi 



 

 

66 



istehsal prosesindədir. Belə ki, burada əmək fəaliyyətini göstərməklə insanlar 

təbiətdə olan əşyalar aləmini, yəni bir tərəfli özlərinin yaratdıqları predmetlər 

dünyası ilə tamamlayırlar. Sonuncular insan fəaliyyətinin məhsulları olmaqla, 

ona  yad  qüvvəyə  çevrilir  və  üzərlərində  hökmranlıq  edirlər.  İqtisadi  həyat 

cəmiyyətin  mövcudluğu,  normal  yaşaması  və  inkişafı  üçün  həlledici  əsas 

rolunu  oynadığına  görə,  burada  baş  verənlər  (o  cümlədən  də  özgələşmə) 

ictimai  həyatın  digər  sferalarında  və  birinci  növbədə  sosial  münasibətlər 

sistemində özünün  müvafiq inikasını tapır. Əlbəttə, sonuncu sahədə özgələş-

məni  iqtisadi  sahənin  avtomatik  nəticəsi  hesab  etmək  doğru  olmazdı,  çünki 

sosial  özgələşmə öz məzmunu və mahiyyətinə görə bilavasitə insanların məhz 

sosial  münasibətlərin  istehsalı  və  təkrar  istehsalına  yönəlmiş  fəaliyyətin 

nəticəsidir.  Ona  görə  də,  burada  söhbət  yalnız  özgələşmənin  iqtisadi forma-

sının digər formalara (sosial, siyasi, mənəvi və s.) güclü təsir göstərməsindən, 

onların sıx qarşılıqlı əlaqələrindən gedə bilər 

Biz  yuxarıda  iqtisadi  özgələşmənin  kökünün  bilavasitə  maddi  istehsal 

fəaliyyətində  yarandığını  qeyd  etdik,  lakin  unutmaq  olmaz  ki,  insanların  bu 

sahədə gördüyü bütün işlər, bölgü və mənimsəmədən ayrılmazdır. Buradan ay-

dındır  ki,  sonuncular  iqtisadi  özgələşmənin  formalaşmasının  fəal  səbəbləri 

kimi  çıxış  edir.  Başqa  sözlə,  istehsal  cəmiyyətin  mövcudluğunun,  insanın 

başlıca  tələbatlarını  ödəməyin  ilkin  şərti  olmaqla  sosial  fəaliyyətin  əsasında 

durduğu kimi, burada özünü göstərən özgələşmə də sözügedən sferada onunla 

əlaqəli şəkildə təzahür edir. Təkcə sırf iqtisadi özgələşmə deyil, həm də onun 

ayrılmaz tərəfi olan, texnoloji səpki də sosial münasibətlərin təkrar istehsalın-

da müvafiq uyğunsuzluqları şərtləndirir. İqtisadi özgələşmənin texniki səpkisi 

o deməkdir ki, insan texnikanı inkişaf etdirmək nəticəsində özünü bir növ ona 

tabe vəziyyətinə salır. Buna görə də, bütövlükdə, texnika, istehsalın texnoloji 

üsulu,  onun  tərkib  hissələri  ilə  insanların  sosial  münasibətlərinin  ahəngdar 

məcraya yönəldilməsi iqtisadi özgələşmənin və ondan keçərək sosial özgələş-

mənin bu mənada elmi ədəbiyyatda haqlı olaraq vurğulanır, əməyin özgələş-

məsi ilkin olmaqla, onun digər əsas növlərini müəyyən edir (12, 15). İnsanın 

mahiyyətinin  bütün  ifadə  formalarını  əhatə  edən  əmək  prosesi  özgələşmənin 

iqtisadi  və  sosial  formalarının  əlaqəsinin  əsasında  durur.  Qeyd  olunan  sahə-

lərin hər ikisində əmək insan ilə onun fəaliyyəti arasında elə ayrılma yaradır 

ki, burada subyekt həmin prosesin nəticələrindən asılı vəziyyətə düşür (2, 30). 

İqtisadi  özgələşməni  şərtləndirən  əsas  amillərdən  biri-ictimai  əmək  bölgüsü 

təkcə  iqtisadi  fenomen  deyildir,  o  həm  də  sosial  münasibətlər  forması  kimi 

çıxış edir. Eynilə də iqtisadi özgələşmənin digər mühüm səbəbi, xüsusi mül-

kiy


yət  yalnız  iqtisadi  kateqoriya  olmaqla  məhdudlaşmır.  O  həm  də  mühüm 

sosial məna daşıyır, şəxsiyyətin özünütəsdiqetmə vasitəsi rolunu oynayır. İndi-

ki dövrdə özgələşmənin məzmunu daha da genişlənir, o öz daxilində insanın 

təbiətdən ayrılmasından başlayaraq, şəxsiyyətin ikiləşməsi və böhranına qədər 

çoxsaylı  səpkiləri  əhatə  edən  qlobal  problem  kimi  çıxış  edir.  Bununla  belə, 



 

 

67 



hazırda  da,  əvvəlki  dövrlərdə  olduğu  kimi  özgələşmənin  məzmununda  əmək 

ilə sıx bağlılıq mövcuddur. Bu, xüsusilə özgələşmiş əmək fenomeninə aiddir. 

Müasir  cəmiyyətdə  özgələşmiş  əməyin  yaratdığı  neqativ  nəticələri  E.From 

aşağıdakı  kimi  izah  edir:  “Əməyin  özgələşməsi  və  onun  xarakterindən  dərin 

narazılıq, iki nəticə törədir, birincisi, başdan-başa tənbəllik ilə dolu olan ideal, 

ikincisi, gizli şəkildə və qeyri-şüuri formada əməyə və onunla bağlı olan hər 

şeyə qeyri-şüuri düşmən münasibət” (10, 423). 

Müasir  cəmiyyətdə  özgələşmənin  rolunu  araşdıran  E.From  onu  insan 

azad

lığının  inkişafı,  həmin  prosesin  ikili  təbiəti  ilə  vəhdətdə  götürür.  Froma 



görə bu ziddiyyətlilik onda təzahür edir ki, bir tərəfdən insan inkişaf edir, onun 

təbiətə yiyələnmə səviyyəsi yüksəlir, zəkasının rolu artır. Digər tərəfdən, insa-

nın təcrid olunması, özünəinamsızlığı dünyada öz yerinə və həyatının məna-

sına  münasibəti  daha  çox  şübhə  altına  alınır,  fərdi  gücsüzlük  və  gərəksizlik 

hissi güclənir (9, 39). 

Qeyd etmək lazımdır ki, özgələşmənin həm iqtisadi, həm də sosial for-

ma

ları insanların azad hərəkətləri ilə sıx əlaqəlidir. Belə ki, özgələşmənin ma-



hiy

yət etibarilə insanın fəaliyyəti nəticələrinin ondan ayrılması, ona yad olma-

sı  faktının  özü,  həmin  məhsulların  (və  deməli,  onu  törədən    fəaliyyətin  də) 

müəyyən  müstəqilliyini,  sərbəstliyini  və  avtonomluğunu  təcəssüm  etdirilir. 

Bunun

la belə, əsl azadlıq bilavasitə iqtisadi istehsal sferasında insanın öz mad-



di ri

fahını  yaxşılaşdırmağa  yönələn  fəaliyyətinin  hüdudları  dairəsində  təsir 

gös

tərmir. Onun həqiqi meydanı sosial sferada, sosial münasibətlər sahəsində 



təcəssüm edir. Təsadüfi deyildir ki, həm elmi, həm də real gündəlik həyatda 

azadlıq  dedikdə,  birinci  növbədə  onun  sosial  forması  başa  düşülür.  Lakin 

azadlığın iqtisadi və sosial növləri bir-biri ilə sıx əlaqəlidir, belə ki, ikinci çox 

vaxt  birincinin  zəmini  üzərində  qərarlaşır.  Buradan  belə  bir  qənaətə  gəlmək 

olar  ki,  iqtisadi  və  sosial  özgələşmənin  əlaqəliliyinin  mühüm  bir  səpkisi 

azadlıq vasitəsilə özünü göstərir. 

 

Müasir bəşəriyyətin informasiya texnologiya dövrünə daxil olması, vir-



tual fəaliyyət məkanının genişlənməsi cəmiyyətdə  baş verən müxtəlif yönüm-

lü digər  mürəkkəb dəyişikliklər bir tərəfdən  insanın öz mahiyyət qüvvələrini 

real

laşdırması üçün yeni formalar və imkanlar yaradır, digər tərəfdən, özgələş-



mənin  iqtisadi  və  sosial  formalarına  gücləndirici  təsir  göstərir.  Buna  görə 

hazırda iqtisadi və sosial idarəetmə sistemlərinin fəaliyyətlərində bu məqamı 

nəzərə almaları zəruri hal alır. 

Müasir  cəmiyyətdə  sosial  özgələşmənin  təzahür  formaları  müxtəlifdir. 

Onların sırasında əməyin şəraiti, onun motivasiyası və sosial nemətlərdən isti-

fa

də olunması ilə bağlı tərəflər xüsusi yer tutur. Qeyd olunan məqam müasir 



cəmiyyətdə sahibkarlığın inkişafına geniş meydan verilməsi ilə əlaqədar olaraq 

daha tez-

tez baş verir. Söhbət bundan gedir ki, hazırda xırda və orta sahibkarlar 

kəskinləşməkdə  olan  bazar  rəqabətində  dözüm  gətirmək  üçün  çox  vaxt  sosial 

fondlara ödənişlər etməkdən boyun qaçırırlar, işçiləri müvəqqəti işə götürməyə 



 

 

68 



ça

lışırlar ki, onlara sosial sığorta şamil olunmasın.  Bu olunanlar və digər ona 

bənzər  hallar  çox  vaxt  bununla  nəticələnir  ki,  insanlar  belə  müəssisələrdə 

işləmələrinə  baxmayaraq,  müxtəlif  səbəblər  üzündən  əmək  qabiliyyətini  itir-

dik

də və yaxud qocaldıqda pensiya təminatından, sosial proqramlardan, üstün-



lük

lərdən  və  güzəştlərdən  kənarda  qalırlar.  Özgələşmənin  iqtisadi  və  sosial 

formalarının sıx əlaqədə olduğunu aşağıdakı misaldan da görmək olar. Müasir 

cəmiyyətdə, o cümlədən bizim ölkəmizdə ödənişlı əsaslar üzrə fəaliyyət gös-

tərən  universitet  və  institutlar  şəbəkəsinin  genişlənməsi  ilə  əlaqədar olaraq 

gənclərin  getdikcə daha  çox hissəsi ali təhsildən uzaqlaşmalı və özgələşməli 

olur. Onların özlərinin və valideynlərinin iqtisadi imkanları məhdud olduğun-

d

an, təhsildən kənarda qalma halları çoxalır. Beləliklə də, onlar öz imkanlarını 



reallaşdırmaqdan, yaradıcı qabiliyyətlərini həyata keçirməkdən məhrum olur-

lar, nəticədə onların mahiyyət parametrləri və fərdi keyfiyyətləri aşağı düşür, 

mənəvi kasadlıq və özgələşmə özünü göstərir. 

Bu deyilənlər  sosial sferanın mühüm sahəsi olan təhsildə özgələşmənin 

təsirini  əyani  surətdə  sübut  edir.  Lakin  burada  iqtisadi  özgələşmənin  təsiri 

birbaşa deyil, daha çox dolayısı ilə özünü göstərir. Deyilənlərlə yanaşı, müasir 

c

əmiyyətdə bilavasitə iqtisadiyyat göstəriciləri ilə bağlı olan amillər də vardır. 



Sonuncuların  sırasında  xeyli  miqdarda  ailələrdə  əmək  haqqının  və  yaşayış 

minimumunun  tələb  olunduğundan  aşağı  səviyyədə  olması  əmək  şəraitində 

çatışmazlıqdır, əmək qabiliyyətli əhalinin xeyli hissəsini əhatə edən işsizliyin 

kifayət qədər olması və sair xüsusi yer tutur. Sadalanan amillərin birgə təsiri 

altında tez-tez elə vəziyyət yaranır ki, əmək insanın əsl yaradıcı mahiyyətinin 

ifadəsi olmaqdan qalır, o daha çox yaşayış vasitəsi əldə etmək mənbəyi rolunu 

oynayır. Digər tərəfdən maddi vəziyyətinin kifayət qədər olmaması insanın öz 

qohumları, tanışları və dostları ilə tez-tez ünsiyyət saxlamaq imkanlarını məh-

dud

laşdırır. Bütün bunlar isə müasir insanın sosial əlaqələrini zəiflədir, onun 



sosial mühitdən təcrid olunması və fərdi həyatına qapanması ilə nəticələnir. 

Milli  müstəqillik  dövründə  ölkəmizdə  həyata  keçirilən  əsaslı  iqtisadi 

islahat

lar  cəmiyyətimizin  iqtisadi  bünövrəsini  kökündən  dəyişdirdi,  burada 



totalitarizm 

dövrünün qalıqlarını tədricən aradan qaldırmaqla bazar münasibət-

lərini  formalaşdırır.  Bu  proses  insanların  əmək  fəaliyyətində,  ictimai  əmək 

böl


güsündə, bölgü, mübadilə və istehlak sferalarında ciddi irəliləyişləri təmin 

et

məklə  yanaşı,  özgələşmənin  əvvəlki  dövrlərə  xas  olan  kəskin  formalarının 



ara

dan qaldırılmasında və onun yumşaldılmış şəkildə fəaliyyət göstərməsində 

çox mühüm rol oynayır. 

XX əsrin birinci onilliyinin sonlarında ölkəmizin iqtisadiyyatında keçid 

dövrü  artıq  başa  çatmışdır.  Bu  müasir  cəmiyyətimizin  iqtisadi  reallığında 

prinsipcə yeni mərhələnin və ümumilikdə daha yüksək inkişaf pilləsinin əldə 

olunması  deməkdir.  Ölkəmizin  daxili  həyatında  baş  verən  əsaslı  irəliləyişlər 

onun  beynəlxalq  miqyasda  nüfuzu  və  rolunun  artması  ilə  vəhdətdə  çıxış 

edərək, müstəqilliyin başlıca göstəricisi olan milli suverenliyini daha da möh-



 

 

69 



kəmləndirməkdədir.  Bununla  əlaqədar  qeyd  edək  ki,  suverenlik  təkcə  siyasi 

məna kəsb etməklə məhdudlaşmır, o özünü geniş iqtisadi və sosial məzmunda 

kəsb edir. Bu fikri bir qədər də konkretləşdirərək söyləmək olar ki, suverenlik 

iqtisadi-

fəlsəfi kateqoriyadır. Odur ki, özgələşmənin iqtisadi və sosial formala-

rının  sıx  əlaqəliyi  özünün  müvafiq  ifadəsini  ölkəmizin  suverenliyinin  möh-

kəmləndirilməsinə  yönələn  tədbirlərin  həyata  keçirilməsində  də  tapır.  Bunu 

aydın təsəvvür etmək üçün milli suverenliyin iqtisadi və fəlsəfi səpkilərinə bir 

qədər dərindən nəzər salmaq məqsədəuyğundur. 

Ümumfəlsəfi mənada suverenlik insanın mövcudluğu, düşüncə tərzi və 

fəaliyyətinin müstəqil təşkili, öz mahiyyət qüvvələrini başqa amillərin deter-

mi

nasiya əlaqələrindən azad şəkildə reallaşdırması deməkdir. Bu anlayış insan 



fəaliyyətinin  başlıca  sahəsi  olan  iqtisadi  müstəvidə  özünəməxsus  surətdə 

konkertləşmiş məzmun alır. Daha dəqiq desək, suverenliyin iqtisadi səpkisinin 

ölkədən maddi istehsal fəaliyyətinin müstəqil olması (yəni kənar dövlətlərdən 

asılı  olması)  bu  prosesin  subyektlərinin  öz  həyatlarını  davam  etdirmək  və 

yaxşılaşdırmaq imkanlarını reallaşdırması deməkdir. Suverenliyin iqtisadi səp-

ki

sinin başlıca meyarı ümumi şəkildə götürüldükdə ölkədə təsərrüfat məsələlə-



ri

nə dair qərarların qəbuluna və onların reallaşdırılması nəticələrinin mənimsə-

nil

məsində  mövcud  azadlığın  hüdudları,  təkrar  istehsalın  müstəqillik  (avto-



nom

luq) səviyyəsidir (8, 212). Göründüyü kimi iqtisadi suverenlik fəaliyyətin 

bu  sahəsinin  iştirakçısı  olan  subyektlərin  təsərrüfat  aparma  azadlığı  ilə 

bilavasitə bağlıdır. Lakin burada müəyyən paradoksal vəziyyət özünü göstərir: 

iqtisadi təsərrüfat fəaliyyəti ilə əhatə olunan subyektlərin hər biri özünün bu 

qəbildən olan azadlığını və müstəqilliyini öz rifah səviyyəsinin yüksəlməsində 

görür. Buna görə də, iqtisadi təsərrüfat sisteminin akortları (agentləri) arasında 

həmin  münasibətdə  müəyyən  ziddiyyətlik  özünü  göstərə  bilir.  Qeyd olunan 

vəziyyətin bir mühüm səbəbi odur  ki, iqtisadi müstəqillik (suverenlik) ümumi 

ideal  mənada  götürülən  azadlıq  ilə  tükənmir,  o,  real  konkret  şəraitdə  və 

məzmunda təzahür edir. Həmin məzmun subyektlərin öz həyatının mövcudlu-

ğunu qoruyub saxlamaq və imkan daxilində onu yaxşılaşdırmaqdan ibarətdir. 

Sözügedən  ziddiyyətlik  özündə  potensial  vəziyyətdə  həm  iqtisadi,  həm  də 

sosial özgələşmənin güclənməsi imkanlarına malik olur. Onların məhz imkan 

vəziyyətində  qalmasında  yəni  reallaşaraq  gerçəkliyə  çevrilməsinin  qarşısının 

alınmasında,  iqtisadi  və  sosial  idarəçilik  böyük  rol  oynayır.  Onun  şüurlu  və 

elmi əsaslarla aparılması iştirakçıların spesifik maraqlarının nəzərə alınmasın-

da və bir-birilə əlaqələndirilərək uzlaşdırılmasında müstəsna dərəcədə böyük 

əhəmiyyət  kəsb  edir.  Sosial  həyatın  təkmilləşməsinə  yönələn  idarəçilik  me-

xanizmləri təkcə cari təsərrüfat vəzifələrinin müəyyən edilməsi və həlli məq-

sədi güdmür, onların çox mühüm fəaliyyət istiqamətini bu sahədə strateji xa-

rakterli uzunmüd

dətli  vəzifələrin  qurmağa  istiqamətlənmiş  sosial  idarəçilik 

fəaliyyəti təkcə sırf iqtisadi prosesləri tənzim etməklə (yəni səmərəli təsərrüfat 

qərarları  işləyib  hazırlamaq  və  onları  qənaətli  əsaslarla  həyata  keçirmək) 



 

 

70 



məhdudlaşmır. Hazırda öz işini səmərəli şəkildə həyata keçirilməsi təşkil edir. 

Onun  çox  mühüm  və  ayrılmaz  tərkib  hissəsini  malik  olduğu  dünyagörüşü 

oriyentləri  əsasında  görülmüş  işi  obyektiv  təhlil  etmək,  qiymətləndirmək  və 

dəyərləndirmək,  habelə keçmişdə baş vermiş analoji vəziyyətlər ilə müqayisə 

aparmaq, sözün müsbət mənasında, varisliyi nəzərə almaq təşkil edir. 

İqtisadi  suverenlik  öz  məzmunu  etibarilə  geniş  anlayış  olduğu  kimi, 

onun həyata keçirilməsi də uzun sürən prosesdir. Bu tədricən, yəni pillə-pillə 

real


laşır. Əgər ilk mərhələdə başlıca olaraq insanlara lazım olan maddi nemət-

lərin minimum, nisbətən az miqdarda yaradılması məqsədi güdülürsə, sonralar 

buraya onların həyatının və mülkiyyətinin qorunması da əlavə olunur. Beləlik-

lə, cəmiyyət inkişaf etdikcə iqtisadi suverenliyin miqyasları və həcmi də fasi-

ləsiz  olaraq  genişlənir.  Bu  baxımdan  müasir  Azərbaycan  cəmiyyətinin  milli 

müstəqillik dövrü daha səciyyəvidir. Başqa sözlə deyilsə, ölkəmizdə vətəndaş 

cəmiyyətinin əsaslarının  yaradılması gedişində iqtisadi suverenlik təkmilləşir 

və  möhkəmlənir.  Burada  dövlətin  idarəçilik  və  tənzimedici  fəaliyyəti xüsusi 

yer tutur. Təsadüfi deyildir ki, hazırda ölkəmizdə hüquqi dövlətin formalaşma-

sı təkcə siyasi suverenliyin deyil, həm də iqtisadi suverenliyin təmin edilmə-

sin

də  misilsiz  rol  oynayır.  Onun  bu  yönümdə  fəaliyyəti  həm  də  iqtisadi  və 



sosial  özgələşmənin  əlaqəli  şəkildə  mühüm  əhəmiyyətinə  malikdir.  Dövlət 

ölkə ərazisində vətəndaşların normal həyatı, onun düzgün əlaqələndirilməsi və 

təkrar istehsalının başlıca təminatçısı və müdafiəçisi rolunu oynayan əsas siya-

si  institut  olmaqla  yanaşı  həm  iqtisadi,  həm  də  sosial  sahələrdə  insanların 

fəaliyyəti  məhsullarının  onların  öz  mahiyyəti  üzərində  ağalıq  etməsini  mini-

muma  endirən  tədbirlər  sistemi  işləyib  hazırlayır  və  həyata keçirir. Buradan 

aydın olur ki, müasir cəmiyyətdə iqtisadi özgələşmə formalarının  yumşaldıl-

ma

sında və onun digər özgələşmə növlərinə təsirinin zəifləməsində ölkəmizin 



milli suverenliyinin durmadan inkişafı müstəsna dərəcədə böyük  əhəmiyyətə 

malikdir


. Təhlil sübut edir ki, müasir cəmiyyətdə aşağıdakı istiqamətlər üzrə 

aparılan  işlərin  intensivliyinin  artırılması,  özgələşmənin  iqtisadi  və  sosial 

növlərinin təsirinin azaldılmasına, onun kəskinlik dərəcəsinin aşağı düşməsinə 

kömək edə bilər:  

-

 

cəmiyyətin informatizasiyası, kompüterləşməsi və elektronlaşdırılması 



miqyasının  genişlənməsi  ilə  yanaşı  həmin  proseslərin  humanist  ölçüləri  və 

göstəricilərinin ön plana çəkilməsi

-

 

ölkədə məhsul buraxılmasının  və istehsal vasitələri istehsalının artım 



tempini yüksəltməklə bərabər, cəmiyyətdə əmtəə fetizminin təzahürlərinə qarşı 

mübarizə aparılması; 

-

 

infrastruktur  və  xidmət  sahələrini  inkişaf  etdirməklə  yanaşı,  onlardan 



səmərəli istifadə olunmasına qayğı göstərilməsi; 

-

 



demokratikləşmə  səviyyəsinin  yüksəldilməsi  əsasında  insanların  real 

azadlıq və hüquqlarının genişləndirilməsi. 

Özgələşmənin, o cümlədən də onun iqtisadi və sosial formalarının gələ-



 

 

71 



cək  məsələsi  də  diqqəti  cəlb  edir.  Bu  barədə  elmi-fəlsəfi  ədəbiyyatda  vahid 

rəy yoxdur. Tədqiqatçıların bir qrupu bu barədə marksist ənənəni davam etdi-

rərək gələcək cəmiyyətdə özgələşmə probleminin həll olunacağını (və ya ara-

dan qaldırılacağını) iddia edirlər. Digərləri isə bu fenomenin ümumsosioloji 

status ilə kəsb etdiyini vurğulamaqla, göstərirlər ki, özgələşmə bütün cəmiy-

yətlərdə  mövcud  olacaqdır.  Lakin  ictimai  inkişafın  müxtəlif  pillələri  onun 

kəskinlik  dərəcəsi  ilə  fərqlənir.  Bu  mövqedə  duranlar  insanın  mahiyyəti  ilə 

fəaliyyəti  arasında  müəyyən  ayrılığın  bütün  cəmiyyətlərdə  özünü  göstərdiyi 

özgələşmənin ictimai əmək bölgüsü və mülkiyyət formaları ilə ayrılmaz  su-

rətdə bağlı olduğuna əsaslanırlar. Fikrimizcə, sonuncu yanaşma həqiqətə daha 

y

axındır, çünki özgələşmə ümumsosioloji kateqoriya statusuna malik olmaqla 



bu və ya digər dərəcədə bütün dövrlərdə fəaliyyət göstərir. Əlbəttə, deyilən-

lərdən  belə  nəticə  çıxarılmamalıdır  ki,  cəmiyyət  ona  münasibətdə  passiv  və 

biganə olmamalıdır. Əksinə, cəmiyyətin və  fərdin iqtisadi, sosial və mənəvi-

mədəni potensialı möhkəmləndikcə, özgələşmənin ifadə formalarının yumşal-

d

ılması, onun ictimai və fərdi miqyaslı neqativ təsirlərini azaltmaq və mini-



mu

ma endirmək yönümlü səyləri daha da artırır. Bu mənada hazırda cəmiyyə-

timi

zin  inkişafının bütün sferalarında  baş verən irəliləyişlər müvafiq olaraq 



on

ların  hər  birində  özgələşmənin  məzmunu  və  təzahür  formalarında  özünü 

gös

tərən kəskinlik dərəcəsinin azalması və bütövlükdə onun  yumşalması ilə 



şayiət  olunur.  Bu  mənada,  hazırda  bizim  ölkəmizdə  həyata  keçirilməkdə 

olan çoxtərəfli və əsaslı transformasiyalar ictimai inkişafın təmin edilməsi ilə 

ya

naşı,  həm  də  özgələşmənin  bütün  növlərinin  təsir  gücünün  zəifləməsi 



baxımından böyük əhəmiyyətə malikdir. 

 

ƏDƏBİYYAT  

1.

 

Алексеев П.В. Социальная философия. М.: Т.К/Велби, Проспект, 2005, 608 с. 



2.

 

Багаев А.В. Общение как способ бытия человека и общества. Автореф. дисс. Канд. 



филос. наук. Нижний Новгород, 2006, с.36 

3.

 



Гегель. Работы разных лет. М.: Т.И. Мысль, 1977, 582 с. 

4.

 



Гусейнов А.А. Введение в этику М: МГУ. 1995, 208 с. 

5.

 



Маркс К. Энгелс Ф. Соч. 2-у изд. Т. 42. М., 1985. 372 с. 

6.

 



Парцвания В.В.  Гениальные  отчуждения: от человека абстрактного к человеку кон-

кретному. М.: СИБ: Университетская книга, 2003, 372 с. 

7.

 

Румянцев  М.В.  Социально–философский  анализ  явления  одиночества.  Автореф. 



дисс.канд.филос.наук. Красноярск, 2006, 25 с. 

8.

 



Философия (под ред. И.Д.Губина и Т.Ю.Сидорикой). М.: Русское слово, 1998, 432 с. 

9.

 



Фромм Э. Бегство от свободы М.: Прогресс, 1990, 272 с. 

10.


 

Фромм Э. Анатомия  человеческой  деструктивности. М.: Республика, 1994, 447 с. 

11.

 

Фромм Э. Душа человека. М.: Республика, 1998, 412 с. 



12.

 

Микарубо  С.Н.  Сущность  отчуждения  деятельности  и  социально-философский 



анализ. Автореф.дисс.канд.филос.наук. М.: 1998, 19 с. 

 



 

 

72 



 

ВЗАИМНЫЕ СВЯЗИ ЭКОНОМИЧЕСКИХ И СОЦИАЛЬНЫХ  

ФОРМ ОТЧУЖДЕНИЯ 

 

Г.Г.МАМЕДОВ, Г.М.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

 



В статье анализируется сущность экономической и социальной формы  отчужде-

ния, выявляются особенные связи в современном обществе. Особое внимание уделяется 

раскрытию значения  проводимых в нашей стране трансформационных  процессов, для 

смягчения  остроты экономического и социального отчуждения. 



 

Ключевые  слова:  экономическое  отчуждение,  социальное  отчуждение,  эконо-

мико-философская сущность суверенитета, смягчение отчуждения 

 

INTERRELATION BETWEEN ECONOMIC AND SOCIAL  

FORMS OF ALIENATION 

  

H.G.MAMMADOV, H.M.MAMMADOV 

 

SUMMARY 

 

 

The article analyzes the essence of economic and social forms of alienation, and stu-



dies their interrelation in the contemporary society. Special attention is paid to the exposure of 

the significance of some transformational processes held in our country for the mollification of 

the acuity of economical and social alienations. 

 

Key words:  economical alienation, social alienation, economic-philosophical essence 

of sovereignity, mollification of the essence 

 

 



 

Yüklə 94,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə