Boğaram federalist düşsə əlimə.
216
(Kölə köləçisinə qulluq edər)
Federal ordu bölücü qorumaz
Mərkəzdəki dövlətdən hesab sormaz
Naxırçı(-milləti -dövləti) vurmaz
Bölücü istəsə istiqlal ala
Savaşmalıdır ki, qələbə çala
217
İki bayraqlı millət ola bilməz
Bütöləşmək arzusu sola bilməz
Cahil lider düz yolu bula bilməz
Özünü dərdə salan xalqın səhvi
Liderin səhvidi, ölkənin məhvi
218
(Elçibəy doğru demiş.)
Başçımız Elçibəy federalçı deyil
Deməmiş federalçı ola bir nəsil
Demiş istiqlal üçün yarad meyil
Ayırdığınız tayda dövlət qurun
Bütövləşmək işini önə sürün
(Keçmişin səhvlərini düzəltmək)
(Gələcəyin müqəddəs işidir.)
219
Elçibəyin dərdi xalqın dərdidir
Müstəqil dövlətdir milli ordudur
Vahid Azərbaycan onun yurdudur
İstiqlal doktoru Məmmədəmindir
Federalçı edən şovenist Lenindir
61
Boğaram federalist düşsə əlimə.
220
Elmdən bəslənən teoru solmaz
İstiqlal istəyən federalçı olmaz
Hədəfinə zərərli çarə bulmaz
Hədəf tarixi zərurətdən doğar
Yolundan sapan taktikini boğar
221
Taktik hədəfindən asılı olar
Hədəfinə çatdıran yolu bular
Dostun zərərli qanadını yolar
Yoxsa zərərli dost kütləni bölər
Bölünmüş kütlənin birliyi ölər
222
Zərərli dost
düşmənə qulluq edər
Kütləsi düşmənin yolunu gedər
Xəyanət edər sapıldığı qədər
Düşmənin yapa bilmədiyi işi
Zərərli dostlar yaparlar “A kişi”
(Çöhrəqanlılar yaparlar “A kişi”)
223
Hər kəs öz milli xeyrinə düşünür
Azərbaycanlı qeyrinə düşünür
Oyunlarının seyrinə düşünür
Çünkü gah nala, gah da mıxa döyür
Butayı federalizm yolunda qoyur
62
Boğaram federalist düşsə əlimə.
224
Sənin qırx milyon ucuz
iş gücün var
Şahları mat etməyə kiş gücün var
Dəngə pozanlar ilə eş gücüm var
İstiqlalçı olsan istiqlal istə
Səndən yana istəyə de baş üstə
Başqa dərman yedirib etmə xəstə
225
(Tanı düşmənləri!)
Düşmən istəməz ki, İran bölünə
İstər ki, Azərbaycan məhv oluna
Zərər dəyməyə çapdığı puluna
Mənim milli zərərimdən qazana
Sömürgəçiliyin ömrü uzana
226
(Öldütdürəni öldür!)
İç etkən olaylara yazqı yazar
Edər, yaxud etməz özgəyə bazar
Yaşadar, yoxsa da kökünü qazar
O qədər tacir öldür milli olsun
Milli olsa görəvi bəlli olsun
Satqın sinfi buraxsan öz halına,
Yanarsan el-obanın əhvalına.
227
Satqın Türk hə dedi türkmənçaya
Biganə Fars təkin baxdı otaya
Fars qədər milli deyil vətən saya
İranın bütövlüyündən yanadır
Bölünmüş ölkəsinə biganədir
63