Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

84 
 
gəldikdə isə, onlar arasında elə bir ciddi fərq müşahidə olunmur. 
Qeyd edək ki, «Cəlaül-üyun»da bu epizoddan sonrakı cümlədə 
imam Hüseynin (ə.) oğlu Zeynəlabidini yanına çağıraraq onu 
özünün xəlifəsi və canişini təyin etməsindən danışılır (223a). 
Həmin cümlənin tərcüməsi «Riyazül-qüds»də də vardır. 
«Cəlaül-üyun»da daha sonra imam Hüseynin (ə.) hələ 
İraqa yola düşməzdən öncə şəhid olacağını  bilməsi, buna 
görə də Kərbəlaya getməzdən qabaq peyğəmbərlərə məxsus 
kitabları və digər əmanətləri Peyğəmbərin (s.) zövcəsi Ümm 
Sələməyə tapşırması təsvir olunur. Bundan əlavə burada 
göstərilir ki, imam Hüseyn (ə.) imam Zeynəlabidinin (ə.) 
xəstə olduğunu nəzərə alaraq vəsiyyətnaməsini ona deyil, öz 
qızı Fatiməyə verir (223a). Bu məlumatlar «Riyazül-qüds»də 
bütövlükdə yoxdur. «Cəlaül-üyun»dakı bu məlumatlardan 
sonrakı hissə - imam Hüseynin (ə.) şəhadət kəmərini belinə 
bağlayaraq döyüş üçün meydana atılması və rəcəz oxuması 
haqqında olan epizod isə eynilə «Riyazül-qüds»də də vardır 
(bax: 104, 223a; 14, 62b).  
Deməli, A.Bakıxanov hər hansı bir parçanı birbaşa 
tərcümə etdikdə belə yeri gəldikcə müəyyən məqamlarda kiçik 
ixtisarlara da yol vermişdir. Bu hal ötəri səciyyə daşımır, əksinə 
bütün əsər boyu müşahidə olunur. 
«Cəlaül-üyun» və «Riyazül-qüds» əsərlərinin mətnlə-
rinin müqayisəli təhlili göstərir ki, A.Bakıxanov Məclisinin 
əsərindən bilavasitə tərcümə etdiyi hissələrin çoxunda, qeyd 
etdiyimiz kimi, sərbəstliyə daha çox meyilli olmuşdur. Bu 
sərbəstlik təkcə orijinalın mətnindəki ayrı-ayrı hissə və ya 
epizodların buraxılması və ya qafiyəli nəsr xatirinə tərcümədə 
müəyyən söz və ifadələrin mətnə artırılması ilə məhdudlaşmır, 
həm də ümumiyyətlə, tərcümə sənətinə olan münasibətdə də 
özünü göstərir. Hər iki əsərin mətnlərinin qarşılaşdırılması belə 
bir qənaətə gəlməyə əsas verir ki, A.Bakıxanov «Cəlaül-
üyun»dakı müəyyən hissəni və parçanı ana dilinə çevirərkən 
orijinalın sintaktik quruluşunun təsiri altına düşməmiş, əksinə 


85 
 
cümlələrini sərbəst şəkildə, orijinaldakından fərqli biçimdə 
qurmağa çalışmışdır. Aşağıdakı nümunənin orijinalı ilə 
tərcüməsinin qarşılaşdırılması bunu əyani şəkildə sübut edir. 
«Cəlaül-üyun»da:  «Həzrət-e İsa dər səhraha  çun 
ba həvariyyun səyahət minəmud, be səhra-ye Kərbəla obur 
fərmud. Və çun daxel-e an səhra şod və xast ke, əz-an səhra 
birun rəvəd, şiri bər sər-e rah-e işan aməd. İsa fərmud ke, ey 
şir, çera sər-e rah-e ma gereftei? Şir be əmr-e Xodavənd-e 
ğədir be soxən aməd və be zəban-e fəsih qoft: 
Nemiqozarəm
 
əz-in səhra birun rəvi, ta lə'nət koni 
ğatel
-e Hoseynra. İsa 
qoft: Hoseyn kist? Şir qoft: Fərzəndzade-ye nəbiyyi-ommi 
və fərzənd-e Əliyyi-vəliyy. İsa qoft: 
Koşənde
-ye u kist? Şir 
qoft ke, Yezid əst ke, vəhşiyan və dərəndeqan - həme ura 
lə'nət 
mikonənd
, xosusən dər əyyam-e Aşura. Pəs İsa 
dəst
 
be doa bər daşt və Yezidra lə'nət kərd və həvariyyun amin 
qoftənd və şir dur şod və işan əz an zəmin birun rəftənd». 
(182a-b) 
«Riyazül-qüdsdə»:  «Bir gün həngami-səyahətdə həva-
riyyun ittifaq ilə həzrəti-Ruhullah İsa bin Məryəm badiyeyi-
Kərbəlayə daxil olduqda bir şiri-zeh, şiri-dəlir onlara qət'i-
məmərr və 
səddi
-mibər edüb manei-əzimət oldı. Həzrəti-Məsih 
dedi: Ey heyvan, neçün bizlərə mane olursan və bisəbəb 
təərrüz qılursan? Ol şir əmri-Rəbbi-qədir ilə nitqə gəlüb dedi: 
Ya Ruhullah, bu mənzili-
cangüsəl
 şəhidi imam Hüseynə ki, o 
nuri-çeşmi-
Məhəmmədül
-Mustəfa və cigərguşeyi-Əliyyül-
Murtəzadır, onun qatilinə lə'nət etməyincə bu mənzildən 
keçmək sizə mümkün olmaz. İsa dedi: Onun qatili kimdir?  
Məsələn
, türkcə nümunənin ilk cümləsində işlənmiş «bir 
gün», «dəlir» (igid), «səddi-mibər» (yolu kəsmək) kimi söz və 
ifadələrin qarşılığı farsca mətndə yoxdur, deməli, onlar 
A.Bakıxanovun əlavələridir. Qeyd edək ki, bu əlavələrdən 
birincisi - «bir gün» zaman zərfliyi təhkiyə üslubu baxımından 
yerində işlənmişdir.  Həmin cümlədəki «dəlir»  sözünü və 
«səddi-mibər»  birləşməsini isə A.Bakıxanov qafiyə xatirinə 


86 
 
mətnə artırmışdır: şir-dəlir; qət'i-məmərr (yolu kəsmək) – səddi-
mibər. Türkcə mətndəki üçüncü cümlədə işlənmiş «bisəbəb 
təərrüz qılursan» cümləsini də A.Bakıxanov qafiyəli nəsr 
xatirinə özündən artırmışdır. Həmçinin burada Yezid üçün 
işlədilmiş  «ənid»  (şər adam, yaramaz) sözü, «mütəvəttini-məlai- 
ə'la»  (səmada yaşayanlar, mələklər) və «sakinini-ərzü səma» 
(yerdə-göydə yaşayanlar) birləşmələrinin qarşılığı da farsca 
mətndə yoxdur və qafiyəli nəsrə görə türkcə mətnə əlavə 
edilmişdir. Bu nümunələr arasında ikinci fərqli cəhət isə 
A.Bakıxanovun işlətdiyi cümlələrin quruluş baxımından farsca 
orijinalından seçilməsi, fərqli biçimdə qurulmasıdır. Məsələn, 
farsca ikinci cümlə tamamlıq budaq cümləsi şəklində qurulduğu 
halda, A.Bakıxanovun cümləsi feli bağlama tərkibli sadə geniş 
cümlə şəklindədir. Sonrakı cümlələrin quruluşlarında da 
orijinalla müqayisədə müəyyən fərqli cəhətlər özünü göstərir. 
«Cəlaül-üyun»la «Riyazül-qüds»ün bab və fəsillərinin 
adlarına gəldikdə isə onların çoxu bir-birinə, əsasən, uyğun gəlsə 
də, burada da müəyyən incə fərqli xüsusiyyətlər müşahidə 
olunur. 
«Riyazül-qüds»ün «Cəlaül-üyun» əsərindən sərbəst və 
yaradıcı şəkildə tərcümə edildiyini hər iki əsərin eyni 
hissələrində olan əksər cümlələrin müqayisəsi və qarşılaş-
dırılması da əyani şəkildə sübut edir. Nümunə olaraq hər iki 
əsərdəki aşağıdakı üç cümləyə diqqət yetirək. 
1. Ya Əli, be-hər ke  mosibəti  berəsəd, mosibət-e məra 
yad konəd ke, an əzimtərin-e  mosibət hast. (40b) 
Ya Əli, hər kimə bir müsibət irdükdə bənim müsibətimi 
yad etsün, zira kim, əfzə'i-məsaib olduğunda ehtimali-şəkk 
yoxdur. (6b) 
2. Koleyni və digəran be-sənədha-ye  səhih əz-həzrət-e 
Sadeğ əleyhossəlam   rəvayət kərdənd ke, həzrət-e Fateme bə'd 
əz-pedər-e bozorgvar-e xod  həftad-o-pənc ruz  dər-donya 
mand və hozn-e 
şədidi
 bər-an həzrət daxel şode  bud. 
(78b)       


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə