Hər kəs istər yurdu müstəqil ola.
377
Kim istər ki, yurdu sömürgə qala?
Bütövləşməyə, iki ölkə qala?
Biri müstəqil, biri bölgə qala?
Hər kəs istər yurdu bağımsız ola
Federalist qoymaz dərdə çarə bula
378
Kim
istər ki, vətənpərvər olmaya?
Milli dərdlərinə çarə bulmaya?
Həm xalqı, həm də yurdu qurtulmaya?
Federalist istər ki, sömürgə qala
Ərbabına ticarət haqqı ala
379
Kim istər ki, özünə qəbir qaza?
Yazdığını sevməyən özgə poza?
Yazqısını milli düşməni yaza?
Federalist sınanmışları sınayar
Təcrübədən öyrənəni qınayar
380
Kim istər ki, gələcəkdə qınana?
Pisin yaxşı olduğuna inana?
Pisə yaxşı olmaq üçün sınana?
Federalist “qurtarar” bütöv İranı
Ki Farsistan çapa Azərbaycanı
109
Hər kəs istər yurdu müstəqil ola.
381
Kim istər ki, haramı halal edə?
Çapqınçı Fars millətinə mal edə?
Halallaşdırmaq üçün federal edə?
Federalist çapılmış mala göz yumar
Tacirə imtiyaz almağa cumar
382
Kim istər ki, öz yurdunu çapdıra?
Çapılmaq üçün yolundan sapdıra?
İstiqlalı federalizmə qapdıra?
Federalist istər ki, İranda qala,
İradə yox, idarə haqqı ala,
Budur Federalistin hədəfi bala.
383
Kim istər ki, iradəsiz yaşıya?
Federalizm qəşovu ilə qaşıya?
Özgənin iradəsini daşıya?
Federalist istər ki, xaltası ola
Özgələrə yemək salçası ola
384
Kim istər ki, güclü ilə yarışa?
Haqqını almadan öncə barışa?
Özünü qoyub, özgəyə qarışa?
Federalist bilir çapılmış batıbdır
Milli güc sərmayələrdə yatıbdır
110
Hər kəs istər yurdu müstəqil ola.
385
Kim istər ki, fabrikası olmaya?
Bulaqları öz gölünə dolmaya?
İşsizlik dərdinə çarə bulmaya?
Federalist bilir payına nə düşər
Hər kəs odu öz qabağına deşər
386
Kim istər ki, milli ağlını sata?
Özünü özgə naxırına qata?
Çapılan milli iqtisadı bata?
Federalist istər ki, düşmən şad ola
Milli yazgısını yazan yad ola
387
Kim istər ki, muradına yetməyə?
Yurdunu bağımsız ölkə etməyə?
Yəmənin getdiyi yolu getməyə?
Federalist istər ki, düşmən şad ola
Taylarımız bir-birinə yad ola
388
*- qeyrət ~ aktiv mənlik
Kim istərki çətinliklərdən qorxa?
Qoruyucu qeyrəti yoxa çıxa?*
Öz əliylə başını dərdə soxa?
Federalist qandan qorxudar yıldırar
Düşməni devirməz, hakim qıldırar
111