Azərbaycan Türkü, nədir cavabın? (1)
1495
*- Mümkün deyil.
Azərbaycan Türkü, hanı bə dərkin?
Kim oyadacaq səni Araz təkin?*
Kim sansorçulara bəsləyəcək kin? <<<
Kim boykotçulara bəsləyəcək kin? <<<
Kim qoymuyacaq ki, kin söndürə din?
Kim qurtaracaq Arazın şerini?
Ki tanıyalar ... düz ilə əyryni?
1496
Azərbaycan Türkü, nədir cavabın?
Haçan başlanacaqdır inqilabın?
Hacan son bulacaq dərdin, əzabın?
İnqilabsız milli dövlət qurulmaz,
Milli dövlətin ordusu burulmaz.
İnanma rusqulu hakimiyyətə,
Savaşı uğradar məğlubiyyətə.
09.07.2011
454
Azərbaycan Türkü,
nədi cavabın? (2)
1497
Azərbaycan Türkü, nədir hədəfin?
Kim istər bağımsız ola xələfin?
(Hədəfin istər.)
Kim istər köklü ola inkişafın?
Kim Avrupanı sənayeləşdirib?
Kim montajçını ənayiləşdirib?
1498
Azərbaycan Türkü, nədir istiqlal?
Kim qoymaz ki, ola qullanılan mal?
Kim deyər bağımsız edər beytolmal ?
Kim deyər ki, öz yazqını özün yaz?
Kim deyər köləliyin kökünü qaz?
1499
Azərbaycan Türkü, kimdir feodal?
Kim sanar arvadını asılı mal?
(milli kölələrini)
Kim edər hər evini bir federal?
(sömürgələrini)
Kim istər ki, ola ərbabin malı?
(milli köləsi)
Kim köləliyə satmaz istiqlalı?
Siyasəti iqtisad ilə izah etməkdən qorxan soydaşlar istərlər ki,
(1-) Dış düşmənlərimizin ölçüləri və metodları ilə milli prob-
lemlərimizin çözümünə düşünək.
(2-) Milli haqlarımızı satmaqla birlikdə, milli inkişafımızın
düşmənləri olan feodal yapılı iç düşmənlərimizin ölçüləri və
metodları ilə iç problemlərimizin çözümünə düşünək.
Elə ona görə, >
455
Azərbaycan Türkü, nədir cavabın? (2)
(1-) Deməzlər ki, bağımsızlıq qurtarar beytülmalı.
(2-)
Deməzlər ki;
Quran istər ki, kölə, kölə qala / İstəməz ve-
rilməz haqqını ala / İstəməz istiqlal haqqını ala / İstəməz bi-
reysəl haqqını ala.
(3-) Deyərlər ki, a- qızıl boşqabda federalizm sunmuş sömür-
gəçi Rus milləti təkin milli kölələrinə federalizm sunacaq sö-
mürgəçi Fars millətinin don dəyişdirəcək ölçüləri ilə metodları
lazımdır bizə (Müftə qanınız var isə buyurun!).
b- Özgələrin kölgəsinə dönüşmək üçün, özgələrdən asılı edən
montajçılıq ilə kompradorizm lazımdır bizə.
Görəsən kim çinlini dinsiz etdi,
(Dinsiz öz yazqısını özü yazar.)
Dörd yüz illik yolu qırx ildə getdi.* (Deməyin demədilər.)
*- Çininə milli inkişafı açısından baxınız.
1500
Azərbaycan Türkü, kim irançıdır?
Kim bölünmüş tayına yabancıdır?
Niyə həm yabancı, həm yalançıdır?
Kim Səməd Vurğunları manqurt etdi?
Kim Məmmədəminin yolunu getdi?
1501
Azərbaycan Türkü, kim sekulardır?
Kim quranın Allahı təkin kardır?
Kim yazqı haqqımı gömən murdardır?
Kim quran təkin qadın düşmanıdır?
Hansı dəyərlər dərdin dərmanıdır?
(Müsavatçılıq fərdin dərmanıdır.)
(Dinsizliq dövlətlərin dərmanıdır.)
456