Türkə vahid Azərbaycan vətəndi.
343
Çöhrəganlı doğru deyir unutma
“Qavvadlıq etsən də elini satma”
Düşmənsevər edib, naxıra qatma
Don dəyişdirən düşməni ifşa et
Bütöv Azərbaycanın yolunu get
344
Otay milli istiqlalımı aldı
Butay sevincindən qol-qanad çaldı
Bütövləşmək üçün savaşa daldı
Otay-butay şaqqalanmış bədəndir
Türkə bütöv Azərbaycan vətəndir
345
Otayda bağımsız bir ölkəmiz var
Arxamızda qardaş Türkiyəmiz var
Butayda otuz milyon Türkümüz var
Türkü heç Türk dövləti yada satmaz
“Ətini yesə sümüyünü atmaz”.
346
*- “qiyamət” ~
inqilab
Türk bilir ki, Azərbaycan çapılıb
Çapılmaq üçün bölünüb, çarpılıb
Lakin bilməyir ki, çarə tapılıb
Səbəbini bilən çarəsin tapar
Bütövləşdirmək “qıyamət”i qopar*
98
Türkə vahid Azərbaycan vətəndi.
347
Doktorlar qurumu xəstəxanada
Siyası önçülər politikada
Tale təyin edərlər hər bir zada
Elin təmsilcisi amaclandırar
Kütlə amacları sonuclandırar.
26.02.2005
99
İstiqlal üçün savaşmaq
hünərdir.
348
Verilən haqqı almaq hünər deyil
Dil savaşına dalmaq hünər deyil
Bağımlı millət qalmaq hünər deyil
İstiqlal haqqını almaq hünərdir
Bütövləşdiməyə dalmaq hünərdir
349
Talaq haqqını satmaq hünər deyil
Fars naxırına qatmaq hünər deyil
Sağılıb yeyib yatmaq hünər deyil
Haqqını alıb qorumaq hünərdir
Yoxsa kökündən qurumaq hünərdir
350
Farsın dadına çatmaq hünər deyil
Talaq haqqını satmaq hünər deyil
Böyük günaha batmaq hünər deyil
Federalizmi ifşa etmək hünərdir
Milli istiqlala yetmək hünərdir
351
Zülmü yasallaşdırmaq hünər deyil
Çağa uyğunlaşdırmaq hünər deyil
Boynu yoğunlaşdırmaq hüner deyil
Zülümün kökünü qazmaq hünərdir
Federalizmə qarşı yazmaq hünərdir
100
İstiqlal üçün savaşmaq hünərdir.
352
Ordusuz dövlət qurmaq hünər deyil
Cavabsız sorğu sormaq hünər deyil
Tankı daş ilə vurmaq hünər deyil
Vaxtinda haqqını almaq hünərdir
Kötək ilə yola salmaq hünərdir
353
Vədələrə
inanmaq hünər deyil
Şəhid verib sınanmaq hünər deyil
Firqə təkin qınanmaq hünər deyil
İstiqlalı qınamamaq hünərdir
Sınanmışı sınamamaq hünərdir
354
“Xər” deyənə “xər” demək hünər deyil
Söyüşlərini yemək hünər deyil
Boşa çıxacaq əmək hünər deyil
“A” deyilsə “z”eyi qanmaq hünərdir
Düşmənləri düşmən sanmaq hünərdir
355
Federalizm
üçün ölmək hünər deyil
Talaq haqqını bölmək hünər deyil
Boşuna deyib-gülmək hünər deyil
İstiqlal üçün savaşmaq hünərdir
Farsa yox, Türkə yaraşmaq hünərdir
101