Araz qan ağlar
!
33
Əsdi tarix boyu Türkün bayrağı
Qacar dövründə uduzdu torpağı
Bu gün işqal olunub Qarabağı
Çünkü qoymur millətin sağ cinahı
Qayıraq Çin təkin milli silahı*
34
Türk savaş meydanlarında böyüdü
Şərəfli yaşamaq oldu öyüdü
Çünkü Qacarlar dövründə uyudu
Bu bəlalar gəldi sənin başına
Oyansan dev çıxa bilməz qarşına
35
Gülüstan güldürdü, xalqım ağladı
Türkmənçay ürəyini dağladı
Çardan sonra Lenin topa bağladı
Viyitnam bütövlüyünü sağladı
Qaldı Azərbaycanı bölmüş duvar
Ki məğlub Türk şahına çəkdirdi çar
36
Lenin ağlatdı sosializm adıyla
Çünkü aldatdı sinfi “azadı”yla
Çarlığı dadızdırdı tam dadıyla
Rusya bazarı olmağın adını
“Sosializm” qoydu çapa hər zadını
13
Araz qan ağlar
!
37
(1907-də)
Bolşevik devrimindən on il qabaq
Aldı Türk şahlığından Türk soylu xalq
Federalizm ilə məşrutiyyətə haqq
Çünkü Fars milləti hakim qılındı
Türkün ana yasasından silindi
38
Türk soylu məşrutiyətin hədəfi
Haqq verdi qurtula Farsın şərəfi
Türk imperiasına çalmaya dəfi
Millətlər parlamentosu qurula
Şahlıq edəndən də hesab sorula
39
Deməyin demədilər.
Biz Qacar şahlığına qələbə çaldıq
Millətlərə federal haqqı aldıq
Çünkü ayrılmadıq İranda qaldıq
Satqın məclisin əliylə İngiliz
Farsı hakim etdi, məğlub olduq biz
40 *- Sağçı satar.
Tərbiz savaşdı on bir
ay boyunca
Çörək tapılmayanda yedi yonca
Qəhrəmanlıq göstərmədilər onca
Aldı millətlərə federal haqqı
Millətin sağ cinahı satdı xalqı.*
(Türk soylu tacir sinfi satdı xalqı.)
14
Araz qan ağlar
!
41
Arxasız qalan Qacar çökdü bala
Türk milləti bölündü sağa sola
Sağı getdi Tehranda bazar bula
Satdı milli haqlarımızı pula
Qul olduq öz qapımızdakı qula
Ki qoymur Azərbaycan azad ola
42
Lenin Türkə dedi öyrən kəklikdən,
Əl çək yurdsevərlik ilə türklükdən,
“Sosializm” yaxşıdı milli birlikdən.
Fəhlə qılıflıya çaldırdı sazı
Rus soylu sömürgəçi burjuvazı
(Rus kökənli bürokrat burjuvazı)
43
Lenin istiqlalçıya “tanıdı” haqq
Ayrıldı iskandinavyalı xalq
Otay da Rusyadan ayrıldı, ancaq
İki yaşlı milli istiqlalını
Çökdürdü hakim qıla Rus alını
Qovuşa bilmədi otayla butay,
Yaşadı gülüstan ilə türkmənçay.
Kaşki Türk də sarı saçlı olardı,*
Lenin istiqlal “verib” qurtulardı.
*- Fin milləti təkin
15