Araz qan ağlar
!
204
Araz istər xalqını mutlu görə
Düşünüş təməlini düzgün hörə
Kirli zehinləri silə süpürə
Bu savaşın hədəfi azadlıqdır
Məhsulu mutluluqdur abadlıqdır
205
Tayını yaz bəyənmə bu kitabı
Teorizə eylə bu inqilabı
Ki buluna sorğuların cavabı
Teorizə olmuş olsa inqilab
İnqilab edənləri etməz kabab
Haqq sözə qarşı çıxan tərs yol gedər
Hər sözüylə
özünü ifşa edər
206
Arazın yazdığı bu milli əsər
Əssə milli cəhlin kökünü kəsər
Yerində sağlam milli şüur əkər
Arazın əktiyi bu milli şüur
Göyərər, aydınladar, edər cəsur
207
*- Sınanılmış sınanılmaz
Farsistan istəməz İran bölünə
Çünkü milli baclar axır gölünə
Yatırılır Farsistanın çölünə
İlhaqçı fars millətinin məhsulu
Faşistdır həm sağı, həm də ki, solu.*
2000
58
Boğaram
federalist düşsə əlimə.
208
Çox az vaxt qaldı ki, İran qarışa,
Silahlandıran Rusyadan ayrışa,
Amerika ilə şərtli barışa.
Azərbaycan İrandan ayrılmasa,
İrana sömürgə edəcək masa.
209
Yuqoslavya da dilim-dilim oldu,
Hər ölkəsi müstəqil iqlim oldu,
Kim üçün Kosovaya zülüm oldu?
Kim federalçı oldu? kim etdi? Niyə?
Arnavutluq bütövləşməsin deyə.
210
Bölünmüş ölkə tayları yapışar
Neçə ölkəli ölkələr qapışar
Çapılan istiqlal üçün çarpışar
İstiqlal lazımsa, federalizm nədi?
Butay dənəmədi, otay dənədi
211 *- Unudmayın!
Hər nəsil bir səfər inqilab edər*
Başarılı olmasa olar hədər
Başqa nəsil onun yolunu gedər
Qurban olacaqsan ol istiqlala
Federalizmin qurbanı olma bala
59
Boğaram federalist düşsə əlimə
212
Yuqoslavyada da əlli il sürdü
Dincəldikdən sonra ayağa durdu
Federalizmi yıxdı istiqlal qurdu
Əlli il boşuna saqqal ağartdı
Çapqınçının dərdlərini sağaltdı
213
Federalizmi otay sınamadımı?
Yetmiş il boyunca qınamadımı?
Ayrılanda “burnu” qanamadımı?
Geriçi millətlərin federalizmi
Qoymaz gərçəkləşə istiqlal əzmi
Türkiyə türkçəsində: mürtəci ~ gerici
Azərbaycan türkcəsində: mürtəce ~ irticaçı (~ geriçi)
214
Devrim yapılmadan federalizm olmaz
Sonbahar gəlmədən gülləri solmaz
Sınanılmadan da öncə son bulmaz
Federalçı nəsil ölmədən öncə
İstiqlalı gərəkdirməz düşüncə
215 *-
Sözünün üstündə dur!
Savaşın hədəfi federalizm olsa
Müqəddəs sayılmalıdır ulusa
Alçağı təcavüz edər namusa*
Əkib-doğanın borcu böyütməkdir
Tutduğu yolu sapmadan getməkdir
60