Elinə borcunu ver!
498
Sev qardaş, yurdunu sev!
Qoyma çapıla bu ev!
Çapılmasa edər dev,
Azərbaycan igidi!
499
İç qardaş, Türkə and iç
Onsuz sən olarsan heç,
Yad çapar, xeyrindən keç!
Azərbaycan igidi!
500
Dad qardaş, sevdanı dad!
Yurdunu eylə azad!
Hərcayi edər qavvad*,
Azərbaycan igidi!
*- Ədəbsiz satqındır
Tanıtmaq haqqındır
501
Çat qardaş, arzuna çat!
Özün ol, özgəni at!
Milli ol, qavvadı sat!
Azərbaycan igidi!
502
Dol qardaş, göl təkin dol!
Şüur lazımdı bol-bol,
Hədəfə göstərə yol,
Azərbaycan igidi!
140
Elinə borcunu ver!
503
Ax qardaş, sel təkin ax!
Maniələri yıx-yax!
İstiqlal almağa qalx!
Azərbaycan igidi!
504
Döz qardaş, sonuca döz!
Yenilmiş federalı poz!
Yaddan umudunu üz!
Azərbaycan igidi!
505
Üz qardaş, tərs yöndə üz!
İnanma versə də söz!
Əyri ola bilməz düz,
Azərbaycan igidi!
506 *- 1920`də
Din qardaş, haqsıza din!
Dinməmək öyrətdi din,
Həm molla, həm də Lenin*,
Azərbaycan igidi!
507
Sil qardaş, beynindən sil!
Din sənə min dörd yüz il
Dərd çəkdirdi, etdi qul,
Azərbaycan igidi!
141