Araz qan ağlar!
9
Vətən bənzər insanın bədəninə
Bayraq milli paltarı kəfəninə
Dövlət düşməndən qoruyan məninə
Şərəfli millətin bayrağı olar
Pay verilməz bütöv torpağı olar
10
Azərbaycan ölkədi, bölgə deyil
Farsistanın saldığı kölgə deyil
Yiyəsi Türk xalqıdı, özgə deyil
İşqaldan qurtulsa sömürgə deyil
İran adlı millət yoxdur İranda
Ki höküm sürdürə Azərbaycanda
11
Yurdumu qarət edən,
dərdə salan
Vergilər şəklində milli bac alan
İnkişafının önündə sədd olan
Sinfi təzad deyil, milli təzaddır
Şovenist Farsdır, imperialist yaddır
12
İşləyən çıxardar çörəyi daşdan
Dövlət vergi alar aldığı maaşdan
Yaxud qanını soran vətəndaşdan
Alınan vergi olur milli gəlir
Milli bac verməyən ölkə dirçəlir.
7
Araz qan ağlar
!
13
Azərbaycanda ən böyük iş verən
Fars dövlətidir ki, düşünməz xeyrən
Çalıb-çapmaq üçün əl qoyub yerən
Farsistanda yatırır Fars dövləti
İş gücündən qazandığı sərvəti
14
Türk qılınc gücü ilə çox
iş gördü
Dünyanın yarısına höküm sürdü
Mollalar yuxlatdılar beyni durdu
Avrupa maşın ilə top qayırdı
Turanı muntaj etməyə çağırdı
(Turanı təslim olmağa çağırdı)
15
Marksizmə görə sinfi savaşın
Budur ilk addımı ki, vətəndaşın
Vətənində qayıra bilə maşın
İnkişaf maşın qayırmaqla başlar
Bağbanı kim olur olsun yoldaşlar
16
Marksizmə görə proletaria
Yeni bir bölümdür doğmuş sərmaya
Ki maşın qayıralar fabrikaya
Bu səbəbdən proletersiz ölkə
Montaj etdirənə olar sömürgə
8
Araz qan ağlar
!
17
Azərbaycanın sənaye sistəmi
Teknolojusunun növü, biçimi
Nə istixrac edəcək kölə kimi
Nələr montaj edəcək kölə kimi
Nələr əkib-biçəcək kölə kimi
Rusya iqtisadından asılıdır
Çünkü traktoru da Rus malıdır
18
Buxarest sevməsə Tərbizi boşar
Traktor verməsə Tərbiz nə qoşar?
Küveytə getməsə işsiz dolaşar
Proletariası olmayan ölkə
Satılar ki, qanını sora özgə
19
Traktor montaj edən fabrikası
Doğa bilməz ola övlad anası
Yıprandıqca olar dəmir parası
Ana fabrikanın övladı olar
Montaj etdirən qol-qanadı olar
İnkişaf etməyə hər zadı olar
20
(Ağalıq ilə sərmayə satılmaz.)
Malı sərmayə fabrika şəklində
Satılmaz yaşaya rəqib
əlində
Özgə malı milli olmaz əslində
Ucuz işçi işlədər sömürgədə
Qazancını yatırmaz yad ölkədə
9