Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

75 
 
lətif» (lətif üzvlər), «navəki-tir» (kaman oxu), «nuki-şəmşir» 
(qılınc ucu), «səri-mübarək»  (mübarək baş),  «xəncəri-
bidad»  (zülm xəncəri) və s. Mütərcimin bu əlavələri
sözsüz ki, fikrin təsir gücünü, onun emosionallığını daha da 
artırmağa xidmət edir. Qeyd edək ki, bu ifadələrdən ikisi ilə 
A.Bakıxanov həm də qafiyə yaratmışdır: navəki-tir və nuki-
şəmşir.  Beləliklə, A.Bakıxanov bu mətnin tərcüməsində, 
əsasən, bədiilik xatirinə bir sıra söz və ifadələri də tərcüməsinə 
artıraraq epizoddakı hadisəni daha emosional şəkildə ifadə 
etməyə nail olmuşdur. 
Mətnlər arasındakı ikinci fərq isə, qeyd etdiyimiz kimi, 
onlardakı cümlələrin quruluşlarındadır. Belə ki, A.Bakıxanov 
farsca mətni tərcümə edərkən başlıca diqqəti onun məzmununa 
yönəltmiş və cümlələlərini orijinalın sintaktik quruluşundan 
fərqli biçimdə, sərbəst şəkildə qurmağa meyilli olmuşdur. 
Məsələn, farsca mətnin son cümləsi tabeli mürəkkəb cümlə 
şəklindədir və sözlərin sırasını saxlamaq şərtilə cağdaş dilimizdə 
belə səslənir: «Sonra Haqq-taala səsləndi ki, fəda etdim sənin 
qəmini öz oğlun İsmayıla». Göründüyü kimi, tamamlıq budaq 
cümləli bu tabeli mürəkkəb cümlənin ikinci cümləsindəki «fəda 
kərdəm»  (fəda etdim) xəbəri lap əvvəldə işlənmişdir. Bu 
cümlənin türkcə qarşılığı isə üç cəhətdən ondan fərqlənir. 
Birincisi, o, mürəkkəb cümlə yox, sadə cümlə şəklindədir. 
İkincisi, baş cümlədəki «neda kərd» (səsləndi) xəbərini 
A.Bakıxanov sondan ikinci cümlədə verərək bu cümləni 
vəsitəsiz nitq şəklində qurmuşdur: «...xitab yetişdi: Aya İbrahim, 
etdügün cəzə'i fərzəndin İsmayıla fəda qıldum». Üçüncüsü isə, 
farsca cümlədəki «fəda kərdəm» xəbərinin qarşılığı cümlədə 
əvvəldə yox, sonda işlənmişdir. Beləliklə, A.Bakıxanov farsca 
mətndəki son iki cümləni tərcümə edərkən onların quruluşunu 
dəyişdirmiş və fikrini tam sərbəst şəkildə ifadə etmişdir. Başqa 
sözlə desək, farsca və türkcə mətnlərdəki cümlələrin çoxu 
sintaktik quruluş baxımından bir-birindən fərqlənirlər ki, bu da 
tərcümə nəzəriyyəsində ən mühüm və başlıca müsbət 


76 
 
keyfiyyətlərdən biri kimi dəyərləndirilir. 
Yuxarıdakı mətnlə bağlı onu da qeyd edək ki, burada 
təsvir edilən hadisə, demək olar ki, eynilə Füzulinin «Hədiqətüs-
süəda»sında da (təbii ki, həm də Kaşifınin «Rövzətüş-şühəda» 
əsərində) vardır və burada da həmin rəvayət imam Rzanın (ə.) 
dilindən söylənilmişdir (bax: 29, 41). Bu fakt, eləcə də bu 
qəbildən olan digər oxşar xüsusiyyətlər sübut edir ki, məqtəl 
kitabı yazan müəlliflər, eləcə də onların mütərcimləri, əsasən, 
eyni mənbələrdən bəhrələnmiş və bir sıra hallarda bir-birlərini 
təkrar etmişlər. 
«Cəlaül-üyun»la «Riyazül-qüds»ün mətnləri arasında bu cür 
uyğun gələn hissələr, üst-üstə düşən yerlər hər iki əsərdəki eyni 
bab və fəsillərin hamısında, ümumiyyətlə, bütün əsər boyu 
müşahidə olunur. Buna sübut olaraq daha bir kiçik parçanın farsca 
və türkcəsini nəzərdən keçirək.  
«Cəlaül-üyun»da: «Həzrət ba-Horr xetab kərd ke, 
madərət be-əza-ye to neşinəd, əz-ma çe mixahi? Horr qoft ke, 
əgər digəri nam-e madər-e məra mibord, motəərrez-e madər-
e u mişodəm, əmma dər-həğğ-e madər-e to be-ğeyr əz-
tə'zim-o-təkrim soxəni bər-zəban nemitəvanəm avərd. Həzrət 
fərmud ke, mətləb-e to çist? Horr qoft: Mixahəm tora nəzd-e 
pesər-e Ziyad 
bebərəm
. Həzrət fərmud ke, mən etaət-e tora 
nəxahəm kərd. Horr qoft:Mən niz dəst bər nemidarəm. Çun 
soxən-e işan be-tul əncamid, Horr qoft ke, mən mə'mur 
nəşodəm ke, ba-to cəng konəm. Əknun ke beamədən-e Kufe 
razi nemişəvi, be-rah-e digər be-ğeyr əz-Mədine boro». (208b) 
«Riyazül-qüds»də:  «Həzrəti-sultani-Kərbəla və sər-
dari-ləşkəri-şühəda Hürrə dedi: Anan matəmində əgləşsün, 
neçün bizə manesən? Hürr dedi: Əgər özgə kimsə madərim 
ismin zikr etsə idi, əlbəttə, mən dəxi anasına mütəərriz 
olurdum,   amma 
anaŋ
 haqqında tə'zim və təkrimdən savay 
söz izhar edə bilməzəm. Həzrət buyurdı: Mətləbin nədir? 
Hürr ərz eylədi: Səni İbn Ziyad yanına aparmaq istərəm.  
Həzrət imtina edüb, bəsti-kəlam aralarında tuli-əncam 


77 
 
olub, axirüləmr, Hürr dedi: Bən müqatiləyə mə'mur degiləm. 
Çün Kufəyə getməzsən, Mədinə yolundan savay canibə 
təvəccöh et». (44a)  
Yuxarıda verilmiş nümunə ilə müqayisədə bu 
nümunədəki cümlələrin farscası ilə türkcələri arasındakı 
uyğunluq və yaxınlıq daha qabarıq şəkildə  nəzərə çarpır. 
Kufəyə gedən imam Hüseynlə (ə.) onun yolunu kəsən 
Hürrün (sonradan o, imamın (ə.) dəstəsinə qoşulur və 
Kərbəlada şəhid olur) söhbəti şəklində qurulan bu epizodun 
farscası ilə türkcəsini nəinki cümlə-cümlə, hətta söz-söz belə 
izləmək  mümkündür. Bu nümunənin müqayisəsini ayrılıqda 
hər bir cümlə üzərində quraq. Farsca birinci cümlə çağdaş 
dilimizdə belə səslənir: «Həzrət, Hürrə dedi ki, anan matəmində 
otursun, bizdən nə istəyirsən?». Cümlənin türkcəyə tərcüməsi 
məzmunca ona, əsasən, uyğun gəlsə də, onlar arasında müəyyən 
fərq də özünü göstərir. A.Bakıxanov bu cümlədəki «madərət 
be-əza-ye to neşinəd» deyimini çox uğurla «anan matəmində 
əgləşsün»  şəklində çevirərək, farsca ifadədəki «əza»  sözünü 
onunla sinonim olan  «matəm»  leksemi ilə əvəzləmiş, digər 
iki sözü isə onların türkcə qarşılıqları ilə vermişdir. Qeyd 
edək ki, bu deyim indi də danışıq dilində «anan matəminə 
(yasına) otursun»  şəklində işlənir.  Bu cümlələr arasındakı 
fərqə gəldikdə isə, ilk növbədə A.Bakıxanovun mətndəki 
«həzrət»  sözünü səc' xatirinə iki birləşmə ilə verməsini qeyd 
etmək lazımdır: həzrəti-sultani-Kərbəla və sərdari-ləşkəri-
şühəda.  Bundan əlavə, farsca cümlə mürəkkəb quruluşludur: 
tabeli mürəkkəb cümlə şəklindədir və orada ifadə olunan fikir 
vasitəli nitq şəklində verilmişdir. Bu cümlənin türkcəyə 
tərcüməsi isə orijinaldan iki cəhətdən fərqlənir: birincisi, iki 
sadə cümlədən ibarətdir; ikincisi isə, burada fıkir vasitəli nitq 
yox, vasitəsiz nitq şəklində ifadə olunmuşdur. A.Bakıxanov 
bunun üçün farsca mətndəki «ke»  bağlayıcısını tərcümədə 
buraxmış və orijinaldakı fıkri iki cümlə vasitəsilə ifadə 
etmişdir. Bu cümlələrin orijinalı ilə tərcüməsi arasındakı daha 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə