Haqqını bil ki, qulluq et özünə,
Yoxsa “ovlan” ki, kababçı qazana.
Otay, Butay
Vətəndir
Baltacı Araz
O tay ilə bu tay vahid bir candır,
Adı odlar yurdu Azərbaycandır.
www.otay-butay-vetendir.com
1
Şairin həyatı:
Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu1953-
cü il oktyabr ayının 23-də Güney Azərbaycanın Mərənd bölgə-
sində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir.Orta
təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-
1979-cü illər arasında İstanbulun Mimar Sinan Güzəl Sanatlar
Üniversitesində ali təhsil almışdır.
1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü
kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı
mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də
məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan
“Yoldaş” dərgisində işıq üzü görmüşdür.
1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk
etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi
fəaliyyətini burada davam etdirmişdir.
Baltacı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı,
eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam
Respublikasında fars şovinizminin hegemonluğu və basqısı
altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və
Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal
haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın
özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ...
əsaslarının nəzəri təhlilini vermişdir.
Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır.
Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında
düçüncəsini ortaya qoyur.
Şair yazır:
O tay ilə bu tay vahid bir candır,
Adı odlar yurdu Azərbaycandır!
Şair "O tay, bu tay Vətəndir" adlı əsərində oxucuya bütöv
Azərbaycan ideyasını aşılayır, millətimizin siyasi və milli
baxımdan şüurlanması işinə öz payını verir.
2
O, bu əsərini xalqımızın bütöv Azərbaycan arzusunu, istəyini
yansıdan və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını
dalğalandıran Gülüstan poemasının yaradıcısı olan unudulmaz
xalq şairimiz Bəxtiyar Vahabzadəyə ithaf etmişdir.
Şair Baltaçı Arazın digər önəmli əsəri “Uyqarlaş” adlı kitabıdır.
Şair bu əsərində insanları uyqar, mədəni və çağdaş olmağa, öz
haqlarını tanıyıb qorumağa çağırır. O, Azərbaycan Türk xalqını
İslamın gerici ehkamlarına, irqçi Firdovsisayağı baxışlara
uymamağa səsləyir. O, qadın haqqında dargörüşlü baxışları,
Türk kültürünə və ictimaiyyətinə aşılanmış irticaçı və
geridəgalmış düşüncəni tanıdır, çağdaş insana yaraşan baxışlarını
ortaya qoyur. Onun fikrincə, qadın azadlığı hər ülkədə onun
mədəniyyəti və insan haqlarını tanımaq ölçüsüdür.
Şair deyirdi, azad ana azad övlad yetişdirər, insansevərliyi və
özgürlüyü onun ruhuna aşılıyar. Azad ruhlu insan kölə olmaz,
kölə etməz və hər zaman öz haqqını arayıb alar.
Baltacı Araz ömrünün sonunadək Güney Azərbaycanın
özgürlüyü, eləcə də erməni daşnakları tərəfindən işqal olunmuş
Qarabağın azadlığı uğrunda qələmi ilə mubarizə aparmışdır. Bu
məsələlər haqqında hazırladığı „Təbriz ilə Qarabağımızı kim
qurtaracaq?“ adlı kitabında o taylı-bu taylı soydaşlarımızın ortaq
dərdi – işğalda olan torpaqlarımızı düşünmək və birgə çıxış yolu
ilə bağlı düşüncə və fikirlərini yazmışdır.
Ürəyi xalqla döyünən şairimiz ömrünün son dəqiqələrində
Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən 2012-ci il
iyunun 25-də, səhər saat 5:00-də ürək infarktı geçirərək dünyasını
dəyişmişdir. Şair 2012-ci il iyunun 28-də Almanıyanın Münster
şəhərindəki Lauheide məzarlığında torpağa tapışırılıb.Yurdsevər
Güney Azərbaycanın istiqlal şairi Baltacı Arazdan aşağıdakı
əsərlər yadigar qalmışdır:
Otay Butay Vetendir, Uyqarlaş və digər fars dilində yazılan
„Azərbaycan inqilaba hamilədir“ adlı kitabıdır.
Şair öz səmərəli yaşamını sevdiyi vətəninin və xalqının azadlığı
yolunda ərmağan qoymuşdur. Onun əsərləri 2004-cü ildən
etibarən Azadtribun və Solgunaz internet sitələrində
yayımlanmaqdadır. 10.10.2013 Eldar Güneyli