87
Küleyni və qeyrə sənədi səhih ilə həzrəti-Sadiq
əleyhissəlamdan nəql etmişlər kim, həzrəti-Fatimə pədəri-
namdarından sonra yetmiş beş gün dünyada olub, hüzni-
şədid ol cənabə daxil idi. (lla)
3. Ya Hoseyn, tora souqənd midəhəm ke, ba in qoruh
moğatele nənəmai ke, koşte xahi şod. (208b-209a)
Ya İbn Rəsulullah, saŋa souqənd verirəm ki, bu güruh
ilə müqatilə qılmayasan kim, həlak olursan. (44b)
Birinci cümlənin farscası ilə türkcəsinin bir-birinə
nə dərəcədə uyğun gəldiyini, daha doğrusu, ikincinin birincidən
bir qədər sərbəst şəkildə tərcümə olunduğunu ilk növbədə
«Cəlaül-üyun»da işlənən ayrı-ayrı leksik vahidlərlə onların
«Riyazül-qüds»dəki qarşılıqlarının müqayisəsində görmək
mümkündür: be-hər ke - hər kimə; mosibəti berəsəd -
müsibət irdükdə; yad konəd - yad etsün. Bu leksik
vahidlərdən birincisi ilə üçüncüsü istər leksik-semantik
baxımdan, istərsə də qrammatik quruluşlarına görə bir-bir-
lərinə tam uyğun gəlir. Farsca cümlədəki birinci söz - hər
ke qeyri-müəyyən əvəzliyi fars dilində yönlük hal
məzmununu bildirən be önqoşması ilə işlənmişdir, onun
türkcə qarşılığı da yönlük haldadır. Eləcə də farsca
cümlədəki «yad konəd» tərkibi feli fars dilində əmr
şəklində işlənmişdir, onun türkcə qarşılığı da eyni
biçimdədir. Farsca cümlədəki «mosibət» ismi ilə işlənmiş
«berəsəd» (çatsa, gəlsə) feli isə fars dilində şərt şəklində
olduğu halda, onun türkcə qarşılığı «irdükdə» (çatdıqda,
gəldikdə) feli bağlama şəklindədir. Bununla belə, onlar
qrammatik quruluş baxımından fərqlənsələr də, leksik-
semantik cəhətdən bir-birlərinə tam uyğun gəlir.
Cümlələrin ikinci tərəflərində isə müəyyən fərqli
cəhətlərin olması göz qabağındadır. Belə ki, farsca
mürəkkəb cümlənin tərkibindəki sonuncu tərəfin - «an
əzimtərin-e mosibəthast» (o, ən böyük müsibətdir)
cümləsinin türkcə qarşılığı, birincisi, farscadakı kimi cəmi
88
üç sözdən yox, altı sözdən ibarətdir. İkincisi isə, türkcə
cümlədəki: «ehtimali-şəkk yoxdur» leksik vahidlərinin
qarşılığı farsca cümlədə yoxdur, deməli, mütərcim
əlavəsidir. Bundan əlavə, türkcə cümlədəki «əfzə'i-məsaib» (ən
qəmli müsibətlər) birləşməsinin birinci tərəfi onun farsca
qarşılığından incə məna fərqi ilə seçilir; farscada: ən böyük,
türkcədə isə: ən qəmli. Bununla belə, bütövlükdə götürdükdə
sözügedən iki əsərdən götürülmüş
bu cümlələrin məzmunları
üst-üstə düşür və bu baxımdan onlar arasında açıq-aşkar bir
uyğunluq, uyarlıq olduğu heç bir şübhə doğurmur. Deməli,
«Riyazül-qüds»dəki bu cümlələr «Cəlaül-üyun»dan tərcümə
olunmuşdur. Qeyd edək ki, yuxarıdakı cümlələr hər iki əsərdə
Məhəmməd peyğəmbər (s.) haqqında olan birinci babdandır
və o həzrətin dilindən verilmişdir.
Adı çəkilən
əsərlərdəki ikinci cümlələr həzrət Fatimədən
(ə.) bəhs edən ikinci babdan götürülmüşdür. Yuxarıdakı
birinci
nümunə
ilə müqayisədə bu cümlələr arasındakı
uyğunluq və yaxınlıq dərəcəsi daha qabarıq şəkildə özünü
göstərir. Belə ki, bu cümlələrin istər qrammatik quruluşu, istərsə
də onlarda istifadə olunmuş leksik vahidlər bir-biri ilə tam üst-
üstə düşür. Başqa sözlə desək, türkcə cümlə farsca cümlənin sırf
tərcüməsidir, artıq buna başqa ad vermək mümkün deyil. Bu
cümlələrdə istifadə olunan leksik vahidlərin çoxunun eyni
olması göz qabağındadır: sənədha-ye səhih - sənədi-səhih;
rəvayət
kərdeənd
- nəql etmişlər; dər-donya mand - dünyada
olub; hozn-e şədidi - hüzni-şədid; bər-an həzrət daxel
şode
bud - ol cənabə daxil idi. A.Bakıxanov bu cümlənin
tərcüməsində yalnız iki kiçik dəyişiklik etmişdir: farsca
cümlədə cəmdə olan «sənədha» (sənədlər) sözünü təkdə
«sənəd» kimi vermiş və «pedər-e bozorgvar» (ulu ata)
birləşməsinin ikinci tərəfini - «bozorgvar» (ulu, böyük) sifətini
«namdar» (adlı-sanlı, şöhrətli) sifəti ilə əvəz etmişdir: pedər-e
bozorgvar - pədəri-namdar.
Hər iki əsərdəki beşinci babdan götürülmüş üçüncü cümlələr
89
də istər məzmunca, istərsə də sintaktik quruluş baxımından biri-
birinə uyğun gəlir. A.Bakıxanov bu cümləni də sırf tərcümə
etmişdir; o, farsca cümlədəki bütün sözləri eynilə ya saxlamış, ya da
onların yerinə türkcə qarşılıqlarını qoymuşdur. Bu cümlə
arasındakı yeganə fərq farsca cümlədəki Hüseyn xüsusi isminin
(imam Hüseynin) İbn Rəsulullah (lüğəvi mənası: Allahın
elçisinin oğlu) xüsusi ismi ilə əvəzlənməsi və birincidəki «koşte
xahi şod» (ölürsən) felinin əvəzində oxşar mənalı «həlak
olursan» feli ilə işlənməsidir ki, bu da onlar arasında heç bir
dəyişikliyə gətirib çıxarmamışdır və təbii qəbul edilməlidir.
Beləliklə, «Cəlaül-üyun» və «Riyazül-qüds»dəki bu üç
nümunənin müqayisəsi onlar arasında tam bir uyğunluq
olduğunu, daha doğrusu, türkcə cümlələrin farsca cüm-
lələrdən tərcümə olunduğunu açıq-aşkar sübut edir. Hər iki
əsərdə bu qəbildən olan cümlələr çoxdur və onların sayını
artırmaq da olar, lakin, təbii ki, elə yuxarıdakı nümunələrin özü
də bu barədə konkret bir qənaətə gəlməyə əsas verir və bu
baxımdan yetərlidir.
Hər iki əsərin mətnləri üzərindəki müşahidələr göstərir ki,
A.Bakıxanov «Cəlaül-üyun»u tərcümə edərkən, bir qayda olaraq,
fars dilinin sintaktik quruluşunun təsiri altına düşməmiş və
cümlələlərini ana dilinin sintaktik normalarına əməl etməklə,
sərbəst şəkildə qurmağa can atmışdır. Bunu yuxarıdakı
cümlələrin nümunəsində də açıq-aşkar görmək olar. Bununla
belə, A.Bakıxanov nadir hallarda «Cəlaül-üyun»dakı bəzi
cümlələrin tərcüməsində onların quruluşunu, sintaktik qəliblərini də
olduğu kimi saxlamışdır. Nümunə olaraq aşağıdakı cümlənin
farscasına və onun türkcəyə tərcüməsinə nəzər salaq:
Mixahi, tora be-əmri də'vət konəm ke, baes-e şərəf və
axerət-e to başəd (112a)
Sevərmisən, səni dəvət
edim
bir əmrə ki, baisi-şərəfi-
dünya və axirət ola. (15a)
Bu cümlələr söz sırası baxımından, demək olar ki, tam üst-
üstə düşür. Hər iki cümlə mürəkkəb quruluşlu tabeli mürəkkəb
Dostları ilə paylaş: |