Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

99 
 
A.Bakıxanov klassik tərcümə ənənələrinə də yetərincə bələd 
imiş. Bunu elə onun yaxşıca mənimsədiyi, adını hörmətlə çəkdiyi 
Füzulinin «Hədiqətüs-süəda»sı aydınca sübut edir.   
Qeyd edək ki, orta əsrlərə aid mənbələrin çoxunda, o sıradan 
bir çox təzkirələrdə Füzulinin sözügedən əsəri məhz tərcümə 
nümunəsi kimi anılır (bax: 94, XLIV). Deməli, A.Bakıxanov 
klassik tərcümə ədəbiyyatı ənənələrinin təsiri ilə Məclisinin 
«Cəlaül-üyun» əsərini sərbəst və yaradıcı şəkildə, həm də 
ixtisarla ana dilinə çevirmişdir. Tərcüməyə olan bu sərbəst və 
yaradıcı münasibətin göstəriciləri sırasında 
kitaba 
şeir 
parçalarının
 əlavə edilməsi ilə yanaşı, adının dəyişdirilməsi də 
xüsusi yer tutur.  
A.Bakıxanovun «Riyazül-qüds» və M.B.Məclisinin «Cəlaül-
üyun» əsərləri arasındakı mövcud 
ayrıntılarla
 bağlı bir daha 
xüsusi olaraq vurğulamaq istəyirik ki, bu və bu kimi fərqli 
cəhətlər Azərbaycan klassik tərcümə ədəbiyyatının bir 
çox nümunələrində də özünü göstərir (bax: 55, 6-50). 
Beləliklə, «Riyazül-qüds»ün diqqətlə öyrənilməsi, 
xüsusilə də A.Bakıxanovun burada olan qeydləri, eləcə də 
əsərin mətninin «Cəlaül-üyun»la müqayisəli təhlili aşağıdakı 
nəticələrə gəlməyə əsas verir: 
1. «Riyazül-qüds» Məclisinin «Cəlaül-üyun» əsərinin 
qısa, müxtəsər tərcüməsidir. A.Bakıxanov «Riyazül-qüds»ü 
Məclisinin sözügedən əsərindən ayrı-ayrı hissələri seçərək 
sərbəst və yaradıcı şəkildə çevirmiş və tərcümə kitabını 
«Riyazül-qüds» adlandırmışdır. Mütərcim «Cəlaül-üyun»u ana 
dilinə çevirərkən  başlıca  diqqəti  orijinalda  təsvir olunan 
hadisələrin məzmununu  saxlamaqla  yanaşı,  fikrin  yüksək 
üslubda və bədii şəkildə ifadəsinə yönəltmişdir. Bu məqsədlə 
o, tərcüməyə, əsasən, öz qələminin məhsulu olan şeir 
parçalarını da daxil etmişdir. Məhz buna görə də «Riyazül-
qüds» adi tərcümə nümunəsi deyil, orta yüzilliklərdə geniş 
yayılmış klassik tərcümə sənətinin xüsusi bir növü olan 
sərbəst-yaradıcı tərcümədir.
 Bu baxımdan «
Riyazül-qüds
» 


100 
 
daha çox Füzulinin «Hədiqətüs-süəda»sını xatırladır. 
2. «Riyazül-qüds» orta yüzilliklərin klassik sərbəst-
yaradıcı tərcümələrinə xas olan bir sıra səciyyəvi cəhətləri 
özündə əks etdirir. Burada orijinaldakı müəyyən hissələr 
ixtisarla tərcümə edilməklə yanaşı, bir sıra hallarda kiçik 
əlavələrə də 
yol
 verilmişdir. 
3. «Riyazül-qüds» klassik sərbəst-yaradıcı tərcümə 
nümunəsidir. 
Bunu da qeyd etməyi zəruri sayırıq ki, «Riyazül-qüds»lə 
bağlı bu qərarımızda biz günümüzün - çağdaş tərcümə 
nəzəriyyəsinin tələblərinə deyil, klassik tərcümə ənənələrinə 
söykənmiş, 
onları
 əsas 
götürmüşük
. «Riyazül-qüds» tərcümə 
və ya orijinal əsər sayılmasından asılı olmayaraq, 
A.Bakıxanovun yüksək bədii sənətkarlıqla, böyük istək və 
məhəbbətlə qələmə aldığı kamil bir bədii sənət nümunəsidir. 
Məhz buna görə də o, ilk növbədə nəşr edilməli və ətraflı 
araşdırılmalıdır.`  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


101 
 
 
 
 
 
 
 
 
III FƏSİL 
 
«RİYAZÜL-QÜDS»ÜN DİL-ÜSLUB VƏ BƏDİİ           
XÜSUSİYYƏTLƏRİ 
 
BİRİNCİ BÖLMƏ 
 
 
«Riyazül-qüds» və «Hədiqətüs-süəda»: 
səsləşmə 
məqamları
 
 
A.Bakıxanovun «Riyazül-qüds» əsərinin dil-üslub və 
bədii xüsusiyyətlərini araşdırarkən istər-istəməz ilk növbədə 
onunla M.Füzulinin «Hədiqətüs-süəda»sı arasında bu yöndə üst-
üstə düşən cəhətlər, oxşar xüsusiyyətlər - bir sözlə, səsləşmələr 
üzərində dayanmaq lazım gəlir. İrəlidə qeyd edildiyi kimi
«Riyazül-qüds»dən bəhs edən bütün tədqiqatçılar 
A.Bakıxanovun bu əsərində Füzulinin «Hədiqətüs-süəda»sının 
təsiri olduğunu ümumi şəkildə qeyd etmiş, lakin bu təsirin 
incəlikləri, təfərrüatları üzərində dayanmamış, onları konkret 
şəkildə açıqlamamışlar. 
«Riyazül-qüds»ü «Hədiqətüs-süəda» ilə bağlayan cəhətlər, 
bu iki əsər arasında səsləşmə məqamları çoxçalarlı və 
rəngarəngdir. Bu cəhətlər sırasında ilk növbədə hər iki 
əsərin ideya, məzmun, süjet və kompozisiya baxımından 
yaxınlığı və oxşarlığı qeyd olunmalıdır. İstər «Riyazül-qüds», 
istərsə də «Hədiqətüs-süəda» şəhidlik mövzusundadır və 


102 
 
əsasən imam Hüseynin (ə.) Kərbəla müsibətinə həsr olunmuş 
məqtəl kitabıdır. Bu başlıca əhəmiyyətli amil isə, istər-
istəməz, onlar arasında müəyyən oxşar cəhətlərin, üst-üstə 
düşən məqamların labüdlüyünü, zəruriliyini şərtləndirir. 
«Riyazül-qüds»lə «Hədiqətüs-süəda» arasındakı səsləş-
mə məqamları sırasında A.Bakıxanovun əsərinin 
bədii
 quruluş 
baxımından Füzulinin əsəri ilə tam eyniyyət təşkil etdiyini, 
bu baxımdan onlar arasında heç bir fərq olmadığını da 
xüsusi olaraq qeyd etmək olar. Belə ki, «Riyazül-qüds» də 
«Hədiqətüs-süəda» kimi bədii nəsr nümunəsi olsa da, sələfinin 
əsəri kimi onda da nəsr arasında şeir parçalarına   geniş yer 
verilmişdir. «Riyazül-qüds»ün də «Hədiqətüs-süəda» kimi 
nəzmlə başlayıb nəzmlə bitməsini də birincini ikinciyə 
bağlayan zəncir və həlqələrdən biri kimi qəbul etmək olar. 
«Riyazül-qüds»ün eynilə «Hədiqətüs-süəda» şəklində qurulması 
açıq-aşkar şəkildə sübut edir ki, A.Bakıxanov «Riyazül-qüds»ün
 
kompozisiyası,
 quruluşu məsələsində məhz «Hədiqətüs-süəda»nı 
örnək olaraq seçmiş, Füzulinin bu sərbəst-yaradıcı tərcümə 
əsərinə üstünlük vermişdir. Yeri gəlmişkən qeyd edək ki, 
A.Bakıxanovun digər bir nəsr əsəri - «Kitabi-Əsgəriyyə» də 
nəsrlə nəzmin növbələşməsi şəklindədir, Deməli, burada da 
Füzuli yaradıcılığı, xüsusilə də Füzuli nəsri öz təsirini 
göstərmişdir. Qeyd edək ki, bizdən öncə  
Hidayət
 Əfəndiyev 
bu məsələni xüsusi olaraq vurğulamışdır (bax: 23, 103-105). 
Maraqlıdır ki, A.Bakıxanovun bu əsəri də nəsrlə yazılmasına 
baxmayaraq, nəzmlə bitir və onun əvvəli də kiçik bir cümləni 
çıxmaq şərtilə əslində elə nəzmlə başlanır (bax: 15, 121). 
«Riyazül-qüds»lə «Hədiqətüs-süəda» arasındakı  daha bir 
səsləşmə məqamı da elə bilavasitə yuxarıdakı məsələ ilə 
bağlıdır. Füzuli «Hədiqətüs-süəda»nı, məlum olduğu kimi, adi 
nəsrlə deyil, qafiyəli nəsrlə (səc'lə) qələmə almışdır (bax: 
54,8-115). «Riyazül-qüds»ün nəsri də adi nəsr deyil, eynilə 
Füzulinin əsərindəki kimi qafiyəlidir. Yeri gəlmişkən qeyd edək 
ki, ümumiyyətlə, Yaxın və Orta Şərq xalqları ədəbiyyatında nəsr 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə