Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

90 
 
cümlədir, onlardakı budaq cümlənin növləri də (tamamlıq və təyin) 
eynidir. A.Bakıxanov bu cümlənin tərcüməsində söz sırası 
baxımından bircə dəyişiklik etmişdir: farsca cümlədəki «də'vət 
konəm» (dəvət 
edəm
) xəbərinin yerini türkcədə dəyişdirmişdir. Bu 
iki cümlə məzmunca da bir-biri ilə tam üst-üstə düşür ki, bunu da 
farsca cümlədə işlənmiş «əmr»  (

)  sözünün,  «baes-e şərəf və 
axerət» birləşməsinin türkcə cümlədə də saxlanılmasında görmək 
mümkündür. A.Bakıxanov bu cümləni tərcümə edərkən sonda 
ona  «dünya»  sözünü də əlavə etmişdir. Maraqlıdır ki, o, farsca 
cümlədəki ilk sözü - «mixahi»  (istəyirsən) lesik vahidini 
«sevərmisən» kimi tərcümə etmişdir. Aydındır ki, burada həmin söz 
«istəyirmisən» 
mənasını
 daşıyır. Qeyd edək ki, orijinalın sintaktik 
quruluşunun eynilə tərcümədə də saxlanılması daha çox Nişatinin 
«Şühədanamə» tərcüməsində müşahidə olunur (bax: 
56, l58-
171). Bu hal xüsusilə təyin budaq cümləli tabeli mürəkkəb 
cümlələrdə özünü göstərir. Məsələn: «Böyük qardaşı ki, adı 
İbrahim idi dedi» (75, 191b). Yeri gəlmişkən qeyd edək ki, bu 
tipli cümlələrə bir sıra müəlliflərin orijinal əsərlərində də 
rast gəlirik. Məsələn, M.F.
Axundzadənin
 «Aldanmış 
kəvakib» əsərindəki aşağıdakı cümlə buna nümunə ola bilər: 
«Pişxidmətlər əllərində məcmə ilə ki,  içində xələti-şahanə 
qoyulmuşdu, dükana ayaq basdılar» (6, 28). Bu tipli cümlələr, 
təbii ki, fars dilinin sintaktik quruluşunun təsiri ilə yaranmışdır. 
«Riyazül-qüds»də bu cür quruluşlu cümlələr çox azdır və 
onlardan bəziləri farsca orijinallarından bu baxımdan 
fərqlənir. Nümunə olaraq aşağıdakı cümlənin farscasına və 
türkcəsinə diqqət yetirək. 
«Cəlaül-üyun»da:  Aya şərm nədari ki, sər-e pedər-
e mən Hoseyn-fərzənd-e Fateme-vo-Əli və cegərquşe-ye 
rəsul-e Xoda bər-dərvazeye şəhr avixte əst. (239a) 
«Riyazül-qüds»də:  Aya şərm etməzsən, ol baş kim
cənabi-peyğəmbər kəndü qucağında yüz naz ilə  bəslə-
yübdür,  bu  növ bimiqdar edərsən? (75a) 
«Cəlaül-üyun»dakı bu cümlə tamamlıq budaq cümləsi tabeli 


91 
 
mürəkkəb cümlədir və onun budaq cümləsindəki Hoseyn 
sözünün əlavəsi işlənmişdir. A.Bakıxanov bu cümlənin 
məzmununu tərcümədə əsasən saxlasa da, cümləsini 
orijinaldan fərqli biçimdə - mürəkkəb quruluşlu tabeli 
mürəkkəb cümlə şəklində qurmuşdur: onda həm tamamlıq 
budaq cümləsi, həm də təyin budaq cümləsi   işlənmişdir. 
Deməli, «Riyazül-qüds»dəki cümlənin bu tipi - onda işlənmiş 
təyin budaq cümləsi farsca mətnin sintaktik təsirinin 
nəticəsi kimi qəbul edilə bilməz. Məlum olduğu kimi, XIX 
əsr Azərbaycan müəlliflərinin bir çoxu ilk təhsillərini ərəb və fars 
dillərində almışlar və təbii ki, onların nitqlərində, yazılarında bu 
dillərin, xüsusilə də fars dilinin cümlə quruluşunun müəyyən 
təsiri olmuşdur. Bu təsir, təbii ki, A.
Bakıxanovun
, eləcə 
də M.Axundzadənin yaradıcılığında da özünü göstərir. 
Yuxarıdakı cümlələrlə bağlı onu da qeyd edək ki, onların birinci 
hissəsi tam eynidir: aya şərm  nədari - aya şərm etməzsən. 
Cümlələrin davamı olan ikinci hissə isə incə məna fərqləri ilə 
bir-birindən seçilir. Farsca cümlədə imam Hüseynin başı 
mübtədasının əlavəsi kimi «Fatimə və Əlinin övladı, Allahın 
elçisinin ciyərparası» sözləri işləndiyi halda, A.Bakıxanovun 
cümləsində, göründüyü kimi, ilk sözlər yoxdur, peyğəmbərin adı 
çəkilən hissə isə bir qədər başqa şəkildədir. Bundan əlavə, farsca 
cümlədə imamın başının şəhər darvazasından asılması, onun 
türkcəsində isə başla yaramaz davranışdan danışılır. Bütün bunlar 
isə A.Bakıxanovun tərcümə zamanı yol verdiyi sərbəstliklə 
bağlıdır. 
«Cəlaül-üyun»la «Riyazül-qüds»ün müqayisəli təhlilini 
hər iki əsərdəki eyni fəsillərin ümumi məzmunları 
üzərində də apardıq və onlar arasında bu baxımdan da, əsasən, 
bir uyğunluq olduğu qənaətinə gəldik. Nümunə olaraq «Cəlaül-
üyun» əsərinin beşinci babındakı imam Hüseynin (ə.) əmisi 
oğlu Müslim bin Əqilin Kufəyə getməsindən və orada şəhid 
olmasından bəhs edən on üçüncü fəslin qısa məzmununu veririk: 
 
İmam Hüseyn (ə.) Kufə camaatından 
beyət
 almaq (onun 


92 
 
hakimiyyətini qəbul etmək) üçün əmisi oğlu Müslim bin Əqili 
ora göndərir. Müslim iki nəfərlə birgə Kufəyə tərəf yola düşür. 
Onlar səhrada yolu itirirlər və Müslimin yoldaşları susuzluqdan 
ölürlər. Müslim imama məktub yazaraq bu hadisəni ona çatdırır 
və məsləhət olarsa, geri qayıtmasını xahiş edir. İmam (ə.) isə 
cavab məktubunda Müslimə yazır ki, yolunu davam etdirsin. 
Müslim yolda bir ovçunun 
ahu
 ovladığını görərək düşünür ki, 
inşallah, düşmənimi öldürəcəyəm. Bununla belə, ürəyində bu 
hadisədən bərk narahat olur. O, Kufəyə gələrək burada Muxtar 
bin Əbi Übeydə Səqəfinin evinə düşür. Müslimi burada yaxşı 
qarşılayırlar və tezliklə 18 min nəfər imamın hakimiyyətini 
qəbul edir. Müslim bu barədə imama (ə.) məktub yazaraq 
Kufəyə gəlməyin münasib olduğunu bildirir. Şəhərin valisi 
Neman bin Bəşir bundan xəbər tutaraq məsciddə camaata deyir 
ki, Allahdan qorxun və belə bir işə qol qoymayın. Bu məsciddə 
olan Abdullah bin Müslim adlı bir əyan xəlifə Yezidə məktub 
yazaraq məsələni ona çatdırır. Yezid Bəsrə valisi Übeydullah 
bin Ziyadı Kufəyə vali təyin edir və ona tapşırır ki, ya Müslimi 
tutub yanıma göndər, ya da qətlə yetir. Übeydullah Kufəyə yola 
düşür, şəhər camaatı onu imam Hüseyn (ə.) təsəvvür edərək 
yanına gəlir və ehtiramla qarşılayır. Sonra məlum olur ki, o, yeni 
təyin olunan validir. Übeydullah şəhərin varlılarını yanına 
çağıraraq onlara bildirir ki, Yezidin əleyhinə çıxanlar ağır 
cəzalandırılacaqlar. O, Müslimin yerini öyrənmək üçün casus 
göndərir. Bundan xəbər tutan Müslim, Hani bin Ürvənin 
evində gizlənir. Übeydullah, Hani bin Ürvəni yanına çağıraraq 
Müslimi ələ verməsini tələb edir. Hani razılaşmır, onu 
öldürürlər. Müslim Haninin evindən çıxıb başqa bir yerdə 
gizlənir, lakin tezliklə ələ keçir və öldürülür. O, 
ölümündən qabaq imama (ə.) bu barədə xəbər verilməsini 
vəsiyyət edir (199a-204b). 
Bu hadisələrin hamısı eynilə «Riyazül-qüds»də də 
vardır. Sadəcə olaraq, «Riyazül-qüds»də həmin fəsil sıra ilə 13-
cü yox, 6-cıdır (37a-41a). Qeyd edək ki, «Cəlaül-üyun»un bu 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə